Kalsium hidroksid
Kalsium hidroksid (Ca(OH)2) — kristal ağ rəngli toz halında olan maddə. Qüvvətli əsasdır. Suda zəif həll olur.
== Trivial adları ==
Sönmüş əhəng
Əhəng südü
Əhəng suyu
== Alınması ==
Kalsium oksidin( sönməmiş əhəng) su ilə qarşılıqlı təsirindən alınır və reaksiya istiliyin ayrılması ilə gedir:
CaO + H2O → Ca(OH)2+Q
== Xassələri ==
Kalsium hidroksid qələvilərin bütün reaksiyalarına daxil olur:
Ca(OH)2 + H2SO4 → CaSO4 +2H2O
Ca(OH)2 + SO3 → CaSO4 +H2O
Ca(OH)2 + CO2 → CaCO3 + H2O
Ca(OH)2 + Na2SO3 → CaSO3 +2NaOH
Əgər 520-580ºC-yə qədər qızdırılsa parçalanaraq kalsium oksidə çevrilir:
Ca(OH)2 →CaO + H2O
Güclü əsas kimi suda kalsium kationuna və hidroksid anionuna tam dissosiasiya edir:
Ca(OH)2←→ Ca2+ + 2OH−
== Tətbiqi ==
Kalsium hidroksidin çox geniş tətbiq sahəsi vardır.Su təsislərində yeraltı suların təmizlənməsində, kağız istehsalında, qida sektorunda, suyun codluğunun aşağı salınmasında, ağardıcılarda, betonun hazırlanmasında istifadə olunur.
== Təhlükəsizliyi ==
Tənəffüs sistemini təhriş edərək öskürək, nəfəs darlığına səbəb olur.Kalsium hidroksid uzun müddət dəriyə təmas edərsə dərini aşındıraraq ciddi yanıqlara səbəb ola bilər.
== Mənbə ==
Химическая энциклопедия. - Т.2. - М.: Советская энциклопедия, 1990. - С. 297-298
N.A.Verdizadə, K.Ə.Quliyev, Ə.Z.Zalov, Ş.Ə.Quliyev. Kimya kursu.