hav 2021

hav
hauptvaxt
hav-hav 2021
OBASTAN VİKİ
Hav dərəsi
Hav dərəsi- Füzuli rayonunun Gecəgözlü kəndi ərazisində qeydə alınan oroqrafik obyektlərdən biri. Dərə coğrafi termini mənfi relyef forması ifadə edir; si şəkilçisi mənsubuyyət bildirir. Hav termini ərəb və fars dillərində işlədilən həvadar sözünün təhrif olunmuş formasıdır. Həvadar sözü "tərəfdar", "Tərəf saxlayan", "kömək edən", "həvadar" anlamındadır. Yerli məlumata görə, XIX əsrdə Gecəgözlü kəndindən olan Cavanşir əsilli Hacı Qasım adlı varlı, xeyirxah bir insan tez-tez bu barədə yığışan adamlara havadar durar, əl tutar, kömək edərmiş. Sonralar elə həmin dərə də kənd camaatı arasında bununla əlaqədar olaraq qısaca Hav dərəsi adlandırılmışdır. Füzuli rayonu armenianvandalism.
Cənubi Koreyada hava çirkliliyi
Cənubi Koreyada havanın çirklənməsi insanlar və ətraf mühit üçün artan təhlükə halına gəlib. Hava çirkliliyi həm yerli, həm də beynəlxalq bir çox mənbədən qaynaqlanır. Cənubi Koreyada, xüsusilə Seulda və digər şəhərlərdə sürətli sənayeləşmədən sonra bir çox çirklənmə forması artmışdır. Milli Havaçılıq və Kosmos İdarəsinin (NASA) məlumatına görə, Seul dünyanın ən pis hava çirkliliyi olan şəhərlərindən biridir. 2010-cu ildə Seul Metropolitan Bölgəsində ölümlərin yüzdə 16-sını hava keyfiyyətinin təşkil etdiyi də təxmin edilir. Bu, sağlamlıq və ekoloji problemlərlə nəticələnmişdir. Koreyalılar daha təmiz havadan nəfəs almaq üçün maskalar və hava təmizləyicilər alır və ölkədəki tullantıları azaltmaq üçün çalışırlar. Cənubi Koreyanın hava çirkliliyi dünyanın ən zəngin 35 ölkəsi arasında ən pis hava keyfiyyətinə sahibdir. Cənubi Koreyadakı çirklənmə II Dünya Müharibəsindən sonra artmağa başladı. 1960-cı ildə Koreya hələ inkişaf etməkdə olan bir ölkə idi və xarici yardımdan çox asılı idi.
Cəzirət-Havar
Cəzirət-Havar adası (ərəb. جزيرة المحرق‎) — Fars körfəzindəki Havar arxipelaqının ən böyük adası. İnzibati cəhətdən Bəhreynin Cənub muxafazasına aiddir. Ada meridional istiqamətdə uzanır. Adanın uzunluğu 18 km, eni isə 0,9-5,2 km arasında dəyişir. Sahəsi 40 km²-dir. Qrupun digər adalarından dar boğaz (3–4 km) ilə ayrılır. Cəzirət-Havar adası düzən relyefə malikdir (maksimum hündürlüyü dəniz səviyyəsindən 19 m-dir). Qumlu və susuz adadır. Onun şimal-qərb və cənub-şərq ucqarlarını şoranlıqlar tutur.
