Bahadur Fərman
Bahadur Fərman (azərb. Bahadur Fərman oğlu Abdullayev; 1939, Muşavak, Dəstəfur rayonu – 2016) — Azərbaycan Respublikasının Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
== Həyatı ==
Bahadur Fərman oğlu Abdullayev 1939-cu ildə Daşkəsən rayonunun Muşavaq kəndində anadan olub.
=== Təhsili ===
Orta təhsini Gəncə şəhəri 6 №li məktəbdə alıb. 1962- ci ildə H.Zərdabi adına Gəncə Dövlət Universiteti tarix-filologiya fakültəsinə qəbul olub, 1969-cu ildə həmin fakültəni bitirib. Təhsil aldığı müddətdə 3 il hərbi xidmətdə olub.
== Fəaliyyəti ==
=== Pedaqoji fəaliyyəti ===
Daşkəsən rayonu, Kobalt qəsəbəsindəki internat məktəbdə müəllim (1969-1973), “Kirovabad kommunisti” qəzeti redaksiyasında şöbə müdiri (1973-1983), Gəncə şəhər Hacıkənd qəsəbəsindəki səkkizillik məktəbin (1977-1983), 5№li qiyabi orta məktəbin direktoru (1977-1983), Nizami rayon Təhsil şöbəsində metodkabinetin müdiri (1983-1988), 12 və 25 №li məktəblərdə direktor (1988-1998), sonra Gəncə şəhər Təhsil İdarəsində məktəb məsləhətçisi vəzifəsində çalışıb. Təhsil sahəsindəki uzunmüddətli səmərəli və qüsursuz fəaliyyətinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb.
=== Yaradıcılıq fəaliyyəti ===
Hələ gənc yaşlarından bədii yaradıcılığa maraq göstərib, respublikamızın müxtəlif qəzet, jurnallarında, ədəbi almanaxlarda şeirləri dərc olunub. “Anamın laylası” adlı ilk şeirlər kitabı 1966-cı ildə işıq üzü görüb və ədəbi ictimaiyyətin diqqətini cəlb edib.