dopdolu
Dordon
OBASTAN VİKİ
Dor (mifologiya)
Dor (q.yun. Δῶρος) — qədim yunan mifologiyasında personaj. O, ya Ellin və Orseidin, ya Ksuf və Kreusanın, ya da Egimiyanın oğlu olmuşdur. Əfsanəyə görə, Dor Peloponnes ilə üzbəüz yerləşən torpağı fəth etmiş və onun sakinlərinə dorilər adını vermişdir. O, Tektamın atasıdır. Dor həmçinin, Plevronun həyat yoldaşı Ksantippin atasıdır. Herodotun fikrincə, onun tabeliyində olan dorilər Histieotidada yaşayırdılar.
El-Dorado qraflığı (Kaliforniya)
El-Dorado — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 181,058 nəfər olmuşdur. Mərkəzi Pleyservil şəhəridir.
El Dorado
Eldorado (isp. El Dorado - qızıldan olan) — Amazon çayı hövzəsində yerləşdiyi iddia olunan əfsanəvi şəhər. Əfsanəyə görə, bu şəhərdə hər şey qızıldan hazırlanıb. El Hombre Dorado (qızıl adam), El İndio Dorado (qızıl hindu), və ya El Rey Dorado (qızıl kral), Avropalılıar tərəfindən Kolumbiyada yerli qəbilənin başçısı olan Muiskaya verilən addır. Muiska qızıla çox həris bir insan olmuş və rəvayətə görə özünü qızıl tozu ilə örtmüşdür. El Dorado bu əfsanəvi qızıl kralın imperatorluğu kimi təsvir olunaraq yer anlayışına çevrilmişdir. == Ədəbiyyatda == Eldorado ədəbiyyatda məcazi mənada insanların ömürləri boyu axtardığı bir şeyi təsvir etmək üçün işlədilir. Bu əsl sevgini, cənnəti, xoşbəxtliyi və ya uğuru təmsil edə bilər. Uzun müddət axtardıqdan sonra tapılmayan və ya tapılma ehtimalı olmayan bir şeyi ifadə etmək üçün də Eldorado sözü işlədilir.
El Dorado qraflığı (Kaliforniya)
El-Dorado — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 181,058 nəfər olmuşdur. Mərkəzi Pleyservil şəhəridir.
Frantz Dorsainvil
Frantz Dorsainvil (2 iyul 1991) — Haitili üzgüçü. Frantz Dorsainvil Haitini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Frantz Dorsainvil birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 30.86 saniyəlik nəticəsi ilə 83-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Herman və Dorotiya
Herman və Dorotiya — 1796–1797-ci illərdə Yohann Volfqanq Göte tərəfindən qələmə alınmış nəsr əsəri. == Məzmunu == Əsər orta əsrlərdə frankların hücumu zamanı Reyn çayının bir sahilindən digər sahilinə köç edən qaçqınların düşdüyü acınacaqlı vəziyyətdən və bu zavallı insanlara yardım edən xeyirxah bir alman ailəsindən bəhs edir. Ailə zəngindir, böyük təsərrüfatı, məhsuldar torpaqları, geniş ev-eşiyi var. Ana çox mehriban, qayğıkeş, ata isə yardımsevər, ürəyitəmiz, həm də sərt xarakterli bir insandır. Ata gənc oğlu Hermanı özü kimi zəngin birinin qızı ilə evləndirmək istəyir. Oğlu isə atasının ərzaq və geyim əşyalarından ibarət yardımını qaçqınlara aparan zaman yolda həmin qaçqınlardan biri, həm də yazıq insanların sevimlisi, ümid yeri olan gözəl, ağıllı və xeyirxah Dorotiyaya aşiq olduğunu və onunla evlənmək istədiyini atasına bildirir. Ata əvvəlcə etiraz edir, sonra qayğıkeş və düşüncəli ananın sayəsində qızın evinə gəlin gəlməsinə razı olur. Gənc oğlan əvvəlcə fikirləşir ki, bu həssas və ağıllı qıza onu istədiyini necə bildirsin. Çox düşündükdən sonra ona evlərinə qulluqçu kimi gəlməyi təklif edir. Qızın qaçqın yoldaşları, xüsusən, uşaqlar onun dalınca ağlasalar da və həmin vəziyyət qız üçün əzabverici olsa da, artıq bu çətin şəraitdə canını qurtarıb, nəhayət, bir az rahat yaşamaq üçün onunla getməyə razı olur.
