ekstrapolyator
ekstrasensizm
OBASTAN VİKİ
Ekstrasens
Ekstrasens - ekstrasensor qavrayışa sahib olduğunu iddia edən şəxs. Eyni zamanda bunlarla əlaqəli mənada bir sifətdir. Yunanca "ruh" mənasını verən "psişe" sözünün sifətidir və zamanla isim mənasında da istifadə edilməyə başlanmışdır. Metapsixika sahəsində "bədənə bağlı ruhla əlaqəli" ya da "öyrəşilməmiş ruhani fenomenlərlə əlaqəli" mənada istifadə edilir. Ekstrasens termini eyni zamanda, parapsixologoyada medium qabiliyyətlərinə sahib olduğu iddia edilən şəxsəri, yəni telepatiya, telekinez kimi paranormal qabiliyyətlərə sahib olduğu iddia edilən şəxsləri ifadə etmək üzrə də istifad edilir. "Ekstrasens" termini ilə "psixolojik" terminləri arasındakı fərq, birinci terminin "bədənli ruh"u, ikinci terminin "zehin"i əlaqədar edər olmasıdır. Hal-hazırda parapsixologiya ilə məşğul olanlar "parapsixolojik" termini yerinə "ekstrasens" (psixik) terminini istifadə edirlər.
Ekstrasensor qavrayış
Ekstrasensor qavrayış, ekstrasensorika (lat. extra "yuxarıda, kənarda" + sensus "hiss") — mövcudluğu sübut olunmamış qavrayışın və ya insan qabiliyyətlərinin bir çox paranormal formaları üçün istifadə edilən qeyri-elmi termin . Belə qavrayış və qabiliyyət formalarının mövcudluğunun heç bir elmi sübutu yoxdur, ABŞ-ın Milli Elm Fondu ekstrasensor qavrayışı amerikalılar arasında ən çox yayılmış yalançı elmlərdən, yanlış təsəvvürlərdən biri kimi təsnif edir. Bəzi hallarda subyektlərin patologiyaları və ya sinestetik vəziyyətləri nəticəsində yaranan qavrayış hadisələri onlar tərəfindən “ekstrasensor qabiliyyətlər” kimi şərh olunur (məsələn, insanın aurasını sinesteziya ilə görmək). == Təsnifatı == Paraelmlərdə ekstrasensor qavrayışın təzahürlərinə telepatiya, öncəgörmə və proskopiya, dərinin optik qavrayışı, “biointroskopiya” aiddir, lakin çox vaxt bu cür təzahürlərə cisimlərə, orqanizmlərə və ya fiziki hadisələrə qeyri-maddi fiziki təsirin bir növ üsulları da daxildir - telekinez və ya psixokinez, ekstrasensor şəfa və s. Rayn və Soul telepatiyanı duyğu kanallarının vasitəçiliyi olmadan məlumatın beyindən beyinə ötürülməsi kimi başa düşdülər. Kriptesteziya - hər hansı bir şəkildə gizlədilmiş və məsafədə yerləşən maddi obyektlər haqqında məlumatların, həmçinin hisslərin vasitəçiliyi olmadan beyin tərəfindən qəbul edilməsidir. Onlar psixokinezi yenə maddi effektsiz, sırf zehni səydən istifadə edərək maddi obyektlərlə fəza manipulyasiyaları adlandırdılar. Görmə qabiliyyəti ilə onlar məlum faktlara əsaslanaraq nəticə çıxarmadan maddi hadisələrin gələcək vəziyyətlərini qabaqcadan görmək qabiliyyətini başa düşürdülər. == Ekstrasensor qavrayışın öyrənilməsi == Bir sıra alimlər özünü ekstrasensor qabiliyyətlərə malik olduğunu bəyan edən insanları öyrənməyə çalışıblar.