EPİLOQ
ER-GEC
OBASTAN VİKİ
Epos
Epos — hər bir xalqın ictimai-estetik təfəkkürünü bütövlükdə əhatə edən folklor əsəri. Epos həmin mətnləri öz içinə alan, onları bütövlükdə əhatə edən dastançılıq düşüncəsidir. Eposda dastançılığın bütün süjetləri və motivləri cəmlənir. Yəni hər hansı bir dastan konkret bir süjeti və onun tərkib hissələrini təşkil edən motivlərdən ibarətdirsə, epos bütün dastanların süjetlərini və motivlərini əhatə edən dastançılıq ənənəsi, dastançılığın düşüncə ehtiyatı, xəzinəsidir.
Kitabi Dədə Qorqud: yazılı epos və ya epopeya
Koroğlu Eposu
Koroğlu — Altay, Türkiyə, Türkmənistan, Azərbaycan türklərinin əfsanələrində və xalq əhvalatlarında iştirak edən xalq qəhrəmanıdır. Əsl adı Rövşən olmuşdur. "Koroğlu" Rövşənin ləqəbidir və ona atasının gözləri xan tərəfindən çıxarıldıqdan sonra verilmişdir. == Haqqında == Dastanda Koroğlunun kim olduğundan, onun etdiyi mübarizələrdən bəhs edir. Koroğlunun atası Alı kişinin Həsən xan tərəfindən gözləri çıxardılır. Əslində Həsən xan Alı kişini öldürmək fikrində idi, lakin qonağı Hasan paşanın Alı kişinin gözlərinin çıxardırılmasını söyləməsi onu bu fikrindən daşındırdı. Koroğlunun əsl adı Rövşəndir. Atası ölmədən əvvəl ona "Koroğlu" adını qoydu. Bunuda qeyd eləmək lazımdır ki, Koroğlunun vətəni Çənlibeldir. Dastanda Koroğlunun başına qoçaq oğlanlar yığışınca Çənlibel igidlərin məskəni olmuşdur.
Slavyan eposu
Slavyan eposu (çex. Slovanská epopej) — Çexiya art-nevü rəssamı Alfons Muxa tərəfindən 1910-1928-ci illərdə yaradılmış rəsm əsərləri seriyasıdır. Seriyada çexlər və digər slavyan xalqlarının mifologiyası və tarixi təsvir edilir. 1928-ci ildə monumental əsərini tamamlayan Muxa, əsərlərin sərgilənməsi üçün xüsusi pavilion inşa edilməsi şərti ilə seriyanı Praqa şəhərinə bağışlayır.. 2012-ci ilə kimi əsərlər Çexiyanın Yihomoravsk diyarındakı Moravski-Krumlov şəhərindəki qəsrin daimi ekspozisiyasına daxil olmuşdur. 2012-ci ildə seriyaya daxil olan 20 əsərin hamısı Praqa Milli Qalereyası tərəfindən təşkil edilmiş sərgidə nümayiş olunmaq üçün Sərgi sarayına gətirilmişdir. == Tarixi == Alfons Muxa, şah əsəri hesab edilən “Slavyan eposu”nun işlənməsinə on səkkiz il sərf etmişdir. XX əsrin əvvəllərindən Muxa Slavyan tarixinə həsr edilmiş əsərlər seriyası yaratmağı arzulasa da, maddi çətinliklərə görə arzusunu yerinə yetirə bilməmişdir. 1909-cu ildə rəssam, slavyan mədəniyyətinin heyranı olan ABŞ filantropu Çarlz Riçard Kreyndən qrant almağa nail olur. O, işə rəsmlərdə təsvir etmək istədiyi Rusiya, Polşa və Afondakı pravoslav monastırları da daxil olmaqla Balkan ölkələrini gəzməklə başlayır.
İran eposu
Ameşa spenta - əksər irandilli xalqların ümumi mifoloji irsinə aid mifoloji personajlar. Qədim irandilli xalqların hər an qarşılaşdığı və izah edə bilmədiyi təbiət hadisələri barədə təsəvvürləri ilə bağlıdır. Bu hadisələrin izahı empirik düşüncə tərzinə uyğun idi. Qeyd etmək lazımdır ki, heç də bütün mifoloji surətlər qorunub, bəziləri xalq düşüncəsində transformasiyaya uğrayıb. Təsəvvürlərin dəyişməsində həlledici məqam dinin dəyişməsi oldu. İslam xalqın düşüncəsinə kainat haqqında yeni təsəvvürlər gətirdi. Div - iran mifoloji personajıdır. Qədim İran inanclarına xeyirlə şərin dualizmi səciyəvidir. Hər iki qüvvənin öz tanrılar iyerarxiyası var. Belə ki Xeyir Hürmüzün tərəfdarları olan ameşa-spentalar və yazatanlar tərəfindən qorunur.
"Kitabi-Dədə Qorqud” eposu: Heydər Əliyevdən - İlham Əliyevə
Kitabi-Dədə Qorqud” eposu: Heydər Əliyevdən - İlham Əliyevə

Значение слова в других словарях