eks-deputat

eks-deputat
eks-çempion
eks-dividend
OBASTAN VİKİ
Deputat
Deputat — Parlament üzvləri. Məlum olduğu kimi, hakimiyyətin bölgüsünə əsasən, qanunverici hakimiyyət parlamentin əlində cəmləşir. Parlament üzvləri müxtəlif dövlətlərdə müxtəlif cür adlandırılır. Məsələn, Böyük Britaniyada, ABŞ-də yalnız aşağı palatanın üzvləri parlament üzvü hesab olunur. Onlar ABŞ-də konqresmen adlandırılır. Bolqarıstanda parlament üzvləri xalq nümayəndəsi, Türkiyədə isə millət vəkili adlanır. Azərbaycanda isə parlamenti (Milli Məclis) Azərbaycan Respublikasının deputatları təşkil edir. "Deputat" termini serb sözü olub hərfi mənası "elçi göndərilmiş" deməkdir. Deputatların əsas vəzifəsi qanunvericilik prosesində iştirak etmək və qanunda göstərilmiş funksiyaları həyata keçirməkdir. Azərbaycan Respublikasının Konstitusiyasına (Maddə 4) görə, yalnız və yalnız prezidentin və deputatların (xalqın seçdiyi səlahiyyətli nümayəndələrin) xalq adından danışmaq və müraciət etmək hüququ vardır.
Meri-eks göydələni
Gherkin — Londonun memarlıq rəmzinə çevrilən və britaniyalıların "Gherkin" adlandırdıqları 40 mərtəbəli "St. Mary Axe" binası. 2014-cü ilin yay aylarında satışa çıxarılan bu binanı braziliyalı investor Joseph Safra Londonun mərkəzində yerləşən Gherkin binası üçün 726 milyon funt sterlinq (1.1 milyard dollar) təklif edib. Göydələn 2001–2004-cü illərdə məşhur britaniyalı arxitektor Norman Fosterin layihəsilə tikilib. Tikintisi 400 milyon dollara başa gələn və 180 metr hündürlüyündə olan bina elə layihələşdirilib ki, bu tipli digər binalarla müqayisədə 2 dəfə az elektrik enerjisi sərf edir. Bu səbəbdən "Gherkin" binasını çoxları "ekoloji göydələn" adı ilə də çağırırlar. Gherkin həm də turşuya qoyulmaq üçün yararlı olan kiçik xiyar növlərinin adıdır. "Gherkin" Londonun əsas rəmzlərindən birinə çevrilərək müasir memarlıq sənətininin ən məşhur nümunələrindən sayılır. "Evans Randall" şirkətilə şərikli əsasda binanın sahibi olan Almaniyanın "IVG Immobilien" şirkəti 2013-cü ildə müflis oluğunu elan etmişdi. Hesablamalara görə, Londonun müasir mənzərəsini yaradan 10 ən məşhur binasının ümumi dəyəri 11 milyard dollar təşkil edir.
Eks-maşın (film)
Eks maşın (lat. Ex machina) — Aleks Qarlandın rejissorluq debütü olan və süjet xəttini yazdığı Britaniya Elmi fantastika filmidir. Film Ən yaxşı vizual effektlər kateqoriyasında "Oskar" mükafatını əldə etmişdir. Filmin mətbuat premyerası 2014-cü ilin dekabr ayında baş tutmuş olsa da, film yalnız 2015-ci ilin yanvar ayında geniş ictimaiyyətə təqdim edilmişdir. == Çəkilişlər == Filmin çəkilişləri Norveçin Valldal şəhərində yerləşən Cuvet Landskeyp Hotelində aparılmışdır. Filmin saundtrekini Qarlandın əvvəllər Hakim Dredd 3D filmində əməkdaşlıq etdiyi Ceffom Berrou və Ben Solsberi bəstələmişdir.
Eks-an-Provans (rayon)
Eks-an-Provans (fr. Aix-en-Provence) — Fransanın Provans-Alp-Kot-d'Azur regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Buş-dü-Ron. Suprefektura — Eks-an-Provans. Rayon əhalisi 2006-cı ildə 410 356 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 268 nəf / km². Rayon sahəsi — 1532 km².