Katya Dorner
Katya Dörner (18 fevral 1976, Ziqen, Şimali Reyn-Vestfaliya) – alman siyasətçi. Bonn şəhərində 27 sentyabr 2020 tarixində bələdiyyə sədri vəzifəsinə seçilib. == Haqqında == Dorner Altenkirxen bölgəsindəki Şteynbaxda böyüyüb. 1995-ci ildə özəl Marienştat gimnaziyasını bitirdikdən sonra o, Bonn, York və Edinburqda siyasi elmlər, ictimai hüquq və ədəbiyyat üzrə təhsil alıb, 2000-ci ildə Magistra Artium ilə bitirib. 2001-ci ildən Dorner Şimali Reyn-Vestfaliyadakı yaşıl parlament qrupunun lideri Silviya Löhrmanın şəxsi müşaviri olub. 2010-cu ilin iyun ayından 2014-cü ilin iyul ayına qədər Katya Dorner Müasir Həmrəylik İnstitutunun idarə heyətinin üzvü olub. 2013-cü ilin dekabrında Deutsches Kinderhilfswerk -in direktorlar şurasına seçilib. Evlidir, bir oğlu var və ailəsiylə birlikdə Bonnun Auerberq rayonunda yaşayır.
Kevin N'Doram
Kevin N'Doram (22 yanvar 1996-cı ildə anadan olub) — Liqa 1 klublarından olan Monako FK-da müdafiəçi kimi çıxış edən Fransalı futbolçudur. == Klub karyerası == N'Doram futbola Monako FK-ın gənclərdən ibarət yığmasında başlamışdır. O, liqada debütünü 20 avqust 2016-cı ildə etmişdir. Həmin görüşdə Monako FK səfərdə Nant FK klubuna 1-0 hesabı ilə qalib gəlmişdir. O, həmin oyunda 90 dəqiqə meydanda olmuşdur.
Konstantin və Doruntina
Konstantin və Doruntina (albanca: Kostandini dhe Doruntina) və ya Konstantinin Besası (albanca: Besa e Kostandinit) — alban ballada və əfsanəsi. Əsərin bayağı versiyası da mövcuddur. Əfsanə həmçinin aşağdaki variantlardaki kimi də nəql edilir: İsmayıl Kadarenin müəllif olduğu "Doruntinanı kim geri qaytardı?" (albanca: Kush e solli Doruntinën?) adlı romanı kimi. 1988-ci ildə Albaniya Milli Teatrında göstərilmiş və Kadarenin eyni adlı romanının motivlərinə əsaslanmış teatr əsəri kimi. Bu versiya Albaniya xalq artistləri Edmond Budinaya və Pirro Maniyə məxsus idi. == Məzmun və mənası == Doruntina özü də daxil olmaqla 13 uşaqlı ailənin yeganə qızıdı. Doruntinaya xarici şahzadə ilə nikah bağlamaq təklifi gələndə, ailədə heç kəs onun belə uzağa gedməsinə razılıq vermir. Təkçə on iki qardaşın ən kiçiyi Konstantin onu xoşbəxt etmək istəyir və söyləyir ki, anası qızını istənilən vaxt görmək arzulayarsa, onu həmən yanına gətirəcək. Axırda anası Konstantinin vədinə inanıb, nikaha razılıq verir. O zaman on iki qardaşın hamısı evlənmə ilə razılaşır, amma tezliklə onların hamısı Konstantinlə birgə müharibədə ölürlər.
