ERKƏN

нареч. 1. экуьнахъ фад, экуьнен яралай; erkən durmaq экуьнахъ фад къарагъун; 2. фад, вахт тахьанамаз, вахтундилай вилик.
ERKƏKLİK
ERQ
OBASTAN VİKİ
Erkən Bahar
Erkən bahar – Polyak yazıçı Stefan Zermoskinin məşhur əsəri. Mövzusu Bakı şəhərində cərəyan edir.
Erkən Xristianlıq
Erkən Xristianlıq — Xristianlığın yaranmasından (I yüzilliyin 30-cu illərindən) Nikea Ekumen məclisinə qədər (325 il) davam edən dövr. == Xristianlığın yaranması, yayılması və dövlət dininə çevrilməsi == Xristian dünyagörüşü və mədəniyyətinin yaranması dünya tarixində olan ən önəmli hadisələrdən biri olmuşdur. Fələstin torpaqlarında yaranan bu dinin ilk azsaylı ardıcılları, qədim yəhudi ənənəsi çərçivəsində, yeni təfəkkürün əsas müddəalarını ifadə etdilər. Gələcəkdə bu təlim, bir neçə əsr ərzində Roma imperiyasının böyük xalq kütlələrini əhatə edərək, rəsmi dövlət dini statusunu almışdır. Roma mühitində inkişaf etmiş xristian dünyagörüşü, təkcə yəhudi ənənələri ilə məhdudlaşmayıb, müxtəlif dini-fəlsəfi təlimlərin təsiri altında düşmüşdü. Xristian dininin rəsmi doktrinası bir neçə əsr ərzində tədricən, mürəkkəb tarixi hadisələr şəraitində formalaşmışdı. Lakin bundan sonra daxili ziddiyətlərin kəskinləşməsi nəticəsində orada müxtəlif dini təriqətlər və cərəyanlar fəaliyyət göstərmişdir. Sonda, bu ziddiyətlər Xristianlığın parçalanması ilə nəticələnmişdir. Lakin, bütün bu ziddiyətli məqamlara baxmayaraq bu din dünya dininə çevrilmişdir. Yeni dinin yayılması ilk olaraq Roma hakimiyyəti tərəfindən birmənalı qarşılanmamışdır.
Erkən padşahlıq (Misir)
Erkən padşahlıq (e.ə. təq. 3000-2800 ci illər) dövründə ilk iki sülalə hökmranlıq etmişdir. Misirin birinci fironu Narmer (Qədim Misir tarixçisi kahin Manefonun məlumatına görə adı Mina idi). Aşağı Misir üzərində qələbə çalaraq ölkəni vahid dövlətdə birləşdirdi. Birinci Misir sülaləsinin hakimiyyəti dövründə süni suvarma əkinçiliyi inkişaf etmiş, daş və mis alətlər təkmilləşdirilmiş, Nil çayının sol sahilində Misirin dini, siyasi, mədəniyyət və sənətkarlıq mərkəzi sayılan Memfis şəhərinin əsası qoyulmuşdur. Mərkəzləşdirilmiş dövlət yaradılmış və işğalçılıq müharibələrinə başlanılmışdır. == Mənbələr == Б. А. Тураев, Древний Египет, Издательство: Огни, 1922 г. Azərbaycan Sovet EnsiklopediyasıVI cild, səh.
Erkən xristianlıq tarixi
== Yaranma öncəsi == Xristianlığın tarixi köklərinə və yaranmasına diqqət yetirdikdə, onun bir tərəfdən qədim yəhudi dininə, başqa bir tərəfdən isə antik dövr dünyagörüşü və fəlsəfəsi ilə sıx əlaqədə olduğu məlum olur. Bununla yanaşı başqa dini ənənələrin (məs. mitraizmin) də xristian təliminin formalaşmasında təsiri olmuşdur. Tarixdən məlum olduğu kimi, I yüzillikdə Yəhudiyyə çarlığı Roma imperiyası tərəfindən işğal edilmişdi. Bundan sonra yəhudi toplumu parçalanmışdı və dərin böhran içində idi. Yəhudilər də Roma imperiyası tərəfindən işğala məruz qalmış bütün xalqlar kimi azadlığa can atırdılar. Çünki imperiyada hər addımbaşı ədalətsizlik və istibdad hökm sürməkdə idi. Son olaraq isə imperiyaiçi çəkişmələrin sayı artır, cəmiyyətin təbəqələşməsi və parçalanması getdikcə daha da dərinləşirdi. Bütün bu proseslər yəhudi cəmiyyətində özünü daha da qabarıq şəkildə göstərirdi. Bu cür acınacaqlı vəziyyətdən çıxmaq üçün imperiyada yaşayan xalq kütlələri öz ümidlərini daha çox dinlərə bağlayırdılar.
