Faktor Şirkəti

faktorinq üzrə ixtisaslaşan və faktorinq xidmətləri icra edən şirkət.
Faktor-Bank
Faktor Vasitəçilər
OBASTAN VİKİ
Faktor-bank
Faktor analizi
Faktor analizi — dəyişənlərin qiymətləri arasında qarşılıqlı əlaqələri öyrənmək üçün nəzərdə tutulan çoxölçülü metoddur. Qəbul edilir ki, məlum dəyişənlər naməlum dəyişənlərdən və təsadüfi səhvlərdən az asılıdırlar. Dəyişənlər arasında qarşılıqlı əlaqənin müəyyən olunması (dəyişənlərin təsnifatı) Verilənlərin təsviri üçün vacib olan dəyişənlər sayının azaldılması Analiz zamanı öz aralarında korelyasiya olunmuş dəyişənlər bir faktorda birləşirlər. Nəticədə faktorların sadə və anlamlı strukturu əldə olunur. Determinə olunmuş (funksional) – nəticə göstəruicisi faktorların həndəsi cəmi kimi verilir Stoxastik (korelyasiya) – faktor və nəticəvi göstəricilər arasında əlaqə dəqiq deyil və ehtimala söykənir.
Psi-faktor
Psi-faktor ya da psi enerjisi parapsixologiya sahəsində istifadə edilən bir termin olub insanın paranormal qabiliyyətləriylə əlaqədar olan gücü ya da təsiri ifadə etmək üzrə ortaya atılmışdır. Yunan əlifbasında 23-cü hərfi olan "psi" bəzi filosoflara görə "ruh" ya da "həyati güc" mənasında istifadə edilən "psikhe" sözünün ilk hərfi olduğundan parapsixologiyada ESP (qeyri-duyğusal dərk etmə) və PK fenomenlərinin açıqlanmasında istifadə edilən bir termin halına gəlmişdir. Parapsixoloqlar edilən sınaq və yanılmalar nəticəsində insanın fiziki bədəninin kənarında fiziki olmayan bir tərəfinin olması gərəkdiyini düşünürlər. Parapsixik qabiliyyətlərin, müxtəlif zamanlarda, müxtəlif tədqiqatçılar tərəfindən müctəlif adlarla anılmış olan və fiziki qanunlarla açıqlana bilməyən bir enerji sahəsi içində gerçəkləşdiyi düşünülür. Qədim Çində buna həyat enerjisi mənasında çi (chi) və ya Hindistanda isə Prana, Çexoslovakiyada Psixotronik enerji və hal-hazırkı parapsixologiyada PSİ-faktor (psi enerjisi) adı verilmişdir. Psi-faktorun sadəcə beyinə bağlı bir enerji deyil, bütüm varlığımıza aid bir enerji olduğu və yayıldığı iddia edilir. Bu möbzi üzrə tədqiqatlar davam edir. Ancaq psi-faktorun fiziki qanunlara tabe olmadığı zənn edilir. Bu enerjinin fiziki hissiyyatlarımızla dərk edilməməsinə baxmayaraq bir fövqəltəbii qabiliyyətlərimizlə varlığının "hiss edildiyi" iddia edilir.
İmpakt faktor
İmpakt faktor - elmi jurnalın əhəmiyyətinin rəqəmlə göstəricisidir. 1960-cı illərdən başlayaraq o hər il 1992-ci ildə Thomson korporasiyasi tərəfindən alınmış və hazırda Thomson Scientific adlanan Elmi İnformasiya İnstitutu tərəfindən hesablanır və “Journal Citation Report” jurnalında dərc olunur. İF-yə görə jurnalların səviyyəsi, onlarda dərc olunmuş məqalələrin keyfiyyəti qiymətləndirilir, tədqiqatçılara maliyyə yardımı verilir və əməkdaşlar işə götürülür, impakt-faktor elmi tədqiqatın nəticələrinin qiymətləndirilməsinə böyük, lakin birmənalı olmayan təsir göstərir. İmpakt faktorun hesablanması 3 illik dövrə əsaslanır. Məsələn, jurnalın 2014-cü ildəki i2014 impakt factoru aşağıdakı kimi hesablanmışdır: İ2014=A/B, burada A- Elmi İnformasiya İnstitutu tərəfindən 2014-cü il ərzində izlənilən jurnallarda 2012-2013-cü illərdə olan istinadların sayı, B-2012-2013-cü illərdə bu jurnalda dərc olunmuş məqalələrin sayıdır. Hesablamada bir sıra nüanslar (incəliklər) vardır. Elmi İnformasiya İnstitutu müəyyən tip məqalələri (xəbər, məktub, səhvlərin düzəliş siyahısı və s.) öz hesablamalarında nəzərə almış və bəzən yeni jurnallar üçün impakt faktor yalnız iki illik dövrə əsasən hesablanır. Jurnalın İF-si tədqiqat sahəsindən və onun tipindən asılıdır: ildən ilə o əhəmiyyətli dərəcədə dəyişə bilər, məs., jurnalın adı dəyişdikdə çox aşagı hədəfə enə bilər və s. Bununla belə bu gün İF yaxın elm sahəsində elmi tədqiqatın səviyyəsini müqayisə etmək üçün ən mühüm göstəricilərdən (kriteriyalardan) biridir. Məsələn, elmi tədqiqatın investoru öz investisiyasının perspektivini qiymətləndirmək üçün tədqiqatçıların nəticələrini müqayisə etmək istəyə bilər.
