Filippin

coğ. Philippines f pl

filial
filiz
OBASTAN VİKİ
Filippin
Filippin (filip. Pilipinas; ing. Philippines) və ya rəsmi adı ilə Filippin Respublikası (filip. Republika ng Pilipinas; ing. Republic of the Philippines) — Cənub-şərqi Asiyada ada-dövlət. Filippin Sakit okeanda yerləşir və ölkə qərbdən Cənubi Çin dənizi, şərqdən Filippin dənizi, cənub-qərbdən Sulavesi dənizi ilə əhatə olunmuşdur. Şimaldan Tayvan, şimal-şərqdən Yaponiya, şərqdən Palau, cənubdan İndoneziya, cənub-qərbdən Malayziya və Bruney, qərbdən Vyetnam, şimal-qərbdən isə Çinlə su sərhəddinə malikdir. Paytaxtı Manila, ən böyük şəhəri Keson, ümumi sahəsi 300,000 kvadrat kilometr, əhalisinin sayı 105 milyon nəfərdən çoxdur. Filippin şimaldan cənuba doğru Luson, Visay və Mindanao adaları başda olmaqla 7641 adadan ibarətdir. == Tarixi == == Coğrafi mövqeyi == Filippin dövləti Asiyanın cənub-şərqində, Malay arxipelaqına daxil olan Filippin adalarında yerləşir.
Filippin Respublikası
Filippin (filip. Pilipinas; ing. Philippines) və ya rəsmi adı ilə Filippin Respublikası (filip. Republika ng Pilipinas; ing. Republic of the Philippines) — Cənub-şərqi Asiyada ada-dövlət. Filippin Sakit okeanda yerləşir və ölkə qərbdən Cənubi Çin dənizi, şərqdən Filippin dənizi, cənub-qərbdən Sulavesi dənizi ilə əhatə olunmuşdur. Şimaldan Tayvan, şimal-şərqdən Yaponiya, şərqdən Palau, cənubdan İndoneziya, cənub-qərbdən Malayziya və Bruney, qərbdən Vyetnam, şimal-qərbdən isə Çinlə su sərhəddinə malikdir. Paytaxtı Manila, ən böyük şəhəri Keson, ümumi sahəsi 300,000 kvadrat kilometr, əhalisinin sayı 105 milyon nəfərdən çoxdur. Filippin şimaldan cənuba doğru Luson, Visay və Mindanao adaları başda olmaqla 7641 adadan ibarətdir. == Tarixi == == Coğrafi mövqeyi == Filippin dövləti Asiyanın cənub-şərqində, Malay arxipelaqına daxil olan Filippin adalarında yerləşir.
Filippin bayrağı
Filippin bayrağı — Filippinin dövlət bayrağı. Filippin bayrağı günəş və ulduzlar çəkilmiş ağ üçbucaqdan və göy ilə qırmızı rəngli iki zolaqdan ibarətdir. Bu yeganə bayraqdır ki, iki variantı var: sülh vaxtı göy rəng yuxarıda, qırmızı aşağıda olur, müharibədə isə rənglər yerlərini əksinə dəyişirlər. Bayraqdakı simvolların mənaları bunlardır : Qırmızı rəng - qan, müharibənin rəngi; Göy rəng sülhün; 3 kiçik ulduz - Filippindəki 3 böyük adanın rəmzidir (Luzon, Visayas, Mindanao) Böyük olan isə günəşin rəmzidir.
Filippin dili
Filippin dili - 1987-ci il Filipin Konstitusiyasına görə Filippinin milli və ingilis dili ilə yanaşı rəsmi dilidir. Taqal dilinə yaxındır.
Filippin dənizi
Filippin dənizi — Dünyanın ən böyük dənizidir. Böyük Zond Arxipelaqının şimal-şərqində Sakit okeanda yerləşir.
