HACCÜHƏRƏMEYN
HAFİZ
OBASTAN VİKİ
Elçin Hacı
Elçin Hacı — (Tam adıː Elçin Hacıbaba oğlu Hacıyev) Azərbaycan teatr və kino aktyoru, prodüser Elçin Hacı 19 dekabr 1987-ci ildə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində anadan olub. 1994-2005-ci illərdə Sabunçu rayonu Maştağa qəsəbəsi Əliağa Vahid adına 293 nömrəli eksperimental tam orta məktəbdə oxumuşdur. 2005-2009-cu illərdə Əli bəy Hüseynzadə adına Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyoru ixtisasına yiyələnmişdir. 2009-cu ildə "Satira" teatr studiyasında çalışıb.2009-2010-cu illərdə hərbi xidmətdə olub.2010-2018-ci illərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrında aparıcı aktyor kimi fəaliyyət göstərib.Müxtəlif illərdə və hal hazırda Akademik Milli Dram Teatrında tamaşalarda iştirak edir.2020 ci ildən Radio Anten 101 fmdə "Canlı kitab" verilişinin aparıcısı və "1 SƏHNƏ" prodüser mərkəzinin direktorudur. 2006, 2008 və 2011-ci illərdə Respublika Bədii Qiraət müsabiqələrinin laureatı olub. 2011-ci ildə Xalq Teatrları festivalında baş rolu oynadığı "Vətən daşları" (rej:Anar Babalı) tamaşası 1-ci yerə layiq görülmüşdür. 2012-ci ildə "2+1" eksperimental tamaşalar festivalında əsas rolda oynadığı "Romeo və Cülyetta" (rej:Mirzə Ağa Mirzəyev) tamaşasında diploma layiq görülmüşdür. 2011-2012-ci illərdə Respublika Teatr festivallarında oynanılan tamaşalarda rol almışdır. 2011-2015-ci illərdə Azərbaycanın rayonlarına, Türkiyəyə, Gürcüstana qastrol səfərlərinə gedib. Bakı Beynəlxalq Teatr Konfranslarında, seminarlarda, ustad dərslərində iştirak edib.
Hacı
Hacı — Həcc ziyarətini yerinə yetirən müsəlmana deyilir. Həcc– İslam dinin sütunlarından biri.
Hacı (ad)
Hacı — Azərbaycanlı və türk kişi adı və titul. Hacı titulu Həcc ziyarətində olan şəxslərə verilir. Hacı İsmayılov — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın xalq artisti (2000). Hacı bəy Sultanov — rus ordusunun polkovniki, Aşqabadın general-qubernatoru Hacı Xanməmmədov — Azərbaycan SSR əməkdar incəsənət xadimi (1967) Hacı Məmmədov Hacı Məmmədov (tarzən) — Tarzən Hacı Məmmədov (cinayətkar) — cinayətkar. Hacı Quliyev — Hacı Əhmədov — Hacı-Murad Cussati Hacı-Ömər Alborti Hacı Ağa Ələsgər Hacı Rüstəmov Hacı Sabancı Hacı Tahir Abbasov Hacı İbrahimov Bu titulu olan tanınmış şəxslər Hacı Abbas xan Külali — Xorasan qiyamının iştirakçısı. Hacı Baba Avşar — Həkim Hacı Mirzə Əliqulu Yusifzadə — xəttat, həkim, şair, alim. Hacı Məhəmməd Nəqi — Memar. Hacı Rza Sərraf Təbrizi — qəzəl və mərsiyə yazan şair Hacı Surxay Məmmədli — ilahiyyatçı, İçərişəhər "Cümə" məscidinin axundu Hacı Şahin — "Məşhədi Dadaş" məscidində imam-camaat Hacı Əlisəfa Yaqubov — Sosialist Əməyi qəhrəmanı Məscidlər Hacı Cavad məscidi — Bakıda, Ç. Mustafayev küçəsində yerləşən məscid. Hacı Səfəralı məscidi — Hacı Sultanəli məscidi (Bakı) — Bakı şəhərində yerləşən məscid. Hacı Rəhim Əfəndi məscidi Digər Hacı dayı — Azərbaycan şifahi xalq ədəbiyyatında əslən Azərbaycanın Şəki şəhərindən olan lətifə qəhrəmanı.
Hacı Bayram
Hacı Bayram (Sərdarabad)
Hacı Elyaz
Hacı Elyaz, İpəkli, Masis sovxozu — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 7 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Hacı İlyas formasında, Qafqazın 5 verstlik xəritəsində Hacı Eylyaz formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Hacı Eylaz, Eylas formalarında qeyd edilir. Kəndin adı xalq arasında Hacı Elləz formasında işlədilirdi. Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı dəyişdirilib İpəkli qoyulmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.IV.1946-cı il fərmanı ilə yenidən dəyişdirilib «Masis sovxozu» qəsəbəsi adlandırılmışdır.
Hacı Firuz
Hacı Firuz vəya Hacı Piruz ( {{Dil-fa|حاجی فیروز), İranın yeni ili Novruzun ənənəvi xəbərçisidir. Üzünü qurumla boyanmış haldadır, parlaq qırmızı paltarı və başındakı papaq ilə diqqəti çəkir. Novruza girərkən, Hacı Firuz bir dəf çalar və "Hacı Firuzam, sali yek ruzəm" (Hacı Firuzam, ildə bir günəm) deyər. Hər yaşdan insan onun və musiqiçilərin ətrafında toplanar, çaldıqları nağara, tar və kamançanı dinləyərək rəqs edərlər. Eyni zamanda Əmi Noruz (Nevruz əmi)də deyərlər.