Ailə şirkəti
Ailə şirkətləri — səsvermə hüquqlu səhmlərin əskəriyyətinin hakim/nəzarət edən ailədə (o cümlədən, şirkəti öz xələflərinə ötürmək niyyəti olan təsisçi(lər)də) cəmləşdiyi şirkətdir. Ailə şirkətləri dünyada ən erkən və çox yayılmış işgüzar fəaliyyət növüdür. Bir çox ölkədə ailə şirkətləri işgüzar fəaliyyətdə 70%-dən artıq çəkiyə malikdir, iqtisadi artımın və işçi qüvvənin məşğulluqla təmin edilməsində aparıcı mövqeyə malikdir. Misal üçün, İspaniyada ailə şirkətləri işgüzar fəaliyyətin təxminən 75%-i təşkil edir və ümumdaxili məhsulun orta hesabla 65%-i hasil edir. Oxşar mənzərə Latın Amerikasında da müşahidə edilir – bu regionun məcmu ümumdaxili məhsulunun təxminən 60%-i ailə şirkətləri hesabına yaranır. Ailə şirkətləri kiçik və orta şirkətlərdən müxtəlif sənaye və ölkədə fəaliyyət göstərən nəhəng şirkətlərə qədər fərqlənir. Ailə şirkətlərində olan bəzi tanınmış şirkətlər sırasına aşağıdakılar daxildir: Salvatore Ferragamo, Benetton, Fiat Group (İtaliya); L’Oreal, Carrefour Group, LVMH, Michelin (Fransa); Samsung, Hyundai Motor, LG Group (Cənubi Koreya); BMW, Siemens (Almaniya); Kikkoman, Ito-Yokado (Yaponiya); Ford Motors Co, Wal-Mart Stores (ABŞ). Ailə şirkətləri əsasında qurulmuş şirkətlərin əksəriyyəti təsisçinin rəhbərlik dövründən sonra çox qısa ömür sürür və bu şirkətlərin təxminən 95%-i sahibkarların üçüncü nəslindən sonra ailə şirkətləri kimi artıq mövcud olmur. Bir çox halda bu, xələflərin inkişaf edən şirkətlə bağlı tələblərin və daha da böyümüş ailənin tələbatının öhdəsindən gəlməyə hazır olmamalarının nəticəsi ilə bağlıdır. Düzgün idarəetmə strukturlarının nizama salınması və xələflərin ailə şirkətləri mövzusunda savadlanmasının mümkün qədər tez başlaması ailə şirkətlərinin davam etməsi imkanlarını artıra bilər.
Asiya şirkəti
Asiya şirkəti (dan. Asiatisk Kompagni) — XVIII əsrdə Hindistan və Çin ilə ticarət etmək üçün qurulan Danimarka ticarət şirkəti. Asiya şirkəti 1732-ci ildə (digər mənbələrə görə — 1730-cu ildə) əsasən çürümüş Danimarka Şərqi Hindistan Şirkətinin keçmiş səhmdarları tərəfindən quruldu və krallıq imtiyazına görə, Hind Okeanı bölgəsində və Çində yerləşən ölkələrlə ticarətdə inhisar aldı. Təşkilati olaraq şirkət ən böyük səhmdarları Kopenhagen tacirləri olan bir səhmdar cəmiyyətdi. Şirkətin nizamnamə kapitalı 100 min riksdalerdən ibarət idi və hər biri 250 riksdalerin 400 səhminə bölündü. Şirkət 1732-dən 1807-ci ilə qədər inkişaf etmişdir. O dövrdə Kopenhagen Şərqi Hindistan və Çin ticarəti üçün böyük bir mərkəz idi və Danimarka Avropa hərbi münaqişələri zamanı bitərəf qaldıqda şirkət əhəmiyyətli mənfəət əldə etdi. 1734-1745-ci illər arasında Danimarkaya 9,1 milyon Riksdaler dəyərində mal idxal edildi. Bu illər ərzində Şərqi Hindistana 15, Çinə 17 gəmi göndərildi və 1746 - 1765 arasında onların sayı müvafiq olaraq 27 və 38 gəmiyə yüksəldi. 1772-ci ildə imtiyazın bitməsindən sonra Şərqi Hindistan ilə ticarət sərbəst hala gəldi, lakin şirkətə 20 il müddətinə bu bölgəyə gəmi göndərən şəxslərdən müəyyən miqdarda haqq alma hüququ verildi.