Filippin himni
Filippin dövlət himni — kompozisiyanın adı "Lupang Hinirang" ("Seçilmiş ölkə"). == Himnin sözləri == === Taqal dilində === Bayang magiliw Perlas ng Silanganan, Alab ng puso Sa dibdib mo’y buhay.Lupang hinirang, Duyan ka ng magiting, Sa manlulupig, 'Di ka pasisiil.Sa dagat at bundok, Sa simoy at sa langit mong bughaw, May dilag ang tula at awit Sa paglayang minamahal.Ang kislap ng watawat mo’y Tagumpay na nagniningning, Ang bituin at araw niya Kailan pa ma’y 'di magdidilim.Lupa ng araw, ng luwalhati’t pagsinta, Buhay ay langit sa piling mo; Aming ligaya, na 'pag may mang-aapi Ang mamatay nang dahil sa 'yo. === Azərbaycan dilinə tərcümə === Sevimli ölkə, Şərq mirvarisi, Yanan ürək Sənin sinəndə həmişə yaşayır.Seçilmiş ölkə, Sən - cəsarət beşiyisən, Sən işğalçılara Heç vaxt təslim olmazsan.Dənizlərdə və dağlarda, Havada və səmə göyində, Hər yerdə şeirlərdə şöhrət, Və şirin azadlıqdan mahnı.Qığılcım sənin bayrağında – Parlayan qələbə, Onun ulduzları və günəşi Əbədi olacaq, heç vaxt ölməyəcək.Günəş ölkəsi, söhrət və bizim sevgimiz, Ömür sənin bağrında - cənnət; Bizim üçün sevincdir, əgər gəlsələr qəsbkarlar, Ölmək sənin üçün.
Filippin mətbəxi
Filippin mətbəxi — çoxmillətli Cənubi Asiya dövləti olan Filippin mətbəxi. Filippin mətbəxinin formalaşmasına ölkənin yerləşdiyi coğrafi mövqe də təsirini göstərib. Adanın sahillərini yuyan dənizlər Filippin süfrəsinə su aləminə məxsus nemətləri, xüsusən də tunes və skat balığını gətirir. Asiyanın bütün ölkələrində yetişdirilən düyü burada da önəmli yer tutur. Məşhur xörəklərindən buğda unu və yumurtadan hazırlanan «Pansit kanton»u xüsusi qeyd etmək lazımdır. Bu ölkədə əti müxtəlif üsullarla hazırlayırlar. Onlardan biri adobedir (əti soya sousu, sarımsaq və istiotla sirkədə saxlayır sonra da qızardırlar). Hər bir əyalətdə adobeyə yerli inqredient əlavə edilir. Məsələn, bu, kokoslu qaymaq və ya sarıkök ola bilər. Filippinlilərin "Leçe flan" adlanan məşhur desertinin tərkibi yumurta sarısı və süddən ibarətdir.
Filippin pesosu
Filippin pesosu (taqal piso, ₱) — Filippinin milli pul vahididir. 1 Filippin pesosu 100 sentavodan (sentimo) ibarətdir. 1 may 1852-ci ildə İspano-Filipin bankı (ing. Bank of the Philippine Islands) "bərk peso" adlı (isp. pesos fuertes) pul vahidini dövriyyəyə buraxdı. Əvvəl Filippində istifadə olunmuş real dövriyyədən çıxarıldı.İndi pul dövriyyəsində 2001-ci ildə seriyası dəyişdirilmiş və üz tərəfində iki imzası olan ("Gloria Macapagal-Arroyo, President of the Philippines" və "Rafael B. Buenaventura, Governor of the Central Bank") əsginaslardan istifadə olunur. == Valyuta məzənnəsi rejimi == Hal-hazırda Filippində üzən valyuta məzənnəsi rejimindən istifadə olunur. İnflyasiyanın göstəriciləri kurs siyasətinin effektivliyinin meyarıyla çıxış edir.
Filippin plitəsi
Filippin plitəsi — litosfer plitələri arasında dünyada sahəsinə görə on üçüncüdür. Plitənin böyük hissəsi Filippin dənizi dibində yerləşir. Luson adasının şimalını əhatə edir. Avrasiya plitəsi ilə Filippin plitəsinin toqquşduğu ərazilərdə hər zaman zəlzələlər və vulkan püskürmələri müşahidə edilir. Burada 50-dən çox fəaliyyətdə olan və sönmüş vulkan var.
