HÜMAM
HÜMBƏT
OBASTAN VİKİ
Hümbət
Hümmət — Kişi adı.
Hümbət Eminov
Hümbət Oruc oğlu Eminov — Alim, kimya elmləri namizədi, dosent, Azərbaycan Neft-Kimya İnstitutunun (indiki Neft və Sənaye Universiteti) Sumqayıt filialının (indiki Sumqayıt Dövlət Universiteti) kimya-texnologiya fakültəsinin dekanı, daha sonra qiyabi və axşam şöbəsi üzrə prorektoru (1992-1994), "Analitik kimya" kafedrasının müdiri (2004-cü ildən). == Həyatı və elmi fəaliyyəti == Hümbət Eminov 1940-cı ildə Qazax şəhərində anadan olmuşdur. 1948-ci ildə Qazax şəhər 1 saylı orta məktəbinə gedib, 1958-ci ildə həmin məktəbi bitirmişdir. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olmuş və 1963-cü ildə həmin fakültəni müvəffəqiyyətlə başa vurmuşdur. 1963-cü ildə təyinatla Azərbaycan Elmlər Akademiyasının Neft və Kimya Prosesləri İnstitutunda əmək fəaliyyətinə başlamışdır. 1973-cü ildə dissertasiya müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsi almışdır. 1977-ci ildə baş elmi işçi vəzifəsinə keçirilmişdir. 1981-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunun (indiki Neft və Sənaye Universiteti) Sumqayıt filialının (indiki Sumqayıt Dövlət Universiteti) "Əsas üzvü və neft-kimya sintezinin texnologiyası” kafedrasına müsabiqə yolu ilə dosent seçilmişdir. 1983-cü ildə kimya-texnologiya fakültəsinə müsabiqə yolu ilə dekan seçilmiş, 1992-1994-cü illərdə isə institutun qiyabi və axşam şöbəsi üzrə prorektoru olmuşdur. 1995-ci ildə yenidən kimya-texnologiya fakültəsinə dekan seçilmiş və 2003-cü ilə qədər həmin vəzifədə çalışmışdır.
Hümbət Hümbətov
Hümbət Sərxoş oğlu Hümbətov (1 avqust 1965, Aşağı Seyidəhmədli, Füzuli rayonu) — Aqrar elmlər üzrə fəlsəfə doktoru, ADAU-nun professoru. == Həyatı == Hümbət Hümbətov 1965-ci ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində anadan olmuşdur. 1982-ci ildə Aşağı Seyidəhmədli kənd orta məktəbinin 10-cu sinfini bitirmişdir. 1985-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstititutunun Aqronomluq fakültəsinə daxil olmuş, 1990-cı ildə həmin fakültənin Seleksiya və toxumçuluq ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 1989–90-cı illərdə V. Y. Yuryev adına Ümumittifaq Bitkiçilik, Genetika və Seleksiya İnstitutunda təcrübə keçmişdir. 1990–1991-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq instititunda elmi işçi işləmiş, 1993-cü ildə AKTA-nın aspiranturasını, 2004-cü ildə doktoranturasını bitirmişdir. Aqrar elmlər üzrə fəlsəfə doktorudur. "Azərbaycan respublikası şəraitində həna və basma bitkiləri becərilməsinin optimallaşdırılması" mövzusunda doktorluq dissertasiyası yerinə yetirmişdir. Hazırda ADAU — nun Bitkiçilik kafedrası üzrə professorudur. Yerli və xarici mətbuatda 100-ə yaxın elmi məqalə, proqram və metodiki göstərişi çap edilmişdir.
