Qazax rayonunun Ermənistan tərəfindən işğal edilmiş kəndləri — 1990-cı illərdən 2024-cü ilə kimi Qazax rayonu 7 kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[1] Qazax rayonunun hal-hazırda işğal altında olan anklav kəndləri: Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndləridir. Qazax rayonunun işğaldan azad olunan kəndləri: Bağanıs Ayrım, Qızılhacılı, Aşağı Əskipara və Xeyrımlı kəndləridir.[2][3]
Kənd 8 iyun 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Kənd ərazisində çoxlu tarixi abidələr var: Şəkər qalası, Qatır körpüsü, Kazım körpüsü və s.
Barxudarlı və Sofulu kəndlərinə ermənilərin hücumu 1992-ci ilin aprelin 23-dən başlayıb və çətinliklə də olsa onlar bu kəndləri aprelin 27-də işğal ediblər. Bir neçə gün davam edən döyüşlərdə kənd sakinləri Barxudarlıda 11, Sofuluda 9 post quraraq ermənilərə qarşı döyüşüblər. Qazax rayonundan köməyə gələn olmasın deyə, bura gələn dəmir yolu xəttidə ermənilər tərəfindən partladılıb. Sofulu və Barxudarlı yalnız 4 gün mühasirədə saxlanıldıqdan sonra çətinliklə işğal edilib. Hadisələrin şahidi Barxudarlı kənd sakin Əhmədin dedikləri:
Sahədə öz mal-qarasını və qoyunlarını otaran iki nəfər kənd sakinini ermənilər güllə ilə vurdular. Onlardan biri 9-cu sinifdə oxuyurdu, o biri isə orta yaşlı bir kişi idi |
Hadisələr zamanı 7 nəfər kənd sakini şəhid olur, 3 nəfər ağır yaralanır. Barxudarlı və Sofulu kəndlərində yerləşən 230 evin hamısı talan edilərək yandırılmışdır.
Ümumilikdə 530 nəfər öz evlərini məcburi şəkildə tərk etməli olur. Hazırda Barxudarlı və Sofulu kəndlərindən olan məcburi köçkünlərin 85%-i Qazax şəhərinin mərkəzində, digərləri isə rayonunun müxtəlif ərazilərində məskunlaşıblar. Kəndlər işğal olunana qədər yerli əhali əsasən heyvandarlıq, əkinçilik, üzümçülük və tütünçülüklə məşğul olublar.
Ermənilərin Azərbaycan ərazisində Qarabağ müharibəsinə başlayarkən törətdiyi ilk faciə Bağanıs Ayrım kəndində törədilib. Kənddə 5 üzvdən ibarət bir ailə xüsusi amansızlıqla qətlə yetirilərək yandırılıb.
Qazax rayonunun Bağanıs Ayrım kəndi 1990-cı ilin martın 23-dən 24-ə keçən gecə qabaqcadan təşkil edilən plan əsasında hücuma məruz qalmış və martın 24-ü səhər saatlarında ermənilər tərəfindən işğal olunub. Bununla da Ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi kimi tarixə düşüb. İşğal zamanı Bağanıs Ayrım kəndinin əli silahsız, günahsız əhalisinə qarşı qətliam törədilib. 10 nəfər dünyasını dəyişib, 15 nəfərdən çox insan yaralanıb. 100-dən çox evi olan kənd talan olunub, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən mənimsənilib. Bağanıs Ayrım faciəsi barədə Elçin İsmayıl "Bu, əsl faciə idi" adlı kitab yazaraq 1999-cu ildə "Azərbaycan nəşriyyatı"nda çap etdirmişdir.
19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edilib.
24 may 2024-cü il tarixində Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.
Qızılhacılı kəndi Qarabağ müharibəsi dövründə Ermənistan Ordusu tərəfindən tam işğal olunub və dağıdılıb. Hal-hazırda kəndin böyük hissəsi işğaldan azad olunub, lakin kəndin bir hissəsi hələ də cəbhə xəttində yerləşir. 2010-cu ilin yanvar ayında Ermənistan Silahlı Qüvvələri daha bir vəhşilik törədərək gecə zamanı kənd qəbiristanlığını dağıdıblar. Təqribən 30 məzar tamamilə dağıdılıb. Bir gün əvvəl dəfn edilən bir nəfərin məzarının üzərinə isə taxtadan hazırlanmış xaç işarəsi qoyulub. Kənd 11 may 1992-ci ildən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.
19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edilib.
24 may 2024-cü il tarixində Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.
Kənd 14 iyun 1992-ci ildən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.
19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılığa gəlinib.
24 may 2024-cü il tarixində Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.
Kənd 8 mart 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.
19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edilib.
24 may 2024-cü il tarixində Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.