DOV

i.: ~ gəlmək to overcome* (d.), to overpower (d.), to gain a victory (over)

DOTASİYA
DOVDAQ
OBASTAN VİKİ
Dov Qazit
Dov Qazit (tam adı: Dov Qazit, ivr. ‏דב גזית‏‎; 17 iyun 1908, Bakı – 1986) — Hayfa şəhərindəki İsrail Hərbi Hava Qüvvələri Texniki Məktəbinin baş komandiri. Afrikada xidmət edərkən aslan balasına sahib çıxmışdır. Həmin aslan Aharon Şulovun Qüds Bibliya Zooparkında saxlanılan ilk aslan olub. Dov Qazitin əsl adı Boris Ruvinoviç/Romanoviç Qrobşteyndir. Solomon Qrobşteynin qardaşı, Bakıda neft sahəsində mühəndis olan Ruvin/Roman Qrobşteynin oğludur. Ailədə üç qardaşdan biridir. 8 yaşında olarkən atası erməni-müsəlman davasında qətlə yetirilmişdir. 18 yaşında Boris Sankt-Peterburq Dövlət Texnoloji Universitetinə təhsil almağa getmiş və burada sionist tələbə qrupuna qoşulmuşdur. SSRİ Xalq Daxili İşlər Komissarlığı sionist qrupun aksiyasını dağıtmış və Boris də daxil olmaqla, qrupun bütün üzvlərini həbs etmişdi.
Dov Yozef
Dov Yozef (ivr. ‏דב יוסף‏‎; 27 may 1899, Monreal, Kvebek – 7 yanvar 1980, Beer-Şeva) — İsrailli dövlət xadimi.Ərəb-İsrail müharibəsi zamanı Qüds hərbi qubernatoru vəzifəsini icra edirdi. Doqquz İsrail hökumətində nazir vəzifələrini tuturdu.
Yaron Ben-Dov
Yaron Ben-Dov (11 Yanvar 1970 – 6 Yanvar 2017) — Keçmiş peşəkar İsrail futbolçusudur.
Ağ Dovşan (personaj)
Ağ Dovşan – Luis Kerrollun Alisa möcüzələr ölkəsində və Alisa güzgü arxasında əsərlərinin baş qəhrəmanlarından biridir. Ağ Dovşanın sayəsində Alisa "Möcüzələr ölkəsi"nə düşür.
Bihuşedici dovşandodaq
Bihuşedici dovşandodaq (lat. Lagochilus inebrians) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dovşandodaq cinsinə aid bitki növü. Çoxşaxəli yarımkol bitkisi olub, gövdəsinin hündürlüyü 20-50 sm-dir. Oduncaq gövdəli, sadə və ya budaqlanan, yuxarı hissəsi sıx yarpaqlı, aşağı hissəsi parlaq ağ gövdəlidir. Yarpaqlarının üzəri tükcüklərlə örtülü olub, geniş yumurtavaridir. Əsası pazşəkilli, 3-5 bölümlü, geniş yumurtavari bütövkənarlı və ya dişcikli-kənarlıdır. Aşağı yarpaqlarının uzunluğu 1,5-2 sm, yuxarısı 2,5 mm-dir. Çiçəyi oturaq, kasayarpağı möhkəm, horizontal, üçtərəfli-bizəbənzər olub, tüklüdür. Kasacığı uzunsov-zəngşəkilli, geniş qıfabənzərdir. Tacı ağ və ya solğun-çəhrayı olmaqla qəhvəyi damarlanmışdır.
Boz dovşan
Boz dovşan və ya Adi dovşan (lat. Lepus euporaeus) dovşanlar fəsiləsindən (lat. Leporidae) olan məməli növüdür. Bədən uzunluğu 57 – 68 sm, çəkisi 4 – 6 kq-a, nadir hallarda 7 kq çatır. Ən iri fərdləri arealın şimal və şimal – şərq hissələrində qeydə alınır. Xarici görünüşcə boz dovşan daha uzun qulaqları (9,4 – 14 sm) və üst tərəfdən qara və ya qaramtıl – qonur rəngli uzun pazşəkilli quyruğu ilə (7,2 – 14 sm) ağ dovşandan asanlıqla ayırd edilir. Gözləri qırmızımtıl – qəhvəyi rəngdədir. Ağ dovşanla müqayisədə arxa ətrafları daha uzundur, lakin pəncələri qısa (pəncənin uzunluğu 13,6 – 18,5 sm) və dardır. Bunun səbəbi adi dovşanın qar örtüyünün çox olmadığı ərazilərdə yayılmasıdır. Yay tük örtüyü sarımtıl – boz, qonur, qəhvəyi, sarımtıl – qırmızı və ya zeytuni – qonur olur.