Eldar Quliyev (deputat)
Eldar Allahyar oğlu Quliyev (26 iyul 1951, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V, VI çağırışlarin deputatı, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı "Azərittifaq"ın sədri (1993–hal-hazirda), Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor; Azərbaycan Ağsaqqallar Şurasının sədri == Həyatı == Eldar Quliyev 1951-ci il iyul 26-da Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə Bakı şəhər 187 saylı orta məktəbini bitirmiş, 1969-cu ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstituna (hazırda Azərbaycan Dövlət İqtisad Universiteti) daxil olmuşdur. 1973-cü ildə institutu bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir. 1973–1974-cü illərdə Elmi-Tədqiqat İnstutunda işləmişdir. 1974–1975-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1975–1987-ci illərdə Respublika Ticarət Nazirliyi sistemində məsul vəzifələrdə çalışmış, 1981–1985-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində aspirantı kimi elmi tədqiqat işi ilə məşğul olmuşdur. 1987–1990-cı illərdə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının idarə rəisi vəzifəsində çalışmışdır. 1990-cı ildə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı İdarə Heyətinin sədr müavini, 1993-cü ildə İdarə Heyətinin sədri vəzifəsinə seçilərək hal-hazıra kimi ictimai əsaslarına rəhbərlik edir. 2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professordur. == Elmi fəaliyyəti == Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Almaniyanın Hannover şəhərində yerləşən Avropa Təbiət Elmləri Akademiyasının, İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Respublikasının Suxuşvili Texniki Universitetinin Fəxri doktoru seçilmişdir.
Elmira Axundova (deputat)
Elmira Hüseyn qızı Axundova (26 may 1953, Ramensk rayonu[d], Moskva vilayəti) — Azərbaycan Respublikasının Xalq yazıçısı (2018), nasir, publisist, tərcüməçi, ədəbiyyatşünas, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1984), Azərbaycan Respublikası Milli Məclisinin III (2005), IV (2010) və V çağırış (2015) deputatı, Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri (2020–2023). Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü(17.10.2023-cü ildən) == Həyatı == Elmira Axundova1953-cü il mayın 26-da Moskva vilayətinin Ramensk rayonunda anadan olmuşdur. Bakı xoreoqrafiya məktəbi yanında ümumtəhsil məktəbini bitirdikdən sonra şəhər 3 saylı texniki məktəbində stenoqrafiya ixtisasına yiyələnmişdir. Sonra ADU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir (1976). İlk bədii tərcüməsini — Hüseyn İbrahimovun "Nəcibənin ürəyi" hekayəsini 1978-ci ildə, ilk elmi məqaləsini isə 1979-cu ildə "Literaturnıy Azerbaydjan" jurnalında çap etdirmişdir. Əmək fəaliyyətinə stenoqrafçı kimi başlamışdır (1971), sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor (1977–1980) olmuşdur. Azərbaycan Yazıçılar İttifaqında referent, məsləhətçi işləmişdir (1980–1988). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində böyük elmi işçi olmuşdur (1988–1991). "Literaturnaya qazeta"nın (1990–1998), "Azadlıq" radiostansiyasının (Münhen) Azərbaycan üzrə müxbiri (1993–2000), "Türk dünyası" jurnalının publisistika şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (informasiya məsələləri üzrə katib) seçilmişdir (1991).
