Epigramm
Epiker
OBASTAN VİKİ
Epik
Epik növun şifahi xalq ədəbiyyatında əsas janrlari nağıl, əfsanə, dastan və lətifədir. Yazılı ədəbiyyatda epik novun aşağıdakı növləri vardir. Təmsil Hekayə Novella Povest Oçerk Roman Xatirə.
Epik Rekords
Epic Records — Sony Music Entertainment-ə məxsus ABŞ musiqi şirkəti. == Törəmə leybllar == Epic Records-un keçmiş və hazırkı törəmə leyblları: 550 Music (fəaliyyət göstərmir) MJJ Music (fəaliyyət göstərmir) Epic Street — hip-hop janrı ifaçıları üçün yaradılıb. Daylight Records Beluga Heights — prodüser Conatan "J.R." Rotem tərəfindən yaradılıb. DC Flag Records Glowworm Records Hidden Beach Records — R&B və soul musiqisi üzrə ixtisaslaşıb. Okeh Records — Okeh leyblının relizlərinin yenidən nəşri üçün nəzərdə tutulub. Portrait Records (fəaliyyət göstərmir) Ruthless Records (fəaliyyət göstərmir) — Eazy-E və Cerri Xeller tərəfindən 1987-ci ildə yaradılan hip-hop leyblı. Work Records (fəaliyyət göstərmir) — "WORK" və "The WORK Group" kimi də tanınır. Əvvəllər Chaos Recordings kimi idarə olunub. == Epic Records-un ifaçıları == Epic Records-un keçmiş və indiki ifaçılarının siyahısı üçün bax: Epic Records ifaçılarının siyahısı == Epic Records rəhbərliyi == Çarli Uolk — Epic Records-un prezidenti. Nik Rafael — Epic Records-un Böyük Britaniya şöbəsinin idarəçisi.
Epik növ
Epik növ (yun. έπος nəql etmək) — müəyyən bir hadisə və ya əhvalatın danışmaq, nəql etmək yolu ilə təsvir olunduğu ədəbi növdür. Ədəbiyyatşünaslıqda "danışmaq", "nəql etmək" əvəzinə əksər hallarda təhkiyə sözü işlənir. Epik əsərlər süjetli olur və onların məzmunu hadisə və ya əhvalatla bağlı olur. Epik əsərlərdə tiplərin, xarakterlərin ətraflı, hadisələrin geniş və tamamlanmış şəkildə təsviri üçün hər cür imkan vardır. Lakin, bunlar müəyyən - bir və ya bir neçə süjet ətrafında, sistem daxilində, müəllif tərəfindən düşünülmüş quruluşda verilməlidir. Əsərin janr xüsusiyyəti ilə əlaqədar olaraq (roman, povest, hekayə və s.) epik əsərlərin həcmi, onlardakı tiplərin sayı, həyat səhnələrinin geniş və ya yığcam şəkildə verilməsi müəyyən edilir. Bu mənada epik əsərlər şərti olaraq kiçik, orta və böyük kimi üç formaya ayrıla bilər. Kiçik formada insanın həyatından bir epizod, bir moment, orta formada bir dövr, yaxud, mərhələ, böyük formada isə onun tam təfərrüatı ilə verilən həyat yolu təsvir oluna bilər. Həmçinin, epik əsərlərin kiçik formasında çox vaxt bir tip əsas götürüldüyü halda, orta formada bir neçə, böyük formada isə bir çox tiplər və onların silsiləsi, hətta bir neçə nəsil götürülə bilər.