Hümbət Mustafayev
Hümbət Mustafayev (1914, Zəyəm Cırdaxan) — Azərbaycan Kommunist Partiyası Salyan Rayon, Şamxor Rayon və Ağdam Rayon komitələrinin birinci katibi. == Həyatı == Hümbət Mustafayev 1914-cü ildə Şəmkir Rayon Zəyəm-Cirdaxan kəndində anadan olmuşdur. Qazaxda pedaqoji kursu, 1948-ci ildə Azərbaycan Pedqoji İntitutunu, habelə Ali Partiya Məktəbini bitirmişdi. 1948-ci ildə Salyanda, 1951-ci ildə Şəmkirdə sonra Ağdam RPK nın birinci katibi vəzifəsində seçilir. Ağdam RPK-nın 1952-ci ilin dekabrın 26-da keçirilən plenumunda Hümbət Mustafayev rayon partiya komitəsinin birinci katibi vəzifəsinə seçilir. 1959-cu il avqust ayının 18-də Ağdam Rayon Partiya Komitəsinin plenumunda Hümbət Mustafayev kənd təsərrüfatında rəhbərlik sahəsində və partiya siyasi işində ciddi nöqsanlara və səhvlərə yol verdiyindən tutduğu vəzifədən azad edilmiş, Soltan Hümmət oğlu Əzizov birinci katib seçilmişdir.
Hümbət Yaqubov
Hümbət Mərhəmət oğlu Yaqubov (4 sentyabr 1998; Meyniman, Hacıqabul rayonu, Azərbaycan — 27 oktyabr 2020; Qırmızı Bazar, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hümbət Yaqubov 4 sentyabr 1998-ci ildə Hacıqabul rayonunun Meyniman kəndində anadan olmuşdur. 2005-2016-cı illərdə Hacıqabul rayon Meyniman kənd tam orta məktəbində təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Hümbət Yaqubov 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra ordudan tərxis olunmuşdur. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamışdır. Hümbət Yaqubov səfərbər olunmuş və hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Hümbət Yaqubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində 15 oktyabr tarixindən pulemyotçu olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Cavid Hüseynov (Hümbət oğlu)
Cavid Hümbət oğlu Hüseynov (12 dekabr 1993, Alakol, Tovuz rayonu – 27 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cavid Hüseynov 1993-cü il dekabrın 12-də Tovuz rayonunun Alakol kəndində anadan olub. 2000–2011-ci illərdə N. Sadıqov adına Alakol kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Cavid Hüseynov 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edib. 2014-cü ildən Xüsusi Təyinatlı Qüvvələrin "N" saylı hərbi hissəsində xidmət edirdi. Cavid Hüseynov məharətli snayperçi idi. O, snayper təlimatçısı olub; dəfələrlə "Ən yaxşı snayper" fəxri fərmanı ilə təltif edilib. 2019-cu ildə Belarus hərbi idman oyunları üzrə snayper yarışında 21 ölkə iştirakçısı arasında komanda hesabında 2-ci, fərdi yarışda 1-ci yeri tutub.
Allahverdi Hümbətov
Allahverdi Alı oğlu Hümbətov (6 oktyabr 1944, Tbilisi – 5 fevral 2008, Marneuli, Kvemo-Kartli) — Gürcüstan Respublikasının ictimai-siyasi xadimi. 2004-2008-ci illərdə Gürcüstan parlamentinin deputatı. == Həyatı == Allahverdi Hümbətov 1944-cü il 6 oktyabrda Tiflisdə anadan olub. 1961-ci ildə Tiflisdəki 72 nömrəli rus orta məktəbini bitirib. 1962-1968-ci illərdə Gəncə Kənd Təsərrüfatı İnstitutunda ali təhsil alıb. === Vəfatı === 2008-ci il 5 fevral-də ağır xəstəlikdən sonra 64 yaşında dünyasını dəyişib. == Fəaliyyəti == === Əmək fəaliyyəti === İlk əmək fəaliyyətinə təyinatla Tacikistandakı Nurek elektrik stansiyasında mühəndis kimi başlayıb. Təyinat müddəti başa çatdıqdan Borçalıya qayıdıb. Marneulidə bir çox vəzifələrdə işləyib. 1973-1975-ci illərdə Marneuli Rayonlararası Enerji Satışı İdarəsinin rəisi, daha sonra isə bir neçə sovxozun direktoru, Marneuli rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifələrində şərəflə çalışıb, Marneuli rayon bələdiyyəsinin sədri seçilib.
