Ekoloji faktorlar
Ekoloji faktorlar — canlıya təsir edən mühit komponentlərinin cəmi. Ətraf mühitin ekoloji faktorları orqanizimdə gedən biokimyəvi və fizioloji proseslərə-qidalanma, tənəffüs, fotosintez və s. proseslərə, elə cə də onun yayılmasına, inkişafına, məhsuldarlığına, ömrünə, sutkalıq və illik fəaliyyətinə təsir edir. Faktorların orqanizmə təsiri müxanizminə görə xüsusi hallar ilə yanaşı müəyyən ümumilik də mövcuddur. Hansı faktor olursa olsun, onun canlıya təsiri optimal (ən əlverişli) hissədən kənarlaşdıqca zəiflədici, lap kənarda isə öldürücü olur.
Ekoloji faktorlar 3 böyük qrupa ayrılırlar:
Abiotik faktorlar-Ətraf mühitdən canlılara təsir edən cansız komponentlər- işıq, temperatur, hava, rütubət, təzyiq, sıxlıq, kimyəvi tərkib və s.
Biotik faktorlar-ətraf mühitdən canlıya təsir edən digər canlılar. Canlıların bir-birinə təsiri növdaxili və növlərarası olur. Biotik faktorlar 3 əsas istiqamətdə inkişaf edir və ya 3 əsas səbəbdən əmələ gəlir: 1.qida əlaqəsi, 2. sahə əlaqəsi, 3.