HÜCEYRƏ

ə. 1) kiçik deşik, balaca dəlik; 2) canlı orqanizmin protoplazma, nüvə və qişadan ibarət ən sadə vahidi.

HÜCCƏTÜLLAH
HÜCƏC
OBASTAN VİKİ
Hüceyrə
Hüceyrə – Elmə məlum olan canlı orqanizmlərin (yarı-canlı sayılan viruslar istisna olmaqla) əsas quruluş, funksional və bioloji vahidi. Hüceyrə sərbəst şəkildə bölünə bilən ən kiçik canlı hissədir və buna görə də bir çox halda "həyatın inşaat bloku" adlanır. Hüceyrəni öyrənən elm sahəsinə sitologiya deyilir. Hüceyrə bütün bilinən orqanizmlərin funksional, struktural və bioloji quruluş vahididir. Hüceyrə həyatın ən kiçik vahididir. Buna görə də, hüceyrələr həyatın struktur bloku da adlanır. Hüceyrələri hüceyrə biologiyası elmi öyrənir (digər adı ilə sitologiya). Hüceyrələr sitoplazma və onu əhatələyən hüceyrə membranından təşkil olunmuşdur hansı ki tərkibində zülallar və nuklein turşuları kimi bir çox müxtəlif biomolekullara rast gəlinir. Hüceyrə 1665-ci ildə Robert Huk tərəfindən kəşf edilmişdi. Son on ildə elektron mikroskopiyasının, rentgenostruktor analiz, differensial sentrifuqadan keçirmə və başqa müasir tədqiqat üsullarının köməyi ilə bitki hüceyrəsi, hüceyrə orqanoidləri və onların funksional ixtisaslaşdırılması barədəki anlayışlar genişlənmiş və dərinləşmişdir.
Hüceyrə nüvəsi
Nüvə, hüceyrə nüvəsi — ibtidailərdə, çoxhüceyrəli heyvan və bitkilərdə tərkibində xromosomlar və onun həyat fəaliyyəti məhsulları olan hüceyrənin sitoplazma ilə yanaşı zəruri tərkib hissəsi. Hüceyrələrdə nüvənin olması və ya olmamasına görə bütün orqanizmlər (viruslar istisna) eukariotlara va prokariotlara bölünür. Hüceyrənin irsi informasiyasının əsas hissəsi nüvədədir. Xromosomlardakı genlər bir çox hüceyrə və orqanizmlərlə irsi informasiyaların keçirilməsində başlıça rol oynayır. Nüvə sitoplazma ilə daim və sıx qarşılıqlı əlaqədədir. Genetik informasiyaları zülal sintezi mərkəzlərinə keçirən vasitəçi molekullar burada sintez olunur. Beləliklə, nüvə bütün zülalların sintezini və bunların vasitəsilə hüceyrədəki bütün fizioloji prosesləri idarə edir. Buna görə də eksperiment yolu ilə alınan nüvəsiz hüceyrələr və fraqmentlər həmişə məhv olur; belə hüceyrələrə nüvə köçürdükdə onların həyat fəaliyyəti bərpa olunur. Nüvəni ilk dəfə çex alimi Y. Purkine (1825) toyuğun yumurta hüceyrəsində, bitki hüceyrələrində nüvəni ingilis alimi R. Braun (1831–1833), heyvan hüceyrələrində isə alman alimi T. Şvann (1838–39) təsvir etmişlər. Hüceyrədə nüvə tək olub, onun mərkəzinə yaxın yerləşir, sferik, yaxud ellipsşəkilli qovuqcuğa bənzəyir.