Bəhruz Hümbətov
Orxan Hümbətov
Orxan Kazım oğlu Hümbətov (4 noyabr 1992; Kiş, Şəki rayonu, Azərbaycan — 2 aprel 2016; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Aprel döyüşləri şəhidi. == Həyatı və hərbi xidməti == Orxan Hümbətov 1992-ci ilin 4 noyabr günündə Şəki rayonunun Kiş kəndində anadan olmuşdur. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı gizir Orxan Hümbətov Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə kəşfiyyatçı olaraq vuruşdu. Orxan Hümbətov 2 aprel 2016-cı ildə Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid oldu. Aprelin 5-i isə Orxan Hümbətov doğulduğu Şəki rayonunun Kiş kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Hümbətov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Orxan Hümbətov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Ramiz Hümbətov
Ramiz Topuş oğlu Hümbətov — Bakı Ali Neft Məktəbinin prorektoru, professor, Azərbaycan Respublikası Əməkdar Elm Xadimi. == Həyatı == Ramiz Hümbətov 1944-ci ildə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. O, 1968-1971-ci illərdə Moskvada aspiranturada təhsil alıb. 1971-1984-cü illərdə Ümumittifaq "SUGEO" İnstitutunun Bakı filialında kiçik elmi işçi, böyük elmi işçi, bölmə müdiri və şöbə müdiri kimi çalışıb. 1984-2012-ci illərdə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda dosent, kafedra müdirinin elm üzrə müavini, professor, kafedra müdiri, Azərbaycan Dövlət Neft Akademiyasının elm və texnika işləri üzrə prorektoru vəzifəsində işləyib. 2012-ci ildən Bakı Ali Neft Məktəbinin tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışır. Ramiz Hümbətov 1974-cü ildə namizədlik dissertasiyasını, 1994-cü ildə doktorluq dissertasiyasını müdafiə edib. 1977-ci ildə böyük elmi işçi, 1988-ci ildə dosent, 2000-ci ildə professor elmi adını qazanıb.
Ravil Hümbətov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Rizvan Hümbətov
Hümbətov Rizvan Humay oğlu (1 yanvar 1954, Güləbird, Laçın rayonu – 31 oktyabr 1992, Laçın rayonu) — “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmiş döyüşçü == Həyatı == 1 yanvar 1954-cü ildə Laçın rayonunun Güləbird kəndində doğulmuşdur. 1971-ci ildə Güləbird kənd orta məktəbini bitirdikdən sonra Bərdə rayonunda sürücülük peşəsinə yiyələnmişdir. Hərbi xidmətini 1975-ci ildə başa vuraraq Laçın rayon avtobazasında sürücü kimi fəaliyyətə başlamışdır. 1991-ci ildə Laçın rayonunun könüllü özünümüdafiə dəstəsinə qoşulmuşdur. Rota komandiri Rizvan Hümbətov Malxələf, Susuzdağ, Qızartı, Koridor və digər döyüşlərdə xüsusi fərqlənmişdir. 8 oktyabr 1992-ci ildə Güləbirdə soxulmuş qulduların qovulmasında və 822 saylı düşmən tankının ələ keçirilməsində onun əvəzsiz rolu olmuşdur. 1992-ci il oktyabrın 31-də Səfiyan kəndi istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Sumqayıt şəhəri Şəhidlər xiyabanında dəfn edilmişdir. Ailəli idi. Üç övladı yadigar qalmışdır.
Rizvan Hümbətov (mayor)
Rizvan Məşədi oğlu Hümbətov (27 dekabr 1948, Tovuz rayonu – 14 sentyabr 1991, Goranboy rayonu) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rizvan Hümbətov 27 dekabr 1948-ci ildə Tovuz rayonunun Düz Cırdaxan kəndində anadan olmuşdur. 1965-ci ildə Düz Cırdaxan kənd orta məktəbini bitirmişdir. 1968-ci ildə hərbi xidmətini başa vurduqdan sonra ali təhsil almaq üçün Qazaxıstana yollanır. Daxili işlər orqanlarında işləməklə bərabər, Metallurgiya İnstitutunda təhsil alıb. 1984-1989 cu illərdə Qazaxıstan Ali Polis Akademiyasında təhsilini davam etdirmişdir. Peşəkar zabit kimi 18 il Qazaxıstanın Karakanda şəhərində Daxili İşlər Orqanlarında çalışaraq, mayor rütbəsinə qədər yüksəlib. Ailəsi ilə birgə Qazaxıstanda yaşayan mayor Rizvan Hümbətov Ermənistanın ölkəmizə qarşı apardığı müharibəyə səssiz qala bilmir. Raport yazaraq Azərbaycana qayıtmaq haqqında qərar verir. Həmkarlarının Qazaxıstanda qalmaqla bağlı təkidlərinə baxmayaraq, işini, evini tərk edərək ailəsi ilə birgə Azərbaycana qayıdır.
