dorik

dorik
dorağacı
dorqurma
OBASTAN VİKİ
Dorik order
Dorik order Qədim Yunanıstan və ondan sonrakı Qədim Roma memarlığının üç orderindən biri idi. Sütunların üstündəki sadə dairəvi başlıqlar sayəsində Dorik order asanlıqla tanınır. Bəzən mürəkkəb detallara malik olsa da, ən erkən və mahiyyət etibarilə ən sadə orderdir.
Dorikono
Dorikono (どりこの) – Yaponiyada satışda olmuş enerji içkisi brendi. İkinci Dünya müharibəsindən əvvəl Yaponiyada populyar içki növü olmuşdur. == Tarixi == "Dorikono" və ya rəsmi tələffüz forması ilə "Durikono" 1927-ci ildə həkim Kotaro Takahaşi tərəfindən ixtira olunmuşdur. O, içkini yaradarkən alman həkim Arnold Duriqin tədqiqatlarından ilhamlanmışdır. Belə ki, Duriq qlükozanın ən təsirli enerji mənbəyi olduğunu iddia etmişdir. Takahaşi Duriq, öz adı Kotoro, köməkçisi Nakamura və adının baş hərfi "O" olan digər köməkçilərinin adlarından ilhamlanaraq ixtirasına "Durikono" adını vermişdir. Takahaşi ixtira etdiyi enerji içkisini əvvəlcə qonaqlarına təqdim edirdi, lakin içkinin keyfiyyəti ağız-ağızdan yayılandan sonra məhsul kimi satışa çıxarılmışdır. İçki 1930-cu ildən etibarən bütün Yaponiyada satılmağa və reklam olunmağa başlamış, hətta "Drinkhall" adı ilə xaricə ixrac olunmuşdur. İkinci Dünya müharibəsində Yaponiyanın şəkər idxalı azaldığı üçün "Dorikono" içkisinin istehsalı dayandırılmışdır. 1954-cü ildə yenidən satılmağa başlasa da, Takahaşinin 1970-ci ildəki ölümündən sonra içkinin istehsalı dayanmışdır.

Digər lüğətlərdə