EYŞ-İŞRƏT

is. bax eyş (bəzən “və” bağlayıcısı ilə). Eyş-işrət məclisi. Eyşişrətdən başı ayılmır.
– Güldü gül, açıldı nərgis, lalə doldu jalədən; Ey, xoş ol kim, eyşü-işrət etməyə əsbabı var. Füzuli.
Naməlsəm məhəlləsinin camaatı ata-babadan yerli, tavanalı olub, günlərini müttəsil eyş və işrətdə keçirən bir xalq idi. N.Nərimanov.
Nə qədər əlində dövlət var idisə, Əmiraslan Gülpəriyə yaxın durmurdu.
Amma elə ki varyoxunun hamısı eyş-işrətə qoyulub puç oldu, Gülpərini almaq fikrinə düşdü. S.S.Axundov.

Синонимы

  • EYŞ-İŞRƏT eyş-işrət bax kef 1
EYŞ
EYŞ-İŞRƏTLİ

Значение слова в других словарях