Daşınabilən hava hücumundan müdafiə sistemi
Daşınan Zenit Raket Sistemləri (DZRK) — müasir piyadaların arsenalında mövcud olan təsirli silahdır. DZRK — daşınması və istifadəsi bir əsgər tərəfindən yerinə yetirilən zenit kompleksidir. Nisbətən kiçik ölçüsü sayəsində modern DZRK-ları asanlıqla daşımaq və gizlətmək (maskalamaq) mümkündür. Kiçik ölçüləri, yüksək məhsuldarlığı və nisbətən ucuz qiyməti onları çox populyar hala gətirib. Daşına bilən Hava Hücumundan Müdafiə sistemləri hərbi sahədə, xüsusilə də aşağı intensivlikli silahlı münaqişələrdə real bir inqilab etdi. Tank və piyada birliklərini helikopter və hücum təyyarələrinin hava hücumlarından müdafiə etmək üçün artıq bahalı və irihəcmli hava hücumundan müdafiə batareya və divizionlarını yerləşdirməyə ehtiyac qalmadı. Hava hədəfləri ilə effektiv mübarizə aparmaq üçün piyadaların təchiz edilməsi ideyası, aviasiyanın döyüş sahəsində böyük rol oynayadığı İkinci dünya müharibəsi dövründə peyda oldu. Müharibənin sonunda Üçüncü Reyx konstruktorları yaratdıqları təsirli, sadə və nisbətən ucuz "Panzerfaust" tank əleyhinə qumbaraatan konsepsiyasını düşmən təyyarələri ilə mübarizə aparmaq üçün istifadə etməyə cəhd göstərdilər. Onların araşdırmalarının nəticəsi olaraq kütləvi istehsal mərhələsinə çatmayan, idarə olunmayan zenit raketlərinə sahib "Luftfaust-B" daşınan çoxlüləli kompleks yaradıldı. Əslində bu kompleks müasir DZRK sistemlərinin sələfləri olan zenit qumbaraatanları kimi qəbul edilməlidir.
De Havilland
De Havilland Aircraft Company Limited, 1920-ci ildə yaradılmış olan Böyük Britaniyanın aviasiya məhsulları istehsalı ilə məşğul olan şirkətidir. Mərkəzi Hatfielddə yerləşirdi. Cüt qanadlı de Havilland Biplane No. 1 de Havilland Biplane No.
Denver (Hava Limanı)
Denver Beynəlxalq Hava Limanı (ang. Denver International Airport) - ABŞ-nin ən böyük beynəlxalq hava limanlarından biridir, Denverin mərkəzindən 40 kilometr şimal-şərqdə yerləşir. Denver Beynəlxalq Hava Limanı, ərazisi baxımından (140 km²) ABŞ-nin ən böyük hava limanı və Kral Xalid Hava limanından (Səudiyyə Ərəbistanı) sonra dünyada ikinci böyük hava limanı sayılır. Uçuş zolağı 16R / 34L ABŞ-də mülki aviasiyada istifadə edilən ən uzun uçuş-enmə zolağıdır. 2007-ci ildə Denver hava limanı sərnişin axını baxımından dünyada 11-ci yeri tutub - 49,863,389 nəfər. Ayrıca, hava limanı trafik həcminə görə də dünyada 5-ci yeri tutur - 614 169 uçuş / eniş edilib. Hava limanı 1995-ci ilin fevral ayında istismara verilib və dəyəri 4,8 milyard dollar təşkil edir. Hava limanı avtomatlaşdırılmış və kompüterləşdirilmiş idarəetmə baqaj sistemi ilə təchiz edilmişdir. Hava limanı həm də ərazinin əksər hissəsini əhatə edən pulsuz Wi-Fi ilə təhciz olunub. Hava limanı iki Dövlətlərarası 70 və E-470 avtomobil yollarına bağlıdır.
Denver Beynəlxalq Hava Limanı
Denver Beynəlxalq Hava Limanı (ang. Denver International Airport) - ABŞ-nin ən böyük beynəlxalq hava limanlarından biridir, Denverin mərkəzindən 40 kilometr şimal-şərqdə yerləşir. Denver Beynəlxalq Hava Limanı, ərazisi baxımından (140 km²) ABŞ-nin ən böyük hava limanı və Kral Xalid Hava limanından (Səudiyyə Ərəbistanı) sonra dünyada ikinci böyük hava limanı sayılır. Uçuş zolağı 16R / 34L ABŞ-də mülki aviasiyada istifadə edilən ən uzun uçuş-enmə zolağıdır. 2007-ci ildə Denver hava limanı sərnişin axını baxımından dünyada 11-ci yeri tutub - 49,863,389 nəfər. Ayrıca, hava limanı trafik həcminə görə də dünyada 5-ci yeri tutur - 614 169 uçuş / eniş edilib. Hava limanı 1995-ci ilin fevral ayında istismara verilib və dəyəri 4,8 milyard dollar təşkil edir. Hava limanı avtomatlaşdırılmış və kompüterləşdirilmiş idarəetmə baqaj sistemi ilə təchiz edilmişdir. Hava limanı həm də ərazinin əksər hissəsini əhatə edən pulsuz Wi-Fi ilə təhciz olunub. Hava limanı iki Dövlətlərarası 70 və E-470 avtomobil yollarına bağlıdır.
