hamar yol deyil

not all honey / not all cakes and ale / not all beer and skittles / no picnic не сахар (исполненный трудностей, забот, хлопот и т.п.)
hamam suyu ilə özünə dost tutmaq (qazanmaq)
hamı bir nəfər kimi
OBASTAN VİKİ
Hamar-Daban
Hamar-Daban (bur. Хамар дабаан) — Şərqi Sibirin cənubunda, Pribaykalın da cənubunda yerləşən dağlıq ölkə. Ərazisinin böyük qismi Rusiya Federasiyası Buryatiya Respublikası ərazisində yerləşir. Hamar-Daban — erkıən protrezoy dövrünə aid silsilələr kompleksidir. Onun uzunluğu q.rbdən şərqə 350 km, eni isə 50–60 km təşkil edir. Baykal gölünün cənubunda yerləşir. Silsilə qərbdə Zun-Suren çayının aşağı qolları ətrafından başlayaraq cənub-şərqdə Xanqarul və Snejnaya çaylarının yuxarı axarlarına qədər uzanır. Ondan şərqdə Xanqaril silsiləsi yerləşir. Buradan Snejnoy çayı sahili boyunca şimal-şərq istiqamətində uzanır. Hamar-Daban İrkutsk vilayətinin Slyudan rayonu və Buryatiyanın altı rayonunu özündə birləşdirir.
Hamar antoserot
Hamar antoserot (lat. Phaeoceros laevis) — mamırkimilər şöbəsinin phaeoceros cinsinə aid bitki növü.
Hamar dağdağan
Rusiya (Krım), Kiçik Asiya, İran və Qafqazda dəniz səviyyəsindən 1000 m yüksəklikdə yayılıb. Böyük və Kiçik Qafqazda dəniz səviyyəsindən 1000 m yüksəkliklərdə, Kür-Araz ovalığında, Naxçıvan MR-də, Lənkəranda (Diabar) və s. rayon ərazilərində təsadüf edilir. Azərbaycanın nadir bitkisidir. NT. Dağətəklərində quru daşlı yamaclarda təbii halda bitir. Azərbaycanda arealı geniş deyildir. Hündürlüyü 15 m olan alçaqboylu ağacdır. Gövdəsinin qabığı hamardır. Cavan zoğları qəhvəyi və ya qonur, yaşlı gövdəsinin qabığı isə bozumtul-qonur rəngdədir. Cavan budaqlar açıqqonur və ya açıqqəhvəyi rəngdədir.
Hamar deysiya
Hamar deysiya (lat. Deutzia glabrata) — hortenziyakimilər fəsiləsinin deysiya cinsinə aid bitki növü. Uzaq Şərq, Çin, Koreyada yayılmışdır. Kolun hündürlüyü 2 m olub, sıx budaqlara malikdir. Cavan kolların qabığı qırmızımtıl, qəhvəyi, sonradan boz və ya bozumtul-qonur olub, soyulandır. Yarpaqları uzunsov-ellips formalı, 3-6 sm uzunluqda, xırda mişardişlidir. Üst tərəfdən səpələnmiş ulduzvari tüklərə malik, alt tərəfdən isə çılpaqdır. Saplaqları 2-6 mm uzunluqdadır. Çiçək qrupu seyrək, süpürgə şəklindədir. Çiçəkləri ağ, 1,5 sm diametrindədir.
Hamar güyənə
Hamar toyçiçəyi, Hamar güyənə (lat. Polygonatum glaberrimum) - toyçiçəyi cinsinə aid bitki növü. Polygonatum mischtschenkoanum Greuter Polygonatum odoratum subsp. glaberrimum (K.Koch) Elenevsky & Zernov Polygonatum ovatum Miscz. ex Tamanian Polygonatum pruinosum Boiss. Hündürlüyü 30-60 sm olan çoxillik bitkidir. Gövdəsi düzdür, sərt tillidir, şırımlıdır. Yarpaqıları enli-oval, bəzən neştərvari-oval olub, uzunluğu 9-12 sm, eni 3-6 sm-dir, çılpaqdır, alt tərəfdən tünd-göy, təpə hissədə tədricən sivriləşən və yaxud kütdür, qaidə hissəsində uzunluğu 10 mm-ə qədər olan qısa saplağa sərt daralmışdır. Çiçəkləri yarpaq qoltuğunda 1-2 ədəd olmaqla sallaq çiçək saplağında yerləşmişdir. Çiçəkyanlığı iridir, slindrikdir, hamardır.