Kventin Dorvard
"Kventin Dorvard" (ing. Quentin Durward) — Valter Skottun 1823-cü ildə yazdığı roman. == Məzmun == Romanda gənc, cürətli və sədaqətli şotlandiyalı Kventin Dorvardın qazanc və dolanışıq dalınca Fransaya səfər edərkən başına gələn macəralardan danışılır. Kventin istəmədiyi halda, məcburən öz vətənini tərk etməli olur. Çünki o dövrdə Avropa ölkələrinin hər birində tez-tez qanlı ara müharibələri baş verirdi. Belə müharibələrdən birində onun bütün ailəsi həlak olmuşdur. Kventinin özü də ölümdən təsadüfən qurtula bilmişdir. Anası düşmənlərə yalvara-yalvara, onu ağır yaralanmış halda, bu şərtlə xilas edə bilmişdir ki, Kventin ömrünü monastırda başa vuracaqdır. Düşmənlər Kventinin cismani oldürməmişlər. Lakin düşmənləri Dorvardlar nəslinin davam etməməsi üçün Kventini monastırda yerləşdirib ömürlük rahibliyə məhkum etmişlər.
Lobelia dortmanna
Dortman firəngotu (lat. Lobelia dortmanna) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin firəngotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Dortmanna lacustris (Salisb.) G.Don Lobelia lacustris Salisb. Rapuntium dortmanna (L.) Chaz. === Heterotipik sinonimləri === Lobelia dortmanna var. decolor H.Lindb. Lobelia dortmanna f. decolor (H.Lindb.) Hiitonen Lobelia dortmanna f. ramosa Murb. Lobelia dortmanna f.
Macropus dorsalis
Qarazolaqlı vallabi (lat. Macropus dorsalis) — kenquru cinsinə aid heyvan növü.
Megatriorchis doriae
Megatriorchis doriae (lat. Megatriorchis doriae) — megatriorchis cinsinə aid heyvan növü.
My Lucky Day (DoReDos mahnısı)
My Lucky Day (azərb. Mənim uğurlu günüm‎) — Moldovanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. DoReDos qrupu "My Lucky Day" mahnısı ilə Moldovanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı rus müğənni və bəstəkar Filipp Kirkorov və 2013-cü ildə Azərbaycanın, 2014 və 2016-cı illərdə Rusiyanın və 2017-ci ildə Yunanıstanın Avroviziya mahnıları üzərində işləyən söz yazarı Con Ballard tərəfindən bəstələnmişdir.
Nadya Dorofeyeva
Nadya Volodimirivna Dorofeyeva (21 aprel 1990, Simferopol, Krım vilayəti[d], Ukrayna SSR, SSRİ) — Ukraynalı müğənni, aktrisa və dizayner.. Nadya 21 aprel 1990-cı ildə hərbçi ailəsində anadan olub. Nadyanın anası aktrisa olmaq arzusunda idi, ancaq valideynlərinin təkidi ilə diş həkimi olmuşdu, səhnəyə olan sevgisi qızı tərəfindən həyata keçirildi. O, Simferopolda 3 saylı liseydə oxuyub. Kiçik yaşlarından Nadya uşaqların müxtəlif vokal və rəqs yarışmalarında iştirak etmişdir: "Cənubi Ekspres" (2002), "Qara dəniz Oyunları" (2004). 12 yaşında, Simferopolda "Albion" gecə klubunda çıxış etməyə başladı, burada müasir tərtibatda Ukrayna mahnılarını oxudu. 2005-ci ildə Nadya Dorofeyeva, "Rusiyanın Qızıl Səsi" yarışmasında iştirak etdi və burada rus prodüser Dmitri Aşirov tərəfindən qız qrupunun solisti olmaq təklifini aldı. 2007-ci ildə qrupun studiya buraxılışından qısa müddət sonra, Dorofeyeva "M.Ç.S."-i tərk edərək Kiyevə qayıtdı və burada prodüser İqor Kondratyuk tərəfindən Amerika şansı layihəsinə cəlb edildi. Layihədən sonra yenidən Moskvaya getdi, burada böyüklər üçün vokal dərsləri verdi. Dorofeyeva, Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetinin vokal fakültəsinin qiyabi şöbəsində oxudu.