Holdinq şirkəti
Holdinq — iki və daha çox şirkət və ya müəssisənin, gəlir əldə etmək məqsədilə birləşməsidir. Bir başqa adla Şirkətlər Qrupu deməkdir. Holdinqlərə bağlı şirkət və müəssisələr bir mərkəzdən idarə olunur, müxtəlif sahələrdə fəaliyyət göstərir. Holdinqlər əksər halda bir qrup sahibkar və yaxud bir ailə tərəfindən idarə olunur.
Kodak şirkəti
Kodak — fototexnika və kinoməhsullar istehsal edən məşhur ABŞ şirkəti. Mənzil-qərargahı ABŞ-nin Nyu-York ştatının Roçester şəhərində yerləşir. Şirkət səhmləşdirilib və azad satışdadır. 2011-ci ilin yanvarına əsas səhm sahibləri aşağıdakılar idi: Legg Mason Capital Management (21,6 %). Vanguard Group (5,5 %). BlackRock Institutional Trust Company (5,1 %).
Pulman şirkəti
Pulman şirkəti (ing. Pullman Company) — 1867-ci ildə Corc Pulman tərəfindən yaradılmış şirkət. Şirkət dəmiryolu vaqonlarının istehsalı ilə məşğul olur. ABŞ-də iqtisadi inkişafın yaşandığı illərdə, ölkənin dəmiryol vaqonlarına olan ehtiyacını tək başına ödəyən şirkət, bu gündə fəaliyyətini davam etdirir. Pulman şirkətinin işçiləri yaxşı iş şəraitinin yaradılması və maaşların artırılması kimi tələbərlərlə, şirkət yarandığı gündən etibarən tətil keçirmişdilər. Şirkət daxilində fəaliyyət göstərən kuriyer sindikatının işçiləri XX əsrin əvvələrində əsasən qara dərili şəxslərdən təşkil olunmuşdu. Həmin sindikat ABŞ-də fəaliyyət göstərən ən böyük afroamerikalı sindikatı idi. Corc Pulman bir gün dəmiryolu ilə uzun səfərə çıxır. Səfər narahat şəkildə keçir. Özü və digər sərnişinlər, vaqonların şəraitsiz və narahat olmasında, gecəni yata bilmirlər.
Səsyazma şirkəti
Musiqi şirkəti və ya səsyazma şirkəti — musiqi əsərlərinin istehsalı, təbliği və distibusiyası üzrə ixtisaslaşmış şirkət. Səsyazma leyblları yeni musiqiçilərin üzə çıxarılmasında və populyar edilməsində mühüm əhəmiyyət kəsb edir. İstedadlı musiqiçilərin uğuru böyük ölçüdə leyblların dəstəyinə əsaslanır. Leyblların A&R nümayəndələri potensialı olan sənətçiləri kəşf edir və onlarla tərəfdaşlığın şərtlərini əks etdirən müqavilələr bağlayır. Leybllar musiqi karyerasına başlamaq istəyən sənətçilər üçün vacib tərəfdaşlar hesab olunur. Sənətçinin musiqisinin daha geniş auditoriyaya çatdırılması işi də məhz leyblların üzərinə düşür. Leybllar mahnıların radioda yayımlanması, albomların satışa çıxarılması, müəllif hüquqlarının qorunması, prodüserlərin tapılması, konsert turlarının təşkili və musiqi videolarının istehsalı kimi şeylərdən məsuldurlar. Leybllar səsyazmaların satışından və oxunmasından əldə edilən gəliri toplayır və müqavilələrinə uyğun olaraq qonorarları sənətçilərinə geri paylayır. Gəlir bölgüsü müqavilələri sənətçi ilə leybl arasındakı müqavilənin şərtlərindən asılı olaraq dəyişir.