Hamar mərəvcə
Hamar mərəvcə (lat. Smilax glabra) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin mərəvcəkimilər fəsiləsinin mərəvcə cinsinə aid bitki növü.
Hamar qarağac
Hamar qarağac (lat. Ulmus laevis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. Atlantikada, Skandinaviyada və Оrta Avrоpada yayılıb. Hündürlüyü 25-30 m-ə, gövdəsinin diamеtri 150 sm-ə çatan, еnli silindrik çətirli ağacdır. Gövdəsinin qabığı açıq-bоz rənglidir, dayaz çatlıdır və хırda löhvəciklər şəklində qоpur. Zоğları nazik, əyilən, simpоdial budaqlanır, parlaq və ya açıq-qоnur rəngdədir. Cavan zоğları tüklü və ya çılpaqdır, müхtəlif rənglidir. Yarpaqları 4-12 sm uzunluqda, 3-6 sm еnində оlub, kənarları ikişər dişlidir, aydın nəzərə çarpan 17-19 ədəd yan damarları var. Yarpaq ayası tərsyumurtavarı və ya еllips fоrmalı, yanları qеyri-bərabər, ucu sivridir, tünd-yaşıl rəngdədir. Çiçəkləri ikicinslidir, dəstə halında uzun və nazik çiçək saplaqlarında tоplanmışdır, qəhvəyi rəngdədir.
Hamar stefaniya
Hamar stefaniya (lat. Stephania glabra) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin menispermaceae fəsiləsinin stefaniya cinsinə aid bitki növü. Çoxillik ikievli tropik lian olub, uzunluğu 5-8 m-ə bərabərdir. Kök sistemi demək olar ki, dairəvi, aşağı hissəsi isə saçaqlıdır. Bir bitkinin çəkisi 20 kq-a bərabərdir. Gövdəsi çılpaq, dairəvi, dırmaşan, vegetativ inkişaf dövründə əsası oduncaqlı olur. Qafqazda yayılan növün uzunluğu 6-9m-ə qədər olub, qışda quruyur. Yarpaqları iri, növbəli, itiuclu, bütövkənarlı, hamar, uzunluğu 15-20 sm, saplaqları ilə birlikdə 40 sm-ə qədər olur. Çiçəkləri yaşıl-sarı, başcıqla birlikdə toplanan, çətir çiçək qrupuna aiddir. Erkək çiçək qrupları 6 sərbəst kasayarpağından və 3 tərsyumurtavari yumşaq ləçəkdən, dişi çiçəkləri 3 kasayarpağından və 3 ləçəkdən ibarətdir.
Hamar toyçiçəyi
Hamar toyçiçəyi, Hamar güyənə (lat. Polygonatum glaberrimum) - toyçiçəyi cinsinə aid bitki növü. Polygonatum mischtschenkoanum Greuter Polygonatum odoratum subsp. glaberrimum (K.Koch) Elenevsky & Zernov Polygonatum ovatum Miscz. ex Tamanian Polygonatum pruinosum Boiss. Hündürlüyü 30-60 sm olan çoxillik bitkidir. Gövdəsi düzdür, sərt tillidir, şırımlıdır. Yarpaqıları enli-oval, bəzən neştərvari-oval olub, uzunluğu 9-12 sm, eni 3-6 sm-dir, çılpaqdır, alt tərəfdən tünd-göy, təpə hissədə tədricən sivriləşən və yaxud kütdür, qaidə hissəsində uzunluğu 10 mm-ə qədər olan qısa saplağa sərt daralmışdır. Çiçəkləri yarpaq qoltuğunda 1-2 ədəd olmaqla sallaq çiçək saplağında yerləşmişdir. Çiçəkyanlığı iridir, slindrikdir, hamardır.
Hamar tülküquyruq
Hamar tülküquyruq (lat. Alopecurus aequalis) — qırtıckimilər fəsiləsinin tülküquyruq cinsinə aid bitki növü.
Hamar zirinc
Hamar zirinc (lat. Berberis levis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Vətəni Şimali Afrikadır. Hündürlüyü 2 m olan həmişəyaşıl koldur. Uzunsov ellipsvari yarpaqları üstdən parlaq, altdan isə ağımtıl rəngdə olur. Gövdəsi və budaqları hamardır, üzərində 3-5 bölümlü, sarımtıl-qəhvəyi rəngli, nazik, uzun tikanları vardır. Çiçəkləri sarıdır. Göyümtül-qara meyvələri yaşıl yarpaqların fonunda bitkiyə xüsusi gözəllik verir. Toxumla çoxaldılır. Torpağa tələbkar, quraqlığa davamlıdır.
