falaqqa
falanqaçı
OBASTAN VİKİ
Falanqa
Falanqa — yun. φάλαγγα - "barmaq". Digər mənalarda da işlənir: Falanqa (hərb) — Qədim Makedoniya, Yunanıstan və bir sıra digər dövlətlərdə piyada qoşunlarının döyüş düzülüşü. İspan Falanqası — İspaniya faşist partiyasına verilən ad. Falanqa (zoologiya) — Hörümçəkkimilər sinfindən olan həşərat.
Falanqa (hərb)
Falanqa (yun. φάλαγξ) — qədim yunan ağır piyadalarının (hoplitlərin) döyüş üçün nizələrini qabağa uzadıb bir neçə sıraya düzülüşü. Adətən, 8–16 cərgədən ibarət olurdu. Makedoniya ordusu da belə quruluşa malik idi. Tarixdə ilk məlum falanqa quruluşu, hərəsində 800–1000 hoplit olan 8–16(bəzən 25)cərgədən ibarət idi. Cəbhədən 500 metr idi. E.ə 400-cü ildə, kolxidalılarla döyüşdə, yunan sərkərdəsi Ksenofont falanqanı, müstəqil hərəkətə edə bilən, ayrı-ayrı dəstələrə — lohlara, ayırdı. == Makedon falanqası == Makedon falanqası Makedoniyalı II Filipp tərəfindən ilk dəfə təşkil olunan doyüş düzülüşü, başqa yunan falanqalarından fərqli olaraq burada hoplitlər uzun nizələrlə sarissalarla silahlanmışdılar. E.ə IV-cü əsrin ikinci yarısından, Makedoniyalı II Filipp falanqanı öndən peltastlarla, cinahlardan isə süvarilərlə qorunmasını tətbiq etdi. Məşhur Böyük makedon falanqasında 16384 hoplit, 8192 peltast və 4096 katafraktari var idi.
Əl falanqaları
Əl barmaqları sümükləri Əl falanqaları(lat. os phalanges) — qısa lüləlü sümüklər olub, əl skletinin təşkilində iştirak edirlər. Hər bir əldə (sağ və sol) onların sayı on dörddür. Bu sümüklərin orta hissəsi — cismi, lat. corpus proksimal ucu — əsası lat. basis, distal ucu — blok isə lat. trochlea adlanır. Daraq sümüklərinin başları barmaqların proksimal falanqaları ilə calanır. Caynaq əl Prof.

Digər lüğətlərdə