Erkən Pliosen epoxası
== Erkən Pliosen (Balaxanı əsri) epoxası == Erkən pliosen (Balaxanı və ya Məhsuldar qat əsri) epoxası Azərbaycan Respublikası relyefinin inkişafında mühüm mərhələ olmuşdur. Belə ki, bu dövrdə dənizin reqressiyası zamanı onun səviyyəsi indikindən xeyli aşağı düşmüş və transqressiv fazasında isə Qusar-Dəvəçi, Ceyrankeçməz və Aşağı Kür çökəkliklərini örtmüşdür. B.Ə. Budaqova görə (1969, 1976) Şahdağ və Bazardüzü-Tufan massivlərinin hündürlüyü yüksək dağlığın səviyyəssinə çatmış və buzlaşmaya məruz qalmışdır. Kür çökəkliyinin relyefi balaxanı əsrində dənizin transqressiya (əsrin əvvəli və ortasının sonu) və reqressiyaları (əsrin ortasının əvvəli və əsrin sonu) ilə əlaqədar olaraq dəyişikliklərə məruz qalmışdır. Transqressiyalar zamanı çökəkliyin quru sahələri azalmış və hövzə akkumulyasiya sahəsini təcəssüm etdirmişdir. Reqressiyalar zamanı isə dəniz Aşağı Kür çökəkliyində saxlanılmış və akkumulyativ düzənliklərin sahəsi genişlənmişdir. Kiçik Qafqazın relyefinin inkişafında Balaxanı əsri mühüm rol oynamışdır. Bu zaman kontinental şəraitdə inkişaf edən Qazax çökəkliyində diskonform inversion və ya çevrilmiş morfostrukturların formalaşması və onların ekzogen parçalanması davam edir. Balaxanı əsrində Respublika ərazisi relyefinin inkişafının ümumi təmayülünə uyğun olaraq Lənkəran bölgəsində də Talış və Burovar horst-antiklinor, Peştəsər monoklinal və Qızılqaya diaklinal silsilələri qalxmaqda davam edir və mövcud düzəlmə səthləri, deformasiyaya məruz qalır. Yardımlı və Lerik depressiyaları relyefdə nisbətən dayaz çökəkliklər şəklində əks olunurlar.
Zəlzələdən erkən xəbərdarlıq sistemi
Milli Zəlzələ Erkən Xəbərdarlıq Sistemi (yap. 緊急地震速報, Kinkyū Jishin Sokuhō緊急地震速報, Kinkyū Jishin Sokuho) — 2007-ci ildən Yaponiyada fəaliyyət göstərir. Bu müddət ərzində Meteorologiya İdarəsi bunu 130 dəfə tətbiq edib. Sosioloji sorğunun nəticələrinə görə, yaponiyalıların 65%-i ictimai zəlzələdən xəbərdar olmaq sistemini faydalı hesab edir. Onun hərəkəti ondan ibarətdir ki, seysmik dalğaların yayılma sürəti çox da yüksək deyil və zəlzələnin episentrinin uzaqlığından asılı olaraq yaşayış məntəqələrinə çatmaq bir neçə dəqiqə çəkə bilər. Adaların sakinlərinin əksəriyyəti qeyd edib ki, bu cür xəbərdarlıqlar onlara mümkün fəlakətlərə hazırlaşmağa kömək edir. Məhz bu sistem 2011-ci ildə faciəli hadisələrdən bir dəqiqə əvvəl onları televiziya vasitəsilə xəbərdar etməyə imkan verdi. Hesab edilir ki, bu bir çox insanın həyatını xilas etməyə imkan yaratmışdır. Yaponiya Meteorologiya Agentliyinin (JMA) iki zəlzələdən erkən xəbərdarlıq sistemi mövcuddur: biri geniş ictimaiyyət üçün, digəri isə Milli Meteorologiya və Hidroloji Xidmət üçün. Yaponiyada quraşdırılmış 4235 seysmometrdən iki (və ya daha çox) P dalğası aşkar edildikdə, JMA zəlzələnin episentrinin təxmini yerini təhlil edir və proqnozlaşdırır.