Elmira Qasımova (deputat)
Elmira Məmməd qızı Qasımova (9 fevral 1951, Yalavac, İmişli rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı. == Həyatı == Elmira Qasımova 1951-ci il fevralın 9-da İmişli rayonunun Yalavac qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunnda dil ədəbiyyatı üzrə ali, Sosial İdarəetmə və Politologiya İnstitutunda isə politologiya üzrə ali təhsil alıb. Rus dilini bilir. Elmira Qasımova ailəlidir, üç övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 26-da baş tutan təkrar parlament seçkilərində 68 nömrəli İmişli dairəsindən bitərəf namizədi olan Elmira Qasımova I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Elmira Qasımova Milli Məclisin Sosial siyasət Daimi Komissiyasının və Azərbaycan—Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
Elnur Allahverdiyev (deputat)
Elnur Marat oğlu Allahverdiyev (21 aprel 1978, Bakı) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin VI çağırış üzvü. == Həyatı == Elnur Allahverdiyev 1978-ci il aprelin 21-də Bakı şəhərində anadan olub. 1995–1999-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində (ABU) hüquqşünaslıq üzrə ali təhsil alıb. 1999–2000-ci illərdə Qazax rayonunda Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. 2012–2015-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyatın hüquqi tənzimlənməsi üzrə ali təhsili alıb. Elnur Allahverdiyev ailəlidir, üç övladı var. Azərbaycan SSR Ali Sovetinin deputatı olan Marat Allahverdiyevin oğludur. == İctimai-siyasi fəaliyyəti == Elnur Allahverdiyev 2001-ci ildən 2020-ci ilə qədər "ABC-Telecom" MMC-nin Baş direktoru olub. 14 noyabr 2014-cü ildən 29 dekabr 2019-cu ilədək Sloveniyanın Azərbaycanda olan Fəxri Konsulu vəzifəsində çalışıb. 26 mart 2018-ci ildən 1 iyul 2021-ci ilə qədər "Azərcell" MMC-nin Müşahidə Şurasının sədri olub.
Elton Məmmədov (deputat)
Elton Arzuman oğlu Məmmədov (18 dekabr 1954, Qazıqumlaq, Ucar rayonu) —Azərbaycan Milli Məclisinin II, III və IV çağırış deputatı, AzTU-nun strateji inkişaf üzrə sabiq prorektoru, Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının sabiq direktoru, AMEA İşlər İdarəsinin müdiri, == Həyatı == Məmmədov Elton Arzuman oğlu 18 dekabr 1954-cü ildə Ucar rayonunun Qazıqumlaq kəndində ziyalı ailəsində anadan olub. 1972-ci ildə Qazıqumlaq kənd orta məktəbini bitirdikdən sonra Bakı Energetika Texnikomuna daxil olmuş, 1973–1975-ci illərdə ordu sıralarında xidmət etdikdən sonra təhsilini davam etdirib. Elton Məmmədov Texnikomu və Komsomol Məktəbini fərqlənmə diplomu ilə bitirdikdən sonra Ulu Öndərimiz Heydər Əliyevin kadr siyasətinə uyğun olaraq, 1979-cu ildə gənc və perspektivli mütəxəssis kimi təyinatla Rusiya Federasiyasının Tomsk şəhərinə göndərilib və orada əmək fəaliyyətinə başlayıb. Tomsk İnşaat Mühəndisləri İnstitutunun Mexanika fakültəsində təhsil alaraq "mühəndis-mexanik" ixtisasına yiyələnib. Təhsiili ilə barəbar Tomsk şəhərinin ictimai-siyasi həyatında fəal iştirak etmiş, Komsomol, partiya, həmkarlar, xalq nəzarəti ictimai təşkilatlarına rəhbərlik etmişdir. Bu fəaliyyətinə görə 2004-cü ildə "Tomsk şəhərinin fəxri sakini" adına layiq görülüb, 2006-cı ildə isə təhsil aldığı Tomsk Dövlət İnşaat Arxitektorları Universitetinin fəxri professoru seçilib, 04 iyul 2019-cu ildə Fəxri məzun adına layiq görülmüş, Universitet həyatında fəal iştirakına görə Universitetə dəvət edilərək fəxri adlar və medallarla təltif edilib, həmçinin əmək fəaliyyətində fərqlədiyinə görə Vilayət Partiya Komitəsinin və Vilayət Həmkarlar Komitəsinin əmək kollektivinin fəxri üzvü, qızıl döş nişanı və pul mükafatı ilə təltif edilmişdir. 1989-cu ildən vətənə geri dönərək müəyyən təşkilatlarda və müəssisələrdə müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. Hal-hazırda AzTU-nun "Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi" kafedrasında professor vəzifəsində fəaliyyət göstərir. 