Deribasovskda hava yaxşıdır və ya Brayton-Biçdə yenə yağışlar yağır (film, 1992)
"Deribasovskda hava yaxşıdır və ya Brayton-Biçdə yenə yağışlar yağır" (rus. На Дерибасовской хорошая погода, или На Брайтон-Бич опять идут дожди) — rejissor Leonid Qaydayın filmi. SSRİ və ABŞ kimi iki böyük dövlətin prezidentləri çox vacib danışıqlar üçün bir-birilə görüşməlidirlər. Lakin bu görüş ABŞ-yə əsaslanan rus mafiyasının nümayəndəsinin telefon xəttini kəsməsi nəticəsində baş tutmur. Mafioz Rabinoviç hətta telefon xətti vasitəsilə iki prezidentin gizli danışıqlarını eşidir. Bu cür başlanan komediyada sonradan SSRİ və ABŞ-nin agentləri olan Fyodr Sokolov və Meri Starın sayəsində işin üstü açılır. Onlar gah Lenin, gah Stalin, gah Brejnev, gah Xruşşov, gah da adi Mişa dayıya çevrilən "artist" ləqəbli rus mafiyasının başçısını aşkara çıxarırlar. Filmin təqdimatı İsraildə olmuşdur. Bu film kinorejissor Leonid Qaydayın kinoda sonuncu işidir. Filmdə Leonid Qayday kiçik epizodda kazino müştərisi rolunu ifa edir.
Devis-Montan hərbi hava bazası
Dezful Hava limanı
Dezful Hava limanı (IATA: DEF, ICAO: OIAD), İranın cənubunda olan Dezful şəhərində yerləşən bir hava limanıdır. Hava limanı, İran Hərbi Hava Qüvvələrinə məxsus olan Vəhdəti Aviabazası olaraq istifadə edilir.
Donanma Hava Qolu
Donanma Hava Qolu (İngilis dili: Fleet Air Arm (FAA)) - Kral Dəniz Qüvvələrinin aviasiya qoludur. 13 aprel 1912-ci ildə Krallıq Donanmasının Hava Xidməti adı ilə quruldu və 1937-ci ildə müasir adı ilə dəyişdirildi.
Donetsk Hava Limanı
Sergey Prokofyev adına Donetsk Hava Limanı (ukr. Міжнародний аеропорт «Донецьк» імені Сергія Прокоф’єва; (IATA: DOK, ICAO: UKCC)) — Ukrayna ərazisində fəaliyyətsiz olan hava limanı (2014-cü ildən Donetsk Xalq Respublikasının nəzarətindədir). 26 may 2014-cü il tarixində hava limanının işi Ukrayna Dövlət Aviasiya Xidməti tərəfindən dayandırılır. 2014-cü ilin iyunundan - 2015-ci ilin yanvarına qədər hərbi əməliyyatlar zamanı hava limanı tamamilə məhv edilir, təyyarələrə xidmət üçün yararsız hala gəlir. Hava limanı Stalino Şəhər Şurasının 27 iyul 1931-ci il tarixli qərarından irəli gəlir. Şəhər şurası torpaq şöbəsinə və şəhər təsərrüfat idarəsinə Stalino şəhərində mülki aviasiya aerodromunun tikintisi üçün ərazi tapmağı tapşırmışdır (Donetsk adı 1924-1961-ci illərdə Stalino olmuşdur.). 1933-cü ildə Stalino hava limanının əsası qoyulur. Elə həmin il Stalino-Starobelsk marşrutu üzrə ilk Aeroflot uçuşu təşkil edilir. 1936-cı ilin yazında hava limanında U-2 yüngül təyyarələrdən ibarət bir dəstə təşkil edilir. Bu təyyarələr tarlalarda hava kimyəvi dərmanlama işləri, sanitar daşıma, az miqdarda sərnişin və yük-poçt daşımaları həyata keçirir.