Hüceyrə nəzəriyyəsi
Hüceyrə nəzəriyyəsi — canlı aləmin: bitkilərin, heyvanların və digər canlı orqanizmlərin yaranma və inkişafının ümumqəbulolunmuş və məxrəcləşdirilmiş prinsiplərini əhatə edən, hüceyrənin hər bir canlı orqanizmin təşkil olunduğu toxumaların vahid struktur elementi olduğunu sübut edən bir nəzəriyyə. == Ümumi məlumat == Hüceyrə nəzəriyyəsi biologiya elminin əsasını qoymuş, təkamül baxışlarının meydana çıxmasına səbəb olan bir nəzəriyyə olub, XIX əsrin ortalarında təşəkkül tapmışdır. Hüceyrə nəzəriyyəsinin əsası 1839-cu ildə alman alimləri Şvann Teodor, Mattias Yakob Şleyden və tərəfindən hüceyrə üzərində aparmış olduqları təcrübə və müşahidələr əsasında qoyulmuş olmuşdur. Tədqiqatlarına əsaslanaraq Şvann Teodor və Mattias Yakob Şleyden ilk dəfə olaraq sübut etmişdirlər ki, hər bir orqanizmin quruluş vahidi hüceyrədir. Bitkilər, heyvanlar və bakteriyalar ümumi oxşar quruluşa malikdirlər. Sonralar bu qənaət orqanizmin tamlığını bir daha təsdiqləmişdir. Şvann Teodor və Mattias Yakob Şleyden elmə "hüceyrəsiz həyat yoxdur" ifadəsini gətirmişlər. == Hüceyrə nəzəriyyəsinin prinsipləri == === Əsas prinsiplər === Müasir hüceyrə nəzəriyyəsi aşağıdakı əsas prinsipləri özündə birləşdirir: Hüceyrə — canlı orqanizmin quruluş, həyat, böyümə və inkişaf vahididir, "hüceyrəsiz həyat yoxdur";. Hüceyrə — tamlığı bir çox elementlərin bir-biri ilə qanunauyğun şəkildə əlaqələrindən ibarət olan vahid sistemdir; Bütün orqanizmlərin hüceyrələri quruluşuna, kimyəvi tərkibinə və funksiyasına görə oxşardırlar; Hər bir hüceyrənin bölünməsindən yeni hüceyrələr əmələ gəlir; Çoxhüceyrəlilərdə hüceyrələr toxumaları və toxumalar isə öz növbəsində orqanizmləri təşkil edir. Hər bir orqanizmin həyatı onu təşkil edən hüceyrələrin həyatından asılıdır; Çoxhüceyrəli orqanizmlərin hüceyrələri özünəməxsus gen dəstinə malik olur ki, bu da onların morfoloji və funksional müxtəliflikliyini təmin etmiş olur.
Hüceyrə qılafı
Hüceyrə qılafı – meyvə və tərəvəzin toxumalarının hüceyrələrini əhatə edir. Qılaf protoplastın fəaliyyəti nəticəsində onun xaricində əmələ gəlir və protoplazmanın ayrılmaz bir hissəsinə çevrilir. Qılaf hüceyrəyə mexaniki möhkəmlik verir və protoplazmanı xarici təsirlərdən qoruyur. Əsasən sellüloza, hemisellüloza və protopektindən təşkil edilmiş hüceyrə qılafı bir neçə təbəqədən ibarətdir. Belə qılafın keçiriciliyi yaxşıdır, belə ki, o, xarici məhlulları hüceyrəyə yaxşı çəkir ki, buradan da molekullar və ionlar qılafdan sitoplazmanın səthinə asan keçə bilir. Adətən yetişmiş bitki hüceyrəsində birinci və ikinci qılaf ayırd edilir. Birinci qılaf cavan hüceyrələrin hüceyrə divarını yaradır, tərkibində çoxlu su olur, lakin hüceyrə böyüdükcə hüceyrə daxilində yeni qatlar əmələ gəlir, qalınlaşır və sellüloza ilə zəngin olan ikinci qılaf yaranır. Getdikcə qalınlaşan qılaf üzərində üçüncü qılafın qatları əmələ gəlir. Yaranan qatlar üzərində iki qonşu hüceyrə arasında maddələr mübadiləsinin gedişini təmin edən məsamələr əmələ gəlir. Qılafın üzərində əmələ gələn məsamələr quruluşca 2 cür olur: sadə və haşiyəli məsamələr.
Hüceyrə strukturları
Hüceyrə strukturlarının bir çoxu sitoplazmadan membranla ayrılırlar. Membran iki lipid cərgəsi, bir lipid qatı və zülallardan təşkil olunmuşdur. Membrana malik hüceyrə strukturları memberanlı orqanoidlər adlanır. Bəzi orqanoidlər isə sitoplazmadan membrabla ayrılmırlar. Bunları membransız orqanoidlər adlandırılar. == Membransız orqanoidlər == Membransız orqanoidlərə ribosom və hüceyrə mərkəzi aiddir. == Bir membranlı orqanoidlər == Endoplazmatik şəbəkə, Holci kompleksi və lizosom aiddir. == İki membranlı orqanoidlər == Mitoxondri və plastidlər aiddir. Bir-birinə oxşayan orqanoidlər: Holci kompleksi ilə hamar endoplazmatik şəbəkə, ribasom ilə hüceyrə mərkəzi, mitoxondri ilə xloroplast. Hüceyrələrin hərəkət orqanoidlərinə kirpik, qamçı, yalançı ayaq, miofibrillər aiddir.