Filippin tarixi
Filippin tarixi — Filippinin tarixi == Erkən dövr və orta əsrlər == Cənub-Şərqi Asiyada, Sakit Okeanın qərbində yerləşən Filippinin tarixi zəif öyrənilmişdir. Əhalinin 90%-dən çoxu yerli xalqlardır. Onlardan vissaylar, taqalar, iloklar, morolar, luson, neqros, aetalar yerli xalqlardan hesab olunur. Filippində dindarların əksəriyyəti, yəni 90%-dən çoxu xristianlardır, lakin sonralar, yəni ərəb istilasından sonra Filippində yalnız XIV–XV əsrlərdə islam dini yayılmağa başlamışdı. Luson və Sebu adalarında, o cümlədən Sulu arxipelaqında kiçik knyazlıqlar yaranmışdı. Dəniz yollarının açılması, yeni coğrafi kəşflər nəticəsində avropalılar Cənub-Şərqi Asiyada işğalçılıq yürüşünə başlayanda Filippin də bu işğala məruz qaldı. XVI əsrin ikinci yarısında ispanlar Filippini işğal etdilər. İspan müstəmləkəçilərinin işğalından sonra Filippində milli azadlıq hərəkatı formalaşmağa və təşkilatlanmağa başladı. XVII əsrdə Filippin xalqları fasilələrlə ispan qəsbkarlarına, hərbi ekspansionistlərə və digər Avropa dövlətlərinin erkən müstəmləkəçilərinə qarşı silahlı mübarizə aparmalı olmuşdur. 1639, 1649–1650-ci illər, 1660–1661-ci illər silahlı müqavimət hərəkatı Filippin xalqlarının milli azadlıq hərəkatı tarixində mühüm mərhələni təşkil edir.
Filippin timsahı
Filippin timsahı (lat. Crocodylus mindorensis) — əsl timsahlar sinfinin nisbətən kiçik növü. Yalnız Filippində yaşayır. Əvvəllər Yeni Qvineya timsahının bir yarımnövü sayılırdı. Bu növün erkəkləri maksimum 3,1 m uzunluğa çatır, dişilər isə bir qədər kiçikdir. Sakit okean bölgəsindəki bir çox digər timsahlarla müqayisədə geniş ağıza və böyük pulcuqlara sahibdir. Bu növ olduqca aqressivdir. Baxmayaraq ki, kiçik ölçüsü və yaşayış yerlərinin insan məskənindən uzaq olması səbəbindən insanlara hücumu çox nadirdir. Çoxalma strategiyası baxımından Yeni Qvineya timsahına bənzəyir və qapalı su hövzələrində yerləşməyə üstünlük verir. Digər əsl timsahlar kimi, Filipin timsahı da heyvanın ölçüsü və yaşına görə dəyişən çox müxtəlif bir pəhrizə sahibdir.
Filippin xalqları
Filippin çoxmillətli dövlətdir, ölkədə yüzə yaxın xalq, etnik və subetnik qruplar yaşamaqdadır, onlar ölkədə yerləşəm yeddi min adadan 800-də yaşamaqdaırlar. Xalqların bir çoxu qohum, özlərindən daha çox olan xalqın içində qəbilə birliyi kimi yaşamaqdadır. Aetalardan və bəzi gəlmə qruplardan (çinlilər, avropalılar, hindistanlılar, ərəblər və başqaları) başqa ölkənin demək olar ki bütün yerli xalqları cənubi monqol irqinə mənsubdur və Avstroneziya dil ailəsinin Malayziya-Polineziya yarımailəsinin indoneziya dəstəsinin şimal qrupunda danışırlar.
Filippin şəhərləri
2009-cu il dekabrın 22-nə olan vəziyyət üzrə Filippinin şəhər statusu olan 138 yaşayış məntəqəsi olmuşdur. 38 şəhər müstəqildir, yəni əyalətlərə tabe deyil, inzibatidir və bilavasitə Filippin regionlarına daxil olurlar. Onlardan 33-ü "urbanizasiyanın yüksək səviyyəsilə" şəhərlərin kateqoriyasına aiddirlər. Qalan şəhərlər əyalətdir, əyalətlərə daxil olurlar.
Azərbaycan–Filippin münasibətləri
Azərbaycan–Filippin münasibətləri — Azərbaycan Respublikası ilə Filippin Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin mart ayının 27-də qurulmuşdur. Azərbaycandaki Filippinin səfirliyi Türkiyənin Ankara şəhərində yerləşir. Filippindaki Azərbaycanin səfirliyi İndoneziyanın Cakarta şəhərində yerləşir.