Ruslan Hümbətov
Ruslan Səlim oğlu Hümbətov (20 may 1987, Kirovabad – 5 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Hümbətov 1987-ci il mayın 20-də indiki Gəncə şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Ruslan Hümbətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Hümbətov oktyabrın 6-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Hümbətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Hümbətov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Hümbətov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan Hümbətov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan Hümbətov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Rövşən Hümbətəliyev
Rövşən Hümbətəliyev (tam adı:Rövşən Zülfüqar oğlu Hümbətəliyev; 6 noyabr 1970, Qubadlı) — azərbaycanlı alim. == Həyatı == Hümbətəliyev Rövşən Zülfüqar oğlu 1970-ci il noyabrın 6-da füsünkar təbiəti və tarixi şəxsiyyətləri ilə tanınan Zəngəzur mahalının Qubadlı rayonunun Aşağı Mollu kəndində fəhlə ailəsində anadan olub. Orta təhsilinə doğma kəndində başlayan Rövşən 1978-ci ildə ailə vəziyyəti ilə əlaqədar olaraq təhsilini Sumqayıt şəhərində davam etdirmiş və 1987-ci ildə Sumqayıt şəhər 12 saylı məktəbi fərqlənmə atestatı ilə bitirmişdir. Böyük arzular sorağı ilə böyüyən gənc ali təhsil almaq üçün Sankt-Peterburq (Leninqrad) şəhərini seçir. 1987–1990-cı illərdə V. İ. Ulyanov (Lenin) adına Leninqrad Elektrotexnika İnstitutunun elektrofizika fakültəsində təhsil alır. 1990-cı ildən Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində ali təhsilini davam etdirir, 1996-cı ildə oranı "riyaziyyatçı, riyaziyyat müəllimi" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirir. Elə həmin il AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Riyazi analiz ixtisası üzrə əyani aspiranturasına qəbul olmuş, görkəmli riyaziyyatçı alim, elmdə özünün xüsusi dəst xətti olan, professor, respublikanını əməkdar müəllimi, Ukrayna Milli Elimlər Akademiyasının təsis etdiyi Boqolyubov gümüş medalçısı S. S. Mirzəyevin rəhbərliyi altında 2000-ci ildə "Bir sinif operator-diferensial tənliklər üçün sərhəd məsələlərinin həlli haqqında" mövzusunda namizədlik disser-tasiyası işini müdafiə edərək fizika-riyaziyyat elimləri namizədi alimlik dərəcəsini almışdır. 2000–2002-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun "Funksional analiz" şöbəsində elmi işçi, 2002–2004-cü illərdə böyük elmi işçi, 2004–2012-ci illərdə isə həmin şöbədə aparıcı elmi işçi vəzifəsində işləmişdir. 2004-cü ildə Riyazi analiz ixtisası üzrə dosent elmi adına layiq görülmüşdür. Gənc alim öz elmi axtarışlarına ara vermədən 2013-cü ildə professor S. S. Mirzəyevin elmi məsləhətçisi olduğu, AMEA-nın akademiki Y. Ə. Məmmədovun və Rusiya Elimlər Akademiyasının müxbir-üzvü A. V. İliyinin openenti olduğu Diferensial tənliklər ixtisası üzrə "Yüksəktərtibli operator-diferen-sial tənliklər və bəzi spektral məsələlər" adlı doktorluq dissertasiyasiya işini müvəffə-qiyyətlə müdafiə edərək riyaziyyat üzrə elimlər doktoru adına layiq görülmüşdür.