Donqhoy Hava Limanı
Donqhoy Hava Limanı — Vyetnamın Kuanqbin əyalətinin Donqhoy şəhərində yerləşən mülki hava limanı. Hava limanını 1930-cu ildı fransız müstəmləkəçilər tikiblər. Onlar bu limandan vyetnamlı və laoslu kommunistlərə hücumlar zamanı istifadə ediblər. İkinci Hind-çin müharibəsi zamanı Şimali Vyetnam ordusu tərəfindən istifadə olunmuşdur. 2004-cü ildə Vyetnam hökuməti hava limanında yenidənqurma işləri aparmışdır. İşlər 2008-ci ildə yekunlaşmışdır. Hazırda bu hava limanından Hanoy və Hoşiminə uçuşlar həyata keçirilir. Qəbul edilən hava gəmiləri: An-12,-24, İl-18,-76,-86, Tu-134,-154, Yak-42, Airbus A321 və bütün növ vertolyotlar.
Dotan Regional Hava Limanı
Dotan Regional Hava Limanı (ing. Dothan Regional Airport) (BHNA: DHN, BMAT: KDHN, FAA yer identifikatoru: DHN) - ABŞ-nin Alabama ştatın Deyl qraflığında ictimai hava limanı. Əsas hissəsi Hyuston qraflığında yerləşən Dotan şəhərindən 7 mil (11 km) şimal qərbdə yerləşir.
Dubay Beynəlxalq Hava Limanı
Dubay Beynəlxalq Hava Limanı (ərəb. مطار دبي الدولي‎) (IATA: DXB, ICAO: OMDB) — Dubaya xidmət edən əsas beynəlxalq hava limanı. Beynəlxalq sərnişin tutumu ilə dünyanın ən işlək hava limanlarından biridir. Sərnişin tutumuna görə dünyada üçüncü, yükdaşımaya görə altıncı, Airbus A380 və Boeing 777 reysləri üçün ən işlək hava limanıdı Uçuş başına düşə ən çox orta sərnişin sayına malikdir. 2017-ci ildə hava limanı 88 milyon sərnişini və 2.65 milyon ton yükü idarə etdi və 409.493 reys həyata keçirdi. Hava limanı, Əl-Qarhud mahalında, Dubayın 4,6 km şərqində yerləşir və 1,250 hektar sahəsi var. Terminal 3, dünyanın ən böyük hava limanı terminalı və mərtəbə sahəsinə görə dünyanın ikinci ən böyük binasıdır. Hava limanı Dubai Airports Company şirkəti tərəfindən idarə olunur və Dubayın beynəlxalq havayollarının, Emirates və flydubai şirkətlərinin əsas bazasıdır. Emiratesin mərkəzi, Yaxın Şərqdəki ən böyük hava qovşağı mərkəzidir; Emirates, bütün sərnişin tutumunun 51 %-ni idarə edir və bu hava limanında bütün təyyarə reyslərinin təxminən 42%-ni təşkil edir.
