fitrə-sədəqə

fitrə-sədəqə
fitrə
fitrə-zəkat
OBASTAN VİKİ
Sədəqə
Sədəqə (din)
Fitrə zəkatı
Fitrə zəkatı – Fitr bayramından əvvəl ehtiyacı olan müsəlmanlara verilməli olan sədəqə. Fitrə zəkatının verilməsində məqsəd imkansız və ehtiyacı olanların Fitr bayramını digər müsəlmanlarla birgə qeyd etmələrinə kömək etmək, eləcə də orucluq ayı ərzində mümkün səhv və nöqsanların kəffarəsini ödəməkdir. == Fitrə zəkatının verilməsi == Fitrə zəkatı Fitr bayramının axşamı, günəş batdığı vaxt həddi-büluğa çatan və ağıllı olub, bihuş, fəqir və başqasının qulu olmayan şəxs, özü və onun çörək yeyəni sayılan şəxslərin hər biri üçün, bir "sa`" – təqribən 3 kiloqram – öz şəhərində normal olan yeməklərdən, məsələn; buğda, arpa, xurma, kişmiş, düyü və qarğıdalı kimi, müstəhəqqə verməlidir. Bunun əvəzinə pul verilməsini əksər islam alimləri tərəfindəm şəri dəlillərə uyğun olmadığını vurğulayıblar. Özünün və ailəsinin illik xərclərinə sahib olmayan və onun və ailəsinin xərclərini təmin edəcək bir kəsbi də olmayan bir şəxs, fəqirdir. O şəxsin fitrə zəkatı verməsi vacib deyildir. İnsan, fitr bayramı gecəsinin gün batan vaxtı onun çörəyini yeyən hesab olunan şəxslərin fitrəsini gərək versin. İstər kiçik olsun ya böyük, istər müsəlman olsunlar, istərsə kafir, istər onların xərclərini vermək ona vacib olsun, istərsə olmasın, istər onun şəhərində, istərsə başqa şəhərdə olmuş olsalar da, gərək fitrələrini versin. Başqa şəhərdə olub, çörək yeyəni hesab edilən şəxsin onun öz malından özünün fitrəsini verməyə vəkil etsə, belə ki, fitrəsini verəcəyinə xatircəm olsa özünün, onun fitrəsini verməsi lazım deyildir. Fitr bayramı gecəsi, gün batmazdan əvvəl gəlib onun çörəyini yeyən (müvəqqəti olsa da) hesab olunan qonağın fitrə zəkatı ev sahibinə vacib olar.
Sədəqə (Urmiya)
Sədəqə (fars. صداقه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 307 nəfər yaşayır (85 ailə).
Sədəqə (din)
Sədəqə — Allah rızası üçün verilən mal, pul, elm kimi insanın möhtac olduğu hər şeyə sədəqə deyilir. Sədəqə Allaha yaxınlaşmaq, savab və mükafata nail olmaq üçün sidqi-ürəkdən verildiyinə görə sədəqə adlandırılmışdır. Bu kəlmələrin hər ikisi – sidq və sədəqə eyni kökdən törəmişdir. İnsan bir mənada Allaha olan sədaqətini sədəqə ilə göstərir. Bunu edərkən mükafatının axirətdə mütləq veriləcəyinə inanır. Hər kəsin maddi vəziyyəti eyni deyil. Kimi varlı, kimi isə kasıbdır. Müsəlmanlar arasında varlılar olduğu kimi kasıblar da hər zaman olmuşdur. Hamının mövqeyindən və vəziyyətindən asılı olmayaraq maddi-mənəvi müəyyən şeylərə ehtiyacı var. Bu səbəbdən varlı müsəlman “mən hər il zəkatımı verirəm” deyib xeyir işlərdən uzaq durmamalı, kasıb müsəlmanlar da “biz varlı deyilik” deyərək xeyirxahlıqdan geri qalmamalıdır.
Züreyq ibn Əli ibn Sədəqə əl-Əzdi
Züreyq ibn Əli ibn Sədəqə əl – Əzdi (?-?) — Abbasi sərkərdəsi. Xürrəmilərin qələbəsi Xəlifə Məmunu məcbur etdi ki, yeni ordu başçısını təyin etsin. 823-cü ildə Züreyq ibn Əli ibn Sədəqə əl-Əzdi ordu başçısı oldu. Ona kömək olaraq Əhməd ibn Cüneyd əl Əskafinin başçılığı ilə qoşun dəstələri göndərildi, lakin Babək əl-Əskafini əsir aldı. Züreyq isə xürrəmilərə heç bir şey edə bilmədi. Məmun Züreyqi qoşun komandanlığından kənar etdi və onun yerinə 'Məhəmməd ibn Hümeyd əl-Tusini' təyin etdi. O isə xürrəmilərlə müharibəyə girişməzdən əvvəl, Züreyqi əzməli oldu, çünki o, xəlifənin qərarından narazı olub üsyan etmişdi. Məhəmməd ibn Hümeyd Züreyqi və "təhlükəli ola biləcək" adamların hamısını sakitləşdirdikdən sonra, Babəklə müharibəyə ciddi surətdə hazırlaşmağa başladı.
Züreyq ibn Əli ibn Sədəqə əl – Əzdi