Səfayət Hümbətov
Səfayət Ələddin oğlu Hümbətov (17 fevral 1987, Yeni Daşkənd, Bərdə rayonu – 28 sentyabr 2020, Tərtər rayonu) — Müddətdən Artıq Xidmət Edən hərbi qulluqçu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səfayət Hümbətov 17 fevral 1987-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur. 1994-cü ildə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbində təhsil almağa başlamış, 2005-ci ildə orta məktəbi bitirmişdir. 2005-ci ildə Bərdə rayon Hərbi Komisarlığı tərəfindən Milli Orduya çağırılmış, 2007-ci ildə hərbi xidmətini başa vurmuşdur. 5 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrində Müddətdən Artıq Xidmət Edən hərbi qulluqçusu kimi xidmətə başlamışdır. 28 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Tap Qaraqoyunlu istiqamətində şəhid olmuş, 29 sentyabr 2020-ci ildə doğulduğu Yeni Daşkənd kəndində dəfn olunmuşdur. == Ailəsi == Ailəli idi, iki övladı var.
Səfər Hümbətov
Səfər Mahmud oğlu Hümbətov (20 noyabr (3 dekabr) 1903, Qaçağan, Borçalı qəzası – 1960, Qaçağan, Marneuli rayonu) — Sosialist Əməyi Qəhrəmanı. Gürcüstan SSR ictimai xadimi. SSRİ-nin "Lenin" ordeni laureatı. == Həyatı == Səfər Hümbətov 1903-ci ildə Tiflis quberniyasının Borçalı qəzası, Qaçağan kəndində dünayaya gəlib. Uşaqlığı və bütün ömrü Qaçağan kəndidnə keçib. Gəncliyindən təqaüd yaşına qədər Qaçağan "Kommunizm", sonra isə Qaçağan Dövlət Südçülük-Tərəvəzçilik Təsərüfatında işləmişdir. 1960-cı ildə Gürcüstan SSR-in Marneuli rayonu Qaçağan kəndində vəfat etmiş və Qaçağan kənd məzarlığında dəfn edilmişdir.
Tural Hümbətov
Tural Hümbətov (24 yanvar 1994, Sankt-Peterburq, Rusiya) — müdafiəçi mövqeyində oynayan Azərbaycan futbolçusu. 2017-ci ildən Makedoniyanın "Pobeda" klubunda çıxış edir. 17, 19 və 21 yaşadək Azərbaycan yığma komandalarının şərəfini qoruyub. Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətinə salınmışdır. == Həyatı == Tural Hümbətov 1994-cü ildə Sankt-Peterburqda anadan olmuşdur. Futbolla 10 yaşında məşğul olmağa başlamışdır, onun ilk klubu Vasili Aleksandroviç Kostrovskinin çalışdırdığı DYUSŞ "Smena" klubu olmuşdur. Bir il sonra o, Sankt Peterburqun "Turbostroitel" komandasına (indiki "Zenit-84") keçir, burada məşqçisi Protasov Sergey İvanoviç olur. Klubun kapitanına çevrilən Tural burada 4 il keçirir. 2009-cu ildən 2011-ci ilə qədər Romanov Sergey İvanoviçin rəhbərliyi altında olan SDYUŞOR "Zenit"in oyunçusu olur 2011-ci ildə Sankt-Peterburq Dövlət Aerokosmik Cihazqayırma Universitetinin hüquq fakültəsinə qəbul olmuşdur. == Klub karyerası == === Çempionat === ==== Rusiya ==== 2011-ci ilin əvvəlində Zenit futbol komandasının Akademiyası ilə müqavilə bağlayır, 18 yaşadək komandanın tərkibində "Severo-Zapad" birinciliyində bir il keçirir.