Ermənistan Hərbi Hava Qüvvələri
Ermənistan HHQ-nin (ermənicə Հայաստանի Ռազմաօդային Ուժեր) inventarına 15 ədəd Su-25 hücum təyyarəsi, bir ədəd MiQ-25PD və 2 ədəd İlyushin İL-76 hərbi yük təyyarəsinin daxil olduğu bildirilir. Ermənistan hava məkanının qorunmasında bununla yanaşı, 12 ədəd Mi-24 helikopteri və Gümrüdəki 102-ci hərbi bazadakı Rusiyanın 18 ədəd MiQ-29-a bel bağlayır. BMT-yə təqdim olunmuş məlumata görə, Ermənistan 2005-ci ilin sentyabr ayında Slovakiyadan 10 ədəd Su-25 hücum təyyarəsi əldə edib. Bəzi məlumatlara görə bunun 3 və ya 4-ü Su-27 olub. Amma maraqlısı odur ki, heç Sovetlər Birliyi dönəmində də SSRİ havaya qalxması və manevrləri üçün şəraitin olmaması səbəbindən Cənubi Qafqazda Su-27 saxlamayıb. Azərbaycan və Gürcüstandan fərqli olaraq, Ermənistanda relyef Su-27-lərin havalanması üçün əlverişli deyil. Ermənistan hərbi aviasiyası 4 bölmədən ibarətdir: Gümrüdəki 121-ci əsas Hücum Aviasiyası Eskadronu, 15-ci Qarışıq Aviasiya alayı (Gümrü), mürəkkəb helikopter eskadronu (İrəvan) və 60-cı Aviasiya Təlim eskadronu (Arzni). Rusiyaya məxsus 18 ədəd MiQ-29 isə Erebuni Hava Limanındakı 3624 saylı aviabazada saxlanılır. Ermənistan HHMQ zenit reaktiv briqadasından və iki alaydan ibarətdir. Hansı ki bu alaylar müxtəlif modelli 100 zenit kompleksi ilə silahlanıb.
Estoniya Hava Yolları
Estoniya Hava Yolları və ya Estonian Air — Estoniyanın milli hava yolu şirkətidir. Şirkətin mərkəzi ölkənin paytaxtı Tallindir. Estonian Air Skandinaviya Hava yolları Sisteminin bir parçasıdır. Bu avia şirkət Stokholm, Oslo və Kopenhagendən Estoniyaya uçuşlar da təşkil edir. Estonian Air ölkənin müstəqilliyini əldə etməsinin dərhal ardından 1 dekabr 1991-ci ildə quruldu. İlk uçuşunu Frankfurta 1991-ci ildə reallaşdırdı. 1992-ci ildə IATAnın üzvü oldu. İndiki vaxtda 22 uçuş nöqtəsində xidmət verməkdə olan şirkətin cəmi 6 təyyarəsi var.
Fasih Havafi
Fasih Əhməd Cəlaləddin Havafi (1375, Ruy ş. – 1442, Herat ş.)—teymurlular dövrü tarixçisi. Əmir Teymur və Teymurlular dövründə yazıb-yaradan Fasih Əhməd Cəlaləddin Havafi 28 sentyabr 1375-ci ildə Xorasan əyalətinin Xaf vilayətinin Ruy kəndində anadan olmuşdu. Təlim-tərbiyəsini mədrəsədə almışdı. 1405-ci ildə Səmərqəndə yönəlmişdi. 1415-ci ildə dönəminin nüfuzlu əmirlərindən Əlaəddin Əli Tarxanın, sonra Şahrux mirzənin yanında xidmət etmişdi. Fasih Havafi həyatının əsas hissəsini Şahrux mirzənin oğlu Baysunqur mirzənin sarayında keçirdi. Divanda münşilik edirdi. Bəzi məlumatlara görə tarixçiliyə "Məcmuə ət-təvarix" adlı əsərlə başlamışdı. Bu əsər sonralar "Məcmuəi-Fasihi" kimi tanınmışdı.
Frankfurt Hava Limanı
Frankfurt-Mayn aeroportu (alm. Flughafen Frankfurt am Main‎, BHNA kodu FRA, BMAT kodu EDDF) Almaniyanın əsas beynəlxalq Hava Limanı, Frankfurt yaxınlığındadır (koordinatları 50°01′35″Şimal 08°32′35″Şərq). Sərnişin dövriyyəsinə görə Avropadakı Hava Limanlarından ikinci, yük dövriyyəsinə görə isə birinci yerdədir. Üç terminal və dörd uçuş-eniş zolağı var. 2008-ci ildə 485,783 uçuş və enmə olub. 2008-ci ildə 53,472,915 sərnişin köçürtdü.