Hacı Firuztəpə
Hacı Firuztəpə — Şimal-Qərb İranın Qərbi Azərbaycan vilayətində yerləşən arxeoloji abidədir. Bu abidə Pennsylvania Arxeologiya və Antropologiya Muzeyinin arxeoloqları tərəfindən 1958 və 1968-ci illər arasında qazılmışdır . Qazıntılarda e.ə. 6-cı minilliyin ikinci yarısında aid Neolitik kənd aşkar edilmişdir ki, üzüm əsaslı şərabın ən əsaslı arxeoloji sübutlarından biri saxsı qabda üzvi qalıqlar şəklində aşkar edilmişdir. Hacı Firuztəpə ilk olaraq 1936-cı ildə yer səthindən saxsı parçaları toplayan Sir Aurel Stein tərəfindən qeydə alınmışdır. 1958 və 1968-ci illər arasında Pensilvaniya Arxeologiya və Antropologiya Muzeyi Universiteti tərəfindən həyata keçirilən daha böyük Hasanlu Layihəsi çərçivəsində dörd qazıntı mövsümü keçirildi və abidə daha ətraflı araşdırıldı. Bu abidə, yaxın Hasanlının yaşayış ardıcıllığında təsdiq edilmiş erkən dövrləri araşdırmaq üçün seçilmişdir. Bu qazıntılara Charles Burney tərəfindən rəhbərlik edilirdi (1958, 1961), T. Cuyler Young Jr. (1961) və Robert H.Dyson və Meri M. Voigt (1968). Bu mövsümlər boyunca, qazıntı sahəsinin dörd fəqli bölümündə qazıntı işləri aparılmış və ən böyük sahəyə yaşayış yerinin şimal-şərq yamacına qədər davam etdirilmişdir.
Hacı Hacılı
Hacı Hacıyev
Hacı Hacıyev (jurnalist)
Hacı Hüsü
Kazımlı Hacı Hüsü Kərbəlayı Lütfəli oğlu (1830-cu illər, Şuşa – 1898, Aşqabad, Rusiya Türkistanı general-qubernatorluğu) — xanəndə. Hacı Hüsü Niftalı oğlu 1839-cu ildə Şuşa şəhərində papaqçı ailəsində anadan olmuşdur. İbtidai təhsilini molla yanında almışdır. Sonra mədrəsədə təhsilini davam etdirmişdir. Gözəl səsi olduğundan xanəndəliyə başlamışdır. Şuşa vokal sənətinin ən görkəmli nümayəndələrindən biri Xarrat Qulunun yetişdirməsi Hacı Hüsü şuşalılar qarşısında ilk dəfə "Xandəmirovun teatrı" binasında "Xeyriyyə gecəsi"ndə tarzən Sadıqcanın müşayətilə çıxış edərək "Çahargah"ı elə oxumuşdur ki, onun şöhrəti hər yerə yayılmışdır. Hacı Hüsü tək Azərbaycanın toylarına deyil, Yaxın və Orta Şərqin bir sıra şəhərlərinin məclislərinə dəvət olunurdu. Məsələn, 1880-ci ildə İran şahı Nəsrəddin Hacı Hüsünü öz oğlunun toyuna Təbrizə dəvət etmişdir. Hacı Hüsünü həmin məclisdə müşayiət edən tarzən Sadıqcan və kamançaçı Bağdagül Ata idi. Bu toyda Hacı Hüsü digər məşhur İran musiqiçəliriylə bərabər çıxış etmişdir.
Hacı Həkim
Hacı Həsən Həkim (ərəb. الطبيب الحاج حسن‎) — XX əsrdə Şəki şəhərində yaşamış ərəb əsilli həkim. Cənubi Qafqaz regionunda Taun və Tif viruslarına qarşı mübarizə aparan yeganə həkim olub. Əsil adı Həsən olan Hacı Həkim 1862-ci ildə Ərəbistan yarımadasında anadan olub. Milliyətcə ərəb olub. Dəqiq doğum yeri və tarixi məlum deyil. Mədrəsə təhsili alıb, daha sonradan həkimlik peşəsində çalışmağa başlayıb. Daha sonradan bir neçə il Ərəb yarımadası ölkələrində işləyib. Bundan sonra o öz adını "Hacı Həsən" ilə əvəz edib. 1898-ci ildə Cənubi Qafqaza, Şəki şəhərinə köçür.
Hacı Həsən
Hacıhəsən-i Xaləsə (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Hacıhəsən (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Hacıhəsən (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. Hacı Həsən (Maku) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. Hacı Həsən (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd.
Hacı Həsənov
Hacı Nuru oğlu Həsənov — Azərbaycan MEA A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın yeni tarixi" şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru. Hacı Nuru oğlu Həsənov 1952-ci ildə Beyləqan rayonunun Şəfəq kəndində anadan olmuşdur. 1967-ci ildə Şəfəq kənd səkkiz illik, 1969-cu ildə Beyləqan şəhər 1 saylı orta məktəbini bitirmişdir. 1970-1974-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsində təhsil almış, universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1974-1980-ci illərdə Beyləqan rayonunun Baharabad kənd 8-illik və Qəhrəmanlı qəsəbə orta məktəblərində müəllim və dərs hissə müdiri işləmişdir. 1977-1978-ci illərdə orduda xidmət etmişdir. Ehtiyatda olan baş leytenantdır. 1980-ci ilin sonundan Azərbaycan MEA A.Bakıxanov adına Tarix İnstitutunda çalışır. 2001-ci ildən institutun "Azərbaycanın yeni tarixi" şöbəsinin müdiridir. 1981-1984-cü illərdə Azərbaycan MEA A.Bakıxanov adına Tarix İnstitutunun aspiranturasında təhsil almış, 1987-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir.
Hacı Mahmudlu
Hacımahmudlu (Yevlax) — Azərbaycanın Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Hacımahmudlu (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisində kənd.
