fiziologiya
fizioloq
OBASTAN VİKİ
Fizioloji funksiyalar
Fizioloji funksiyalar - insan, heyvan və bitki orqanizmlərinin, onların həyat fəaliyyətinin və ətraf mühitə uyğunlaşmalarının təmin edən müxtəlif istiqamətdəki fəaliyyəti. == Fizioloji quraqlıq == Ətraf mühitdə rütubətin bolluğu şəraitində temperaturun aşağı olmasilə əlaqədar bitki köklərinin suyu sorma qabiliyyətinin azalması == Fizioloji ritm == Orqanizmlərin fasiləsiz fəaliyyətini saxlayan endogen bioloji ritmlər (ürək döyüntüsü, daxili sekresiyanın vəzifələrinin işi və s.) == Fizioloji sükut == Bitkinin və heyvanın belə həyaat dövründə maddələr mübadiləsi olduqca zəif gedir. == Fizioloji adaptasiya == Orqanizmin fiziologiyasında dəyişkənlik.
Yuxu (fizioloji proses)
Yuxu — beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji proses. Bu proses məməlilərə, quşlara, balıqlara və bəzi başqa heyvanlara, həmçinin bəzi həşəratlara (məsələn, drozofillərə) məxsus prosesdir. Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar. Məcburi yuxu canlıların bütün cismi və zehni fəaliyyətlərini dayandırır. Yuxuda anabolizm proseslərinin səviyyəsi artır, katabolizm isə enir. Normal yuxu dövri təxminən hər 24 saatdan bir olur. Bu dövr sirkad ritmi adlandırılır. Bioloji ritmin sirkad forması bir növ işıq və temperatur təsirləri ilə ontogenez dövrdə orqanizmin qazandığı, "bioloji saatlar" vasitəsi ilə həyata keçirilir. Bu haqda alimlərin bir çox fikirləri vardır. Bəziləri hesab edirlər ki, yuxu zamanı beyindəki qanın bir çox hissəsi bədənin müxtəlif yerlərinə axır.

Digər lüğətlərdə