Ermənistan–Filippin münasibətləri
Filippin—Ermənistan münasibətləri — Filippin və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının üzvüdür. İki ölkə arasında diplomatik münasibətlər 20 may 1992-ci ildə başladıqdan sonra tədricən yaxşılaşmışdır. Xarici İşlər Naziri Edvard Nalbandyan 2012-ci ildə Filippini ziyarət etmişdir. Bu onu bu günə qədər Filippini ziyarət edən Ermənistan hökumətindəki ən yüksək vəzifəli məmur halına gətirmişdi. Ermənistan səfiri Raisa Vardanyanın 19 mart 2015-ci il tarixində Xarici İşlər Nazirliyinə etdiyi səfərdən sonra Ermənistan-Filipin münasibətləri daha da güclənir. Son diplomatik tədbirdə iki ölkə arasında ticarət, investisiya, təhsil və elmi əməkdaşlığın genişləndirilməsinə dair bir öhdəlik yer alır. Hər iki ölkənin hazırda qeyri-rezident səfirləri var. Ermənistan səfiri Manilaya Hanoyda, Filippinin İrəvandakı səfiri Moskvadan akkreditə olunmuşdur. Tarixən ermənilər Filippində ticarətdə əhəmiyyətli rol oynamışlar.
Filippin-Amerika müharibəsi
Filippin-Amerika müharibəsi (1899–1902) — Filippinli inqilabçıların ABŞ işğalından ölkəni azad etmək üçün apardığı müharibə. Müharibə 1899-cu ildə başladı və Filippinin Amerika hakimiyyətini qəbul etdiyi 1902-ci ilə kimi davam etdi. Hökumət qüvvələri ilə filippinli partizanlar arasında kiçik qarşıdurmalar 1913-cü ilə kimi davam etdi. Bəziləri müharibənin 1899-cu ildən 1902-ci ilə kimi davam etməsi fikrindədir, 1913-cü il isə müharibənin qeyri-rəsmi başa çatdığı il hesab olunur. Müharibə 1896–1898-ci illərdə baş vermiş Filippin antimüstəmləkə inqilabının davamı və ABŞ-nin Filippinin daxili işlərinə qarışmasının nəticəsi idi. == Müharibənin səbəbləri == 1896-cı ildə Filippin adalarında ispan müstəmləkəçiliyinə qarşı kütləvi üsyan baş verdi, lakin filippinli vətənpərvərlərə güclü ölkənin dəstəyi çatışmırdı. Belə bir güclü ölkə qismində ABŞ iştirak etdi. Amerika hökuməti filippinli üsyançılara Filippini müstəqil ölkə kimi tanıyacağına söz verdi. 1898-ci ildə İspaniyaya qarşı qalxan Kuba, Filippin və Puerto-Riko üsyançılarına dəstək bəhanəsi ilə Amerika İspaniyaya müharibə elan edərək İspan-ABŞ müharibəsini başlatdı. XVI əsrdən bəri bu ölkələri öz hakimiyyəti altında saxlayan İspaniya müharibədə məğlub oldu.
Filippin cırtdan qızılquşu
Filippin cırtdan qızılquşu (lat. Microhierax erythrogenys) — cırtdan qızılquş cinsinə aid heyvan növü.
Filippin dəniz döyüşü
Filippin dəniz döyüşü — İkinci dünya müharibəsinin həlledici dəniz döyüşü. Bu Sakit okean müharibəsi zamanı ABŞ-nin Marian adalarına desant çıxarması ilə baş vermişdi. Bu müharibədə yapon donanmasında texniki hazırlığın aşağı səviyyədə olması onun darmadağın olmasına gətirib çıxardı. 11 iyun 1944-cü ildə ABŞ HƏRBİ Dəniz Qüvvələri Marian adalarını bombalamağa başlayır. Adaları vitse-admiral Kakuta Kakudzinin komandanlığı altında cəmi 1000 təyyarə müdafiə edib. İlk günlərdən yapon aviasiyası böyük itkilər verib.
Filippin kiçik sufərəsi
Filippin kiçik sufərəsi (lat. Amaurornis olivacea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin kiçik sufərəsi cinsinə aid heyvan növü.