Hüceyrə təbəqəsi
Mikrob təbəqəsi — Cücərmə təbəqəsi, embrion inkişafı zamanı əmələ gələn hüceyrələrin əsas təbəqəsidir. Onurğalılarda üç hüceyrə təbəqəsi xüsusilə aydın şəkildə ifadə olunur. Bununla birlikdə, bütün eumetazoanlar (süngərlərə qohum olan heyvanlar) iki və ya üç əsas mikrob təbəqəsi əmələ gətirirlər. Bəzi heyvanlar, iki mikrob təbəqəsi (ektoderma və endoderma) istehsal edərək onları diploblastik edir. Heyvanlar, bu iki təbəqə arasında üçüncü bir təbəqə (mezoderma) əmələ gətirərək onları triploblastik edir. Hüceyrə təbəqələri nəticədə orqanogenez prosesi ilə bütün heyvanın toxumalarını və orqanlarını əmələ gətirir. == Tarix == Kaspar Friedrix Volf, erkən embrionun yarpaq kimi təbəqələrdə quruluşunu müşahidə etdi. 1817 -ci ildə Heinz Kristian Pander, toyuq embrionlarını öyrənərkən üç əsas mikrob təbəqəsi kəşf etdi. 1850-1855 -ci illərdə Robert Remak, hüceyrə təbəqəsi (Keimblat) anlayışını təkmilləşdirərək, sırasıyla xarici, daxili və orta təbəqələrin epidermis, bağırsaq və ara əzələləri və damar sistemini meydana gətirdiyini ifadə etdi. "Mesoderma" termini 1871 -ci ildə Huxley tərəfindən ingilis dilinə, 1873 -cü ildə Lankester tərəfindən "ektoderma" və "endoderma" kimi təqdim edilmişdir.
Somatik hüceyrə
Somatik hüceyrə — bir hüceyrə (qədim yunan σῶμα somasından, yəni "bədən" mənasını verir) cinsiyyət hüceyrəsi, qametosit və ya fərqlənməmiş kök hüceyrə xaricində çoxhüceyrəli bir orqanizmin bədənini meydana gətirən hər hansı bir bioloji hüceyrədir . Bir orqanizm cisminin tərkibində iştirak edən və ikili bölünmə və mitotik bölünmə prosesində bölünən hüceyrə somatik hüceyrə adlanır. Bunun əksinə olaraq, qametlər cinsi çoxalma zamanı birləşən hüceyrələrdir, cücərmə hüceyrələri qametləri əmələ gətirən hüceyrələrdir və kök hüceyrələr mitoz yolu ilə bölünərək müxtəlif ixtisaslaşmış hüceyrə tiplərinə ayrılan hüceyrələrdir. Məsələn, məməlilərdə somatik hüceyrələr bütün daxili orqanları, dəri, sümüklər, qan və birləşdirici toxuma təşkil edirsə, məməlilərin cücərmə hüceyrələri sperma və yumurta əmələ gətirir, bu da mayalanma zamanı birləşərək ziqota adlı bir hüceyrə əmələ gətirir və fərqləndirir. İnsan bədənində təxminən 220 növ somatik hüceyrə var. Nəzəri olaraq bu hüceyrələr cinsi hüceyrələr deyil. Mutasiyalarını hüceyrə nəsillərinə (varsa) ötürürlər, ancaq orqanizmin nəsillərinə deyil. Bununla birlikdə, süngərlərdə fərqlənməmiş somatik hüceyrələr cücərmə xəttini meydana gətirir və Knidariyada fərqli somatik hüceyrələr cücərmə xəttinin mənbəyidir. Mitotik hüceyrə bölgüsü yalnız diploid somatik hüceyrələrdə müşahidə olunur. Cinsiyyət hüceyrələri kimi yalnız bir neçə hüceyrə çoxalmada iştirak edir.
Yumurta (hüceyrə)
Yumurta hüceyrə (lat. ovum (ovulum BNA)) — heyvanlarda, ali bitkilərdə və bir çox canlılarda dişi qameti, insanda qadın cinsiyyət hüceyrəsi, spermatozoidlə mayalanaraq ziqota əmələ gətirir. İnsan yumurta hüceyrəsinin diametri təqribən 150 mkm-dir. Yumurta hüceyrə sitoplazması — ooplazma qidalı maddə yumurta sarısı ilə zəngindir. Yumurta hüceyrə ovogenez nəticəsində yaranır. Mayalanmış yumurta hüceyrəsindən — ziqotadan rüşeym inkişaf edir. Yumurta hüceyrə spermatozoidlərdən formaca böyükdür. Yeni doğulmuş qızların hər yumurtalığında 400000-ə qədər yetişməmiş yumurta hüceyrə olur. Onlardan ancaq 350–500 ədədi yetişə bilir.