Bəxtigətirən Dovşan Osvald (personaj)
Bəxtigətirən Dovşan Osvald (ing. Oswald the Lucky Rabbit) — 1927-ci ildə "Walt Disney Animation Studios" şirkəti tərəfindən yaradılan cizgi filmi personajıdır.
Dağınıqcətirli dovşanalması
Dağınıqcətirli dovşanalması (lat. Cotoneaster pannosus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Vətəni Cənubi-Şərqi Çindir. Hündürlüyü 1-2 m olan, sıxbudaqlı, dağınıq çətirli koldur. Yarpaqları kiçik, dairəvi, iti ucludur, kənarları azca dişlidir, qalın, səthi parlaqdır. Çiçəkləri xırdadır, qalxanvari salxımlarda yerləşir. May ayında çiçəkləyir, meyvələri sentyabr-oktyabrda yetişir. Abşeronun torpaq-iqlim şəraitinə davamlıdır. Abşeron şəraitinə davamlıdır. Çiçəkləmə və meyvəvermə vaxtı dekorativ görünür.
Dilsa dovşanalması
Dilsa dovşanalması (lat. Cotoneaster dielsianus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Çində yayılmışdır. Hündürlüyü 1-2 m olan, yarpaqlı koldur. Budaqları bozumtul-qara və ya qonurtəhər-qara, nazik, möhkəm tükcüklü, parlaqdır. Yarpaqları xətvari-lansetvari, çılpaq, (0,6)-2,5 x 0,8-1,5 sm, sıx, sarımtıl-boz və ya boz çalarlı, parlaq, ucu bizdir. Çiçək qrupu 3-7 çiçəkli, çiçək saplağı tükcüklü; çiçək altlıqları xətvari-lansetvari, 2-3 mm, tükcüklüdür. Çiçəklərin diametri 6-7 mm-dir. Hipantisi tükcüklü, ovaldır. Ləçəkləri düz, çəhrayı, enli, əks-yumurtavaridir, diametri 3-4 mm, bünövrəsi qısa, ucu kütdür.
Dova (mahal)
Dova (ing. Dowa) — Malavinin 28 mahalından biri. Mərkəz bölgəsinə aiddir. Dova ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Dova şəhəridir. Mahal şərqdə Salima mahalı, şimalda Ntçisi mahalı və Kasunqu mahalı cənub-qərbdə Lilonqve mahalı ilə qonşudur. Dova mahalında 556,678 nəfər yaşayır.
Dova dairəsi
Dova (ing. Dowa) — Malavinin 28 mahalından biri. Mərkəz bölgəsinə aiddir. Dova ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Dova şəhəridir. Mahal şərqdə Salima mahalı, şimalda Ntçisi mahalı və Kasunqu mahalı cənub-qərbdə Lilonqve mahalı ilə qonşudur. Dova mahalında 556,678 nəfər yaşayır.
Dovdaq
Dovdaq (lat. Otis tarda) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin dovdaqkimilər dəstəsinin dovdaqlar fəsiləsinə aid heyvan cinsi. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Bel tərəfi kürən, üzərində naxışlar var. Qarın tərəfi çirkli-ağımtıldır. Qanadları əsasən ağ, ucu isə qaradır. Quyruğunun ucunda qara və ağ xallar köndələn zolaq əmələ gətirir. Erkəyinin "bığları" var. Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda XX əsrin ortalarına qədər Acınohur bozqırlarında, Kür-Araz və Lənkəran ovalığında, Böyük Qafqazın dağətəyi ərazilərində qışlamış, həm də Kür-Araz ovalığında (Şirvan və Muğan düzləri) yuvalamışdır.
Dovdaqkimilər
Dovdaqkimilər (lat. Otidiformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi.
Dovdaqlar
Dovdaqlar (lat. Otididae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin dovdaqkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Dover
Duvr (ing. Dover [ˈdoʊvər], fr. Douveres, lat. Dubris) — Böyük Britaniyanın Kent qraflığında liman qəsəbə və eyniadlı rayonun inzibati mərkəzi. Qəsəbə Duvr boğazının (və ya Pa-de-Kale boğazı) sahilində, Kenterberi şəhərinin cənub-şərqində, Meydston qəsəbəsinin şərqində və Hastinqs qəsəbəsinin şimal-şərqində yerləşir. Qəsəbənin sahilində yerləşən təbaşir uçurumlar "Duvrın Ağ Uçurumları" adlanır. Qəsəbənin strateji mövqeyi tarixi boyu bəllidir. Arxeoloji tapıntılar ərazinin Britaniyaya daxil olan və tərk edən xalqlar üçün vacib olduğunu aşkar etmişdir. Qəsəbənin adı Daur çayından gəlir. Arxeoloji tapıntılar qəsəbənin daş dövründən bəri əhaliyə malik olduğunu sübut edir.