Hamar itburnu
Hamar itburnu (lat. Rosa laevigata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Hamar əzələlər
Hamar əzələlər — qeyri-ixtiyari zolaqsız əzələlər. Sarkomerləri olmadığı və buna görə də zolaqları olmadığı üçün belə adlandırılmışdır. İki alt qrupa bölünür: təkkomponentli və çoxkomponentli hamar əzələlər. Təkkomponentli əzələdə hamar əzələ hüceyrələrinin bütün dəstəsi və ya təbəqəsi sinsitium kimi daralır. Hamar əzələ mədə, bağırsaq, sidik kisəsi və uşaqlıq da daxil olmaqla içi boş orqanların divarlarında olur; qan və limfa damarları kimi keçidlərin divarlarında, həmçinin tənəffüs, sidik və reproduktiv sistemlərin yollarında. Hamar əzələlər iki növə bölünür: təkkomponentli hamar əzələlər (visseral) və çoxkomponentli hamar əzələlər. Hamar əzələlərin əksəriyyəti çoxkomponentli növə aiddir və əksər daxili orqanların divarlarında yerləşir; qan damarlarını (böyük elastik arteriyalar istisna olmaqla), sidik yollarını və həzm sistemini əhatə edirlər. Ürəkdə hamar əzələlər yoxdur. Fəaliyyət potensialı hüceyrələr arasında çoxlu boşluq qovşaqlarının olması səbəbindən qonşu əzələ hüceyrələri vasitəsilə yayıla bilər. Bu xüsusiyyətə görə, ayrı-ayrı bağlamalar koordinasiyalı şəkildə büzülərək bütün əzələnin daralmasına və ya genişlənməsinə səbəb olan bir sinsitium meydana gətirir (məs.
Yol
Yol – nəqliyyatda istifadə olunan və müxtəlif məntəqələri bir-birinə bağlayan şəbəkə. Bütün yollar yol nişanları, siqnalverici qurğular və s. ilə tənzimlənir. Yol sözünün mənşəyi Qədim Türkcədən gələn "yolak" (cığır, yol) sözüdür. Güman ki, "yeri-" sözü də "yori-" kəliməsindən gəlir. Tarixdəki ilk yollar heyvanlar tərəfindən istifadə olunan yerlərdə öz-özünə yaranan cığırlar idi. Zaman keçdikcə bu yollar insanlar tərəfindən istifadə olunmağa başlandı. Belə yaranmış və e.ə. 6000-ci illərdən qalmış yollara misal kimi Yerixo şəhəri yaxınlığındakı su qaynaqları ətrafında rast gəlinir. Qədim Mesopotamiyada, hazırkı İraq ərazilərində yerləşən Ur şəhərindəki daş döşənmiş yollar və İngiltərənin hazırkı Qlastonberi qəsəbəsində taxta deöşənmiş yollar isə təxminən e.ə.
Dünya kifayət deyil
"Dünya kifayət deyil" (ing. The World Is Not Enough) — 1999-cu ildə istehsal olunmuş ABŞ filmi; Ceyms Bondun məşhur sərgüzəştlətindən biri. Robert King adlı çox zəngin bir neft kralı, beynəlxalq bir terroristin təşkil etdiyi sui-qəsd nəticəsində öldürülür. Yanına nüvə silahlar mütəxəssisi Christmas Jonesin (Denise Richards) da alan dəli terroristin məqsədi dünyanı ələ keçirməkdir. Öldürülən neft kralının gözəl qızı Elektra'yı (Sophie Marceau) ola biləcək təhlükələrdən qorumaqla vəzifələndirilən James Bond (Pierce Brosnan), Xəzər dənizinə və İstanbula səfərlər edərək çılgınteröristi dayandırmağa çalışır. Bu vaxt can düşməni Christmas Consla da əməkdaşlıq etməyə başlayan Bond'u İstanbul Boğazı sularının dərinliklərində seyr nüvə bir dənizaltıdan ölümcül bir mübarizə gözləyir... Filmin əsas kadrları Neft Daşlarında lentə alınmışdır.