Yanvar Hümbətov
Ənvər Oruc oğlu Hümbətov (1 yanvar 1950, Məscidli Görarxı, Marneuli rayonu – 4 iyul 1993, Abxaziya) — leytenant, Abxaziya müharibəsi iştirakçısı. "Döyüş meydanında göstərdiyi igidliyə və cəsurluğa görə" "Vaxtanq Qorqasali" ordeni ilə təltif olunub. == Həyatı == Ağır iqtisadi vəziyyət ucbatından Ənvər Hümbətovun ailəsi Rustavi şəhərinə köçüb. O, Rustavi şəhər 12 saylı orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra, Rustavi metallurgiya zavodunda çalışmağa başlamış, eyni zamanda da Gürcüstan Texniki Universitetinin Rustavı filialında metallurgiya bölməsində təhsilini davam etdirmişdir. Çalışdığı zavodda qısa müddət ərzində zavodun koks-kimya sexinin baş mexaniki vəzifəsinə yüksəlmişdir. Təhsilini başa vurduqdan sonra sovet ordusunun Polşadakı raketdən mühafizə birləşməsində xidmət etmiş, xidmətini bitirdikdən sonra leytenant rütbəsi ilə Gürcüstana geri dönmüşdür. Fatma Xasiyeva ilə ailə həyatı qurmuş və Ofeliya və Emil adlı övladları dünyaya gəlmişdir. == Döyüş yolu == Sovet İttifaqı dağıldıqdan sonra Gürcüstanda seperatçı çıxışlar baş qaldırdı. 1992-ci ilin sonlarında Abxaz separatçılarının fəallaşmasından sonra Ənvər Hümbətov, Rustavi hərbi komissarlığına müraciət edərək, könüllü hərbi xidmətə yollanmışdır. O, döyüşlərin ən qızğın olduğu — Oçamçira, Tkvarçeli, Labra və Şroma kimi bölgələrdə döyüşmüşdür.
Yusif Hümbətov
Yusif Kərim oğlu Hümbətov (20 oktyabr 1950, Güllübulaq, Amasiya rayonu) — azərbaycanlı dövlət və siyasi xadim; Azərbaycan Milli Məclisinin 1-ci çağırış üzvü. == Həyatı == Yusif Hümbətov 1950-ci il sentyabrın 20-də Amasiya rayonunun Güllübuaq qəsəbəsində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq bölməsini, Bakı Ali Partiya Məktəbinin Hüquq böməsini və Azərbaycan Universiteti Hüquq bölməsində ali təhsil alıb. Rus və alman dillərini bilir. Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Ailəlidir, üç övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində 97 nömrəli Cəlilabad qəsəbə dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Yusif Hümbətov, I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Yusif Hümbətov, Milli Məclisin Aqrar siyasət Daimi Komissiyasının və Azərbaycan—Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
Zaur Hümbətov
Zöhrab Hümbətov
İlqar Hümbətov
İlqar Vüqar oğlu Hümbətov (13 iyun 1996; Bakı, Azərbaycan — 13 oktyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlqar Hümbətov 1996-cı il iyunun 13-ü Bakıda doğulmuşdur. Bakı şəhəri 116 №-li tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Ordusunun əsgəri olan İlqar Hümbətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi çərçivəsində Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş və həlak olmuşdur. Əsgər Hümbətov İlqar Vüqar oğlu ölümündən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 dekabr tarixli 2349 nömrəli Sərəncamı ilə "Vətən uğrunda" medalı və Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2368 nömrəli Sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.