Epik teatr
Epik teatr teatrın siyasi ideyalar üçün nəzərdə tutulmuş formasıdır. Bu, Bertolt Brechtin birbaşa Marksizimin-Leninizmin təsiri ilə yaratdığı və müraciət etdiyi auditoriyasının da fəhlə sinfi kimi müəyyən etdiyi bir nəzəriyyədir. Epik sözünün burada işlənən mənası ilə xalq arasında işlədilən dastan mənalı epik sözün arasında heç bir əlaqə mövcud deyildir. Əsas məqsədi teatrın; təkcə lüks həyat forması kimi cəmiyyətin elit təbəqələrini özünə cəlb etməməsi, həm də sadə insanların problemləri ilə məşğul ola biləcək bir anlayışa çevrilə biləcəyini göstərməkdir. Marksizmin fəlsəfi, siyasi və iqtisadi təhlillərini teatr səhnəsində nəzəri və praktik olaraq əks etdirməyə çalışır. Brext tərəfindən elmi dövrün teatrı kimi qiymətləndirilən epik teatr kapitalizmi və sinfi cəmiyyəti tənqid edir; Tamaşalar çox vaxt inqilabın zəruriliyinə birbaşa işarə etməsələr də, mövcud sistemin nöqsanlarını göstərmək yolu ilə bu sistemdən imtina edərək öz tamaşaçılarını başqa alternativlər üzərində düşünməyə dəvət edirlər. Müəllifin öz tamaşaçısını cəlb etmək istədiyi bu fəal tənqidi mövqe, münasibət öz əksini ilk dəfə 1927-ci ildə Brextin istifadə etdiyi epik teatr anlayışının təsvirində tapmışdır. Brext canlandıran, təqlid edən və aldadan realist teatr ideyasından fərqli olaraq, özünün epik teatrını teatrın tamaşaçıları aldadan illüziya tərəfi məhv edilmiş ifadəli, tamaşaçıya reallığı olduğu kimi təqdim edən teatra çevirməyi qarşısına məqsəd qoyur. Brextə görə, görünənin arxasındakı həqiqəti göstərmək burjua realizmi və tam teatr qavrayışı ilə mümkün deyildir. Əksinə, bu qavrayışı məhv edəcək, tamaşaçını determinist səbəb-nəticə əlaqəsinin məngənəsindən xilas edəcək, bununla da illüziyanı yox edəcək yeni bir teatra ehtiyac vardır.
Epik fentezi
Epiz fentezi və ya yüksək fentezi — fentezinin quruluşunun epik təbiəti və ya personajlarının, mövzularının və ya süjetinin epik boyu ilə xarakterizə olunan altjanrı. "Yüksək fentezi" termini 1971-ci ildə yazdığı "Yüksək fentezi və qəhrəman romantikası" adlı essesində ortaya çıxmışdır. == Mövzular == Epik fentezi adətən mövzuları və verdiyi mesajları ilə müəyyən edilir. Xeyir və şər epik fentezidə ortaq amildir və şərin xarakterini müəyyən etmək çox vaxt epik fentezi əsərində vacib mövzudur. Xeyir və şər məfhumunun əhəmiyyəti epik fentezi ilə qılınc və sehr arasında fərqləndirici əlamət kimi qəbul edilir. == İstinadlar == == Xarici keçidlər == "Fantasy Genre Lecture"—A paper by Michael Joseph discussing high fantasy and referencing Alexander's theories, via Rutgers' School of Communication and Information.
Epik film
Epik film — böyük miqyaslı, geniş əhatə dairəsinə malik və təsirli panoramik təsvirləri özündə cəmləşdirən film çəkilişi tərzidir. Roger Ebert kimi tədqiqatçıların fikrinə görə, bu terminin istifadəsi zamanla dəyişikliyə məruz qalmış və bəzən bir film janrını, bəzən isə böyük büdcəli proyektləri təsvir etmək üçün sifət kimi istifadə olunmuşdur. Klassik ədəbi mənada olan epiklər (dastanlar) kimi, bir çox epik filmlərdə də əsas diqqət mərkəzində olan personaj qəhrəman xarakteri daşıyır. Epiklər digər janrlardan, məsələn, tarixi dram və ya macəra filmlərindən iddialı strukturları ilə seçilirlər. Bütün zamanların ən çox gəlir gətirən filmləri siyahısında bu janra aid olan filmlərdə vardır. Hal-hazırda dünya üzrə 2,7 milyon dollarla rekordu əlində saxlayan Avatar, Avatardan əvvəl bu rekorda sahib film olanTitanik, gəlirlər inflyasiyaya görə nizamlandığı təqdirdə dünya tarixinin ən çox gəlir gətirən filmi hesab olunan Küləklə sovrulanlar filmləri epik filmlərdirlər. 11 Akademiya Mükafatı qazanma rekordunu bölüşən üç film (Ben-Hur, Titanik və Üzüklərin hökmdarı: Kralın qayıdışı) də epik film janrındadırlar.