23 iyun 2020-ci ildə "Türk Dünyası Araştırmaları Uluslararası İlimler Akademisinin" Akademiki, həqiqi üzvü seçilib Həmin ildə Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Avropa Akademikyasının akademiki, həqiqi üzvü seçilib === Ailəsi === Azərbaycan Respublikasının sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı və Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovun dayısıdır. == Siyasi-ictimai fəaliyyəti == 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin İkinci çağırış 89 saylı Ucar seçki dairəsindən,2005–2010-cu illərdə 91 saylı Üçüncü çağırış Ucar seçki dairəsindən və 2010–2015-ci illərdə Dördüncü çağırış Ucar 91 saylı seçki dairəsindən deputat seçilmiş və Milli Məclisdəki fəaliyyəti illəridnə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komissiyasnın üzvü daha sonra həmin komitənin sədr müavini, MDB Parlamentlərarası Assambleyasının Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya məsələləri daimi komissiyasının sədr müavini kimi səmərəli fəaliyyətimə görə "Содружество" (Əməkdaşlıq) ordeni, GUAM Parlament Assambleyası və Baltik Assambleyası arasında əməkdaşlığın inkişafında xidmətlərinə görə Baltik Assambleyasının medalı, GUAM-ın Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Assambleyanın İqtisadi və maliyyə məsələləri komitəsinin sədri, eyni zamanda Azərbaycan-İsveç parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri, Azərbaycan-Bolqarıstan, Azərbaycan-İsveçrə, Azərbaycan-Misir, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi və dostluq qruplarının üzvü olub.
Elçin Quliyev (deputat)
Etibar Əliyev (deputat)
Etibar Qasım oğlu Əliyev (1 mart 1963, Şirazlı, Vedi rayonu) — Azərbaycan Milli Məclisinin VI çağırış deputatı (2020–2024). == Həyatı == Etibar Əliyev 1 mart 1963-cü ildə Ermənistan Sovet Sosialist Respublikasının Vedi rayonunun Şirazlı kəndində doğulmuşdur. O, Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. Etibar Əliyev 1986–1991-ci illərdə Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyində mühəndis, 1991–1992-ci illərdə "Bakı fəhləsi" zavodunda mühəndis-konstruktor, 1992–2002-ci illərdə Təhsil Nazirliyində aparıcı mütəxəssis vəzifələrində çalışmışdır. O, Azərbaycan və rus dillərini bilir. == Elmi fəaliyyəti == Etibar Əliyev 2004–2009-cu illərdə AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun, 2010–2020-ci illərdə Fəlsəfə və Hüquq İnstitutunun böyük elmi işçisi olmuşdur. O, fəlsəfə üzrə fəlsəfə doktorudur. 7 kitabın və 30-dan çox elmi məqalənin müəllifidir. == Siyasi fəaliyyəti == Etibar Əliyev 2010-cu ildə keçirilmiş parlament seçkilərində 31 saylı Suraxanı ikinci seçki dairəsindən Böyük Quruluş Partiyası üzvü olaraq İslahat Blokunun deputatlığa vahid namizəd olmuşdur. O, seçkilərdə 404 səs və ya 5,02% səs toplayaraq seçkiləri Milli Dirçəliş Hərəkatı Partiyası sədri Fərəc Quliyev, AXCP-Müsavat Blokunun deputatlığa vahid namizədi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, bitərəf namizəd Sevda Həsənova, Yeni Azərbaycan Partiyası üzvləri Əhəd Abıyev və Əziz Ələkbərlinin ardınca 6-cı sırada tamamlamışdır.
Fərəc Fərəcov (deputat)
Fərəc Fərəcov (azərb. Fərəcov Fərəc Rza oğlu;‎1947, Yaycı, Culfa rayonu) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Azərbaycan Respublikası əməkdar jurnalist == Həyatı == Fərəc Fərəcov 1947-ci ildə Culfa rayonunun Yaycı kəndində anadan olub. === Təhsili === 1971-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunu bitirib. === İctimai-siyasi fəaliyyəti === 7 il Naxçıvan Mətbuat Şurasının sədri vəzifəsində çalışıb, onun təşəbbüsü ilə "Muxtar respublika mətbuatı: Dünən və bu gün", "Jurnalist" kitabları çap olunub. Ədəbi fəaliyyəti ilə yanaşı, muxtar respublikanın ictimai-siyasi həyatında da fəal iştirak edib. İkinci, üçüncü, dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olub və hazırda beşinci cağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.