Piramidal hüceyrə
Piramidal hüceyrə və ya piramidal neyronlar — beyin qabığı, hipokampus və amigdala da daxil olmaqla beynin bölgələrində tapılan çoxqütblü neyronların bir növü. Piramidal neyronlar məməlilərin beynindəki əsas həyəcanverici neyronlardır. Balıqlarda, quşlarda, sürünənlərdə də tapılır. Piramidal neyronlar həm də ölümlə nəticələnən quduzluq infeksiyasında xarakterik əlamət olan Neqri cisimlərinin tapıldığı 2 hüceyrə tipindən biridir. Piramidal neyronlar ilk dəfə Santiaqo Ramon i Kajal tərəfindən kəşf edilmiş və tədqiq edilmişdir. O vaxtdan bəri, piramidal neyronlar üzərində aparılan tədqiqatlar neyroplastiklikdən tutmuş koqnitiv funksiyaya qədər müxtəlif mövzulara yönəlmişdir. Piramidal neyronun əsas struktur xüsusiyyətlərindən biri konus formalı soma (piramidal hüceyrə cisimləri) və ya hüceyrə gövdəsidir ki, neyron onun adını daşıyır. Piramidal hüceyrənin digər əsas struktur xüsusiyyətləri tək akson, böyük apikal dendrit, çoxsaylı bazal dendritlər və dendritik tikanların olmasıdır. Apikal dendrit piramidal hüceyrənin somasının (perikarionun) yuxarı hissəsindən qalxır. Apikal dendrit tək, uzun və qalın dendritdir, somadan məsafə artdıqca bir neçə dəfə budaqlanır və qabıq səthinə doğru uzanır.
Hüceyrə transplantologiyası
Hüceyrə transplantologiyası (ing. Cell therapy) hüceyrə terapiyası olaraq da tanınır və hüceyrələrin müalicə məqsədi ilə xəstə bir bədənə köçürülməsinə əsaslanan terapevtik yanaşmalar toplusudur. Hüceyrə transplantologiyasının geniş tanınan və sürətlə inkişaf edən sahələrindən biri kök hüceyrələr terapiyasıdır. Hüceyrə transplantasiyası ardıcıl olaraq aşağıdakı mərhələləri əhatə edir: hüceyrələrin toxumadan təcrid olunması süni mühitdə orqanizmdən kənar manipulyasiyalar (təmizləmə, fraksiyalaşdırma, kultivasiya, gen modifikasiyası və s.) onların orqanizmə daxil edilməsi (allogen və ksenogen hüceyrə transplantasiyası ilə). Hüceyrə transplantasiyasının bir əsrdən artıq tarixə malik olmasına baxmayaraq, onun müasir elmi və klinik mərhələləri çoxda qədim dövrlərə təsadüf etmir. Hüceyrə transplantasiyası regenerativ təbabətdə (zədələnmiş toxuma və orqanların bərpası), irsi xəstəliklərin, xərçəngin, sağalmaz ürək-damar, neyrodegenerativ və autoimmun xəstəliklərin müalicəsində uğurlu nəticələr verir. Hüceyrə transplantasiyası üsullarının klinik praktikaya tətbiqi leykemiyanın bəzi formalarınının müalicəsinə, şəkərli diabet, dağınıq skleroz kimi xəstəliklərdən əziyyət çəkən xəstələrin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan vermişdir. == Tarixi == Hüceyrə transplantologiyasının inkişafını empirik və müasir (elmi və klinik) mərhələlər olmaqla 2 hissəyə ayırmaq olar. === Empirik mərhələ === Hələ 1667-ci ildə fransalı Jan-Batist Denis (1640-1704) qoyundan insana qan köçürdüyü haqda məlumat vermişdi. Daha sonra isə Villiams 1884-cü ildə diabet xəstəsinin dərisi altına qoyunun mədəaltı vəzi toxumasının fraqmentlərinin implantasiya etdiyini bildirmişdir.
Bitki hüceyrəsi
Bitki hüceyrəsi — Çiçəkli bitkilərin bütün orqanları hüceyrələrdən təşkil olunmuşdur. Hüceyrə orqanizmin ən kiçik bioloji vahididir. Bitki hüceyrələri, adətən, çox kiçikdir. Onları adi gözlə deyil, ancaq böyüdücü cihazlarla görmək olar. Hüceyrələr bitki həyatında enerji istehsal etmə, ondan istifadə, malik olduqları əlamət və xüsusiyyətləri qız hüceyrələrə ötürmək kimi həyati vacib funksiyaları həyata keçirir. Hüceyrələr qılaf, sitoplazma və nüvə kimi əsas orqanlara malikdir. == Bitki hüceyrəsinin öyrənilməsi == Bitkilərin fiziologiyası və anatomiyası sahəsində ilk tədqiqatlar Van-Helmont (1577–1644) və ingilis fiziki Robert Huk (1635–1703) tərəfindən aparılmışdır. R. Huk mikroskopu təkmilləşdirdikdən sonra, bir çox kiçik əşyaları, o cümlədən, bitkilərin ayrı-ayrı hissələrini mikroskop altında müşahidə etdi. O, 1665-ci ildə ilk dəfə olaraq bitkilərin hüjeyrəvi quruluşu barəsində aldığı mikroskopik nəticələri nəşr etdirdi və "Jellula" (hüceyrə) terminini elmə daxil etdi. Bunun ardınca 1671–1682-ci illərdə italyan tədqiqatçısı Marçello Malpiqi (1628–1694) və inigilis Neemiya Qryu (1641–1712) bir-birindən asılı olmayaraq demək olar ki, eyni vaxtda bitki anatomiyasına dair aldıqları nəticələri çap etdirmişdir.
