Azərbaycanda sahibkarlığın formalaşması və inkişafına vergi sisteminin təsiri
Azərbaycanda sahibkarlığın formalaşması və inkişafına vergi sisteminin təsiri — iqtisad elmləri namizədi Cavid İsmayılov tərəfindən yazılmış, AMEA İqtisadiyyat İnstitutunun rəyinə əsasən nəşr edilmiş elmi əsər.ISBN 5-8066-0827-1
== Elmi redaksiyası ==
Redaktoru — İqtisad elmləri namizədi A.A.Abdullayev.
Rəyçi — İqtisad elmləri doktoru H.K.Cəfərov.
== Kitab barədə ==
Monoqrafiyada bazar iqtisadiyyatına keçid dövründə Azərbaycan Respublikasında sahibkarlığın yaradılması, formalaşması və inkişaf etdirilməsində vergi sisteminin rolundan, vergiqoymanın forma və prinsiplərindən danışılır. Eyni zaman da, əsərdə bazar iqtisadiyyatının qanunauyğun təşəkkülü öz əksini tapmış, inkişaf etmiş xarici ölkələrin bu sahədə əldə etdikləri nailiyyətlər və onların respublika iqtisadiyyatında tətbiq edilməsi yolları araşdırılmışdır.Müəllif Respublikada sahibkarlığın inkişafına müsbət təsir edəcək vergi yüklərinin aşağı salınması, sadələşmiş vergi sisteminin tətbiqi, konkret spesifik sahələrə güzəştlərin verilməsini əsas prioritet kimi göstərmişdi.
Əsər elmi işçilər, aspirantlar, tələbələr, sahibkarlar və digər iş adamları üçün nəzərdə tutulmuşdur.
== İstinadlar ==
== Xarici keçidlər ==
Azərbaycanda sahibkarlığın formalaşması və inkişafına vergi sisteminin təsiri /C. İsmayılov; red.