Hamar-tikanlı qızılgül
Şimal hamar balina
Şimal hamar balina (lat. Eubalaena glacialis) — Əsl balinalar (Balaenidae) fəsiləsinə daxil olan Atlantik okeanın şimal sularında yayılmış balina növü. Şimal hamar balina adətən 13–16 metr uzunluğa malik olur. Hətta 21 uzunluğa malik olan fərdlər belə müşahidə edilmişdir. Bu cablılarən çəkisi 100 ton təşkil edə bilir. Bütün hamar balinalarda olduğu kimi bun növdə bel üzgəci yoxdur. Bədənin rəngi qaradır. Bədəninə çoxlu sayda parazitlər yapışır. Bəzən bu parazitlər o qədər çox olur ki, böyük ağ ləkəni xatırladır. Bədənin hər hissəsində 300 bığ vardır.
Qəlbinə Yol
Azərbaycanın Respublikasının Xalq Artisti Zülfiyyə Xanbabayevanın sayca üçüncü studiya albomu. "Qəlbinə yol" musiqi albomu 2003-cü ilin mart ayı mediaya təqdim olundu, aprel ayında satışa çıxdı. 2003-2004-cü illər üçün bu Azərbaycanda satış qiymətinə görə ən bahalı musiqi albomu idi. Bununla yanaşı Qəlbinə Yol buraxıldığı il, ən çox tələb olunan albomlar sırasına girdi. Hələ 2001-ci dekabrın 31-i Space telekanalında yeni il şənliyi zamanı bu alboma daxil olan, sözləri və musiqisi Gövhər Həsənzadəyə aid olan Anladım Sonunda mahnısı səslənmişdi və çox bəyənilmişdi. Mahnı bütün 2002-ci il boyu hitparadlardan düşmədi. 2003-cü ilin ikinci rübündə Qəlbinə Yol mahnısına videoklip çəkildi, videonu Emin Mirabdullayev çəkdi, bu Azərbaycanda ilk dəfə olaraq kinolentə çəkilən klip oldu. Albomda 9 mahnı ilə yanaşı bir də popurri vardı, bu Zülfiyyə Xanbabayevanın əvvəlki iki albomunda yer alan bəzi mahnıların Rəşad Haşımov tərəfindən hazırlanan mix'i idi. Zülfiyyə xanım alboma Azərbaycanın Xalq Artisti Cavanşir Quliyevin də bir bəstəsini daxil etmişdi. Albomda Kölgələr Düşdü mahnısın musiqisi Tünzalə Ağayevaya aiddir.
Yeni yol
Yeni yol (Şəmkir) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Yeni yol (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Yeni yol (qəzet) — Azərbaycanda qəzet.
Yol (dəqiqləşdirmə)
Yol — insanların və nəqliyyatın getdiyi yer. Yol (jurnal) — jurnal. Yol (film, 1981) Yol (film, 1954) — Federiko Fellininin çəkdiyi İtaliya filmi. Yol (film, 2009) — Yol əhvalatı (film, 1980) — Teymur Bəkirzadənin çəkdiyi Azərbaycan filmi. ...Yol (Qriffinlər) — "Qriffinlər" cizgi serialının xüsusi seriyalar silsiləsi. Yollar görüşəndə... (film, 1979) — Ramiz Həsənoğlunun çəkdiyi film. Yol (fiziki kəmiyyət) — Sürət ilə zamanın hasilinə bərabər olan fiziki kəmiyyət.
Yol (jurnal)
[mənbə göstərin] Yol — 1990-ci illərdə Tehranda Keyhan müəssisəsində nəşr olunan jurnal. "Yol" ötən yüzilliyin 90-cı illərində Tehranda çıxan ədəbiـbədii dərgi idi. Eyvaz Tahanın baş yazarlığı ilə tam Azərbaycan türkçəsində buraxılan bu dərgi, Güney Azərbaycan mətbuat tarixində hadisə sayılırdı. Vaxtilə Solçuların "Keyan"[۱] müəssisəsinə başçılıq etədiyi zaman işıq üzü görmüş Yolda yeniliklər az deyildi. Yol Güney Azərbaycanın birinci rəngli dərgisi, yep-yeni məzmunlu, və milli hökumət zamanından bəri çıxan ən yükəsk tirajlı nəşr orqanı idi. Habelə yolun özündən önəmsiz olmayan "Kəpənğk" dərgisi, Yolun əlavəsi kimi uşaqlar üٍçün buraxılırdı. Son nömrələrdə səhifələrinin sayı 64ـdə qədər artmış, bu əlavənin indiyə qədər bənzəri çıxmayıb. E.Taha Yol və Kəpənək dərgilərində 20 ـci nömərəyə qədər çalışdı. Həmin sayı işıq üzü gördükdən sonra məzmun və dilin dəyişdirilməsinə dair gələn hökumət əmrlərinə boyun qoymaraq redaksiyadan uzaqlaşdı. Bu uzaqlaşma Hüseyn Şəritmdarinin Keyhanı ələ keçirməsinə təsadüf edirdi.
