Karolina göyrüşü
Karolina göyrüşü (lat. Fraxinus caroliniana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Vətəni - Kubadır, Amerika Birləşmiş Ştatlarının subtropik, cənub-şərqindən, cənubi Virciniyadan Texasa qədər yayılmışdır. Bitki ilk dəfə botanik Filip Miller tərəfindən təsvir edilmişdir. Bu bitki Florida gülü, bataqlıq gülü, Karolina gülü və ya su gülü kimi məşhurdur.
== Botaniki təsviri ==
Hündürlüyü təxminən 4,0 m olan kiçik ağacdır. Yarpaqları mürəkkəb, üzbəüz, uzun, 7-12 ədəd, yumurtavari-uzunsov, iri, kənarları dişli və ya bütöv, uzunluğu 3-6 sm, eni 2-3 sm-dir. Yarpaqları tünd yaşıl, alt tərəfi bir az tükcüklüdür. Meyvələri çox vaxt 3 qanadlı, toxumları hamar, hissəli, bəzən parlaq, bənövşəyi rənglidir. Qabığı açıq boz, nazik, pulcuqludur.