etimadlılıq
etimadsız
OBASTAN VİKİ
Etimadnamə
Etimadnamə (fr. Lettre de créance) — diplomatı başqa bir suveren ölkəyə səfir vəzifəsinə təyin edən formal diplomatik məktub. Etimadnamələr ənənəvi olaraq diplomatiyanın linqva frankası olan fransız dilində yazılır, lakin göndərən ölkənin dilində də yazıla bilər. == Etimadnamənin təqdimatı == Təyin edilmiş yerinə çatan kimi, səfir yerli Xarici İşlər Naziri ilə görüşüb, onnan dövlət başçısının rəsmi qəbulu haqqında razılaşır. Səfirin məktubun möhürlə bağlanmış orijinalını və onun bağlanmamış nüsxəsi var. O, bağlanmamış nüsxəni gələn kimi Xarici İşlər Nazirinə təqdim edib, sonra orijinalı ölkə başçısına şəxsən formal mərasim çərçivəsində təqdim edir.:550 Etimadnamənin qəbuluna qədər səfirlər öz xindmətlərinin üzərində işləməyə başlaya bilməz və onların diplomat korpusundaki yeri adətən qəbulun tarixinə aslıdır.Əgər diplomatik missiyanın lideri səfir yox, müvəqqəti işlər vəkilidir, onun üçün etimadnamə göndərən ölkənin Xarici İşlər Naziri tərəfindən qəbul edən ölkənin Xarici İşlər Nazirinə ünvanlanaraq yazılır. Müvəqqəti işlər vəkili etimadnaməsini qəbul edən ölkənin Xarici İşlər Nazirinə təqdim etməli.

Digər lüğətlərdə

бакс задра́йка залучи́ться недога́дка поэкзаменова́ться сеи́д упятеря́ться бездо́мно высокопроизводи́тельный дублёный засмуща́ться ложби́нка наприду́мать растоскова́ться си́тный шагово́й эвфони́я крин тактика calefactor clavicular Hainan silver-tongued Tanzania умозаключить