Yol hərəkəti
Yol hərəkəti — yol vasitəsilə nəqliyyat vasitəsilə insanların və yüklərin daşınması prosesində yaranan ictimai münasibətlər.
Yol iyesi
Yol nişanları
Yol nişanları — nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək, yol hərəkəti iştirakçılarına müəyyən informasiyanı bildirmək üçün qurulan standartlaşdırılmış qrafiki nişanlardır. Yol nişanları müxtəlif ölkələrdə bir-birindən fərqlənsə də, ümumi prinsip etibarilə eynidir. Faktiki olaraq bütün dünyada olan yol nişanları sistemlərinin əksəriyyəti avropa və ingilis sisteminə yaxındır. Bu sistem Avropa, o cümlədən Azərbaycan və dünyanın bir çox başqa ölkələrində "Yol nişanları və siqnallar haqqında" Vyana konvensiyasına əsasən nizamlanır. Yol İşarələri və Siqnalları üzrə Vyana Konvensiyası kimi beynəlxalq konvensiyalar müxtəlif ölkələrdə yol nişanlarının müəyyən dərəcədə vahidliyinə nail olmağa kömək etmişdir. Ölkələr də çaşqınlığın qarşısını almaq üçün birtərəfli qaydada (müəyyən dərəcədə) digər ölkələri izləmişlər. Yol nişanlarını bir neçə növə bölmək olar. Məsələn, 30 iyun 2004-cü ildə 52 ölkənin imzaladığı Yol İşarələri və Siqnalları üzrə Vyana Konvensiyasının (1968) 1-ci Əlavəsi səkkiz nişan kateqoriyasını müəyyən edir: Xəbərdarlıq nişanları — hərəkət zamanı şəraitə uyğun tədbirlər görülməsi tələb edilən yolun təhlükəli sahəsinə yaxınlaşma və təhlükənin xarakteri barədə yol hərəkəti iştirakçılarına məlumat verir; Üstünlük nişanları — yolayrıcılarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliyini göstərir; Qadağan nişanları — yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud onları ləğv edir; Məcburi hərəkət istiqaməti nişanları — sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini, sürətini, müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir; Xüsusi tənzimləmə nişanları — Xüsusi tənzimləmə nişanları bir və ya bir neçə hərəkət zolağına aid olan tənzimləmə və ya təhlükə xəbərdarlığını göstərmək, avtobuslar üçün ayrılmış zolaqları göstərmək, yaşayış sahəsinin başlanğıcını və ya sonunu göstərmək üçün istifadə olunan yol nişanları və ya zona qüvvəsi olan nişanlardır. Məlumatverici-göstərici nişanlar — hərəkətin müəyyən rejimi tətbiq və ya ləğv edir, elecə də yaşayış məntəqələrinin və başqa obyektlərin yerləşməsi barədə məlumat verirlər; Servis nişanları — yollarda müvafiq obyektlərin yerləşməsi barədə məlumat verir; Əlavə məlumat nişanları (lövhəciklər) — birlikdə tətbiq olunduğu nişanların təsirini dəqiqləşdirir və ya məhdudlaşdırır. ABŞ, Kanada, İrlandiya, Avstraliya və Yeni Zelandiyada nişanlar aşağıdakı kimi təsnif edilir: Tənzimləyici nişanlar Xəbərdarlıq nişanları Bələdçi nişanlar Küçə adı nişanları Marşrut nişanları Ekspress yol nişanları Magistral yol nişanları Xoş gəldin nişanları Məlumat nişanları İstirahət və mədəni maraq nişanları Fövqəladə halların idarə edilməsi (mülki müdafiə) nişanları Müvəqqəti yol hərəkətinə nəzarət (tikinti və ya iş zonası) nişanları Məktəb nişanları Dəmir yolu və yüngül dəmir yolu nişanları Velosiped nişanları Birləşmiş Ştatlarda yol nişanları və səki nişanları üçün kateqoriyalar, yerləşdirmə və qrafik standartlar standart olaraq Federal Avtomobil Yolları Administrasiyasının Vahid Trafik İdarəetmə Cihazları üzrə Təlimatında qanuni olaraq müəyyən edilmişdir.
Yol iyəsi