Düymə hüceyrəsi
Bir düymə hüceyrəsi, saat batareyası və ya sikkə batareyası, ümumiyyətlə 5 ilə 25 mm arasında əyilmiş silindr şəklində olan kiçik bir tək hüceyrəli bir batareyadır. == Hüceyrə kimyasının xüsusiyyətləri == == Növ təyinatı == == Sağlamlıq problemləri == == Həmçinin bax == Batareya ölçülərinin siyahısı Batareya növlərinin siyahısı Batareyanın geri çevrilməsi Süni kardiostimulyator İmplantasiya edilə bilən kardioverter-defibrilator == İstinadlar == == Mənbələr == == Xarici linklər == Coin cell reference table Watch battery cross reference table "IEC 60086-2 Primary batteries – Part 2: Physical and electrical specifications" (PDF). 2013-11-02 tarixində orijinalından (PDF) arxivləşdirilib.(boşaltma xüsusiyyətləri daxildir) "DIRECTIVE 2006/66/EC OF THE EUROPEAN PARLIAMENT AND OF THE COUNCIL".
Hüceyrənin bölünməsi
Hüceyrənin bölünməsi — bölünmə hüceyrənin ən mühüm xüsusiyyətlərindən biridir. Hüceyrənin bir bölünmədən digər bölünməyədək olan dövrünə həyat tsikli deyilir. Hüceyrənin əsas bölünmə üsulları aşağıdakılardır: Mitoz Meyoz Amitoz Endomitoz == Hüceyrənin həyat tsikli == Hüceyrənin həyat tsikli iki dövrə ayrılır: İnterfaza (iki bölünmə arasındakı dövr) Xüsusi dövr (mitoz) == İnterfaza dövrünün mərhələləri == İnterfaza dövrü də öz növbəsində 3 ardıcıl dövrdən ibarətdir: Sintezdən əvvəlki dövr (Presintetik dövrü və ya G1 dövrü) Sintetik dövr (S dövrü) Postsintetik dövr (G2 dövrü) === Sintezdən əvvəlki dövr === Bu dövrdə hüceyrə ona məxsus olan fizioloji prosesləri həyata keçirir. Cavan hüceyrələrin sürətlə böyüməsi üçün spesifik zülallar, yağlar, karbohidratlar və s. sintez olunur və DNT sintezinə hazırlıqla əlaqədar proseslər gedir. Həmin vaxtda güclü RNT sintezi gedir. Bu, hüceyrədə spesifik zülalların toplanması ilə sübut olunur. Presintetik dövrdə habelə nukleotid-fosfokinaza fermenti sintez olunur. Bu proseslər göstərir ki, G1 – dövrü DNT-nin sintezi üçün hazırlıq mərhələsi hesab olunur. === Sintetik dövr === Bu dövrdə DNT molekulu reduplikasiya olunur.
Hüceyrənin enerji mənbəyi - ATF
Hüceyrənin kimyəvi tərkibi
Hüceyrənin kimyəvi tərkibi — Cansız təbiətlə müqayisədə hüceyrədə canlı təbiət üçün səciyyəvi olan hər hansı bir xüsusi kimyəvi element yoxdur. Bu səbəbdən də atom səviyyəsində canlı və cansızlar arasında heç bir fərq yaranmır. Bu, canlı və cansız təbiətin vəhdətini göstərir. Onlar arasında fərq yalnız molekulyar səviyyədə meydana çıxır. == Hüceyrәnin element tәrkibi == Dövri sistemdə olan təxminən 110 elementdən 80-ə qədəri hüceyrədə rast gəlinir. Lakin bunlardan yalnız 27 elementin hüceyrədə müxtəlif funksiya yerinə yetirdiyi müəyyən edilmişdir. Hüceyrədə kütlə payı 0,001%-dən çox olan elementlər makroelementlәr, 0,001%-dən 0,000001%-ə qədər olanlar isə mikroelementlәr hesab olunur. Canlılarda rast gəlinən 4 əsas elementdən (О, С, Н, N) sonra beşinci yeri kalsium tutur. Yaşlı insanda sutka ərzində sümük toxumasından 700 mq kalsium çıxarılır və bir o qədər də yenidən toplanır. Bu səbəbdən sümük toxuması dayaq funksiyasından başqa, həm də kalsium və fosfor deposu rolunu oynayır.