Hacı Mail
Hacı Mail Əliyev — şair, qəzəlxan, füzulişünas alim, filologiya elmləri namizədi. Hacı Mail Əliyev 1935-ci ildə Nardaranda anadan olmuşdur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir (1960). 18 il (başqa məlumata görə görə 20 ildən artıq) Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışıb. «Məcməüs-şüəra» ədəbi məclisinin bərpaçısı, «Füzuli» ədəbi məclisinin təşkilatçısı və sədri olmuşdur. Bu məclisdə qəzəlxan şairlərlə yanaşı, ustad xanəndələr də iştirak etmişlər. Sənətkar və tədqiqatçı kimi formalaşmasında Nardaran ədəbi mühitinin (Mirzə Abbas Şahini, Hacəli Pərişanı, Zəki Məcid oğlu, Hacı Şıxəli Tuti, Ağarza Qəmli, Muxtar Fail, Hacı Paşa Əzadar və b.) o cümlədən klassik ədəbiyyatı mükəmməl bilən, Füzuli vurğunu atası İsmayıl kişinin böyük təsiri olmuşdur. Mindən çox qəzəlin, həmçinin qəsidə, tərcibənd, qitə, təxmis, qoşma və s. şeirlərin müəllifidir. Qəzəlləri muğamda xanəndələr tərəfindən geniş istifadə olunur.
Hacı Mirmehdizadə
Hacı Mükərrəm oğlu Mirmehdizadə (1 yanvar 1968, Dondarlı, Qubadlı rayonu) — Azərbaycan iqtisadçısı, hüquqşünas; SSRİ yunan-roma güləşçisi. SSRİ-Əfqanıstan müharibəsi və Qarabağ müharibəsi iştirakçısı; Muğanbank-ın Sənaye filialının müdiri (2018). Hacı Mirmehdizadə 1968-ci il yanvarın 1-də Qubadlı rayonun Dondarlı kəndində anadan olub. 1985-ci ildə Dondarlı kəndi orta məktəbini bitirib , həmin il Bakıdakı Maliyyə kredit Texnikumuna qəbul olub. Uşaqlıqdan güləş idmanı ilə məşğul olan Hacı Mirmehdizadə Ukraynada keçirilən SSSR yunan-roma güləşi üzrə 1-ci yerə çıxıb. Orta məktəbdə oxuduğu illərdə bir neçə dəfə rayon çempionu, iki dəfə respublika çempionu olub. Yunan-roma güləşi üzrə (klassik güləş) idman ustasıdır. 1986-ci ildə hərbi xidmətə çağırılmış və Özbəkistan Respublikasının Cercik şəhərində desant hissəsində qulluq edir, 2 ay sonra xidmətini Əfqanıstan Respublikasında davam etdirir. Burada ağır döyüşlərdə 2 dəfə yaralanır. Döyüşlərdə göstərdiyi şücaətə görə 3 dəfə Qırmızı Ulduz ordeni ilə, “İgidliyə görə” medalı və Mərkəzi Komitənin adından fəxri fərmanla, həmçinin Əfqanıstan rəhbərliyinin adından medalla təltif olunur.
Hacı Murad
Hacı Murad (avar. XIажи Мурад; 1795, Xunzax – 5 may 1852, Nuxa) – Şimali Qafqaz xalqlarının əslən Dağıstanın Xunzax kəndindən olan görkəmli rəhbərlərindən biridir. Milliyətcə Avardır. Lev Tolstoyun eyniadlı əsərinin baş qəhrəmanıdır. 1834-cü ildə qardaşı Osmanın Həmzət bəy Avarlıya qarşı təşkil etdiyi sui-qəsddə iştirak etməklə məşhurluq qazanmışdır. Sonralar rus ordusu və avarlar arasında aparılan danışıqlarda vasitəçi olmuşdur. 1836-cı ildə Hacı Murad Şeyx Şamillə gizli əlaqələr qurmaqda ittiham edilərək general Klüqenaunun əmri ilə həbs olunur və Temir-xan Şuraya göndərilir. Lakin, yolda qaçmağa müvəffəq olur. Həmin vaxtdan etibarən onu bütün avar kəndlərinin naibi təyin edən Şamilə xidmət etməyə başlayır. Hacı Murad o dövrün bütün hərbi əməliyyatlarında – xüsusilə də ruslara qarşı 1843-cü ildəki döyüşlərdə iştirak etmiş və vacib rol oynamışdır.
Hacı Muxan
Hacı Muxan — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. Kəndin ilk adı Hacı Mumuxan olmuşdur. Toponimi ikinci komponentinin ilk hecası ("mu") ixtisar edilmiş və mənbələrdə Hacı Muxan kimi qeyd edilmişdir. Rayon mərkəzindən 16 km cənub-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Hacı Mumuxan (Hacı Muxan) şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı 1924-cü ildə dəyişdirilib Muxan qoyulmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.l.1978-ci il fərmanı ilə yenidən dəyişdirilərək kənd Dzovazard adlandırılmışdır.1935-ci ildə kənd Muğan, 1978-ci ildə ermənicə Tsovaqard adlandırılmışdır.
Hacı Məmmədov
Hacı Məmmədov (tarzən) — Azərbaycan tarzəni. Hacı Məmmədov (cinayətkar) — Azərbaycanda cinayətkar qrupun başçısı.
Hacı Nuran
Hacı Nuran (Nuran Nəriman oğlu Hüseynov; 31 yanvar 1977, Bakı) — Azərbaycan televiziya aparıcısı, xeyriyyəçi və ictimai xadim. 31 yanvar 1977-ci ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Neft Akademiyasının məzunu, magistr, aspirant, elmlər namizədi və dosent adını qazanmışdır. Daha sonra Odlar Yurdu Universitetinə daxil olmuşdur. 1994-cü ildə "Şərq" informasiya agentliyində müxbir kimi işləməyə başlamışdır. "Xeyir Körpüsü", "Vətənimdir Azərbaycan" və "Həyat" (2017) verilişinin aparıcısı olmuşdur. "Həyat Fondu"nun rəhbəridir.
Hacı Nəzər
Hacı Nəzər - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Rayon mərkəzindən 14 km cənub-qərbdə yerləşir. Kəndin adı erməni, rus mənbələrində «Hacı Nəzər qulu» kimi də göstərilir. Toponim Hacı Nəzər şəxs adı əsasında əmələ gələn antropotoponimdir. Kənd Hacı Nəzər adlı şəxs tərəfindən salınmışdır. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kamo qoyulmuşdur.
