Etilenxlorhidrin (2-xloretanol) kimyəvi formulu HOСН2—CH2Cl olan xlorüzvi birləşmədir. Bifunksional birləşmələrə aiddir. Üzvi sintezdə geniş istifadə olunur. Çox zəhərlidir.
Etilenxlorhidrin | |
---|---|
Ümumi | |
Sistematik adı | etilenxlorhidrin |
Kimyəvi formulu | HOСН2—CH2Cl |
Molyar kütlə | 80,52 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 1,205 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | -69 °S |
Qaynama nöqtəsi | 128,7 °S |
Buxarın təzyiqi | 5 ± 1 mm Hg[1] |
Kimyəvi xassələri | |
Turşunun dissosasiya sabiti | 14,31 ± 0,01[2] |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 107-07-3 |
PubChem | 34 |
RTECS | KK0875000 |
ChEBI | 28200 |
BMT nömrəsi | 1135 |
ChemSpider | 21106015 |
Etilenxlorhidrini ilk dəfə 1859-cu ildə Fransız kimyaçısı A.Vürs lehimlənmiş boruda etilenqlikolu doymuş hidrogen xloridlə qızdırmaqla almışdır. A.Vürs onun yüksək reaksiya qabiliyyətli olmasına dair çoxlu nümunələr vermişdir.
Etilenxlorhidrin uçucu özlü mayedir, efir iyinə bənzər xoşagəlim iyə malikdir, suda, etanolda, dietilefirində, asetonda, 1,2-dixloretanda və xloroformda yaxşı həll olur, Karbondördxloriddə və karbohidrogenlərdə az həll olur. Müxtəlif tipli birləşmələr üçün, qeyri-üzvi birləşmələrin duzlarından tutmuş sellilozanın efirlərinə kimi çox yaxşı həlledicidir. Etilenxlorhidrin su ilə azeotrop qarışıq əmələ gətirir (etilenxlorhidrinin kütləsinə nəzarən 42,3%). Azeotrop qarışıq 97,85°С qaynayır.
Etilenxlorhidrin halloid 5 atomu hesabına yüksək reaksiya qabiliyyətinə malikdir. Etilenxlorhidrin istər spirtlər və istərsə də hallogenəvəzlləyici1 biləşmələr üçün xarakterik reaksiyalara daxil olur.
Qələvi iştirakı ilə etilenxlorhidrin asanlıqla hidratlaşaraq etilenqlikola1 çevrilir:
Etilenxlorhidrinin xlorlaşma reaksiyası maye fazada 70-90 °С temperaturada gedir. Reaksiya etanolun iştirakı ilə aparıldığı halda xloral və hidrogenxlorid əmələ gəlir. Xloralın çıxımı suyun1 iştirakı ilə çoxalır:
Etilenxlorhidrin güclü oksidləşdiricilərin, məsələn nitrat turşusu və ya xrom anhidridinin iştirakı ilə oksidləşərək monoxlorsirkə turşusunu əmələ gətirir:
Katalizatorların (məsələn kalsiumkarbonatda palladium, nikel) və ya natrium amalqaması +su iştirakı ilə etilenxlorhidrinin hidratlaşması zamanı etil spirti alınır:
Etilenxlorhidrini az miqdarda qatı sulfat turşusu ilə qaynatdıqda bis(β-xloretilefiri)1alınır:
Etilenxlorhidrini qələvilərin iştirakı ilə qızdırdıqda asanlıqla etilenqlikola çevrilir:
Etilenxlorhidrin alkoqolyatlarla qarşılıqlı təsirdə olaraq etilenqlikolun monoefirini1 əmələ gətirir:
ClCH2CH2OH + C2H5ONa → C2H5OCH2CH2OH + NaCl
Etilenxlorhidrin ammonyakın sulu məhlulu ilə qarşılıqlı təsirdə olaraq mono-, di-, trietanolamin1 əmələ gətirir:
ClCH2CH2OH + 3NH3 → HOCH2CH2NH2 + (HOCH2CH2)2NH + (HOCH2CH2)3N
Etilenxlorhidrin karbon turşuları və ya onların xloranhidridləri ilə reaksiyaya girərək β- xloretilefirlərini əmələ gətirir:
ClCH2CH2OH + RCOOH → ROCOCH2CH2Cl
Eyni qaydada etilenxlorhidrinlə mineral turşuların xloranhidridləri də reaksiyaya daxil olur:
2ClCH2CH2OH + SO2Cl2→ (ClCH2CH2O)2SO2
3ClCH2CH2OH + POCl3 → (ClCH2CH2O)3PO
Əvəzetmə reaksiyaları qələvi metalların duzlarının iştirakı ilə gedir:
ClCH2CH2OH + MeX→ CH2XCH2OH + MeCl
Haradakı Ме — Na, K, X — F, Br, CN.
Etilenxlorhidrini laboratoriyada etilenqlikolu hidrogen xloridlə qızdırmaqla alırlar:
HOCH2CH2OH + HCl → ClCH2CH2OH + H2O
Etilenxlorhidrini su iştirakı ilə etilenə xlorat turşusunun təsiri ilə də almaq olar:
H2C=CH2 + HOCl → ClCH2CH2OH
Bu üsulla etilenxlorhidrin həmçinin sənayedə də alınır. Etilenoksidinin hidrogen xloridlə reaksiyası zamanı istilik ayrılır və etilenxlorhidrin alınır:
C2H4O + HCl → ClCH2CH2OH
Üzvi sintezdə həlledici kimi istifadə olunur (asetilsellilozanı həll edir). Həmçinin oksiranın, tiodiqlikolun,bir sıra boya maddələrinin, epoksid qatranlarının, pestisidlərin və dərman preparatlarının sintezində istifadə olunur. O, etilenqlikolun və onun törəmələrinin, xüsusən dinitroqlikolun alınmasında geniş istifadə olunur. Etilenxlorhidrin Meyer1,2 reaksiyası üzrə ipritin alınması üçün əsas xammal hesab edilir. Etilenxlorhidrin etanolaminlərin alınması üçün xammaldır. Etanolaminlər texniki qazların təmizlənməsində və yuyucu maddələrin alınmasında istifadə olunur.Etilenxlorhidrin İlk dəfə sənayedə sintetik indiqonun alınmasında istifadə olunub.
Əsəb sistemlərinə, maddələr mübadiləsinə təsir edən güclü zəhərdir, selikli qişanı zədələyir, dəri vasitəsilə orqanizmə asanlıqla keçir. Etilenxlorhidrinin buxarları daha təhlükəli hesab edilir.