Kök hüceyrələr
Kök hüceyrələr başqa cür hüceyrələrə differsiasiya edə bilən hüceyrələrə deyilir. Onlar həmçinin bölünərək özlərinə bənzər kök hüceyrələr yarada bilərlər. Bu hüceyrələr həmçinin sütun və ya kötük hüceyrələri də adlanır. Sütun hüceyrələrin texnologiyası hüceyrələrin inkişafı və differensiasiyası proseslərinin qəbul olunmuş ənənəvi formasından tamamilə fərqlənir. Bu hüceyrələr vasitəsilə ayrı-ayrı hüceyrələrin, toxumaların və hətta tam bir orqanizmin klonlaşdırılması mümkündür. Normal kök hüceyrələrində telomeraza fəallığı vardır. == Tarixi == Kök hüceyrələrin öyrənilməsi təqribən 40 il bundan əvvəl başlamışdır. 1978: İnsanın göbək ciyəsindən alınmış qanda kök hüceyrələri kəşf olundu. 1981: Siçanın erkən embrion mərhələsindən ilk dəfə embrional kök hüceyrələri alındı. 1995: İlk dəfə primatlardan kök hüceyrələr alındı.
Limfa düyününün stromal hüceyrəsi
Limfa düyününün stromal hüceyrəsi — Limfa düyünlərinin stromal hüceyrələri limfa düyününün strukturu və funksiyası üçün vacibdir, onların funksiyalarına aşağıdakılar daxildir: hematopoetik hüceyrələri dəstəkləmək üçün daxili toxuma iskelesinin təmin edilməsi; hematopoetik hüceyrələr arasında qarşılıqlı əlaqəni asanlaşdıran aşağı molekulyar ağırlıqlı kimyəvi xəbərçilərin buraxılması; hematopoetik hüceyrələrin miqrasiyasını asanlaşdırmaq; adaptiv immun sisteminin başlanması ilə antigenlərin immun hüceyrələrə təqdim edilməsi; və limfositlərin sayının homeostazı. Stromal hüceyrələr multipotent mezenximal kök hüceyrələrdən əmələ gəlir. == Struktur == Limfa düyünləri xarici lifli kapsulla bağlanır, ondan trabekula adlanan nazik divarları limfa düyününə nüfuz edərək onu qismən ayırır. Xarici kapsulun altında və trabekulalar boyunca peritrabekulyar və subkapsulyar sinuslar yerləşir. Bu sinuslar makrofaqları (hüceyrədənkənar matrisi nizamlı saxlamağa kömək edən xüsusi hüceyrələr) ehtiva edən boşluqlardır. Limfa düyününün daxili hissəsində iki bölgə var: korteks və medulla. Korteksdə limfoid toxuma düyünlərə çevrilir. Düyünlərdə T-limfositlər T-hüceyrə zonasında yerləşir. B-limfositlər B hüceyrə follikulunda yerləşir. Birincili B-hüceyrə follikülü cücərmə mərkəzlərində yetişir.
Merkel hüceyrələri
Merkel hüceyrələri, eyni zamanda Merkel-Ranvier hüceyrələri və ya toxunma epiteliya hüceyrələri onurğalıların dərilərində yer alan xəfif təmas hissi üçün lazım olan, oval formalı mexanoreseptorlardır. İnsanların barmaq ucları kimi olduqca həssas dəridə sıx olaraq mövcuddur və somatosensor gətirici sinirlərlə sinaptik bağlantı qurarlar. Geniş yayılmasa da, bu hüceyrələr bədxassəli ola bilər, aqressiv və müalicəsi çətin dəri xərçəngi növü olan merkel hüceyrə karsinoması yarada bilər. Hər nə qədər sinir darağı (neural crest) mənşəli, olduqları bilinsə də son zamanlarda məməlilər üzərində edilən təcrübələr əslində epitel mənşəli olduqlarını göstərmişdir. Merkel hüceyrələri bütün onurğalıların dərisində və selikli qişanın bəzi hissələrində mövcuddur. Məməli dərisində epidermisin bazal qatında təxmini 10 μm diametrli hüceyrələr kimi görünürlər. Həmçinin ayaqaltı səthində rete uzantıları olaraq da adlandırılan epidermis uzantılarında da mövcuddur. Əsasən sensor sinir ucları ilə əlaqələndirilir və merkel sinir ucu olaraq adlandırılırlar. Onlar yavaş uyğunluq göstərən (SA1) somatosensor sinir lifləri ilə əlaqələndirilir. Yavaş titrəşimlərə (5–15 Hz) və formal, kənar kimi dərin statik təmaslara reaksiya verirlər.
