eklampsiya

eklampsiya (tib.)
ekistika
eklektik
OBASTAN VİKİ
Eklampsiya
Eklampsiya — ağır preeklampsiya və eklampsiya, az hallarda rast gəlinsə də, hamiləliyin çox ciddi fəsadı hesab olunur. Eklampsiyadan ölüm halları 1,8%, eklampsiyanın başqa ağırlaşmaları 35% təşkil edir. Ağır preeklampsiya hamilə qadınların ölümünə səbəb olan xəstəliklər sırasında qanaxma və emboliyalarla birlikdə ilk 3 yeri bölüşdürür. Preeklampsiya kəskin böyrək çatışmazlığı, serebrovaskulyar və kardiovaskulyar ağırlaşmalar, DDL sindrom ilə təzahür edir, bununla da ana ölümü riskinin artmasına səbəb olur. Eklampsiya preeklampsiyanın ağırlaşmasıdır; Hamiləliyin 3-cü trimestrində və doğuşdan sonra ilk 48 saat ərzində baş verə bilər; Hamiləliyin 20-ci həftəsindən başlayaraq və ya doğuşdan 23 gün sonra da meydana çıxa bilər; Başqa serebral problemlərlə əlaqəsi olmur; Qıcolma tutmalarının və komanın baş verməsi ilə səciyyələnir. == Risk faktorları == Risk faktorları arasında mikrovaskulyar patologiyaya səbəb olan xəstəliklər üstünlük təşkil edir: • Xroniki hipertenziya • Şəkərli diabet • Damar və birləşdirici toxuma xəstəlikləri • Antifosfolipid sindromu • Böyrək xəstəlikləri • Digər risk faktorları hamiləliyin özü ilə və ya hamilə qadının sağlamlıq vəziyyəti ilə əlaqədardır.