Venesiya şirkəti
Venesiya şirkəti (ing. Venice Company) — 1583-cü ildə Aralıq dənizindəki Venesiya koloniyaları və ətrafındakı ticarəti inhisara almaq üçün qurulan bir İngilis ticarət şirkəti. 1592-ci ildə Kraliça I Yelizavetanın təsdiqi ilə Türk Şirkəti (1581) ilə Levantin Şirkətini qurdu. Venesiya şirkəti, 1583-cü ildə Tomas Kordell, Vilyam Harvey və Edvard Holmden tərəfindən 7 il müddətinə ticarət şirkəti olaraq qeydiyyata alındı. Vəziyyəti İngilis istehsalı olan malların, ümumiyyətlə yun parçaların şərq mallarına, xüsusən ədviyyatlara və ipək parçalara dəyişdirilməsi idi. 1592-ci ildə, Türk və Venesiya şirkətlərinin hər iki nizamnaməsinin bitməsindən sonra Kraliça I Yelizaveta, Osmanlı İmparatorluğu ilə ticarət və siyasi ittifaqları davam etdirməyə çalışdığı üçün hər iki şirkətin Levantin şirkətinə birləşdirilməsinə dair bir nizamnamə təsdiqlədi. Kordell və Paul Baining, Levantin şirkətinin quruluşundan sonra qatıldı. Andrews K. Elizabethan Privateering, 1583—1603. Cambridge University Press, 1964. Andrews K. Trade, Plunder and Settlement: Maritime Enterprise and the Genesis of the British Empire, 1480—1630.
Virciniya şirkəti
Virciniya şirkəti (ing. Virginia Company) — iki ingilis səhmdar cəmiyyətinin adı: London və Plimut şirkətləri. Hər iki şirkət 1606-cı ildə Şimali Amerikanı ticarət etmək və müstəmləkə etmək üçün Riçard Hakluytun köməyi ilə quruldu. London şirkəti Atlantik Okeanının sahilindəki 34 və 41 paralellər arasında əraziyə mülkiyyət qazandı. Plimut şirkətinin ərazisi 38 ilə 45 paralel arasında idi. Londonlular 1607-ci ildə Ceyms Çayı üzərində Ceymstaun koloniyasını qurdular; Plimutlar, üstəlik, Kennebek çayı üzərində Papa Koloniyasını qurdular. 1609-cu ildə Plimut şirkəti fəaliyyətini dayandırdı və bütün torpaqlar London şirkətinin mülkiyyətinə keçdi. Maliyyə baxımından şirkət uğurlu olmadı və hətta yeni kapital toplamaq üçün bir lotereyaya müraciət etdi. Şirkət 1624-cü ildə Virciniyaya sahib olmaq və idarə etmək üçün patentini itirdi və Virciniya İngilis müstəmləkəsi oldu. Bu hadisə, əsasən 1622-ci ildə Ceymstaunda Hindistan qırğınının nəticəsi idi.
Sığorta şirkəti
Sığorta şirkəti — sığorta fondunun tarixən müəyyən edilmiş sosial fəaliyyət forması, sığorta müqavilələrinin bağlanmasını və onların saxlanmasını həyata keçirən ayrıca strukturdur. Sığorta şirkətlərinin fəaliyyət sahəsi kommersiya sığortasıdır, sığortanı həyata keçirmək üçün sığorta şirkətinə dövlət sığorta nəzarəti orqanından lisenziya lazımdır. Sığorta İnformasiya İnstitutunun məlumatına görə, aşağıdakı sığorta şirkətləri 2013-cü ildə mükafatların toplanması baxımından dünyanın ən böyük şirkətləri olub: Sığorta şirkətləri adətən qarşılıqlı və ya özəl şirkətlər kimi təsnif edilir. Qarşılıqlı şirkətlər sığortalılara, səhmdarlar isə (polislərə sahib ola və ya olmaya bilər) özəl sığorta şirkətlərinə məxsusdur. Qarşılıqlı sığortaçıların səhmdar cəmiyyətləri yaratmaq üçün demutuallaşdırılması, eləcə də qarşılıqlı holdinq şirkəti kimi tanınan hibridin formalaşması XX əsrin sonlarında ABŞ kimi bəzi ölkələrdə adi hala çevrilib. Bununla belə, bütün dövlətlər qarşılıqlı holdinq şirkətlərinə icazə vermir. Təkrarsığorta şirkətləri digər sığorta şirkətlərinə sığorta polisləri təqdim edən sığorta şirkətləridir ki, bu da onlara öz risklərini azaltmağa və əhəmiyyətli itkilərdən qorunmağa imkan verir. Təkrarsığorta bazarında böyük ehtiyatlara malik bir neçə iri şirkət üstünlük təşkil edir. Təkrarsığortaçı həmçinin sığorta risklərinin birbaşa təkrarsığortaçısı ola bilər. Keptiv sığorta şirkətləri, əsas qrup və ya qrupların yaratdığı riskləri maliyyələşdirmək üçün xüsusi məqsədlə yaradılmış məhdud təyinatlı sığorta şirkətləri kimi müəyyən edilə bilər.
