epistemologiya

epistemologiya
epistaksiyofobiya
epistolyar
OBASTAN VİKİ
Epistemologiya
== Ümumi anlayış == Epistemologiya (q.yun. ἐπιστήμη — bilik, bacarıq və λόγος — elm) — fəlsəfənin məlumatın təbiəti, əhatəsi və qaynağı ilə maraqlanan bölməsidir. Məlumat fəlsəfəsi olaraq da adlandırılmaqdadır. Bu termini ilk dəfə fəlsəfə elmində şotland filosofu C. F. Ferye "Metafizikanın əsasları" (1854) kitabında işlətmişdir. O fəlsəfəni iki hissəyə Ontologiya və Epistemologiyaya bölmüşdür. Fəlsəfənin bu bölməsi faktlar haqqında proporsional bilgi, bacarıqlar şəklində təctübi bilgi və s. kimi bilik növlərini izah edir. Epistemoloqlar bilginin mahiyyətini anlamaqdan ötrü iman, həqiqət və əsaslandırma konsepsiyasını araşdırırlar. Bilginin necə yarandığını tapmaqdan ötrü qayvatış, introsepsiya, yaddaş, səbəb və şəhadət kimi əsaslandırma mənbələrini tədqiq edirlər. Müasir fəlsəfəyə əsasən, Epistemologiya və ya “bilik nəzəriyyəsi” fəlsəfənin üç ana qolundan biridir.