Hacı Əhliman
Hacı Əhliman və ya əsil adı ilə Əhliman Rüstəmov (tam adı: Əhliman Fidatxan oğlu Rüstəmov) — azərbaycanlı ilahiyyatçı-alim, din xadimi, Hacı Cavad məscidinin sabiq axundu. Əhliman Fidatxan oğlu Rüstəmov 8 mart 1967-ci ildə Azərbaycan SSR‚ Cəlilabad rayonu, Qarğılı kəndində anadan olub. 1974–1984-cü illərdə Qarğılı kənd məktəbində oxumuş, sonra təhsilini Masallı rayonu Sığıncaq kənd orta məktəbində davam etdirib. Sığıncaq kənd orta məktəbində oxuyarkən dini elmləri öyrənib. Hələ gənc yaşlarında dini təhsilə və ilahiyyat elmlərinə maraq göstərib. Azərbaycanın tanınmış ruhani alimi Molla Bəylərdən dərs alıb. Nardaran qəsəbəsində Sahibəz Zaman (ə.c) mədrəsəsində sərf, nəhv, əhkam, İslam tarixi, əqidə əsasları, fiqh, üsul, məntiq və s. ilahiyyat elmlərini tədris etmişdir. Bakı İslam Universitetini bitirib. Universitet fəaliyyətini dayandırana qədər oranın müəllimi olub.
Hacı Əhmədov
Hacı Əhmədov (d. 23.11.1993, Bakı, Azərbaycan) — azərbaycanlı futbolçu, Qarabağ futbol klubunun və Azərbaycan millisinin yarımmüdafiəçisidir.
Hacı Əlikram
Hacı Əlikram (1940, Bakı) — Azərbaycan İslam Partiyasının ilk sədri. Əliyev Əlikram İsmayıl oğlu 1940-cı ildə Bakı şəhərində anadan olub. 1996-cı ilin mayında Cinayət Məcəlləsinin 57-ci maddəsi ilə həbs olunub (köhnə redaksiya "vətənə xəyanət"), 1999-cu ilin noyabr ayında əfv edilib. O, 2002-ci ildə Nardaran qəsəbəsindəki hadisələr zamanı fəallıq göstərib, 6 il müddətinə azadlıqdan məhrum edilib, lakin 2003-cü ildə yenidən əfv edilib. Azərbaycan İslam Partiyasının ilk sədri olub. Hacı Əlikram Azərbaycanın müstəqilliyi uğrunda başlayan xalq hərəkatının da fəal iştirakçılarından olub. Hacı Əlikram və qardaşı bir müddət Azərbaycan Demokratik Sahibkarlar Partiyasının üzvü olmuşdur.
Hacı Əliyev
Hacı Azər oğlu Əliyev (21 aprel 1991, Naxçıvan) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. Hacı Əliyev 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında bürünc medal, 2020-ci ildə Yaponiyanın Tokio şəhərinin ev sahibliyində baş tutan XXXII Yay Olimpiya Oyunlarında isə gümüş medala sahib olub. Hacı Əliyev həmçinin 2014-cü ildə Özbəkistanın Daşkənd şəhərində baş tutan Dünya Çempionatının, 2015-ci ildə Birləşmiş Ştatların Las-Veqas şəhərində baş tutan Dünya Çempionatının və 2017-ci ildə Fransanın Paris şəhərində baş tutan Dünya Çempionatının qalibi olub. Bununla da o, üç dəfə Dünya Çempionatının qızıl medalına sahib olan birinci və yeganə Azərbaycan güləşçisi olub. 2015-ci ildə Azərbaycanda I Avropa Oyunlarının bürünc medalına, 2019-cu ildə Belarusda isə II Avropa Oyunlarının qızıl medalına sahib olan Hacı Əliyev, 2014, 2018, 2019 və 2023-cü illərdə Avropa Çempionatının qızıl medallarını da qazanıb. Bununla da Hacı Əliyev dörd dəfə Avropa Çempionatının qalibi olan birinci və yeganə Azərbaycan sərbəst güləşçisidir. Hacı Əliyev həm də 2017 və 2021-ci illərdə İslam Həmrəyliyi Oyunlarının da qalibi olub. Hacı Əliyev Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə, 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycan Prezidentinin fəxri diplomu ilə, 12 avqust 2021-ci il tarixli Sərəncamına əsasən isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Karyerası ərzində 48 beynəlxalq yarışa qatılan Hacı Əliyev onların 15-də qızıl medal, 10-da gümüş medal, 14-də isə bürünc medal qazanıb. Hacı Əliyev həmçinin Dövlət Sərhəd Xidmətinin zabitidir.
Cəfər bəy Hacıbəyov
Cəfər bəy Hacı bəy oğlu Hacıbəyov — (1798-?), Qarabağ atlı alayının zabiti, mülkədar. Cəfər bəy Hacı bəy oğlu 1798-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Qarabağ atlı alayında gizir rütbəsində qulluq etmişdi. Cəfər bəyin Səhliyalı bəy adlı oğlu, Pəricahan xanım, Püstə xanım, Mələk xanım adlı qızları vardı. Ənvər Çingizoğlu, Kəbirli soyu, "Soy" dərgisi, 2 (7), 2007. səh.13–28.
