fenomenologiya

fenomenologiya
fenomenlik
fenomenoloji
OBASTAN VİKİ
Fenomenologiya
Fenomenologiya (alm. Phänomenologie‎ — "fenomenlər haqqında təlim") — öz vəzifəsini dərk edən şüurun təsviri və bu şüurda əhəmiyyətli xüsusiyyətlərin üzə çıxarılması kimi müəyyənləşdirən XX əsr fəlsəfi cərəyanı.
Ruhun fenomenologiyası
"Ruhun feonomenologiyası" (alm. Phänomenologie des Geistes‎) — Alman filosofu Hegelin ən böyük əsərlərindən birincisi. Ruh sözün geniş mənasında ideal olanla , şüurla maddi başlanğıcdan fərqli olaraq qeyri-cismani başlanğıcla eyniyyət təşkil edən anlayış; sözün dar mənasında təfəkkür anlayışı ilə eyni mənalıdır. Fəlsəfənin müxtəlif cərəyanlarının nümayəndələri mütləqləşdirilməsi subyektiv-idealizmə gətirib çıxarır, obyektiv ruhun (subyekt, şəxsiyyət, fərd) və birinciliyinin qəbul edilməsi obyektiv idealizmə gətirib çıxaran obyektiv Ruhun (insandan ayrılmış və müstəqil qüvvə kimi mistikləşdirilmiş şüur) olduğunu göstərirlər. Antik fəlsəfə ruhu nəzəri fəaliyyət hesab etmişdir (Məs; Aristotel üçün ruhun fəaliyyətinin ən yüksək forması təfəkkür haqqında təfəkkürdür, nəzəriyyədən həzz almaqdır). Lakin ruh bilavasitə, intuitiv (Platon) dərk olunan fövqəlağıllı başlanğıc kimi də başa düşülmüşdür. Belə nöqteyi-nəzər zahirən dini idealogiyaya bənzəyir. Həmin idealogiyaya görə ruh allahdır, yalnız dini etiqadın bir hissəsi kimi olacaq fövqəltəbii mahiyyətdir. Alman klassik fəlsəfi idealizmin nümayəndələri ruhun fəallığını xüsusilə qeyd etmiş, onu hər şeydən əvvəl mənlik şüurunun fəaliyyəti baxımından nəzərdən keçirmişlər. Məs; Hegel ruhu mənlik şüurunun və şüurun zəkada həyata keçirilən vəhdəti.

Digər lüğətlərdə