Musiqi şirkəti
Musiqi şirkəti və ya səsyazma şirkəti — musiqi əsərlərinin istehsalı, təbliği və distibusiyası üzrə ixtisaslaşmış şirkət. Səsyazma leyblları yeni musiqiçilərin üzə çıxarılmasında və populyar edilməsində mühüm əhəmiyyət kəsb edir. İstedadlı musiqiçilərin uğuru böyük ölçüdə leyblların dəstəyinə əsaslanır. Leyblların A&R nümayəndələri potensialı olan sənətçiləri kəşf edir və onlarla tərəfdaşlığın şərtlərini əks etdirən müqavilələr bağlayır. Leybllar musiqi karyerasına başlamaq istəyən sənətçilər üçün vacib tərəfdaşlar hesab olunur. Sənətçinin musiqisinin daha geniş auditoriyaya çatdırılması işi də məhz leyblların üzərinə düşür. Leybllar mahnıların radioda yayımlanması, albomların satışa çıxarılması, müəllif hüquqlarının qorunması, prodüserlərin tapılması, konsert turlarının təşkili və musiqi videolarının istehsalı kimi şeylərdən məsuldurlar. Leybllar səsyazmaların satışından və oxunmasından əldə edilən gəliri toplayır və müqavilələrinə uyğun olaraq qonorarları sənətçilərinə geri paylayır. Gəlir bölgüsü müqavilələri sənətçi ilə leybl arasındakı müqavilənin şərtlərindən asılı olaraq dəyişir.
Bədheybətlər şirkəti
Bədheybətlər şirkəti (ing. Monsters, Inc.) — 2001-ci il ABŞ istehsalı animasiya filmi. "Pixar'" studiyası tərəfindən hazırlanıb. Rejissoru Piter Dokterdir. Ssenari müəllifi Endrü Stenton və Den Qersondur. Film "Bədheybətlər şirkəti"də çalışan iki yoldaş, Ceyms P. "Salli" Sallivan və onun ən yaxşı dostu Mayk Vazovskinin hekayəsindən bəhs edir. Salli və Maykın peşəsi insanların yaşadığı dünyaya keçid açaraq uşaqları qorxutmaqdır, şirkət bu sayədə onların qışqırığından enerji əldə edir. Bədheybətlər bu işi təhlükəli hesab edirlər, uşaqların ölümcül olduğuna inandıqları üçün onlara toxunmurlar. Bir gün səhvən insan dünyasına aparan qapı açıq qalır və Monstropolisə balaca qız uşağı daxil olur. Bunu öyrənib təlaşlanan Salli və Mayk uşağı heç kimin xəbəri olmadan öz dünyasına qaytarmalıdırlar.
Zombi şirkəti
Zombi şirkəti (ing. zombie company) — fəaliyyətini davam etdirmək üçün daimi maliyyə sərmayəsi tələb edən şirkəti təsvir etmək üçün media tərəfindən istifadə edilən termin. Beynəlxalq Hesablaşmalar Bankı (BIS) tərəfindən müəyyən edildiyi kimi, zombi ən azı 10 yaşı olan və borcları üzrə faiz ödənişləri faiz və vergilərdən əvvəlki qazancından çox olan açıq şirkətdir. Geniş anlayış: Əgər onun faiz ödəmə əmsalı ardıcıl olaraq ən azı üç il ərzində birdən azdırsa və şirkətin faiz ödəmə əmsalı ən azı 10 ildirsə, şirkət "zombi" kimi müəyyən edilə bilər. Dar anlayış: Birja qiymətləndirməsinə əsaslanaraq, zombi şirkətlərinin qeyri-zombi şirkətlərlə müqayisədə gələcək artım potensialının daha aşağı olması tələbi əlavə olunur. Beləliklə, zombilər aktivlərinin bazar dəyərinin onların dəyişdirmə dəyərinə nisbəti — Tobin Q (q) — istənilən ildə öz sektorunda mediandan aşağı olmalıdır. Geniş tərifə görə, zombilər üçün median q zombi olmayanlara nisbətən daha yüksəkdir, ona görə də investorlar bir çox zombi şirkətlərinin gələcəyinə nikbin baxırlar. Dar tərif bu anomaliyanı aradan qaldırmağı hədəfləyir — bir zombi şirkəti birdən bir qədər aşağı olan daha aşağı median q-ya malikdir. Hayman Minskinin maliyyə qeyri-sabitliyi ilə bağlı fərziyyəsində zombi şirkəti borcalanların üçüncü sinfinə uyğundur: birincisi, borclunun həm faizləri, həm də borcun əsas hissəsini ödəyə bildiyi hedcinq maliyyələşdirmə, ikincisi, spekulyativ maliyyələşdirmədir. borcalanların pul vəsaitlərinin hərəkəti faizləri ödəmək üçün kifayətdir, lakin borcun əsas hissəsi deyil, üçüncüsü Ponzi maliyyələşdirilməsidir (məşhur italyan "piramida qurucusu" adından) — pul axını faizləri ödəmək üçün kifayət deyil.