Kamal Abdullayev (deputat)
Kamal Məmmədoviç (Məmməd oğlu) Abdullayev (8 mart 1922, Bakı – 17 iyun 1982) — Azərbaycan Kommunist Partiyası Qaradağ Rayon və Yevlax Şəhər Komitəsinin birinci katibi. == Həyatı == 1922-ci ildə fəhlə ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1948-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür, ali təhsili var – Bakı Ali Partiya Məktəbini bitirmişdir. 1939-cu ildə əmək fəaliyyətinə başlamışdır, 1941–1946-cı illərdə Sovet Ordusunda xidmət etmişdir, Böyük Vətən müharibəsinin iştirakçısıdır. 1947-ci ildən 1950-ci ilədək sənət məktəbində komsomol təşkilatının katibi, Azərbaycan LKGİ Bakı Komitəsinin şöbə müdiri, 1951-ci ildə Azərbaycan LKGİ Əzizbəyov RK-nın birinci katibi olmuşdur. 1952–1957-ci illərdə Xəzər Neftdaşıma Donanması siyasi şöbəsi rəisinin müavini vəzifəsində işləmişdir. 1958–1961-ci illərdə partiya məktəbində oxumuşdur. 1962-ci ildən Azərbaycan KP Bakı Komitəsinın təlimatçısı, Azərbaycan KP MK-nın məsul təşkilatçısı, inspektoru vəzifələrində işləmişdir. 1965-ci ildən Azərbaycan KP Yevlax Şəhər Komitəsinin birinci katibi olmuşdur, 1975-ci ildən isə Qaradağ Rayon Komitəsinin birinci katibidir. Azərbaycan SSR Ali Soveti mandat komissiyasının üzvüdür. Azərbaycan KP MK üzvlüyünə namizəddir.
Kamal Cəfərov (deputat)
Kamal Xaqani oğlu Cəfərov (15 dekabr 1989, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, YAP İdarə Heyətinin üzvü, Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədr müavini, Baş Prokurorluğun Anti-Korrupsiya Təlim Mərkəzinin rəhbəri, AŞPA-nın İnsan hüquqları üzrə (alt) komitəsinin sədri == Həyatı == Kamal Cəfərov 1989-cu il 15 dekabr tarixində Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini, Böyük Britaniyanın London Kral Kollecində (King's College London) Beynəlxalq vergi hüququ üzrə magistr pilləsini və Vyana şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasının "Antikorrupsiya elmləri üzrə" magistr proqramnı fərqlənmə ilə bitirib. Amerika Birləşmiş Ştatlarının Mərkəzi Texas Kollecində "Amerika hüquq sisteminə giriş" mövzusunda mübadilə proqramını və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" ixtisası üzrə magistr proqramını (qiyabi əsaslarla) bitirib. K.Сəfərov Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə üzrə Sertifikatlaşdırılmış Ekspertlər Assosiasiyasının (ACAMS) müvafiq imtahanını keçərərək çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə beynəlxalq ekspert sertifikatına layiq görülmüşdür. Evlidir, bir övladı var. İngilis, fransız və rus dillərini bilir. 2013–2014-cü illərdə hərbi xidmət keçib. == İctimai-siyasi fəaliyyəti == Kamal Cəfərov Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) və Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliklərinin təsisçisi olub. 2011–2013-cü illərdə Azərbaycan Hüquqşünaslar Konfederasiyasının Baş katibi olub. === Dövlət qulluğu === 2012–2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin beynəlxalq əlaqələr şöbəsində məsləhətçi vəzifələrində işləyib.
Kərim Kərimov (deputat)
Kərim Kərimov (tam adı: Kərim Kərimov; 18 fevral 1936, Qaxmuğal, Qax rayonu – 23 sentyabr 2021) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı; Yeni Azərbaycan Partiyasının qurucu 91 üzvündən biri. == Həyatı == Kərim Hacıxan oğlu Kərimov 1936-cı il fevralın 18-də Qax rayonunun Qaxmuğal kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix, dil-ədəbiyyat fakültəsini bitirib. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının daha sonra Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü olub. Kərim Kərimov 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış 91 nəfər tanınmış ziyalılardan biridi. 1995-ci il noyabrın 12-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə deputat seçilib. Milli Məclisin İnsan hüquqları komissiyasının üzvü olub.
