Dəyirmiağızlılar
Dəyirmiağızlılar (lat. Cyclostomata) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinifüstü.
Təkamülə görə onlar balıqların davamçıları hesab olunurlar. Dəyirmiağızlılara iki dəstə daxildir: ilanbalığıkimilər və miksinkimilər. İlanvari, çılpaq, seliklə örtülü bədənləri və cüt üzgəclərinin olmaması onlar üçün səciyyəvidir. Ağız qıf şəklində, çənələr yoxdur. Hər yarımsinfin bir dəstəsi var. Xəzərdə miksinlər yoxdur. Başının hər tərəfində 7 qəlsəmə dəliyi vardır. Qələsəmələri kisə şəklindədir.