Fransa Hərbi Hava Qüvvələri
Fransa Hərbi Hava Qüvvələri (fr. Armée de l'air) Fransa Silahlı Qüvvələrinə tabe olan xüsusi hərbi birləşmədir. İlk olaraq 1909-cu ildə Fransa Ordusunun tərkib hissəsi olaraq fəaliyyətə başlasa da, 1934-cü ildən etibarən birbaşa Silahlı Qüvvələrə tabe olan müstəqil qurum kimi fəaliyyətini davam etdirir. Fransa Müdafiə Nazirliyinin 2014-cü ildə verdiyi məlumata görə hərbi hava qüvvələrində olan müxtəlif növ uçuş aparatlarının (təyyarə və helikopter) ümumi sayı 658 ədəddir. Fransa HHQ-də 241 ədəd döyüş təyyarəsi silahlanmaya daxildir ki, bunun da 133 ədədi Dassault Miraj 2000 və 108 ədədi isə Dassault Rafale qırıcılarıdır. 2017-ci ilə olan məlumata əsasən Fransa Hərbi Hava Qüvvələrində 41,160 nəfər xidmət edir. Ehtiyat qüvvələrin sayı isə 5,187 nəfərdən ibarətdir. Fransızlar 1909-cu ildən etibarən öz hərbi hava qüvvələrini aktiv şəkildə inkişaf etdirməyə başlamışdır. Artıq 1930-cu illərdə Fransa HHQ-nin kəmiyyət və keyfiyyət cəhətdən Lüftvaffedən geri qalması İkinci dünya müharibəsi ərzində baş vermiş Fransa müharibəsində onların almanlara məğlub olması ilə nəticələnmişdir. İkinci dünya müharibəsi başa çatdıqdan sonra Fransa hökuməti yerli təyyarə istehsalı prosesini sürətləndirmişdir.
Fransua-Haviyer Bonyu Assosiasiyası
"Fransua-Haviyer Bonyu Assosiasiyası" (fr. Association François-Xavier Bagnoud və ya FXB International) — QİÇS və yoxsulluğun zərər çəkmiş uşaqlar üçün yardım təmin etməyə yönəlmiş beynəlxalq təşkilat. Təşkilat 1989-cu ildə təsis edilib. Belə ki, fransalı keçmiş jurnalist və film istehsalçısı Albina dü Buaruvrey 1986-cı ildə həyatının ən ağır itkisini verdikdən - yeganə oğlu Fransua-Haviyer Bonyunu itirdikdən sonra nə isə yaxşı bir iş görmək istəyir. Ona görə də oğlunun adını daşıyan, kasıb ölkələrdəki insanlara yardım edəcək xeyriyyə təşkilatını – "Fransua-Haviyer Bonyu Assosiasiyası"nı yaradır. "Mən bu təşkilatı yaratmaqla onun etmək istədiklərini, insanları xilas etmək, əsasən də uşaqlar olmaqla, imkansız, çox şeydən məhrum olan insanlara yardım etmək istədim." Təşkilat fəaliyyətinə 1990-ci illərdə, uşaqlarda QİÇS xəstəliyi olan Uqandadan başlayıb. Hazırda Afrika, Asiya və Latın Amerikasının ən yoxsul 8 ölkəsində fəaliyyət göstərir. İlk üç ildə hər 100 ailədən 80-i bu proqrama daxil edildi. Birinci il onlar pulsuz ərzaq, tibbi yardım, təhsil və evlə təmin edilirdi ki, bu müddət ərzində ailə başçısı pul qazanmaq üçün yollar axtarırdı. Bu, ya bir inək, ya bir paltartikən maşın, ya da kənd təsərrüfatı üçün lazım olan alət ola bilərdi.