Cəmo bəy Hacınski
Camo bəy Hacınski (tam adı: Camo bəy Süleyman bəy oğlu Hacınski; 14 iyun 1888, Quba – 1942, Sibir) — Azərbaycan Xalq Cümhuriyyətinın 4-cü və 5-ci hökumət kabinetlərində poçt və teleqraf naziri, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, ictimai-siyasi və dövlət xadimi, teatr tənqidçisi və sənətşünas. Bəzi mənbələrdə Azərbaycan himninin sözlərinin müəllifi kimi göstərilir. Camo bəy Süleyman bəy oğlu Hacınski 1888-ci ilin iyunun 14-ü Qubada doğulmuşdur. O, ictimai-siyasi xadim Mehdi bəy Hacınskinin kiçik qardaşıdır. Gənc yaşlarında Bakıya köçən Camo bəy burada gimnaziya təhsili almışdı. Gimnaziyanı bitirib 1907-ci ildə Bakıda rus dilində nəşr olunan "Kaspi" qəzetində müxbir kimi fəaliyyətə başlamışdı və bu qəzetlə əməkdaşlığını 1915-ci ilədək davam etdirmişdi. 1914-cü ildə Peterburq Universitetinin Hüquq fakültəsini bitirən Camo bəy Hacınski sonralar İqtisadçı ixtisasına da yiyələnmişdi. Camo bəy 1915-ci ilin dekabrından 1917-ci ilin aprelinədək Batum vilayətində Dənizkənarı rayonda Birinci dünya müharibəsində zərərçəkənlərə yardım göstərmək məqsədilə yaradılmış Müsəlman Qaçqın Komitəsinin müvəkkili vəzifəsində çalışmışdı. O, "Nicat" Mədəni-Maarif Cəmiyyətinin işində də iştirak edirdi. 1916-cı ildə Müsəlman Dram Cəmiyyətinin, 1917-ci ildə isə Azərbaycan Arxeoloji Cəmiyyətinin yaradıcılarından biri olmuşdu.
Diana Hacıyeva
Diana Hacıyeva (13 iyun 1989, Mariupol, Donetsk vilayəti) — Azərbaycanlı müğənni və bəstəkar, Bəri bax kollektivinin solisti. O, eyni zamanda musiqiçi dostları ilə birlikdə təşkil etdiyi Dihaj qrupunun solistidir. Diana "Skeletons" mahnısı ilə Azərbaycanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Diana Hacıyeva 13 iyun 1989-cu ildə Ukraynanın Mariupol şəhərində anadan olmuşdur. Uşaqlıqdan musiqi ilə məşğul olan Diana fortepiano dərsləri almış və caz musiqisi ilə maraqlanmışdır. O eyni zamanda Bəri bax musiqi kollektivində fəaliyyət göstərir. 2006-cı ildə Bakı şəhərində 16 saylı orta məktəbi bitirmiş və bundan sonra Bakı Musiqi Akademiyasına daxil olaraq, "Xor dirijorluğu" peşəsinə yiyələnmişdir. Bu illər ərzində caz ilə peşəkar şəkildə məşğul olmağa başlamışdır. Diana hal-hazırda Bakı Caz Mərkəzində çalışır. 2009-cu ildə Diana Əli Nəsirov ilə ailə həyatı qurmuşdur.
Dostəli Hacıyev
Dostəli Hacıyev — "Azərbaycan Bayrağı" ordenli Əfqanıstan və Qarabağ müharibələri iştirakçısı, ehtiyatda olan kapitan. Hacıyev Dostəli Əhməd oğlu 13 dekabr 1966-cı ildə Yevlax rayonunun Havarlı kəndində anadan olub. Sovet ordusunda Əfqanıstanın Baqram şəhərində mühəndis-istehkam taburunun kəşfiyat bölməsində xidmət edib. 1991-ci ildə Bakı Dəmiryol texnikumunu bitirib. Eyni zamanda dəmir yolunda işləyib. 1992-ci ilin fevralında Yevlaxın Qaramanlı kəndində əsasən Əfqanıstan müharibəsi veteranlarından ibarət "Əfqan rotası"nın yaradılmasında iştirak edib. D. Hacıyev rota komandiri Xosrov Əhmədovun müavini və kəşfiyat bölməsinin komandiri olmuşdu. Qaramanlı "Əfqan" rotası döyüş yolunu 1992-ci ilin fevralın sonlarında Ağdamda yerli özünümüdafiə "Qarabağ şahinləri" batalyonu ilə başlamışdı. Qaramanlı "Əfqan" bölməsi "Qarabağ şahinləri" batalyonuna, üstündə iki Nurs qurğusu olan Zil 131 və "Qradla" daxil olmuşdular. Dəstə, 1992-ci ilin iyununa qədər Ağdamdan Əsgəran istiqamətində döyüşlərdə iştirak etmişdi.
Elmaz Hacıyev
Elmaz Elmar oğlu Hacıyev (9 may 1994; Şamaxı, Azərbaycan — 4 noyabr 2020; Laçın, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elmaz Hacıyev 1994-cü il mayın 9-da Şamaxı rayonunun İkinci Çaylı kəndində anadan olub. Ailəli və iki övlad atası idi. Azərbaycan Ordusunun əsgəri olan Elmaz Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Elmaz Hacıyev noyabrın 4-də Laçın döyüşləri zamanı şəhid olub. Xəzər rayonunun Binə qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmaz Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elmaz Hacıyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Elnur Hacıyev
Elnur Yaqub oğlu Hacıyev (12 iyun 1979, Ucar – 17 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. Elnur Hacıyev 1979-cu il iyunun 12-də Ucar şəhərində anadan olub. 1986–1996-cı illərdə Ucar şəhərində 5 nömrəli tam orta məktəbdə təhsil alıb. 1997–2002-ci illərdə isə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində ali hərbi təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı. Elnur Hacıyev 2002-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmə edirdi. O, 2002-2006-cı illərdə Qobustan rayonunda yerləşən "N" saylı hərbi hissədə, 2006-2011-ci illərdə Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə, 2011-2015-ci illərdə Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə, 2015-2019-cu illərdə Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissədə, 2019-cu ildən isə Ağstafa rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun mayoru olan Elnur Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Hacıyev oktyabrın 17-də Füzulinin azad edilməsi zamanı şəhid olub.
Elşən Hacıbabayev
Elşən Hacıbabayev (tam adı: Elşən Atababa oğlu Hacıbabayev; 29 mart 1980, Bakı) — Azərbaycan aktyoru. Elşən Atabala oğlu Hacıbabayev 29 mart 1980-ci ildə Bakıda anadan olmuşdur. 1998-ci ildə Bakı Mədəni Maarif texnikumunun Dram və kino aktyorluğu fakültəsini bitirib. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. 1999-cu ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. Dram və kino aktyorudur. Film, reklam və kliplərdə çəkilmişdir. Evlidir.