Cənub dənizlər şirkəti
Cənub dənizlər şirkəti (ing. The South Sea Company) — İngilis ticarət şirkəti, maliyyə piramidi. Şirkət 1711-ci ildə İngilis xəzinədar Robert Harli tərəfindən quruldu. Səhmdarlara asyento — Cənubi Amerikanın İspan hissəsi ilə ticarət etmək hüququ vəd edildi. İmtiyazlar müqabilində şirkət, Marlboro Hersoqunun müharibələri zamanı xeyli artan milli borcunu geri alacağını vəd etdi. Üstəlik, bu hüquqlar İngiltərə tərəfindən yalnız 1714-cü ildə başa çatan İspaniya mirası uğrunda müharibəsinin uğurla başa çatmasına əsaslanırdı. Əslində təqdim olunan hüquqlar təsisçinin nəzərdə tutduğu qədər tam deyildi. Şirkət 1717-ci ilə qədər ticarət fəaliyyətini həyata keçirmədi, xüsusən 1718-ci ildə Böyük Britaniya ilə İspaniya arasındakı diplomatik münasibətlər ciddi şəkildə pisləşdiyindən. Buna baxmayaraq, 1720-ci ildə səhmlərin qiyməti sürətlə artmağa başladı: yanvar ayında £128 ; Fevral ayında £175; Mart ayında £330; May ayında £550. Səhmləri bir çox başlıqlı şəxs əldə etdi.
Dövlət Neft Şirkəti
SOCAR (ing. SOCAR - State Oil Company of Azerbaijan Republic) və ya tam adıyla Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti — Azərbaycanın milli neft şirkəti. Neftin çıxarılması, daşınması, emalı və istehlakında ixtisaslaşan inteqrasiya olunmuş şirkətdir. Azərbaycan Respublikasının neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədilə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 13.09.1992-ci il Fərmanı ilə Azərineft Dövlət Konserninin və Azərnefkimya İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yaradılmışdır. Ayrı-ayrı vaxtlarda Azərbaycanda neft sənayesini özündə birləşdirən Azərneft birləşdirdiyi və idarə etdiyi müəssisələrin xüsusiyyətindən asılı olaraq İttifaq əhəmiyyətli trest və ya birlik kimi müxtəlif ittifaq və respublika təşkilatlarına (Azərbaycan SSR Xalq Komissarları Soveti, SSRİ Ali Xalq Təsərrüfatı Şurası, SSRİ Ağır Sənaye Nazirliyi, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası) tabe olmuş və "Azərneftkomitə", "Azərneftkombinat" (sonralar "Azərneft", "Azərneftzavodlar" və "Azərneftmaşınqayırma" birliklərinə ayrılmış), "Azərneftçıxarma" Birliyi adlanmışdır. Şirkətin nəzdində iki neftayırma zavodu, bir neçə beynəlxalq neft-qaz boru kəməri və bir neçə mühəndislik şirkəti var. Hal-hazırda ARDNŞ kapital həcminə görə dünyanın 68-ci ən böyük şirkətidir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. Azərneftin əsasında Azərbaycan SSR Neft Sənayesi Nazirliyi (1954–1959), Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyi (1965–1970) yaradılmışdır. 1970-ci ilin avqustunda yenidən "Azərneft" adlandırılmışdır.