Nessun dorma
Nessun dorma — Cakomo Puççininin "Turandot" operasının sonuncu aktında ifa edilən ariya. Həmçinin, operada ən məşhur tenor ariyalarından biridir. Bu ariya şahzadə Turandota aşiq olan naməlum şahzadə (it. il principe ignoto) Kalaf tərəfindən ifa edilir. "Nessun dorma" italyan dilindən tərcümədə "Heç kim yatmasın" mənasını verir. "Turandot" operasının mövzusuna əsasən qədimdə Çin imperatorunun Turandot adlı çox gözəl bir qızı varmış. Lakin bu qız kişilərə nifrət edir və ərə getməmək üçün onu almaq istəyən oğlanlara cavab tapılması çətin olan 3 sual verir. Bu suallara cavab verə bilən şəxs şahzadə ilə evlənmək haqqı qazanır, cavab verə bilməyənlər isə boynu vurularaq edam edilir. Həmin 3 sual aşağıdakı kimidir: Gecə düşəndə ortaya çıxan, qanadlı qarabasmaya bənzəyən, günəşin doğması ilə yox olan şey nədir? - Ümid.
Nina Doroşina
Nina Doroşina (3 dekabr 1934 – 21 aprel 2018, Moskva) — aktrisa.
Nəhəng dorsteniya
Nəhəng dorsteniya (lat. Dorstenia gigas) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin dorsteniya cinsinə aid bitki növü.
Proprioseiopsis dorsatus
Proprioseiopsis dorsatus (lat. Proprioseiopsis dorsatus) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. Proprioseiopsis dorsatus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Qustav Dore
Qüstav Dore (fr. Gustave Doré; 6 yanvar 1832[…], Strasburq[…] – 23 yanvar 1883[…], Paris[…]) — XIX əsrdə yaşamış fransız rəssam, illüstrator və memar. Qüstav Dore 1832-ci ilin yanvarın 6-da Strasburqda anadan olmuşdur. Anası Aleksandra Plüşar varlı burjua ailəsindən, atası Pyer-Lui Dore isə Vaterloo döyüşündə həlak olmuş fransız əsgərinin oğlu idi. Dore özü nə zaman rəsm çəkməyə başladığını xatırlamırdı. Dayəsi Fransuazanın sözlərinə görə, artıq 4 yaşında olan Qüstavı heç vaxt, hətta yatarkən belə, karandaşsız görmək mümkün deyildi. Qüstav tez-tez atasının dostlarından karandaşını itiləməyi xahiş edirmiş. Gənc istedad tərəfindən 6–7 yaşında yaradılmış ilk əsərlərdən biri "Pluton və Klit" adlanır. 1841-ci ildə Qüstav ailəsi ilə birgə mühəndis atasının işi ilə əlaqədar Bura köçür. Meşələrlə əhatə olunan, qədim binalara malik Bur şəhəri gənc rəssamın təxəyyülünə müsbət təsir edir.
Salvia dorisiana
Salvia dorisiana (lat. Salvia dorisiana) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Salvia dorrii
Salvia dorrii (lat. Salvia dorrii) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Senecio doratophyllus
Senecio doratophyllus (lat. Senecio doratophyllus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Senecio doria
Senecio doria (lat. Senecio doria) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Senecio doronicum
Senecio doronicum (lat. Senecio doronicum) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Senecio doryphoroides
Senecio doryphoroides (lat. Senecio doryphoroides) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.

Digər lüğətlərdə