Elşən Hacızadə
Hacızadə Elşən Mahmud oğlu (9 avqust 1961, Siyəzən) — Azərbaycan iqtisadçısı, iqtisad elmləri doktoru, professor. Beynəlxalq Elmlər Akademiyasının akademiki, Beynəlxalq Menecment Akademiyasının akademiki, Beynəlxalq Nəqliyyat Akademiyasının akademiki, Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, Beynəlxalq İqtisadçılar İttifaqının üzvü. 1961-ci il avqustun 9-da Azərbaycan Respublikasının Siyəzən şəhərində anadan olmuşdur. 1982-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsini bitirmiş, iqtisadçı-mühasib ixtisası almışdır. 1982–1997-ci illərdə Azərbaycanın yanacaq-enerji kompleksində (ARDNŞ-nin H.Z.Tağıyev adına Neftqazçıxarma İdarəsində, Quruda Neftqazçıxarma İstehsalat Birliyi, "Azəriqaz" QSC) maliyyəçi, mühasib və iqtisadçı peşələri üzrə müxtəlif rəhbər vəzifələrdə işləmişdir. 1997–2014-cü illərdə elm və təhsil sahəsində təyinatlı və seçkili olan bir sıra vəzifələr (Azərbaycan İqtisadçılar İttifaqında ekspert, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun "Struktur dəyişiklikləri" sektorunun müdiri, "Makroiqtisadi inkişaf və iqtisadi artım" şöbəsinin baş elmi işçisi, Azərbaycan Dövlət İqtisad Universiteti — UNEC-in "Sosial-İqtisadi Elmi-Tədqiqat laboratoriyası"nın müdiri, "Azərbaycan Regionlarının İnkişaf Problemləri üzrə Elmi Araşdırma və Konsaltinq Mərkəzi"nin direktoru, "Magistr Hazırlığı Mərkəzi"nin direktor müavini) tutmuşdur. 2010–2018-ci illərdə "Azərbaycanın vergi jurnalı"nın baş redaktoru olmuşdur. 2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universiteti — UNEC-in "Enerji iqtisadiyyatı mərkəzi"nin rəhbəridir. "ENECO" (Enerji iqtisadiyyatı) jurnalının baş redaktorudur. 2022-ci ildən Beynəlxalq Elmlər Akademiyasının (IAS-HE AS) Azərbaycan bölməsinin birinci vitse-prezidentidir.
Etibar Hacıyev
Hacıyev Etibar Firudin oğlu (5 aprel 1971, Zod, Vardenis rayonu – 15 iyun 1992, Aşağı Ağcakənd, Goranboy rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Etibar Hacıyev 1971-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun (Vardenis) Zod kəndində anadan olmuşdur. Zod kənd orta məktəbini bitirdikdən sonra bir müddət sovxozda işləmişdir. Erməni millətçiləri və separatçıları tərəfindən oradakı soydaşlarımız qovulan zaman onun ailəsi Kəlbəcər rayonuna pənah gətirir. Etibar 1989-cu ildə hərbi xidmətə çağırılır, ordudan tərxis edildikdən sonra isə vətənə geri dönür. 1992-ci ildə Etibar könüllü olaraq Milli Orduya yazılır və torpaqlarımızın müdafiəsinə qalxır. Böyük Canbar, Kiçik Canbar, Buzluq, Erkəç kəndlərinin erməni quldurlarından azad edilməsində xüsusi fədakarlıq göstərir. 1992-ci il 15 iyun Goranboy rayonunun Ağcakənd kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur. Subay idi. Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Hacıyev Etibar Firudin oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Etiqat Hacıyev
Fuad Hacıyev
Fuad Hacıyev (rejisor) — Azərbaycanın Əməkdar incəsənət xadimi, təhsil işçisi və rejissor. Fuad Hacıyev (rektor) — Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru.
Fuad Hacıyev (rejisor)
Fuad Rauf oğlu Hacıyev (22 iyul 1942 – 31 iyul 2023) — Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, təhsil işçisi və məşhur rejissor. 1993-cü ildə Türkiyənin Selçuk Universitetinin rektoru Xəlil Cinin dəvəti ilə həyat yoldaşı Zaminə Hacıyeva ilə birlikdə Türkiyəyə gediblər. Orada teatr bölümünün əsasını qoyub. Konya Səlcuk Universitetinin Dilek Sabançı Dövlət Konservatoriyasında 25 ildən artıq müəllimlik edib. Bununla yanaşı Ankara Dövlət Teatrı, Antalya və Mersin Dövlət Opera və Balet Teatrında müxtəlif əsərləri səhnələşdirib. Ustad rejissor Türkiyədə yaşadığı illər ərzində 100-dən çox səhnə əsərinə quruluş verib. Hazırda Türkiyədə fəaliyyət göstərən teatrların böyük əksəriyyətində Fuad və Zəminə Hacıyevaların tələbələri rejissorluq edir. Qeyd edək ki, Fuad Hacıyev SSRİ Xalq artisti, dünya şöhrətli azərbaycanlı bəstəkar Rauf Hacıyevin oğludur. Rauf Hacıyev vəfat etdikdən sonra oğlu Fuad Hacıyev atasının adını özünə təxəllüs götürüb – Fuad Raufoğlu. Rauf Hacıyevi görkəmli maarifçi, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin qızı Qəribsoltan Məlikova böyüdüb, analıq edib.