Dovkana (Urmiya)
Dovkana (fars. دوكانا‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 268 nəfər yaşayır (58 ailə).
Dovyalis
Dovyalis (lat. Dovyalis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi. Tropikal və Cənubi Afrika, Şri-Lanka ərazilərində yayılmışdır. Aberia Hochst. Ateleste Sond.
Dovyalis caffra
Dovyalis caffra (lat. Dovyalis caffra) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin dovyalis cinsinə aid bitki növü. Aberia caffra Hook.f. & Harv.
Dovyalis caffra (Hook. f.
Dovğa
Dovğa — Azərbaycanın milli yeməyi. Qatıq - 200q, xama - 40q, yumurta 1 əd., un - 8q, düyü - 20q, göy soğan - 18q, ispanaq - 40q, keşniş, şüyüd, kəvər - 30q, nanə - 15q, kərövüz - 10, duz. Dovğa hazırlamaq üçün qatıq və xama un ilə çalınır, üzərinə yumurta və düyü əlavə edilir. Qatıq çürüməsin deyə, kütləni arası kəsilmədən bir qaydada bulaya-bulaya qızdırırlar. Qaynadıqdan sonra üzərinə narın doğranmış göyərti və duz töküb hazır olana qədər bişirirlər. Dovğa ətli və ətsiz hazırlanır. Ətli dovğa bişirmək üçün ayrı qazanda əvvəlcədən isladılmış noxud qaynadılır, ət qiyməsindən xırda küftələr hazırlanır və noxudla birlikdə hazır olana kimi bişirilir. Sonra bişmiş noxud və küftələr əsas dovğa ilə qarışdırılır.
Dovıran (Urmiya)
Dovıran (fars. دويران‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 348 nəfər yaşayır (92 ailə).
Dovşan
Dovşan (lat. Lepus) — dovşanlar fəsiləsinə aid məməli cinsi.
Dovşan (bürc)
Dovşan (lat. Lepus) — göyün cənub yarımkürəsində bürc.
Dırmanan dovşan
Dırmanan dovşanlar, və ya Yapon ağac dovşanı (lat. Pentalagus furnessi), (yap. 奄美野黒兎 —Pentalagus cinsinə və Leporidae fəsiləsinə aid növ. Mövcud ad amerikan antrapoloqu Vilyam Henri Fuernessin şərəfinə adlandırılıb (1866–1920). Dırmanan dovşanlar Yaponiyanın endemik canlısıdır. Dırmanan dovşanlar yumşaq, tünd-qəhvəyi xəzə malikdirlər. Qulaqları qısa olub 4–5 sm uzunluğa malik olurlar. Qısa pəncəyə və uzun dırnaqlara malik olurlar. Dırmanan dovşanlar ümumən 40–53 sm uzunluğa malik olurlar. Quyruqlarının uzunluğu 2–3,5 sm təşkil edir.
Dəcəl Dovşan (1981)
Balacalar üçün nəzərdə tutulmuş bu film əsrarəngiz təbiət mənzərələri və bir sıra sərgüzəştlərlə zəngindir. Filmdə öz nadincliyi, şıltaqlığı və ərkəsöyünlüyü ilə seçilən, başqalarını tez-tez narahat etməkdən, incitməkdən zövq alan dəcəl dovşan balası haqqında söhbət gedir. Rejissor: Əsgər Məmmədov Ssenari müəllifi: Hikmət Ziya Operator: Antonina Korotnitskaya Quruluşçu rəssam: Əsgər Məmmədov, Reyn Raydme Bəstəkar: Azər Dadaşov Səs operatoru: Nataliya Nuriyeva Cizgi rəssamı : Vahid Talıbov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan.
Dəcəl dovşan (film, 1981)
Balacalar üçün nəzərdə tutulmuş bu film əsrarəngiz təbiət mənzərələri və bir sıra sərgüzəştlərlə zəngindir. Filmdə öz nadincliyi, şıltaqlığı və ərkəsöyünlüyü ilə seçilən, başqalarını tez-tez narahat etməkdən, incitməkdən zövq alan dəcəl dovşan balası haqqında söhbət gedir. Rejissor: Əsgər Məmmədov Ssenari müəllifi: Hikmət Ziya Operator: Antonina Korotnitskaya Quruluşçu rəssam: Əsgər Məmmədov, Reyn Raydme Bəstəkar: Azər Dadaşov Səs operatoru: Nataliya Nuriyeva Cizgi rəssamı : Vahid Talıbov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan.

Digər lüğətlərdə