Musa Məmmədov (deputat)
Musa Salam oğlu Məmmədov (15 iyul 1932, Qutqaşen – 12 mart 2019, Bakı) — Azərbaycan dövlət xadimi və alimi, Azərbaycan Respublikası Baş nazirin müavini (1992), dövlət müşaviri, Azərbaycan Meşə Təsərrüfatı İstehsal Birliyinin sədri (1989–2001), Azərbaycan SSR Ali Sovetinin (X–XII çağırış) deputatı, iqtisad elmləri doktoru, kənd təsərüfatı elmləri namizədi, əməkdar aqronom. Musa Məmmədov 1932-ci il iyul ayının 15-də Qəbələdə anadan olmuşdur. 1948-ci ildə orta məktəbi, 1952-ci ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə aspiranturaya daxil olan Musa Məmmədov 1956-cı ildə dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır. Kənd təsərrüfatı və meşə təsərrüfatının müxtəlif sahələrinin inkişafı ilə əlaqədar 40 elmi əsərin, bir çox monoqrafiyaların, bir neçə kitabın, ixtiraların müəllifidir. Bir müddət Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda müəllim, tədris-təcrübə təsərrüfatının direktoru vəzifələrində işləmişdir. 1964-cü ildə Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi vəzifəsinə təyin olunmuşdur.1968–1970-ci illərdə Dövlət Çörək Məhsulları və Qarışıq Yem Sənayesi Komitəsinin sədr müavini, 1970–1979-cu illərdə isə Respublika tədarük nazirinin müavini vəzifələrində işləmişdir. Daha sonra vəzifədə irəli çəkilərək "Azərkəndkimya" Elm-İstehsalat Birliyinin sədri vəzifəsinə təyin edilmişdir. 1984-cü ilə qədər sədr vəzifəsini icra edən Musa Məmmədov bir il müddətinə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1985–1989-cu illərdə sədrin birinci müavini və Dövlət Aqrar Sənaye Komitəsinin sədri, 1989–2001-ci illərdə Respublika Meşə Təsərrüfatı İstehsal Birliyinin sədri vəzifələrində çalışmışdır. Musa Məmmədov həmçinin SSRİ Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasına üzv seçilmişdir.
Müslüm Məmmədov (deputat)
Müslüm Məmmədov (1980, Ucar) — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı. Müslüm Məmmədov 1980-ci ildə Ucarda doğulub. Altı yaşına kimi Qazaxıstanda yaşayıb. 1986-cı ildə yenidən ailəsi ilə Ucara qayıdıblar. Orta məktəbi Ucarda rus dili bölməsini bitirib. BDU-da ali təhsil alıb. 1999-cu ildən BDU-da informasiya mərkəzində tərcüməçi kimi işləmişdir. 2005-ci ildə Fransa hökumətinin təqaüdünü qazanıb Bordo Universitetinə daxil olub. Fransada oxuyarkən tələbə vizası ilə, Belçikada isə işçi vizası ilə yaşayıb fəaliyyət göstərmişdir. Fransada 2005–2006-cı illərdə magistr təhsili almışdır.