Filippin Həmkarlar İttifaqları Konqresi
Filippin Həmkarlar İttifaqları Konqresi (filip. Katipunan ng Manggagawang Pilipino – KMP) — Filippinin ən böyük milli həmkarlar ittifaqları təşkilatlarından biri. Mərkəzi ofisi Quezon şəhərində yerləşir. == Tarixi == Konqres 1975-ci ildə yaradılmışdır. Həmin dövrdə Filipində fəaliyyətdə olan 23 həmkarlar ittifaqı ortaq qərara gəlirlər ki, əgər onlar birləşib vahid bir təşkilat kimi fəaliyyət göstərsələr daha uğurlu nəticələr əldə edə bilərlər; daha dinamik və aktiv addımlar atarlar. Məhz bu məqsədlə həmin ildə dekabrın 14-də keçirilən konfransda təşəbbüskarlar Filippin Həmkarlar İttifaqları Konqresinin yaranmasını bəyan edirlər. == Məqsədi == Konqres yarandığı ilk gündən qarşısına əsas məqsəd olaraq iş yerlərində demokratik mühitin yaradılmasını qoyub. Bununla yanaşı işçi hərəkatının, daxili və beynəlxalq həmrəyliyin gücləndirilməsi, iş yerlərində müasir və yeni avadanlıqların tətbiqi də diqqət mərkəzində saxlanılır. == Tərkibi == Hazırda konqresin 1,2 milyon üzvü var. Qurumun tabeçiliyində 30 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir.
Filippin Xarici İşlər Nazirliyi
Filippin Xarici İşlər Nazirliyi — Filipinin xaricdəki hüquq və rifahının qorunması, Filippin mədəniyyətinin beynəlxalq bir anlayışını yaratmaqda kömək edir.
Filippin–Vyetnam münasibətləri
Vyetnam–Filippin münasibətləri — Vyetnam və Filippin arasındakı mövcud ikitərəfli münasibətlər. Vyetnam Sosialist Respublikası ilə Filippin arasında ilk diplomatik əlaqələr 12 iyul 1978-ci ildə qurulmuşdur. İki ölkə arasında bir başa quru sərhəddi yoxdur. == Tarixi == === Vyetnam müharibəsi 1957—1975 === 1955-ci ilin iyulunda Filippin Prezidenti Roman Maqsaysay Cənubi Vyetnamı müstəqil dövlət olaraq tanıyır. Filippin tibbi persponalını Vyetnam müharibəsində Şimali Vyetnama qarşı vuruşan Cənubi Vyetnam qüvvələrinə yardım məqsədi ilə göndərir. Bununla yanaşı Roman Maqsaysay açıq şəkildə ABŞ-nin apardığı müharibədə ona istənilən dəstəyi verməsini bəyan edir. Ancaq Filippin müharibəyə ancaq mülki kontingent göndərmişdir. 1964-cü ilin oktyabrında Cənubi Vyetnama iki qrumpdan ibarət tibb işçiləri göndərilir (bura 68 nəfər daxil idi). 1966-cı ildfə isə sayı min nəfər olan mülki şəxs göndərilmişdir. Bunlara hərbi xitmətdə olan ancaq fəal hərbi əməliyyatlarda iştirak etməyən hərbi kəkimlər, mühəndis-inşaatçılar, kənd təsərrüfatı sahəsi mütəxəsisləri və s daxil idi.
Filippin–İsrail münasibətləri
İsrail–Filippin — İsrail Respublikası və Filippin arasındakı mövcud müasir və tarixi ikitərəfli siyasi, mədəni, iqtisadi, hərbi və s. əlaqələr. İki ölkə arasında tam diplomatik münasibətlər 26 fevral 1958-ci ildə Dostluq Müqaviləsi imzalandıqdan sonra quruldu. 1962-ci ildə İsrailin Maniladakı səfirliyi və Filippin Təl-Əvivdəki səfirliyi açılır. İsrailin Filippindəki səfiri Efraim Ben-Matityahudur. == Tarixi == Filippin 1947-ci ildə İsrail Dövlətinin yaranmasına səbəb olan Fələstinin bölünməsi barədə BMT-nin 181 saylı qətnaməsinin lehinə səs verdi. Filippin İsrailin qurulmasını dəstəkləyən 33 ölkədən biri və qətnaməyə səs verən yeganə Asiya ölkəsi olur. İsrail və Filippin 1957-ci ildə tam diplomatik münasibətlər qururlar. 1962-ci ildə Təl-Əviv və Manilada səfirliklər açılmışdır. 1997-ci ildə hər iki ölkənin xarici işlər nazirlikləri arasında ikitərəfli siyasi dialoq qurmaq üçün Anlaşma Memorandumu imzalandı.
