HAVALI

HAVALI I sif. Lovğa, özündən razı. Gəzirlər havalı ağalar, bəylər; Çalışır qan-tərdə naxırçı, nökər (Aşıq Ələsgər).

HAVALI II sif. Əsəbi, həyəcanlı, qızğın. Görünür havalı başlar; Hər şeyi tez unudar (R.Rza).

HAVALI III sif. Havası olan. İşıqlı, havalı evimdə mənim; Qəfəsə salınmış bir turacım var (H.Arif).

HAVALI IV sif. Ağlını itirmiş. Sən də bilirsən ki, havalı bir şeydir, tutması var, şəkil kimi gözəlliyinə sözüm yox (M.İbrahimov).

HAVA
HESAB
OBASTAN VİKİ
Havalı
Havalı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zərnəli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Havalı kəndi Araz çayının sahilində, düzənlikdədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə Cənubi Azərbaycandan gəlmiş Hava (Həvva adının yerli tələffüz forması) adlı bir qadının övladları bina etdiyi üçün belə adlandırılmışdır. Oykonimi Azərbaycan toponimiyasında "yaxşı iqlimli" mənasında işlənən yelli topokomponentinin sinonimi kimi də qəbul etmək olar. 1993-cü ilin oktyabr ayında Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Digər lüğətlərdə