həncamə 2021
həndbolçu
OBASTAN VİKİ
Həndbol
Həndbol ('ing. handball; hand — əl, ball — top) və ya əltopu — əllə oynanılan idman oyunu. Handball adlandırılan bu idman növü XIX əsrin sonlarında Hollandiyada yaranmışdır. Çox qısa vaxt ərzində həndbol maraqlı və emosional idman növü kimi bütün dünyaya yayıldı. Bir komandanın 6-sı sahə, 1-i qapıda olan 7 oyunçu ilə iki komanda oynadığı bir idman növüdür. Oyun müddəti 30 dəqiqəlik iki dövrədən ibarətdir. İlk illərində böyük stadionlarda 11 nəfər ibarət komandalar halında oynanan həndbol, 1950-ci illərdən sonra bir salon idmanı olmuş və açıq sahədə həndbol gedərək məşhurluğunu itirərək itmişdir. İndiki vaxtda Həndbol, xüsusilə Avropa qitəsində böyük diqqəti cəlb etməkdədir. İspaniyada ASOBAL Liga, Almaniyada Handball Bundesliga, İsveçdə Handbol ElitSerien, Danimarkada TDC Ligaen idmanın ən yuxarı səviyyədə oynandığı yerli liqalar olaraq xarakterizə edilməkdədir. Müasir həndbolda dünya və olimpiada çempionluğunu Avropa Qitəsi xaricinə çıxara bilən tək komanda Koreya olmuşdur.
Azərbaycanda həndbol
Azərbaycanda həndbol — Azərbaycandakı idman növlərindən biri Azərbaycanda həndbol idman növünə xüsusi maraq vardır. Sovet dönəmində Azərbaycan həndbolu SSRİ məkanında daim 2-3-cü pillələrdə olmuşdur. Həndbolçular Rəfiqə Şabanova və Lüdmila Şubina SSRİ komandasının sıralarında Olimpiya çempionu titulu qazanmışlar. Ölkə müstəqillik əldə etdikdən sonra da həndbolçuların uğurları çox olmuşdur. 2002-ci ildə Bakıda Avropa Həndbol Federasiyasının təşkil etdiyi "Çağırış kuboku" turniri təşkil edilmiş və yarışda Azərbaycan milli komandası turnirin qalibi olmuşdur. 2008-ci ildə Azərbaycanın qadınlardan ibarət həndbol yığması Monteneqroda təşkil olunan Dünya Çempionatının seçmə qrup mərhələsində Bolqarıstan üzərində qələbə qazanmış, ikinci görüşdə İtaliyanı üstələmişdir. 2010-cu ildə Makedoniyada keçirilmiş qadın həndbolçular arasında dünya çempionatının seçmə mərhələsində çıxış etmiş idmançılar qrupda 2-ci yeri tutmuşlar. Ölkədə kişi həndbol komandası da fəaliyyət göstərir. Lakin qadınlardan ibarət komandadan fərqli olaraq bu komanda hələlik heç bir ciddi uğur əldə etməyib. == Mənbə == Həndbol.
Azərbaycan Həndbol Federasiyası
Azərbaycan Həndbol Federasiyası və ya qısaca AHF — Azərbaycanda həndbola nəzarət edən rəsmi qurum. == Tarix == Azərbaycan Həndbol Federasiyası 1992-ci ildə yaradılmışdır. Həmin il Avropa Həndbol Federasiyasının və Beynəlxalq Həndbol Federasiyasının üzvü olmuşdur.
Həndbol 2017 İslam Həmrəyliyi Oyunlarında
== Həndbolda qazanılan medallar == Dünyanın məşhur idman növlərindən biri olan həndbol 4-cü İslam Həmrəyliyi Oyunlarının da tərkib hissəsidir. Həndbol yarışlarında 8 kişi komandası və 4 qadın komandası qızıl medal uğrunda rəqabət aparıb. Yarışlar Bakıda yerləşən Sərhədçi İdman Olimpiya Mərkəzində keçirilib. Puşkatma Kişilər arasında həndbol yarışı üzrə püşk Azərbaycan, Əlcəzair, Səudiyyə Ərəbistanı, Pakistan, Türkiyə, Mərakeş, İraq və Əfqanıstan milli komandaları arasında atılıb. Püşkün nəticələrinə əsasən, Azərbaycan milli komandası “A” qrupunda Əlcəzair, Səudiyyə Ərəbistanı və Pakistan milliləri ilə mübarizə aparacaq. “B” qrupunda isə Türkiyə, Mərakeş, İraq və İordaniya komandaları yarışacaqlar. == Arena == === Həndbol 2017 İslam Həmrəyliyi Oyunlarında (kişilər) === === Qrup mərhələsi === === A Qrupu === == Birinci tur == == İkinci tur == == Üçüncü tur == === B Qrupu === == Birinci tur == == İkinci tur == == Üçüncü tur == == Pley-of mərhələsi == == 7-8 ci yerlər uğrunda oyun == == 5-6 ci yerlər uğrunda oyun == == Bürünc medal uğrunda oyun == == Final == === Final mərhələsi === === Həndbol 2017 İslam Həmrəyliyi Oyunlarında (qadınlar) === Puşkatma Həndbol üzrə qadınların mübarizəsində beş komanda – Kamerun, Özbəkistan, Kot d`İvuar, Türkiyə və Azərbaycan yığma komandaları dairəvi sistem üzrə mübarizə aparacaqlar. Qrupda birinci və ikinci yeri tutan komandalar qızıl, üçüncü və dördüncü yerlərdə qərarlaşan millilər isə bürünc medallar uğrunda mübarizəni davam etdirəcəklər. Mayın 9-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının həndbol yarışına start verilib.
2017 İslam Həmrəyliyi Oyunlarında həndbol

Həndbolçu
Həndbolçu — İdmanın həndbol növü ilə məşğul olan şəxs.
Li Mi-Yon (həndbolçu, 1969)
Li Mi-Yon (d. 28 yanvar 1969) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Li Mi-Yon Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Li Mi-Yon (həndbolçu, 1975)
Li Mi-Yon (d. 2 sentyabr 1991) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Li Mi-Yon Cənubi Koreya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda İspaniya yığmasına 32:30 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, London Olimpiadasını 4-cü yerdə başa vurdu.
Li Mi-Yon (həndbolçu, 1991)

Digər lüğətlərdə