Epik sikl
Epik sikl (yun. Ἐπικὸς Κύκλος) və ya Troya siklı — daktil heksametrdə yazılmış və Troya müharibəsi hekayəsi ilə bağlı qədim yunan epik şeirlərinin toplusu. Buraya "Kipriya", "Efiopida", "Kiçik İliada", "İlionun məhvi", "Qayıdışlar" və "Teleqoniya" adlanan əsərlər daxildir. Alimlər bəzən iki Homer dastanını, yəni "İliada" və "Odissey"i epik siklın poemaları sırasına daxil edirlər, lakin bu termin daha çox homerik poemalardan ayrı olaraq qeyri-homerik poemaları təyin etmək üçün istifadə olunur. Müasir elmdə Homer dastanları ilə epik sikl arasında tarixi və ədəbi əlaqələrin öyrənilməsinə neoanaliz deyilir. "İliada" və "Odisseya"dan fərqli olaraq, epik dövrün əsərləri yalnız son antik dövr və Bizans dövrünün mənbələrində fraqmentlər və qısa xülasə şəklində qorunub saxlanılmışdır. Epik sikl qədim yunanların qaranlıq əsrlərində inkişaf etmiş və qismən yerli qəhrəman kultlarına əsaslanan şifahi ənənənin ədəbi formada ifadəsi idi. Ədəbi dastanların götürüldüyü ənənəvi material Dəmir dövrü və qədim Yunanıstan tarixinin sonrakı dövrləri nöqteyi-nəzərindən Tunc dövrünün Mikena mədəniyyətini əks etdirirdi. == Sübutu == Herodot e.ə. V əsrin ortalarında "Tarix"ini yazarkən "Kipriya" və "Epiqonlar" haqqında bilirdi.
Epik-lirik janr
Epik-lirik janr — Ədəbiyyatşünaslıqda buna qarışıq janr (epik və lirik) da deyilir. == Məzmun == Elə bədii əsərlər var ki, orada həm epik lövhələrlə, hadislərin təhkiyə yolu ilə verilməsinə, həm də şairin (lirik qəhrəmanın) bu və ya digər obraza, hadisəyə, əşyaya, təbiətə lirik münasibətinə təsadüf olunur. Əvvəldən axıra qədər həyat hadisələrinin müəyyən bir süjet əsasında təsviri ilə şairin daxili duyğularının ifadəsi üzvi şəkildə birləşir, iki növ (epik və lirik növlər) bir-birilə demək olar ki, qaynayıb qarışır. Buna görə də bu cür əsərlər qeydsiz-şərtsiz bir janra (ya epik, ya da lirik janra) daxil olmur. Belə əsərlər xüsusi bir janr təşkil edərək epik-lirik növ adlanır. Ədəbiyyatşünaslıqda buna qarışıq janr da deyilir. Ayrı-ayrı poemalarda hadisənin epik təsviri ilə lirik tərənnümün nisbəti müxtəlifdir. Bəzi əsərlərdə təhkiyə, bəzilərində isə tərənnüm üstün olur. Hadisələrin epik təsviri üstünlük təşkil edən əsər epik-lirik əsər adlanır. Məsələn, Məhəmməd Füzulinin "Leyli və Məcnun" poeması epik-lirik əsərdir.