Fuad Hacıyev (rejissor)
Fuad Rauf oğlu Hacıyev (22 iyul 1942 – 31 iyul 2023) — Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, təhsil işçisi və məşhur rejissor. 1993-cü ildə Türkiyənin Selçuk Universitetinin rektoru Xəlil Cinin dəvəti ilə həyat yoldaşı Zaminə Hacıyeva ilə birlikdə Türkiyəyə gediblər. Orada teatr bölümünün əsasını qoyub. Konya Səlcuk Universitetinin Dilek Sabançı Dövlət Konservatoriyasında 25 ildən artıq müəllimlik edib. Bununla yanaşı Ankara Dövlət Teatrı, Antalya və Mersin Dövlət Opera və Balet Teatrında müxtəlif əsərləri səhnələşdirib. Ustad rejissor Türkiyədə yaşadığı illər ərzində 100-dən çox səhnə əsərinə quruluş verib. Hazırda Türkiyədə fəaliyyət göstərən teatrların böyük əksəriyyətində Fuad və Zəminə Hacıyevaların tələbələri rejissorluq edir. Qeyd edək ki, Fuad Hacıyev SSRİ Xalq artisti, dünya şöhrətli azərbaycanlı bəstəkar Rauf Hacıyevin oğludur. Rauf Hacıyev vəfat etdikdən sonra oğlu Fuad Hacıyev atasının adını özünə təxəllüs götürüb – Fuad Raufoğlu. Rauf Hacıyevi görkəmli maarifçi, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin qızı Qəribsoltan Məlikova böyüdüb, analıq edib.
Fuad Hacıyev (rektor)
Fuad Hacıyev (tam adı: Fuad Hacı oğlu Hacıyev; 27 yanvar 1962, Daş Salahlı, Qazax rayonu) — Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru. 27 yanvar 1962-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1979-cu ildə 1 nömrəli kənd orta məktəbini bitirib. 1984-cü ildə M.V.Lomonosov adına Odessa Yeyinti Sənayesi Texnologiyası İnstitutunu fərqlənmə diplomu ilə bitirib və “Mühəndis-texnoloq” ixtisasına yiyələnib. 1994-cü ildə ali siyasi təhsil alıb – Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (hazırkı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) fərqlənmə diplomu ilə bitirib və “politoloq” ixtisasına yiyələnib. İdmanla məşğul olduğu müddətdə karate üzrə yaşıl kəmərə layiq görülüb. Karate üzrə SSRİ-nin mükafatçısı olub. Sərbəst güləş üzrə bir sıra uğurlar qazanıb. Ali təhsilini başa çatdırdıqdan sonra istehsalatda mühəndis-texnoloq işləyib, Azərbaycan Komsomolunun Mərkəzi Komitəsində, müstəqillik dövründə Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətində məsul vəzifələrdə işləyib. 90-cı illərdə kommersiya ve sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
Fuad Hacızadə
Fuad Mahmud oğlu Hacızadə (19 iyun, 1952-ci il, Siyəzən, Azərbaycan) —Azərbaycanda aerokosmik tədqiqatlar sahəsində birinci elmlər doktoru, professor, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü. Fuad Mahmud oğlu Hacızadə 19 iyun 1952-ci ildə Siyəzən şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1974-cü ildə Leninqrad Dövlət Universitetinin riyaziyyat-mexanika fakültəsini biitirmişdir. Həmin ildən Azərbaycan Milli Aerokosmik Agentliyində əmək fəaliyyətinə başlamış, burada adi mühəndislikdən baş direktorun birinci müavini vəzifəsinədək yüksəlmişdir. 1991-2007-ci illərdə agentliyin Ekologiya İnstitutunun direktoru olmuşdur. 2008-2009-cu illərdə Azərbaycan MEA Geologiya İnstitutunda baş elmi işçi, 2009-2011-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında rəis müavini vəzifələrində çalışmışdır. F.Hacızadə Azərbaycanda aerokosmik tədqiqatları sahəsinin yaradıcılarından hesab edilir. O 1983-cü ildə SSRİ Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunda "Yerin "Meteor-28" süni peykindən alınan infraqırmızı spektrlər əsasında atmosferin kiçik qaz komponentlərinin həcminin təyini" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. Fuad Hacızadə apardığı nadir aerokosmik tədqiqatların nəticələri ilə dəfələrlə Azərbaycanda və xaricdə bu mövzulara həsr edilən seminar, konfrans və simpoziumlarda çıxış etmişdir. O, 1994-cü ildə Bakıda keçirilən "Ekologiyanın müasir problemləri" adlı beynəlxalq konfransın təşkilatçılarından biri olmuşdur.
Füzuli Hacıyev
Füzuli Hacıyev (4 aprel 1956, Siyəzən) — Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı (1995–2002), Lerik Rayon İcra Hakimiyyətinin başçısı (2002–2007), tarix elmləri üzrə fəlsəfə doktoru. Füzuli Mirzə oğlu Hacıyev 1956-cı il aprelin 4-də Siyəzən şəhərində anadan olmuşdur. 1973-cü ildə Siyəzən şəhər 2 saylı orta məktəbini, 1977-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsini, daha sonra isə aspiranturanı bitirmişdir. 1977–1992-ci illərdə Dəvəçi və Siyəzən rayonlarında orta məktəblərdə tarix müəllimi işləmişdir. 1992-ci ildə Dəvəçi Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini, 1992–1995-ci illərdə Siyəzən Rayon Xalq Deputatları Sovetinin sədri, 1995–2002-ci illərdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı, 2002–2007-ci illərdə isə Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. 1990–1995-ci illərdə Şabran (Dəvəçi) Rayon Xalq Deputatları Sovetinin və Siyəzən Rayon Xalq Deputatları Sovetinin deputatı olmuşdur. 2007-ci ilin aprel ayında SOCAR Eİ ekoloji təbliğat və sosial məsələlər şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. 2000-ci ildə "XVIII-XIX əsrin birinci otuzilliyində Azərbaycan — Dağıstan münasibətləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. Yeni Azərbaycan Partiyasının üzvü, bir kitabın (ali məktəblər üçün dərslik) müəllifidir. "Respublikanın neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə" Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Fəxri Fərmanına və "Ən yaxşı əyalət məmuru" nominasiyası üzrə mükafata layiq görülmüşdür.