Erkən Pliosen (Balaxanı əsri) epoxası
== Erkən Pliosen (Balaxanı əsri) epoxası == Erkən pliosen (Balaxanı və ya Məhsuldar qat əsri) epoxası Azərbaycan Respublikası relyefinin inkişafında mühüm mərhələ olmuşdur. Belə ki, bu dövrdə dənizin reqressiyası zamanı onun səviyyəsi indikindən xeyli aşağı düşmüş və transqressiv fazasında isə Qusar-Dəvəçi, Ceyrankeçməz və Aşağı Kür çökəkliklərini örtmüşdür. B.Ə. Budaqova görə (1969, 1976) Şahdağ və Bazardüzü-Tufan massivlərinin hündürlüyü yüksək dağlığın səviyyəssinə çatmış və buzlaşmaya məruz qalmışdır. Kür çökəkliyinin relyefi balaxanı əsrində dənizin transqressiya (əsrin əvvəli və ortasının sonu) və reqressiyaları (əsrin ortasının əvvəli və əsrin sonu) ilə əlaqədar olaraq dəyişikliklərə məruz qalmışdır. Transqressiyalar zamanı çökəkliyin quru sahələri azalmış və hövzə akkumulyasiya sahəsini təcəssüm etdirmişdir. Reqressiyalar zamanı isə dəniz Aşağı Kür çökəkliyində saxlanılmış və akkumulyativ düzənliklərin sahəsi genişlənmişdir. Kiçik Qafqazın relyefinin inkişafında Balaxanı əsri mühüm rol oynamışdır. Bu zaman kontinental şəraitdə inkişaf edən Qazax çökəkliyində diskonform inversion və ya çevrilmiş morfostrukturların formalaşması və onların ekzogen parçalanması davam edir. Balaxanı əsrində Respublika ərazisi relyefinin inkişafının ümumi təmayülünə uyğun olaraq Lənkəran bölgəsində də Talış və Burovar horst-antiklinor, Peştəsər monoklinal və Qızılqaya diaklinal silsilələri qalxmaqda davam edir və mövcud düzəlmə səthləri, deformasiyaya məruz qalır. Yardımlı və Lerik depressiyaları relyefdə nisbətən dayaz çökəkliklər şəklində əks olunurlar.
Oliqosen-Erkən Miosen (Maykop) epoxası
Relyefin inkişafının neotektonik mərhələsinin başlandığını təşkil edən Maykop əsrinin əvvəllərində Afrika - Ərəbistan və Avropa – Asiya litosfer tavalarının konvergensiyası güclənir və onların arasındakı tavaların kolliziyası nəticəsində dağlıq ərazilərdə qalxma, dağarası çökəkliklərdə isə nisbi enmə hərəkətləri güclənir. Bu dövrdən etibarən qalxma hərəkətləri üstünlük təşkil etməyə başlayır və beləliklə də ərazinin enmə təmayülü qalxma təmayülü ilə əvəz olunur. Bunun nəticəsində dənizin reqressiyası baş vermiş Böyük və Kiçik Qafqazın bir sıra sualtı kənar çökəklikləri qalxmağa məruz qalmış və geniş quru sahələrinə çevrilmişlər. Kür çökəkliyi isə gömülərək bu vaxtdan etibarən ilk dəfə olaraq vahid dağarası depressiya formasını almışdır.