Müşfiq Cəfərov (deputat)
Müşfiq Cəfərov (azərb. Müşfiq Cəfər oğlu Cəfərov‎; 26 iyul 1981, Kirovabad) — Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı (2020). Cəfərov Müşfiq Cəfər oğlu 1981-ci il 26 iyul tarixində Gəncə şəhərində anadan olub. 1998-ci ildə Gəncə şəhəri Məhəmməd Hadi adına 10 saylı orta məktəbi bitirib və həmin ildə Azərbaycan Kənd Təssərüfatı Akademiyasının (hazırda Azərbaycan Dövlət Aqrar Universiteti) "Mühəndislik və Menecment İqtisadiyyatı" fakültəsinin "Aqrar İstehsalatı İqtisadiyyatı və İdarəedilməsi" ixtisası üzrə bakalavr pilləsinə daxil olub. 2002-ci ildə bakalavr pilləsini bitirib. Həmin il Azərbaycan Kənd Təssərüfatı Akademiyasının (Azərbaycan Dövlət Aqrar Universiteti) "Mühəndislik və Menecment İqtisadiyyatı" fakültəsinin "İstehsalat və Xidmət Sahələrinin İqtisadiyyatı və İdarəedilməsi" ixtisası üzrə magistr pilləsinə qəbul olub və 2004-cü ildə fərqlənmə diplomu ilə bitirib. Ailəlidir, dörd övladı var. 1999-cu ildən başlayaraq ictimai işlərlə məşğul olub. 20 il ölkə səviyyəsində, 18 il isə beynəlxalq səviyyədə gənclərin vətəndaş cəmiyyətinin inkişafına istiqamətləndirilmiş layihələrin icrasında, o cümlədən, gənclərin məşğulluğunun artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb olunması işində fəallıq göstərib. 60-dan çox ölkədə gənclərlə bağlı müxtəlif forumlarda, konfranslarda, treyninq və seminarlarda iştirak edib.
Nizami Cəfərov (deputat)
Nizami Qulu oğlu Cəfərov (21 sentyabr 1959, Zəlimxan, Ağstafa rayonu) — Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru (1991), professor (1993), əməkdar elm xadimi (2000), AMEA-nın həqiqi üzvü (2017), Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Alpaqut Federasiyasının Prezidenti (2015–2022) 2019-cu ildən BDU-nun Ümumi dilçilik kafedrasının müdiridir. 2022-ci ildən "ADA" Universitetində "Azərbaycançılıq" kursunu tədris edir. Nizami Cəfərov 1959-cu 21 sentyabrda Ağstafa rayonunun Zəlimxan kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1985-ci ildən Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi olmuşdur. 1987-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetinin şöbə müdiri, 1991-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müəllimi, professoru, Filologiya fakültəsinin dekanı(1994–2001) vəzifələrində çalışmışdır. Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiri (2001–2015)olub. 2019-cu ildən yenidən Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiridir. 2022-ci ildən ADA Universitetində "Azərbaycançılıq" kursunu tədris edir. Nizami Cəfərov Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası "Azərbaycan dili və ədəbiyyatı" bölməsinin üzvü kimi orta ümumtəhsil məktəbləri üçün Azərbaycan dili proqramlarının, dərsliklərinin hazırlanmasında iştirak etmişdir.
Nurlan Həsənov (deputat)
Nurlan Həsənov (azərb. Nurlan Urfan oğlu Həsənov‎; 3 fevral 1988, Şamxor) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin məsləhətçisi, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı (2020). Həsənov Nurlan Urfan oğlu 1988-ci il 3 fevral tarixində Şəmkir şəhərində anadan olmuşdur. 1993–2004-cü illərdə Gəncə şəhəri Mikayıl Müşfiq adına 14 saylı orta məktəbdə orta təhsil almışdır. 2004–2008-ci illərdə Bakı Dövlət Universitetində hüquq üzrə bakalavr, 2008–2009-cu illərdə Almaniyanın Bremen Universitetində hüquq üzrə magistratura təhsili almışdır. 2010–2014-cü illərdə Bremen Universitetində "Avropa İttifaqı və Azərbaycan – Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanda Hüquqi Dövlət Strukturlarının gücləndirilməsi və Avropa İttifaqının bu sahədə rolu" mövzusu üzrə doktorluq elmi işi yazıb, müdafiə edərək "Hüquq Elmləri Doktoru" (Dr. jur – Doktor der Rechtswissenschaften) elmi dərəcəsini qazanmışdır. Evlidir, iki övladı var. 2012-ci ildə Almaniya Bundestaqında Almaniya Sosial Demokratlar Partiyasının Federal Millətvəkili Steffen-Claudio Lemmenin yanında iş təcrübəsi keçmişdir. Bu müddət ərzində "Dağlıq Qarabağ münaqişəsi – Siyasət və Hüququn mübarizəsi arasında" adlı elmi məqalə yazmışdır.
Nəriman Əliyev (deputat)
Nəriman Əliyev — Azərbaycan Respublikası Milli Məclisinin IV və V çağırış deputatı.