Epikard
Epikard (yunanca epi — çıxan, xaric olan, cardium — ürək) — ürək divarının xarici təbəqəsi. == Haqqında == Epikard təbəqəsi Miokard təbəqəsi və Ürək kisəsi arasında yerləşir.
Epikriz
Epikriz (yun. επίκροις – mülahizә, qәrar) – müalicә başa çatdıqda, yaxud onun müәyyәn mәrhәlәsindә xәstәnin vәziyyәti, xәstәliyin başvermә sәbәblәri vә inkişafı, müalicәnin әsaslandırılması vә nәticәsi haqqında yazılı qәrar, vacib tibbi uçot sәnәdi. == Ümumi məlumat == Xәstәliyin gedişi xüsusiyyәtlәrindәn vә nәticәsindәn asılı olaraq Epikrizә xәstәnin proqnozu, onun üzәrindә gәlәcәk müşahidәnin zәruriliyi haqqında qәrar, müalicәvi-әmәk tövsiyәlәri daxil edilir. Ölümlә nәticәlәnmә hallarında Epikrizdә ölümün sәbәbi göstәrilir. Peşә sirrinin gözlәnilmәsi qaydası ilә әlaqәdar Epikrizin mәzmunu ancaq tibb işçilәri arasında başa düşülәndir. == Epikrizin növlәri == Epikrizin tәrtib olun masına zәrurәt xәstәni müşahidәnin müxtәlif dövrlәrindә yaranır. Ambulator xәstәnin tibb kartasında dispanserizasiya nәti cәlәrini (ildә 1–2 dәfә) qiymәtlәndirәrkәn, hәmçinin xәstәni hәkim nәzarәt komissiyasına göndәrdikdә vә stasionara yerlәşdirdikdә müalicәnin davam etdi rilmәsinә zәrurәt olduğunu әsaslandırmaq üçün Epikriz tәrtib olunur. Uşağın inkişaf tarixindә Epikriz uşaq 1,3 vә 7 yaşına çatdıqda, habelә 18 yaşlı yeniyetmә böyüklәr poliklinikasına köçürüldükdә qeyd edilir. Stasionar xәstәnin tibb kartasında (xәstәlik tarixindә) Epikrizdә onun stasionarda olmasının hәr 10–14 günlük yekunları (mәrhәlә Epikrizi), xәstә stasionardan ayrıldıqda çıxma Epikrizi, onu başqa müalicә müәssisәsinә köçürdükdә köçürmә Epikrizi, xәstә öldüyü hallarda isә ölәndәn sonra Epikriz tәrtib olunur vә ona sonra patoloji-anatomik Epikriz әlavә edilir. Müxtәlif növ Epikrizlәr mәzmununa vә başlıca olaraq qәrar hissәsinә görә fәrqlәnir.
Epiktet
Epiktet (yun. Έπίκτητος, təq. 50[…], Hierapolis – 138) — yunandilli Roma filosofu, stoaçılıq məktəbinin ardıcılı. Öz fəlsəfəsində daha çox praktiki müdriklik haqqında danışan Epiktet, eramızın 50-138-ci illəri arasında yaşayan, yeni stoizmin (Roma stoizmi) nümayəndələrindən biridir. Fəlsəfəsində “yaxşı həyat nədir?” sualına cavab axtarırdı. Neronun mühafizəçilərindən birinin köləsi olan Epiktet ən nəhayətində azadlığını əldə etməyi bacarmış və ən özünəmxəsus düşüncə xadimlərindən biri olmuşdu. == Həyatı == I əsrin başlanğıcında (təqribən 50-ci ildə) Frigiyanın Hierapolis şəhərində dünyaya gəldiyi zənn edilir. Romada Epafroditon adlı bir kəsin qulu idi. Orada stoacı filosof Musonius Rufusun dərslərində olur. Azad edildikdən sonra özünü fəlsəfəyə həsr edir.
