AMEA Riyaziyyat və Tətbiqi Tədqiqatlar İnstitutu
Riyaziyyat və Mexanika İnstitutu — elmi tədqiqat institutu. Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxildir. Direktor: AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, Misir Cumayıl oğlu Mərdanov
1959-cu il – Azərbaycan SSR EA Fizika və Riyaziyyat İnstitutunun riyaziyyat şöbəsinin əsasında müstəqil Riyaziyyat və Mexanika İnstitutu yaradılmışdır. (Azərbaycan SSR Nazirlər Sovetinin 1959-cu il 27 aprel tarixli 319 №-li qərarı, Azərb. SSR Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasının 11 №-li protokolu, 06 may 1959-cu il.).
1959-cu ildə İnstitutda 5 şöbə: funksional analiz, funksiyalar nəzəriyyəsi, diferensial və inteqral tənlikləri, təqribi analiz, elastikiyyət nəzəriyyəsi şöbələri və hesablama mərkəzi fəaliyyət göstərirdi. Bu istiqamətlərin yaranması və inkişafında məşhur alimlər M.V.Keldış, M.A.Lavrentyev, İ.N.Musxelişvili, İ.Q.Petrovski, S.L.Sobolev, Gelfand, S.N.Bernşteyn və A.İ.Maltsev böyük rol oynamışlar.
Ünvan: AZ1141, Azərbaycan Respublikası, Bakı ş., B.Vahabzadə küç., 9
akad. Zahid İ.Xəlilov (1959; 1967–1974);
akad. İbrahim İ.İbrahimov (1959–1963);
1963–1967-ci illərdə professor Həşim Ağayev RMİ-də direktor vəzifəsini əvəz etmişdir.