Oraq hüceyrəli anemiya
Oraq hüceyrəli anemiya - qırmızı qan hüceyrələrin (eritrositlərin) irsi xəstəliyi. Hemoqlobinopatiyalar (hemoqlobin pozuntuları) qrupuna aiddir, çünki hemoqlobinin beta zəncirində baş vermiş mutasiya sonucunda yaranır. Oraq hüceyrəli anemiya əcdadları malyariyanın yayğın olduğu tropik və subtropik bölgərəldə yaşamış şəxslərdə olur: Azərbaycan, Türkiyə, Yunanıstan, Səudiyyə Ərəbistan, Hindistan, Əfqanıstan, Afrika. Patoloji HbS hemolqlobini Tez-tez rastlanan genotiplər aşağıdakılardır: HbSS homoziqot HbS qarışıq heteroziqot HbS-β-Thal xəstəliyi HbSC xəstəliyi Daha nadir genetik kombinasiyalar isə bunlradır: HbSD HbS OArab HbS Lepore Oraq hüceyrəli anemiya erkən uşaqlıqda özünü büruzə verir. İlk 6 aylarında südəmər körpələr hemoqlobin F ilə qorunur, bundan sonra xəstəlik aşkar özünü göstərir. Xəstəliyin ən sıx rastlanan bəlirtisi vazo-okklyuziv krizlərdir (damar tıxanma krizləri, tutmaları). Bu zaman kiçik qan damarların oraqvarı eritrositlərlə tıxanır, və qan təchizatının pozulması işemik zədələnməyə və ağrılara gətirib çıxarır. Homoziqot Hb S daşıyıcılarının təqribən 50% bu cür ağrı tutmaları keçirir. Ağrıların təkrarlanma tezliyi xəstədən xəstəyə çox fərqlidir: bəzilərində ildə 6 və ya çox tutma olur, bəzilərində isə böyük fasilələrlə olur ya da heç olmur.
Qan hüceyrələri
Qan hüceyrələri - Eritrositlər (qırmızı qan hüceyrələri), leykositlər (ağ qan hüceyrələri) və trombositlərdir. Hüceyrələrin 99 % -dən çoxunu eritrositlər meydana gətirər. Eritrositlər qanın oksigen daşıyan hüceyrələridir. Leykositlər bədəni infeksiyalara və xərçəngə qarşı qoruyan hüceyrələrdir. Trombositlər isə [[qanın laxtalanması] nda iştirak edirlər.
Stromal hüceyrələr
Stromal hüceyrələr və ya mezenximal stromal hüceyrələr, sümük iliyində bol olan, lakin bütün bədəndə də görünə bilən fərqli hüceyrələrdir. Stromal hüceyrələr uşaqlığın selikli qişası (endometrium), prostat , sümük iliyi , limfa düyünləri və yumurtalıq kimi istənilən hüceyrə orqanının birləşdirici toxumasında görünə bilər . Onların funksiyasını dəstəkləyən hüceyrələr parenximada bu orqanın hüceyrələridir . Ən çox yayılmış stromal hüceyrələr fibroblastlar və perisitlərdir . Atama stromal Latın stromat- , "Yataq dəsti " və Qədim Yunan rō̂ma, stroma , "Yataq" sözlərindən gəlir. Stromal hüceyrələr bədənin toxunulmazlığının vacib hissəsidir və iltihabı bir çox cəhətdən modulyasiya edir. Onlar hematopoetik hüceyrələrin differensasiyasına və lazımi qan elementlərinin formalaşmasına kömək edir. Stromal hüceyrələr və şiş hüceyrələri arasındakı qarşılıqlı əlaqənin xərçəngin böyüməsində və inkişafında böyük rol oynadığı bilinir . Bundan əlavə, yerli sitokin şəbəkələrini (məsələn , M-CSF , LIF) tənzimləyərək, insanlarda sümük iliyinin stromal hüceyrələrinin iştirak etdiyi hematopoez və iltihabi proseslər təsvir edilmişdir . Böyümə faktorlarının epidermisə (dərinin üst təbəqəsi) stromal hüceyrələrə bitişik (dermis qatında) salınmasına kömək edən hüceyrənin bölünməsi .
Təbii killer hüceyrələri
Təbii killer hüceyrələri (ing. Natural killer cells (NK cells)) — B- və T- hüceyrələri ilə ümumi mənşəyə malikdirlər və limfositlərin üçüncü populyasiyasını əmələ gətirirlər. B- və T- limfositlərindən fərqli olaraq onlar xüsusi antigenbirləşdirən reseptorlar kompleksindən məhrumdurlar. Ona görə də onlara bəzən 0 hüceyrələri də deyilir. Təbii killer hüceyrələrinə orqanizmin bütün toxuma və orqanlarında rast gəlinir. Qan dövranınmdakı limfositlərin 10–15% i onların payına düşür. Ölçülərinə ğörə adi limfositlərdən təxminən 2 dəfə böyükdürlər. Morfoloji quruluşlarına görə də təbii killaer hüceyrələri digər limfositlərdən fərqlənirlər. Onların sitoplazmasının nüvəyə olan nisbəti yüksəkdir və sitoplazmaları azurofil qranullarla zəngindir. Qranullarda ehtiyat şəklində perforin zülalı, apoptozun induksiyasını həyata keçirən qranzimlər(serin esterazaları) və təbii killer hüceyrələrini autolizisdən qoruyan proteoqlikan molekulları toplanırlar.