Fəhmin Hacıyev
Fəhmin Hacıyev (23 aprel 1959, Ucar) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanı (1992–1993). Fəhmin Əhmədpaşa oğlu Hacıyev 1959-cu il aprelin 23-də Ucar şəhərində anadan olub. 1988-ci ildən Azərbaycan Xalq Cəbhəsinin (AXC) fəal üzvü olub. AXC Hərbi Çağırış üzrə Komissiyasının sədri olub. 1990-cı ilin 20 yanvar hadisələrindən sonra həbs edilib. 9 ay müddətində əvvəlcə Lefortovo həbsxanasında, sonra isə Bayıl həbsxanasında saxlanılıb. Azərbaycan Ali Sovetinin sədri İsa Qəmbərin 22 may 1992-ci il tarixli Sərəncamına əsasən Fəhmin Hacıyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanı vəzifəsinə təyin edilib. 1993-cü il iyunun 16-da isə həmin vəzifədən azad olunub. Daxili Qoşunlarının Komandanı vəzifəsindən azad olunandan sonra Fəhmin Hacıyev İstanbul şəhərinə mühacirətə gedib, bir müddət sonra isə Azərbaycanın tələbi ilə həbs edilib. 2004-cü il mayın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən əfv olunub.
Fərhad Hacıyev
Fərhad Hacıyev (tam adı: Hacıyev Fərhad Məcid oğlu; 1980, Sumqayıt) — Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini. Hacıyev Fərhad Məcid oğlu 1980-ci ildə Sumqayıt şəhərində anadan olub. Ailəlidir, iki övladı var. 1999-cu ildə Azərbaycan Universitetinin "Beynəlxalq münasibətlər" ixtisasının bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 1999–2001-ci illərdə Azərbaycan Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsi üzrə təhsil alaraq həmin pilləni də fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci illdə Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadiyyat və idarəetmə" istiqamətinin maliyyə ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2008-ci ildə Harvard Universitetində hökümətdə çalışan yüksək rütbəli məmurlar üçün kursu bitirmişdir. Harvard Kennedi Məktəbinin məzunudur. Fəlsəfə elmləri üzrə fəlsəfə doktorudur. Əmək fəaliyyətinə 1998-ci ildən Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasında departament müdiri vəzifəsində başlamışdır; 1999-cu ildə ARGTMŞ-in Məclis Sədri.
Fərid Hacıyev
Fərid Famil oğlu Hacıyev (25 aprel 1989, Bakı) — Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü, 2-ci dərəcə dövlət müşaviri. Fərid Hacıyev 1989-cu il aprelin 25-də Bakı şəhərində anadan olub. Orta təhsilini 23 saylı orta məktəbdə almış, yüksək balla bakalavr dərəcəsi üzrə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. Daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət qulluğunun təşkili və idarəedilməsi üzrə magistr təhsili alıb. Azərbaycan, ingilis və rus dillərini bilir. Evlidir, iki övladı var. Fərid Hacıyev universitetdə təhsil aldığı dövrdə müxtəlif şirkətlərdə hüquq məsləhətçisi kimi çalışmışdır. 2012-ci ildən Azərbaycan Respublikası Milli Məclisində fəaliyyət göstərməyə başlamış və Milli Məclis aparatında müxtəlif vəzifələrdə çalışmışdır. 2020-ci ilin iyulun 4-də Milli Məclisin spikeri Sahibə Qafarovanın köməkçisi vəzifəsinə təyin olunub. 2021-ci il fervalın 4-də Milli Məclisin Dövlət qulluğu və kadr məsələləri şöbəsinə müdir təyin edilib.
Fərrux Hacıyev
Hacıqabul əməliyyatı (1918)
Azərbaycan Xalq Cümhuriyyətinin Hacıqabul əməliyyatı — Qafqaz İslam Ordusu ilə Bakı Xalq Komissarları Soveti qoşunları arasında Hacıqabul ərazisində baş vermiş döyüş. Cəbhədəki məğlubiyyətlərdən sonra Sovet Rusiyasından göndərilən silah və sursatın həcmi artmışdı. İyulun 19-da Q.Petrovun dəstəsi Rusiyadan Bakıya gəldi və dərhal cəbhəyə göndərildi. Q.Petrov Bakı rayonunun hərbi komissarı təyin edildi. Q.Petrovun dəstəsi Sovet hakimiyyətinə sadiq olan kazaklar və matroslardan təşkil edilmişdi və cəbhədə sabitliyin yaradılmasında əsas rol oynamalı idi. İyulun 22-də Biçeraxov komandanlıqdan imtina etdi, vuruşan qoşunların komandanı erməni Avetisov təyin edildi. Biçeraxov cəbhədə qalaraq Bakının müdafiəsində iştirak edəcəyini bildirdi. Müxtəlif vasitələrlə ordunu döyüşkən vəziyyətə gətirməyə çalışan bolşeviklər iyulun 24 -də fəhlələrə və qırmızı qvardiyaçılara müraciət edərək onları "vəhşi Türkiyəyə", "nifrətamiz türk zülmünə" qarşı vuruşmağa çağırdılar. Həmin gün Q.Petrovun S.Şaumyan və Q.Korqanova göndərdiyi məktubu göstərdi ki, dəstə коmandirlərinin özləri vahimə içindədir və heç bir müraciət onları xilas etməyəcək. Əsasən də Petrov erməni komandirləri Amazasp, Vartanov və Əmirovun cəbhəni tərk etmək istəmələrindən gileylənirdi.
Hacıqaib
Hacıqaib — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Hacıhüseynli bələdiyyəsinin tərkibindədir. Hacıqayıb oyk, sadə. Quba r-nunun Hacıhüseynli i.ə.v.-də kənd. Qudyal çayının sahilində, Qusar maili düzənliyindədir. Keçmiş adı Hacıqayıbqışlaq olmuşdur. XIX əsrin ortalarında Qrız kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Hacı Qayıb yaşayış məntəqəsini salmış şəxsin adıdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1162 nəfər əhali yaşayır.
Hacıqara
Yaşayış məntəqələri Hacıqara (Quqark) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd.
Hacıqara (Quqark)
Hacı Qara — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd. Rayon mərkəzindən 12 km qərbdə, Pəmbək çayının sağ sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim nəsil adı bildirən Hacı sözü ilə Qara şəxs adından əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1.III.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Makaraşen, 26.X.1957- ci il fərmanı ilə isə Lernapat qoyulmuşdur.

Значение слова в других словарях