Gürcü Nəşriyyat Şirkəti
Gürcü Nəşriyyat Şirkəti — XX əsrin əvvəllərində Tiflisdə fəaliyyət göstərmiş ən iri nəşriyyatlardan biri. 1909 ilin iyulunadək Cəlil Məmmədquluzadənin özünəməxsus "Qeyrət" mətbəəsində çap olunan "Molla Nəsrəddin" jurnalı həmin tarixdən 1917 ilin fevralınadək Gürcü nəşriyyat şirkətinin mətbəəsində çap olunmuşdur. 1913 ilin yanvarından isə jurnalın mətni "Şərq" mətbəəsində yığılır, Gürcü nəşriyyat şirkətinin mətbəəsində isə çap edilirdi. Jurnalın şəkil və karikaturaları Bıxovun litoqrafiyasında hazırlanırdı. 1913 ildə "Molla Nəsrəddin" jurnalının 16-cı sayında İran inqilabçılarına divan tutulması səhnəsini əks etdirən şəkil dərc olunur. Həmin nömrədə jurnalın naşir və məsul redaktorunun imzalarının verilmədiyinə və həmin nömrədəki karikaturalar baxılmaq üçün əvvəlcədən Mətbuat işləri üzrə Tiflis Komitəsinə təqdim edilmədiyinə görə, komitənin qərarı ilə jurnalın bu nömrəsi həbs olunur, Gürcü nəşriyyat şirkəti, mətbəəsinin müdiri A.Cabadari məhkəmə məsuliyyətinə cəlb edilir. Elə həmin ilin sentyabrında Tiflis şəhər 2-ci dairə sülh məhkəməsi A.Cabadarini 50 manat məbləğində cərimə etmək, ödəyə bilməyəcəyi halda isə 10 günlük həbs etmək haqqında hökm çıxarır. Cəlil Məmmədquluzadə "Qeyrət" nəşriyyatı Şərq (qəzet) Kommunist qəzeti Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh.114.
Hudzon körfəzi şirkəti
Hudzon körfəzi şirkəti (ing. Hudson's Bay Company, HBC; Hudzonbay şirkəti kimi 1870-ci illərədək tərcümə edilmişdir) — Şimali Amerikadakı və dünyanın ən köhnə ticarət şirkətlərindən biri. Şirkət rəhbəri vəzifəsinə hələ də Qubernator deyilir. Şirkətin mərkəzi ofisi Kanadanın Toronto şəhərində, köhnə şəhərətrafı, indiki Skarboro bölgəsində yerləşir. XVII əsrin ortalarına qədər Kanadada kürk ticarəti demək olar ki, tamamilə Kvebekdəki (Yeni Fransa) Fransız müstəmləkə rəhbərliyinin əlində idi. Fransız Huguenot tələsi Pyer-Espri Radisson, Kri hindilərindən öyrəndi ki, ən yaxşı kürk ölkəsi Hudzon Körfəzi mənasını verən "donmuş dəniz" ə gedən yolda, Yuxarı gölünün şimalında və qərbində yerləşir. 1659-cu ildə Radisson və qayınatası Medard de Qrozey, öz xəsarəti və riski ilə oraya getdilər, çoxlu kürk əldə etdilər və Huron hinduları ilə ticarət əlaqələri qurdular. 1661-ci ildə iki Fransız tərəfindən edilən dəfələrlə uğurlu səyahətə baxmayaraq, təşəbbüsləri hazırkı qubernator Marquis d'Argenson'dan təsdiq almayıb, tutucuların qənimətini tutdu və bundan sonra Bostondan gələn İngilis tacirlərinə müraciət etdilər.
Mayer Mint şirkəti
1871-ci ildə Almaniyada Bernard Henrix Mayer tərəfindən əsası qoyulan "Mayer Mint" şirkətinin kolleksiyaları arasında Mahatma Qandi, Tereza Ana, ABŞ-nın keçmiş prezidenti Con Kennedi, Şahzadə Diana, Martin Lüter kimi tanınmış şəxsiyyətlərin qızıldan və digər qiymətli metallardan hazırlanmış medalyonları da vardır. Bu cür medalyonlar müvafiq dövlət orqanlarının xüsusi icazəsi ilə buraxılır. Şirkətin hazırladığı xatirə medalyonları dünyanın 160-dan artıq ölkəsinə yayılıb. Heydər Əliyevin xatirəsinə istehsal edilən medalyonlar da həmin medalyonlar sırasına daxil olub və dünyanın 200-dən çox ölkəsində kolleksiya həvəskarlarına təqdim edilməsi nəzərdə tutulmuşdur. 2009-cu il sentyabrın 25-də Bakıdakı Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyevin xatirəsinə həsr edilmiş medalyonların təqdimat mərasimi olub. Şirkət dünyada, xüsusilə də keçmiş Sovet İttifaqının və Qafqaz regionunun siyasi həyatında böyük rol oynamış Heydər Əliyevin adının əbədiləşdirilməsi üçün xatirə medalyonlarını istehsalı etməyi qərarlaşdırdıqdan sonra Heydər Əliyev Fondundan rəsmi icazə alıb.