Franyo Tucman Hava Limanı
Franyo Tucman Aeroportu (xorv. Zračna luka „Franjo Tuđman”) — Xorvatiyanın ən böyük və ən aktiv aeroportudur. Hava limanı Xorvatiyanın keçmiş prezidenti Franyo Tucmanın adını daşıyır. Liman həm də Pleso aeroportu kimi də tanınır. Aeroport Velika Goritsada Zaqreb Mərkəzi Vağzalından 10 km cənub-şərqdə yerləşir. Aeroportun ərazisində, "Polkovnik Marko Jivkoviç" baraklarında Xorvatiya Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələrinin bazası yerləşir. Həmçinin, aeroportda Xorvatiya Hava Nəqliyyatına Nəzarət İdarəsinin qərargahı var. Aeroport 2015-ci ildə 2 587 798 sərnişinə xidmət edib. Aeroport Xorvatiya hökuməti tərəfindən imzalanan müqaviləyə müvafiq olaraq 30 illik konsessiya əsasında ZAIC konsorsiumuna (Zaqreb Aeroportu Beynəlxalq Şirkəti) verilmişdir. Sərnişin terminalı yeni layihə ilə yenidən qurulub və 2008-ci ildən bəri VIP terminal kimi sərnişinlərə, aeroport ziyarətçilərinə xidmət göstərir.
Füzuli Beynəlxalq Hava Limanı
Füzuli Beynəlxalq Hava Limanı — Azərbaycan, Füzuli rayonu ərazisində inşa olunan beynəlxalq hava limanı. 16 oktyabr 2021-ci ildə Azərbaycan Baş Nazirinin sərəncamı ilə hava limanına beynəlxalq status verilmişdir. 2021-ci il oktyabrın 26-da hava limanının rəsmi açılışı olmuşdur. Açılışda Azərbaycan Prezidenti İlham Əliyev və birbaşa təyyarəsi hava limanına eniş edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Birinci Qarabağ müharibəsi zamanı 23 avqust 1993-cü ildə Füzuli rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi. Rayonla yanaşı Füzuli şəhərinin də təxminən 17.000 sakininin hamısı zorla qovuldu. İşğal dövründə şəhər bütünlüklə dağıdıldı və kabus şəhərinə çevrildi. Ermənistan işğalçıları tərəfindən tutulduqdan sonra şəhər həm də minalanmışdı. 2020-ci il İkinci Qarabağ müharibəsi zamanı oktyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycan Silahlı Qüvvələrinin şəhərə nəzarəti yenidən ələ keçirdiyini elan etmişdir. Ertəsi gün Azərbaycan Müdafiə Nazirliyi Füzulidən Azərbaycan əsgərlərinin şəhərin mərkəzində Azərbaycan bayrağını qaldırdığını göstərən video yayımladı.
Gorus Hava Limanı
Gorus Hava Limanı — (erm. Կապան օդանավակայան), və ya yaxud Şinuyar Hava Limanı — Ermənistan Respublikasında Sünik mərzinin Gorus şəhəri Şinuyar kəndi yaxınlığında yerləşən fəaliyyətsiz mülki hava limanı. Aeroport SSRİ-nin dağılması ilə eyni zamanda, 1991-ci ildə fəaliyyətini dayandırıb. Lakin Ermənistan hökuməti hava limanının yenidən qurularaq 2016-cı ildə yenidən fəaliyyətə başlayacağını nəzərdə tutub. 2,011x28 m ölçülərində asfalt səthə malik olan hava limanının uçuş zolaqları 08/26 istiqamətindədir.
Hava
Hava — Yer kürəsinin atmosferini təşkil edən, azot və oksigendən ibarət təbii qaz qarışığı. Havanın elementləri temperatur, rütubət və təzyiqdir, hava hadisələri isə külək, yağıntı, şimşək və s.. Havanın dəyişməsinə səbəb Günəş radiasiyasının dəyişkənliyi, hava kütlələrinin yerdəyişməsidir. Hava elementlərinin mövcud durumu yaxın günlər üçün proqnoz verməyə imkan verir. Bu məlumatlar əsasında sinoptik xəritə tərtib edilir və havanın gələcəkdə necə olacağını müəyyənləşdirirlər.

Digər lüğətlərdə