Rauf Əliyev (deputat)
Rauf Asif oğlu Əliyev (27 may 1956, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış deputatı. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.
Rövşən Rzayev (deputat)
Rzayev Rövşən Şükür oğlu (20 yanvar 1962, Bakı) — Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri; Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatı 1962-ci il yanvarın 20-də Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini və 1993-cü ildə həmin universitetin hüquq fakültələrini bitirmişdir. 1982-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sistemində müxtəlif vəzifələrdə çalışmışdır. 2004-cü ildən 101 saylı Xanlar Daşkəsən seçki dairəsi üzrə Milli Məclisin deputatı seçildikdən sonra uzun müddət Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədrinin müavini vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Milli Məclisinin deputatı olduğu dövrdə AvroNEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü qismində bu beynəlxalq qurumun Prosedur Qaydalarının hazırlaması üzərində işləmişdir. Avropa Şurası Parlament Assambleyasının üzvü kimi həmin qurumun "Miqrasiya, qaçqınlar və əhali üzrə" və "Sosial məsələlər" üzrə komitələrində çalışmışdır. Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunu rəhbəri olduğu dövrdə bu ölkələr arasında faydalı əməkdaşlığın artırılması sahəsində çalışmışdır. "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi 5 iyun 2009-cu il tarixli qurultayında həmin İctimai Birliyin İdarə Heyətinin üzvü seçilmişdir. Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sədri vəzifəsinə təyin edilib. Hüquqşünas, dövlət xadimi, ədliyyə general-mayoru Şükür Rzayevin oğludur.
Rüfət Quliyev (deputat)
Rüfət Atakişi oğlu Quliyev (6 may 1963, Bakı) — III, IV, V və VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, İqtisadi siyasət komitəsinin üzvü, MDB Parlamentlərarası Assambleyasının siyasi məsələlər və beynəlxalq əməkdaşlıq Daimi komissiyasının sədr müavini, GUAM-ın Elm, Mədəniyyət və Təhsil üzrə Komitəsinin üzvüdür. İqtisad elmləri doktoru, professor, Azərbaycan Texniki Universitetinin kafedra müdiri, Taras Şevçenko adına Kiyev Milli Universitetinin professorudur. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının İqtisadiyyat bölməsinin Ekspert Şurasının üzvüdür. MDB PA-nın İqtisadiyyat Ekspert Şurasının üzvüdür. Rüfət Quliyev 1963-cü il may ayının 6-da Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə T. Şevçenko adına Kiyev Dövlət Universitetinin (hazırda T. Şevçenko adına Kiyev Milli Universiteti) İqtisadiyyat fakültəsinə qəbul olub və 1986-cı ildə həmin Universiteti bitirərək, Azərbaycan Politexnik İnstitutunda (hazırda Azərbaycan Texniki Universiteti) pedaqoji fəaliyyətə başlamışdır. Baş laborant, müəllim, baş müəllim, dosent, professor vəzifələrində işləmişdir. 1995-ci ildən iqtisad elmləri namizədi və 2004-cü ildən isə iqtisad elmləri doktorudur. 2006-cı ildən Azərbaycan Texniki Universitetinin professorudur. Hazırda həmin Universitetinin "İqtisadi nəzəriyyə və xidmət sahələrinin iqtisadiyyatı" kafedrasının müdiridir.
Sabir Hacıyev (deputat)
Sabir Kamal oğlu Hacıyev (5 oktyabr 1954, Göyçay) — Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış deputatı. 1954-cü il oktyabrın 5-də Göyçay şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir. 1977-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VVAQ İdarəsində məsləhətçi, baş məsləhətçi, Qanunların Sistemləşdirilməsi və Qanun Layihələrinin Hazırlanması İdarəsində baş məsləhətçi, rəis müavini işləmişdir. 1988-ci ildən respublika prokurorunun köməkçisi, Nazirlər Soveti Hüquq şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1990–1992-ci illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının Dövlət-hüquq şöbəsinin müdiri, hüquq siyasəti üzrə Azərbaycan Respublikasının Dövlət müşaviri olmuşdur. On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin (1991), üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Amerika Birləşmiş Ştatları, Lüksemburq, Polşa, Rusiya, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.