Epikür
Epikür (yun. Ἐπίκουρος, e.ə. 342, Samos, Şimali Egey adaları – e.ə. 270[…], Afina) — qədim yunan filosofu, epikürçülüyün yaradıcısı. O, Samos adasında anadan olmuş və daha sonra Afinaya gedərək orada "Bağ" (yun. Κῆπος) adlanan öz fəlsəfi məktəbini yaratmışdır. Epikür bir çox kitabın müəllifi olmuş, ancaq onlardan zamanımıza yalnız bəzi fraqmentlər gəlib çatmışdır. == Fəlsəfəsinin əsasları == Epikür təliminin məqsədi insanlara xoşbəxtliyin əldə olunması və qorxu hissindən aşma yollarını göstərmək idi. Bunun üçün də o, əfsanələrə inanmamağa və təbiəti dərk etməyə çağırırdı. Beləliklə, Epikürün və onun ardıcıllarının fəlsəfəsi fizika, kanonika və etikadan (əxlaqdan) ibarət olmuşdur.
Epikür məktəbi
Epikürçülük ya epikürizm — ellinizm dövrünün filosofu Epikür və onun ardıcıllarının təlimi. == Tarixi == M. ö. IV yüzilliyin sonu - VI yüzilliyin əvvəllərində Qədim Yunanıstanda Epikür "Epikür bağı" adlanan fəlsəfi məktəbin əsaslarını qoymuşdur ki, bu da gələcəkdə epikürçulük adlı fəlsəfi cərəyanın yaranmasına təkan vermişdi. Bu məktəb öz inkişafında üç mərhələ keçmişdir: Ellinizm dövrünün epikürçülüyü; Yunan-Roma epikürçülüyü m. ö. I-II əsrləri əhatə edir; Roma epikürçülüyü I-VI əsrlər Roma imperiyası dövrünü əhatə edir. Birinci mərhələyə Epikürün və onun ən yaxın dostlarının - Lampasklı Metrodor və riyaziyyatçı Poliyenin və Mitilenli Ermarxın yaradıcılığı aiddir. İkinci mərhələ Epikür məktəbinin nümayəndələri Filonid, Afinalı Appllodor, Sidonlu Zenon, Lakonlu Demetriusdur. İnduktiv məntiq məsələlərini işləyib hazırlamış Qadaralı Filodemusdur. Üçüncü mərhələ əsasən Roma qulldarlıq cəmiyyəti ilə bağlıdır.
Epikürçülük
Epikürçülük ya epikürizm — ellinizm dövrünün filosofu Epikür və onun ardıcıllarının təlimi. == Tarixi == M. ö. IV yüzilliyin sonu - VI yüzilliyin əvvəllərində Qədim Yunanıstanda Epikür "Epikür bağı" adlanan fəlsəfi məktəbin əsaslarını qoymuşdur ki, bu da gələcəkdə epikürçulük adlı fəlsəfi cərəyanın yaranmasına təkan vermişdi. Bu məktəb öz inkişafında üç mərhələ keçmişdir: Ellinizm dövrünün epikürçülüyü; Yunan-Roma epikürçülüyü m. ö. I-II əsrləri əhatə edir; Roma epikürçülüyü I-VI əsrlər Roma imperiyası dövrünü əhatə edir. Birinci mərhələyə Epikürün və onun ən yaxın dostlarının - Lampasklı Metrodor və riyaziyyatçı Poliyenin və Mitilenli Ermarxın yaradıcılığı aiddir. İkinci mərhələ Epikür məktəbinin nümayəndələri Filonid, Afinalı Appllodor, Sidonlu Zenon, Lakonlu Demetriusdur. İnduktiv məntiq məsələlərini işləyib hazırlamış Qadaralı Filodemusdur. Üçüncü mərhələ əsasən Roma qulldarlıq cəmiyyəti ilə bağlıdır.

Digər lüğətlərdə