druz

druz
drujinaçı 2021
druzlar
OBASTAN VİKİ
Cəbəl-Druz
Cəbəl-Druz və ya Cəbəl əd-Druz (ərəb. جبل الدروز‎), rəsmi olaraq Cəbəlül-Ərəb (ərəb. جبل العرب‎) — Suriyanın сənubunda vulkan massivi. Maksimum hündündürlüyü 1,800 metrdir (Əl-Ceyna dağı). Əsasən bazaltdan ibarətdir, lava axınları ilə əhatələnmişdir. Zirvə və yamaclarında Pliosen püskürmələrinin kraterləri var. Səhra bitkiləri yayılmışdır. Bu vilayətin sakinlərinin əksəriyyəti druzlardır, həmçinin kiçikmiqyaslı müsəlman və əhəmiyyətli xristian icmaları da var. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Cəbəl-Druz ilə əlaqəli mediafayllar var.
Tibor Erdey-Druz
Tibor Erdey-Qruz (mac. Erdey-Grúz Tibor; 27 oktyabr 1902, Budapeşt – 16 avqust 1976, Budapeşt) — Macarıstanlı kimyaçı və siyasətçi. 1952-1953-cü illərdə Ali Təhsil naziri və 1953-cü ildən 1956-cı ilədək Təhsil naziri vəzifələrini icra etmişdir.
Druzlar
Druzlar və ya dürzilər (ərəb. الدُرُوز‎‎, təkdə ərəb. دَرْزِيّ‎‎) — ismailliliyin şaxələrindən biri olan müsəlman dini təriqətinə aid ərəblər. Livan və Suriyada, az bir hissəsi isə İsraildə yaşayır. Druz təriqəti XI əsrin əvvəllərində Misir və Cənubi Livan ismailliləri arasında təbliğat aparan batini vaiz Dərazinin (təriqətin adı da buradandır) fəaliyyəti nəticəsində meydana gəlmişdir. Druzlar Fatimi xəlifəsi Hakimdə (996-1021) Allahın təcəssüm olunduğuna və ruhların ölməzliyinə inanırlar. Orta əsrlərdən başlamış son dövrədək druzlar nəsli aristokratiyaya və hakim əmir sülaləsinə malik olmuşlar. Druz əmirlərinin Livanda ən qüdrətli dövrü II Fəxrəddin Məan (1590-1633) və II Bəşir Şihabın (1788/89-1840) hakimiyyəti illərinə təsadüf edir. Maruni kəndliləri və onların feodal ağaları olan druz zadəganları arasındakı sinfi ziddiyətlər nəticəsində XIX əsrin 40-60-cı illərində Livanda Druz və xristian Marunilər arasında silahlı toqquşmalar baş verdi. XIX əsrin 2-ci yarısı-XX əsrdə Osmanlı İmperiyası hakim dairələrinin druz "sərbəstliyinə", "imtiyazına" (hərbi mükəlləfiyyətin olmaması, silah gəzdirmək hüququ, druz zadəganlarının sıravi druzlar üzərindəki qeyri məhdud hakimiyyəti və s.) son qoymaq cəhdləri tez-tez türklər əleyhinə çıxışlara səbəb olmuşdu.
Optik disk druzenləri
Optik disk druzenləri optik diski tədricən kalsifikasiya edən mukoproteinlər və qlikozaminoqlikanlardan ibarət qlobullardır. Druzenlər degenerasiyaya uğrayan retinal qanqlion hüceyrələrinin qalıqlarına çevrilə bilərlər. Anadangəlmə qalxıq və ya anormal şəkilli disklər, psevdopapillödem, psevdonevrit, optik diskdə hialin cisimlərin olması kimi problemlər də optik disk druzenlərinə aid edilmişdir. Bu hallar müxtəlif dərəcəli görmə itkisinə, korluğa səbəb ola bilər. == Anatomiyası == Optik sinir retinadan beyinə məlumatları ötürən birləşdirici kabeldir. Bir milyondan çox retinal qanqlion hüceyrə aksonlarından ibarətdir. Optik sinir başı və ya optik disk sinirin ön ucu olub gözün daxilində yerləşir və yalnız oftalmoskopla görünür. Buruna yaxın hissədə, gözün makulasından bir qədər aşağıda yerləşir. Optik diskin daxilində kor nöqtə adlanan hissə mövcuddur, lakin işığı aşkar etmək üçün çubuqlar və konuslara burada rast gəlinmir. Diskin mərkəzində retinanı qidalandıran mərkəzi retinal arteriya vardır.

Digər lüğətlərdə