İmaməddin Hümbətov
İmaməddin Muxtar oğlu Hümbətov (5 sentyabr 1998; Payız, Babək rayonu, Azərbaycan — 20 oktyabr 2020; Azıx, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == İmaməddin Hümbətov 5 sentyabr 1998-ci ildə Babək rayonunun Payız kəndində anadan olmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan İmaməddin Hümbətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Döyüşlərdə kəşfiyyatçı-tuşlayıcı olaraq fərqlənmişdir. İmaməddin Hümbətov 20 oktyabr 2020-ci ildə içində Azıx mağarasının da yerləşdiyi Xocavənd rayonunun Azıx kəndində əməliyyatlar zamanı döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İmaməddin Hümbətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İmaməddin Hümbətov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən İmaməddin Hümbətov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İmaməddin Hümbətov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Şahin Hümbətov
Şahin Əlicuvan oğlu Hümbətov (24 noyabr 1986; Sabirabad rayonu, Azərbaycan SSR — 28 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahin Hümbətov 1986-cı il noyabrın 24-də Sabirabad rayonunun Minbaşı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Şahin Hümbətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın, Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahin Hümbətov oktyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Hümbətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Hümbətov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şahin Hümbətov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şahin Hümbətov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Şahmuraz Hümbətzadə
Şahmuraz Əyyub oğlu Hümbətzadə (8 sentyabr 1998; Bərdə, Azərbaycan — 23 oktyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahmuraz Hümbətzadə 1998-ci il sentyabrın 8-də Bərdə rayonunun Cəyirli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Şahmuraz Hümbətzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə savaşıb. Şahmuraz Hümbətzadə oktyabrın 23-də Ağdərə döyüşləri zamanı şəhid olub. Bərdə rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmuraz Hümbətzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şahmuraz Hümbətzadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Şəhla Hümbətova
Şəhla Knyaz qızı Hümbətova (XX əsr, Dmanisi, Kvemo-Kartli) — Azərbaycan vəkili. == Həyatı == 2013-cü ildən Azərbaycanda vəkil kimi fəaliyyət göstərir. 2019-cu il noyabrın 28-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti Şəhla Hümbətovanın vəkillik fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. 2019-cu il dekabrın 19-da Şəhla Hümbətova Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ifadə verməkdən imtina edib. 2020-ci il martın 4-də ABŞ-nin Dövlət Katibi Mayk Pompeo Dövlət Departamentində Şəhla Hümbətovanı Beynəlxalq Cəsarətli Qadınlar mükafatına layiq görülüb.
Əhməd Hümbətov
Əhməd Hümbətov (10 iyun 1965, Laçın rayonu – 9 sentyabr 1994, Füzuli rayonu) — Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Əhməd Məhəmməd oğlu Hümbətov 10 iyun 1965-ci ildə Laçın rayonunun Aşağı Cicimli kəndində anadan olub. 1973-1981-ci illərdə Qazıdərə kənd orta məktəbində təhsil alıb. 1982-ci ildə Sumqayıt şəhərində PTM-i bitirib. 1984-1992-ci illərdə Sumqayıt şəhərində 3 saylı Evtikmə Kombinatında fəhlə işləyib. 1984-1986-cı illərdə Arxangelsk vilayətində həqiqi hərbi xidmət çəkib. 10 mart 1993-cü ildə Laçın rayon Daxili İşlər idarəsinə sıravi heyətə işə qəbul olunub. Laçın rayonunun Səfiyan, Güləbird, Suarası kəndləri uğrunda gedən qanlı döyüşlrdə şəxsi qəhrəmanlıq nümunələri göstərərək fəal iştirak edib. Əhməd Goranboy, Qubadlı, Cəbrayıl, Füzuli rayonları ərazisində gedən bir çox döyüşlərinin iştirakçısı olub. Əhməd Hümbətov ağır yaralanmış Milli ordu döyüşçüsü Qorçuyev Həbib Xanış oğlunu atəş altından çıxararaq, təkbaşına 7 km.
Əlikram Hümbətov
Ələkrəm Ələkbər oğlu Hümbətov (28 oktyabr 1948, Lerik – 22 dekabr 2022, Niderland) — 1992–1993-cü illərdə Azərbaycan Müdafiə nazirinin müavini. 1993-cü ildən qondarma Talış-Muğan Muxtar Respublikasının prezidenti və Talış-Muğan böhranının əsas səbəbkarı. 2004-cü ildən Hollandiyada mühacirətdə yaşamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü əleyhinə, milli maraqlarına zidd olan mövqeyinə və Ermənistan Respublikası ilə sıx əlaqələrinə görə Azərbaycan vətəndaşlığından çıxarılmışdır. == Həyatı == Ələkrəm Hümmətov 1948-ci ildə Lerikdə anadan olub. Azərbaycan Politexnik İnstitutunu bitirmiş, daha sonra Lənkəranda avtonəqliyyat müəssisəsinin direktor müavini işləmişdir. Azərbaycan Xalq Cəbhəsı Partiyasının təsisçilərindən biri və idarə heyətinin üzvü olmuşdur. Onun təşəbbüsü ilə AXCP-nin Lənkəran şöbəsi, talışların kompakt yaşadığı 7 rayona muxtariyyət verilmə iddiası qaldırmışdır. 1990-cı ildə Azərbaycanda anti-Sovet iğtişaşları zamanı yanvar ayında Lənkəranda 10 gün şəhərin başında qalmışdır. 1990-cı ilin avqustundan 1991-ci ilin dekabrına kimi Azərbaycan Sosial Demokrat Partiyasının üzvü olub.