Təqlidçi hüceyrələr
AYNA NEYRONLARI (Təqlidçi hüceyrələr) 1990-cu ildə elm adamları məməlilərdə beynin necə işlədiyini, şərtləndiyini, öyrəndiyini və bir şeyə qarşı niyə maraq duyduğunu bilmək üçün bir çox tədqiqatlar aparmışdılar. Bunlardan birində meymunların beyninə elektrik voltlarını qeyd edən elektrodlar yerləştirdilər. Daha sonra meymunlara yemək üçün banan verdilər. Elm adamları, meymunların bananları yediyi zamanda beyinlərinin bəzi bölgələrində (premotor korteksdə F5 nahiyəsi və Broca sahəsində ) elektriklənmələr olduğunu müşahidə etdilər. Daha sonra bir tədqiqatçı meymunun qarşısında iştahala banan yeməyə başlayanda, meymun banan yemədiyi halda, sanki banan yeyirmiş kimi beynindən yüksək voltlarda elektriklənmə başladı. Bir başqası eyni işi edərkən, beyindəki eyni mərkəzə aid bənzər bir qrup neyronda elektrik fəaliyyətləri artmağa başladı.(lakin hərəkət etdiklərində baş verən elektrik fəaliiyətlərindən biraz az). Bioloji bir qaynaq xaricində, bəzi hisslər (iştaha, şəhvət, və s.) təspit etmədiyimiz bir yol ilə meymunları, insanları ve quşları qarşısındakını təqlid etməyə məcbur edirdi. Nəticədə "ayna neyron "lar bir sözlə "təqlidçi neyron"lar adı verilən bəzi beyin hüceyrələri də aktiv vəziyyətə keçirdi. Ayna neyronlar, əsasən eşitmə və görmə olmaq üzrə bütün duyğular vasitəsiylə, xarici dünyadan gələn siqnalları alıb, sanki onların surətini saxlayan hüceyrələrdir. Bu neyronlar təqlid etmə və qarşıdakını öyrənmə kimi bir müddətdə özlərinə verilmiş rolu həssas bir şəkildə əks etdirir və adamı əlində olmadan təqlidə meyilli hala gətirməkdədir.
Yarpağın hüceyrəvi quruluşu
Yarpaq — bitkilərin həyatında fotosintez, tənəffüs və transpirasiya (buxarlanma) üçün əsas orqan. Yarpağın rəngi, adətən, yaşıl olur. Başqa funksiyanı yerinə yetirməsi ilə bağlı olaraq yarpağın biçimi dəyişilə bilər. Yarpaqda üzvi maddələr yaranır ki, bunların hesabına bitki öz orqanlarını qurur və bir bölümünü də ehtiyat qida halında bəlli orqanlarda toplanır. Yarpaq eyni zamanda normal şəkildə və ya metamorfoz edərək çoxalmada işlənə bilir. Yarpaqların əlavə köklər yaratma xüsusiyyətindən istifadə edərək bitkiləri vegetativ çoxaldırlar. Saplağı olan yarpaqlara "saplaqlı", saplaqsız yarpaqlara "oturaq yarpaqlar", saplağın və yarpağın alt qaidəsinin genələrək gövdəni novça kimi tutduğu yarpaqlara isə "qın yarpaqlar" deyilir. Yarpağın əsas və gözə çarpan hissəsi onun köhnəlmiş hissəsidir, buna "yarpaq ayası" deyilir. Bitkilərin bir çoxunda yarpağın dibində çıxıntı olur ki, o "yarpaqaltlığı" adlanır. Beləliklə yarpaqlar iki yerə ayrılır: Bəsit yarpaqlar Mürəkkəb yarpaqlar Yarpağın hüceyrəvi quruluşu dedikdə yarpağın daxili quruluşu nəzərdə tutulur.Daxili quruluşa(yarpaqda) ağızcıqlar,yarpaq damarları aiddir.
Giqant-hüceyrəli arteriit
Giqant-hüceyrəli arteriit və ya Xorton xəstəliyi – 50 yaşdan yuxarı, xüsusi ilə qadınlarda rast gələn iri damar vaskulitidir, çox vaxt revmatik polimialgiya ilə birgə təsadüf edir. Klinik yeni tip baş ağrıları, çənənin "fasiləli" axsaması (kladikasyon), görmənin pozulması (korluq birdən və ağrısız yaranır və biopsiyanın cavabını gözləmədən yüksək doza QK tələb olunan haldır), EÇS 50 mm/saat yuxarı olması, temporal arteriyada nəbzin zəifləməsi və ya olmaması, sistem əlamətlərlə özünü göstərir. Seroloji analizlər (RF, anti-CCP, ANA) mənfidir. Aortanın zədələnməsi anevrizmaya gətirir və IgG 4-assosiasiyalı xəstəliyi inkar etmək lazımdır. Gicgah arteriyasının dəyişilmiş hissəsinin biopsiyası önəmlidir.

Значение слова в других словарях