Çin–Filippin münasibətləri
Çin–Filippin münasibətləri — Çin Xalq Respublikası və Filippin arasında mövcüd ikitərəfli əlaqələr. İki ölkə arasında ilk diplomatik əlaqələr 9 iyun 1975-ci ildə qurulmuşdur. == Tarixi == 1980-ci illərdə Filipin Prezidenti Ferdinand Markosun Çində kommunizmi dəstəkləyən və eyni zamanda Filippindəki kommunist münasibətlərinə qarşı çıxan siyasəti iki ölkə arasında əlaqələr əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Buna cavab olaraq Çin Filippindəki kommunistləri dəstəkləməkdən əl çəkmişdir. İki ölkə arasında xoş münasibətlər Cənubi Çin dənizindəki sahələrə sahiblənmək məsələsində haçalanmışdır İki ölkə arasında diplomatik əlaqələrin qurulmasından sonra iki tərəfli dövlət məmurları səviyyəsində çoxlu səfərlər təşkil edilmişdir. 1996-cı ildə Şin Xalq Respublikasının sədri Tsyan Tsemin Filippinə səfəri zamanı iki ölkənin liderləri beynəlxalq münasibətlərdə bir-birini dəstəkləmələri, yaxşı qonşuluq və qarşılıqlı anlaşma məsələlərində ortaq məxrəcə gəlirlər. Üstəlik Cənubi Çin dənizindəki mübahisəli ərazilərdə konsensusua gəlinir. 2012-ci ildə Skarobo-Şöl atollu uğrunda iki ölkə arasında sərhəd toqquşması baş verir. Fiippin sərhədçiləri tərəfindən neytral sularda səkkiz Çin balıqçı gəmisi aşkarlanmışdır. Onların gəmilərinə baxış zamanı mərcanlar, diri köpək balıqları aşkarlanmışdır.
Xarici İşlər Nazirliyi (Filippin)
Filippin Xarici İşlər Nazirliyi — Filipinin xaricdəki hüquq və rifahının qorunması, Filippin mədəniyyətinin beynəlxalq bir anlayışını yaratmaqda kömək edir.
Azərbaycan-Filippin futbol matçlarının siyahısı
== Kişilər ==
Filippin 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Filippin — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Filippin Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 2 idmançı ilə 2 idman növündə təmsil olundu.
Filippin 2018 Qış Olimpiya Oyunlarında
Filippin 2018 Qış Olimpiya Oyunlarında dağ xizəyi idman növündə bir idmançı ilə təmsil olunacaqdır. Ölkə Qış Olimpiya oyunlarında artıq ikinci dəfədir ki, ardıcıl iştrirak edir. 2014-cu il Qış Olimpya oyunlarında ölkəni Maykl Kristian Martines təmsil etmişdir. == Millinin tərkibi == == Yarışmanın nəticələri == === Xizək idmanı növləri === ==== Dağ xizəyi idmanı ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən Malta «B» kateqoriyası üzrə təmsil olunacaqdır. Ölkəsini təmsil etmək hüququ Asa Martinesə məxsusdur.
Filippin qadın milli voleybol komandası
Filippin qadın milli voleybol komandası — Filippini qadın voleybolunda təmsil edən əsas milli komanda. Filippin Voleybol Federasiyası milli komandaya nəzarət edir. Federasiya Asiya Voleybol Konfederasiyasının tabeliyindədir. == Tarixi == Fillippin voleybolda elədə güclü komandalardan deyil. Buna komandanın qazandığı nəticələr baxaraq da inanmaq olar. Belə ki, milli komandanın ən böyük uğuru 1974-cü ildə keçirilən dünya çempionatına vəsiqə qazanmalarıdır. Həmin turnirdə də komanda yalnız 18-ci yeri tuta bilmişdi. Asiya və Okeaniya çempionatında səkkiz dəfə final mərhələsinə yüksələ bilən milli komandanın ən böyük uğuru 1983-cü ildə qazandığı beşincilikdir. Qitə miqyaslı olimpiada olan Asiya Oyunlarında isə yalnız keçmişdə yaxşı nəticələr qazana bilmişdir. Belə ki, milli komanda bu turnirə 1982-ci ildən bəri yüksələ bilmir.
аккумуля́тор антифеода́льный аполити́чность воздухоопо́рный джо́ббер италья́нский протагони́стка разочаро́вывать с придыха́нием та́чка трубкови́дно эйдети́зм зацепи́ться языком каламбури́ст былина bunkmate caseation cheval de frise fatigue-call inspiriting permanent press rate silkworm гармоничный предвкусить