Ələkrəm Hümbətov
Ələkrəm Ələkbər oğlu Hümbətov (28 oktyabr 1948, Lerik – 22 dekabr 2022, Niderland) — 1992–1993-cü illərdə Azərbaycan Müdafiə nazirinin müavini. 1993-cü ildən qondarma Talış-Muğan Muxtar Respublikasının prezidenti və Talış-Muğan böhranının əsas səbəbkarı. 2004-cü ildən Hollandiyada mühacirətdə yaşamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü əleyhinə, milli maraqlarına zidd olan mövqeyinə və Ermənistan Respublikası ilə sıx əlaqələrinə görə Azərbaycan vətəndaşlığından çıxarılmışdır. == Həyatı == Ələkrəm Hümmətov 1948-ci ildə Lerikdə anadan olub. Azərbaycan Politexnik İnstitutunu bitirmiş, daha sonra Lənkəranda avtonəqliyyat müəssisəsinin direktor müavini işləmişdir. Azərbaycan Xalq Cəbhəsı Partiyasının təsisçilərindən biri və idarə heyətinin üzvü olmuşdur. Onun təşəbbüsü ilə AXCP-nin Lənkəran şöbəsi, talışların kompakt yaşadığı 7 rayona muxtariyyət verilmə iddiası qaldırmışdır. 1990-cı ildə Azərbaycanda anti-Sovet iğtişaşları zamanı yanvar ayında Lənkəranda 10 gün şəhərin başında qalmışdır. 1990-cı ilin avqustundan 1991-ci ilin dekabrına kimi Azərbaycan Sosial Demokrat Partiyasının üzvü olub.
Ənvər Hümbətov
Ənvər Oruc oğlu Hümbətov (1 yanvar 1950, Məscidli Görarxı, Marneuli rayonu – 4 iyul 1993, Abxaziya) — leytenant, Abxaziya müharibəsi iştirakçısı. "Döyüş meydanında göstərdiyi igidliyə və cəsurluğa görə" "Vaxtanq Qorqasali" ordeni ilə təltif olunub. == Həyatı == Ağır iqtisadi vəziyyət ucbatından Ənvər Hümbətovun ailəsi Rustavi şəhərinə köçüb. O, Rustavi şəhər 12 saylı orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra, Rustavi metallurgiya zavodunda çalışmağa başlamış, eyni zamanda da Gürcüstan Texniki Universitetinin Rustavı filialında metallurgiya bölməsində təhsilini davam etdirmişdir. Çalışdığı zavodda qısa müddət ərzində zavodun koks-kimya sexinin baş mexaniki vəzifəsinə yüksəlmişdir. Təhsilini başa vurduqdan sonra sovet ordusunun Polşadakı raketdən mühafizə birləşməsində xidmət etmiş, xidmətini bitirdikdən sonra leytenant rütbəsi ilə Gürcüstana geri dönmüşdür. Fatma Xasiyeva ilə ailə həyatı qurmuş və Ofeliya və Emil adlı övladları dünyaya gəlmişdir. == Döyüş yolu == Sovet İttifaqı dağıldıqdan sonra Gürcüstanda seperatçı çıxışlar baş qaldırdı. 1992-ci ilin sonlarında Abxaz separatçılarının fəallaşmasından sonra Ənvər Hümbətov, Rustavi hərbi komissarlığına müraciət edərək, könüllü hərbi xidmətə yollanmışdır. O, döyüşlərin ən qızğın olduğu — Oçamçira, Tkvarçeli, Labra və Şroma kimi bölgələrdə döyüşmüşdür.

Значение слова в других словарях