GÜNƏŞ

Ən qədim forması güyəş kimi olub. Kuy (küy, köy) sözü “işıq” (qaqauzlarda günəş sözünü ruscaya “свет” kimi tərcümə ediblər), “od”, “yanmaq” mənalarını əks etdirib və indi də kösöv, köz, kömür tipli sözlərdə özünü hifz edir. Günəşin mənşəyi haqqında iki mülahizə söyləmək olar:

1. Küy (gün)işıq sözlərinin (sinonimlərin) birləşməsindən əmələ gəlib, sonra kuyəş, nəhayət, günəş şəklinə düşüb, yəni günəş “işıq saçan” deməkdir. Rus dilində də солнце sözünün mən­şəyi “işıq” (свет) anlayışı ilə bağlı şərh olunub.

2. sözün kökü küy (gün) –“od”, “işıq” deməkdir, -əş isə “yoldaş” mənasını verən sözdür, yəni günəş –“od yol­daşı”, “oda oxşayan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

GÜNƏMUZD
GÜNÜ

Digər lüğətlərdə