Ost-Hind şirkəti
Ost-Hind şirkəti (ing. British East India Company) — 1600-1874-cü illərdə fəaliyyət göstərmiş ingilis şirkəti. Orginal adı "British East India Company" olan Ost-Hind şirkəti 31 Dekabr 1600-cü ildə Portuqaliya və İspaniyanın monopoliyasında olan Uzaq Şərqdə və Hindistanda ədviyyat ticarətindən pay almaq üçün ingilis tacirləri tərəfindən krallıq patenti ilə yaradılmış, zaman keçdikcə dünyanın ən böyük ticarət təşkilatlarından birinə və İngilis müstəmləkəçiliyinin Asiyadakı nümayəndəsinə çevrilmişdir. 1591-ci ildə Sir Ceyms Lançestr Ümid burnunu iki dəfə dolanaraq Hind okeanını keçmiş o və onun dəstəsindən sağ qalan 1 nəfər böyük ekspedisiyadan sonra evlərinə qayıda bilmişdi. Onların bu səyləri “Ost-Hind” şirkətinin yaradılması nöqtəsində ingilis tacirlərinə güclü təsir göstərmişdi. Portuqallar ilə bir yerdə Hindistana və Ümid burnu vasitəsilə Qoaya qədər səyahət edən ingilislərin təsüratları digər ingilis tacirlərini də həvəsləndirmişdi. 6 il Qoada yaşayan holland səyyah Yan Huygen van Linçotenin 1595-1596-cı illərdə qələmə aldığı əsəri Hindistan ticarəti və bölgədəki siyasi və ticari vəziyyət haqqında maraqlı məlumatları özündə ehtiva edirdi. 1595-ci ildə hollandların Ümid burnunu keçərək Hindistana getmələri ingilisləri daha da təşviq etdi və nəticədə 1599-cu ildə “Avantürist tüccarlar” cəmiyyətinin himayəsi altında bir şirkət yaradıldı. Qurum kraliçaya müraciət edərək ondan “3 gəmi” və səyahət edə bilmək üçün bir miqdar qızıl tələb etdi. Kraliça İspaniya və Portuqaliya ilə münasibətləri pozmaqdan narahatlıq duysa da tezliklə onların xahişini qəbul edərək, Con Mildenhol adlı taciri elçi kimi Moğol İmperiyasına göndərdi.
Rus-Amerika şirkəti
Rus-Amerika şirkəti (rus orf. rus. Россійско-Американская компанія), RAŞ — Qriqori Şelixov və Nikolay Rezanov tərəfindən qurulan və İmperator I Pavelin 8 (19) 1799 tarixli fərmanı ilə təsdiqlənmiş yarı dövlət müstəmləkə ticarət şirkəti. 1867-ci ildə Alyaskanın ABŞ-yə satılmasından sonra fəaliyyətini rəsmən dayandırdı, lakin 1881-ci ilə qədər mövcud oldu və 1888-ci ilə qədər dividend verdi. Müəssisənin tam rəsmi adı İmperator Əlahəzrətinin, Rusiya Amerika Şirkətinin himayəsindədir (Подъ Высочайшимъ Его Императорскаго Величества покровительствомъ Россійская Американская компанія). Amerikalılar və tarixçilər doğru qısaltmanın Rus-Amerikan Şirkəti olduğunu israr edirlər. Bu, arxiv məlumatları ilə təsdiqlənir və ən əsası, tamamilə rus olan şirkətin mahiyyətini əks etdirir - heç vaxt Amerika kapitalı olmayıb və məqsəd və vəzifələr yalnız Rusiya maraqlarına cavab verirdi. ДО. Американская компания // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
Səudiyyə Dəmiryolu Şirkəti
Səudiyyə Dəmiryolu Şirkəti — Səudiyyə Ərəbistanı dəmir yolu şəbəkəsini idarə edən iki dəmir yolu şirkətindən biri. İkinci dəmir yolu şirkəti Səudiyyə Dəmir Yolları Təşkilatıdır. Səudiyyə Dəmiryolu Şirkəti 2006-cı ildə yaradılmışdır, 2,750 km uzunluğunda 1435 mm-lik xətləri idarə edir. Şirkətin baş ofisi Ər-Riyadda yerləşir. Səudiyyə Dəmir Yolları Təşkilatı və Səudiyyə Dəmiryolu Şirkətinin birləşməsinə razılıq 2021-ci ilin fevralında elan edilmişdir.
Vest-Hind şirkəti
Vest-Hind şirkəti — müstəmləkə dövrünün Avropa ölkələrindəki bir sıra ticarət cəmiyyətlərinin adı: Vest-Hind şirkəti (Hollandiya) (Geoctroyeerde Westindische Compagnie) — fəaliyyət dövrü 1621—1792 illər; Vest-Hind şirkəti (Danimarka) (Vestindisk kompagni) — fəaliyyət dövrü 1659—1776 illər; Vest-Hind şirkəti (Fransa) (Compagnie des Indes occidentales) — fəaliyyət dövrü 1664—1674 illər; Vest-Hind şirkəti (İsveçrə) (Svenska Västindiska Kompaniet) — fəaliyyət dövrü 1787-1805 illər.