Norveç gerbi
Norveç gerbi (bukmol Norges riksvåpen) — ölkənin əsas dövlət simvollarından biridir. Gerb, ön pəncələrində qızıl sekiralı gümüş dirək tutan qızıl taclı aslan və kral tacı ilə tamamlanmış qırmızı qalxanla təsvir olunmuşdur. Dövlət başçısı mantiya ilə xüsusi şəxsi emblemdən, Müqəddəs Olaf ordeninin nişanlarından və Norveç kral tacından istifadə edir. Norveçin gerbi Avropadakı ən qədim gerblərdən biridir. İndiki forması, 1285-ci ildən bəri Kral Erik Maqnussonun gümüş pennisindən tanınır
Hal-hazırda Norveçin 1937-ci il 19 mart tarixli Kral fərmanına uyğun olaraq Milli Gerbi Aktı var:
Aslan təsviri ilk dəfə XII əsrin sonu - XIII əsrin əvvəllərində Norveç krallarının gerblərində görünməyə başlamışdır. Kral Hokon Haakonsson və oğlu Qanunverici Maqnusun qalxanlarında artıq aslan var idi. Qanunverici Maqnusun oğlu Erik Maqnusson, aslana tac və döyüş baltası əlavə etdi. O vaxtdan bəri, qırmızı sahədəki qızıl taclı aslan, ön pəncələrində qızıl sekiralı gümüş dirək tutan, heraldik dəbdə bütün dəyişiklikləri yaşamış, lakin Norveçin dəyişməmiş gerbi olmuşdur.
Heraldikadakı aslan gücün simvolu, döyüş baltası - sekira yalnız qədim norveçlilərin sevimli silahı deyil, hər şeydən əvvəl Norveçin səmavi himayəçisi - Müqəddəs Olavın atributudur. "Müqəddəs Olav dastanı" na görə, məhz sekiranın vurduğu yara Olavın ölümünə səbəb olmuşdur.