Azərbaycanda erkən orta əsrlər dövrü
Azərbaycanda erkən orta əsrlər dövrü — Azərbaycan tarixinin dövrlərindən biri olaraq III əsrdən XI əsrə qədər davam etmişdir. III əsrdə həm müasir Azərbaycan Respublikası ərazisi, həm də Cənubi Azərbaycan ərazisi Sasani imperiyası ərazilərinə qatılmışdırlar. Həmçinin elə bu dövrdə Azərbaycan ərazisində feodalizm formalaşmağa başlamış, Qafqaz Albaniyası ərazisi Bizans və Sasani imperiyaları arasında müharibə meydanına çevrilmişdir. Sasani imperiyasının Ərəb xilafəti tərəfindən süquta uğradılmasından sonra həm keçmiş Atropatena, həm də Albaniya əraziləri Ərəb xilafətinə daxil edilmişdir. Bu zamana qədər artıq dövlətçiliyini tamamilə itirmiş Atropatenadan əlavə olaraq, Albaniyada tədricən zəifləmiş və 705-ci ildə tamamilə yox olmuşdur. Bundan sonra Ərəb xilafətinin də regoindakı hakimiyyəti tədricən zəifləmiş, bunun nəticəsində Azərbaycan ərazisində - həm cənubi, həm də şimali - yeni feodal dövlətlər ortaya çıxmışdır. == Sasani işğalı == === Tarixi === 252-253-cü illərdə Albaniya, bundan daha əvvə isə Atropatena Sasani imperiyası tərəfindən ələ keçirildi. Atropatena tamamilə Sasani imperiyasına birləşdirilsə də, Albaniya vassal dövlətə çevrildi və özünün monarxiyasını qoruyub saxlaya bildi. Lakin Alban hökmdarının real gücü yox idi, mülki, dini və hərbi hakimiyyət əsasən Sasani canişini olan mərzbanın əlində cəmləşmişdi. 260-cı ildə Sasani şahı I Şapurun Roma ordusunu məğlub etməsindən sonra Albaniuyanın ilhaq edilməsi məlumatı Nəqşi-Rüstəmdəki üçdilli abidə verilən mətndə keçməkdədir.
Səudiyyə Ərəbistanında erkən islam abidələrinin dağıdılması
Erkən islama aid tikililərin dağıdılması Səudiyyə Ərəbistanın qərbində Hicaz ərazisində, xüsusən müqəddəs Məkkə və Mədinə şəhərlərinin ətrafında indi də davam edən bir fenomendir . Əsasən Məhəmmədləvə erkən islam tarixinin əsasını qoyan bir çox şəxslərlə əlaqəli olan məscidlər, qəbiristanlıqlar, evlər və tarixi ərazilər uçurulma məqsədilə hədəfə alınmışdır. Səudiyyə Ərəbistanında bu tikililərin dağıdılması durmadan artmaqda olan Həcc ziyarətçilərini yerləşdirmək məqsədilə Məkkədə Məscid əl-Həramın və Mədinədə Peyğəmbər Məscidinin və onların köməkçi xidmət vasitələrinin rəsmi surətdə genişləndirilməsi prosesinin bir hissəsidir. 1932-ci ilə qədər Ərəbistan yarımadasının əksər hissəsi üçüncü və hazırkı Səudiyyə hakimiyyəti tərəfindən siyasi olaraq birləşdirilmişdi. Kral Əbdüləziz ibn Səudun rəhbərliyi ilə onun ruhlandırılmış qəbilə üzvlərindən ibarət bədəvi ordusu tərəfindən həyata keçirilən hərbi əməliyyatlar nəticəsində Hicaz zəbt edildi və Haşimi tayfası hakimiyyətdən kənarlaşdırıldı. Əsasən tayfa üzvlərindən ibarət olan və yazı-pozu bilməyən Nəcdli yeni idarəçilər çox mürəkkəb bir cəmiyyətin başçıları oldular. “Məclis əş-Şura” (Məsləhət şurası) sisteminə əsaslanan birgə siyasi struktur yüz illər ərzində orada mövcud olmuşdur. Mərkəzi idarəetmə orqanı orta məktəblərə, hərbi və polis qüvvələrinə xərclənən büdcəyə nəzarət edirdi. Eynilə, Nəcd və Hicazın dini strukturu həddən artıq müxtəlif idi. Ənənəvi Hicaz mədəni adət-ənənə və ritualları təbiətcə demək olar ki, təmamilə dini idi.

Digər lüğətlərdə