HİND-AVROPA

прил. индоевропейский. Hind-Avropa dilləri индоевропейские языки (общее название группы родственных языков Азии и Европы, к которой относятся языки индийские, иранские, греческие, славянские, германские, романские и др. )
HİND
HİNDDARISI
OBASTAN VİKİ
Hind-Avropa dilləri
Hind–Avropa dil ailəsi — ən böyük dil ailələrindən biri. Bütün qitələrdə istifadə edilən bu ailənin dillərində danışanların sayı təxminən 2,5 milyard nəfərdir. Hind-Avropa dil ailəsi – Hind-Avropa dil ailəsi 13 budağa ayrılır: hind, iran, slavyan, baltik, alman, kelt, italyan, roman, alban, yunan, erməni, anadolu və toxar. Hind və ya hind-ari budağı qədim, orta və yeni hind dillərinə ayrılır. Qədim Hind dillərinə, e.ə. II minilliyin ortalarında Şimali Hindistana soxulmuş ari qəbilələrinin-veddaların veda dili daxildir. E.ə. I minillikdə yaranmış sanksrit dili veda dilinə çox yaxındır. Sanskritin iki ardıcıl müxtəlifliyi vardır. Məşhur Mahabxaraat” və “Ramayana” poemalarının dili olan epik sanskrit və bizim eranın I minilliyinin ortalarında ədəbi dil kimi çiçəklənən klassik sanskrit.
Hind-Avropa xalqları
Hind-Avropa xalqları Avrasiyanın bütün ərazilərində yaşamış və müxtəlif dövrlərdə sivil dünyada məskunlaşmış köçəri xalqlardırlar. Aralarında eyni dilin differensiasiyalaşması yolu ilə əmələ gəldiyi düşünülən (beləliklə, bu dillərin strukturları eynidir, lakin bir-birlərinin nitqini başa düşə bilmirlər) linqvistik qohumluğun mövcudluğundan və eyni həyat tərzini yaşamalarından başqa bu xalqların arasında heç bir vəhdət yoxdur. Bu xalqlar basqınları zamanı fəth etdikləri cəmiyyətlər üstündə, əgər onlar sivilizasiyalı cəmiyyətlər olmuşdularsa, onların sivilizasiyalarını və mədəniyyətlərini mənimsəyərək, ibtidai icma səviyyəsindəki cəmiyyətlər isə sivilizasiyalı cəmiyyətə çatacaq sinfi cəmiyyəti yaradaraq hakim sinfi formalaşdırdıqları üçün cəmiyyətlərə və kütlələrə öz dillərini tətbiq etdirmişdirlər. Fin, Eston, Macar və Bask dillərindən başqa bütün Avropa dillərinin onlara Avropaya gətirdikləri dillər olduğu və İran ilə Hind dillərinində eyni struktura malik olan dillər olduğu nəzərə alındığından, bu dillər ailəsinə Hind-Avropa dilləri və tarixdə bu dillərdə danışan xalqlara isə Hind-Avropa xalqları deyilir. Bununla belə, bəzi tədqiqatçılar Hind-Avropa dilləri və tayfaları nəzəriyyəsinin qeyri-kafi və qeyri-müəyyən olduğunu iddia edir və bu birləşmənin digər etnik dil ailələrindən müstəqil olmadığını, əksinə, həmin ailələrdən ayrılaraq inkişaf etdiyini iddia edirlər və beləliklə, onlar hesab edirlər ki, Hind-Avropa nəzəriyyəsi yenidən nəzərdən keçirilməlidir.
Hind-Avropa dil ailəsi
Hind–Avropa dil ailəsi — ən böyük dil ailələrindən biri. Bütün qitələrdə istifadə edilən bu ailənin dillərində danışanların sayı təxminən 2,5 milyard nəfərdir. Hind-Avropa dil ailəsi – Hind-Avropa dil ailəsi 13 budağa ayrılır: hind, iran, slavyan, baltik, alman, kelt, italyan, roman, alban, yunan, erməni, anadolu və toxar. Hind və ya hind-ari budağı qədim, orta və yeni hind dillərinə ayrılır. Qədim Hind dillərinə, e.ə. II minilliyin ortalarında Şimali Hindistana soxulmuş ari qəbilələrinin-veddaların veda dili daxildir. E.ə. I minillikdə yaranmış sanksrit dili veda dilinə çox yaxındır. Sanskritin iki ardıcıl müxtəlifliyi vardır. Məşhur Mahabxaraat” və “Ramayana” poemalarının dili olan epik sanskrit və bizim eranın I minilliyinin ortalarında ədəbi dil kimi çiçəklənən klassik sanskrit.
Proto-Hind-Avropa dili
Proto-Hind-Avropa dili və ya Hind-Avropa ana dili Hind-Avropa dillərinin müştərək əcdadı olduğu iddia edilən hipotetik dil ailəsidir. Proto-Hind-Avropalıların danışdıqları bu dil haqqında yazılı məlumat olmadığından, onun haqqında məlum olanlar tarixi linqvistika və yenidənqurma metodlarından istifadə edərək bu dil ailəsindəki dillərin müqayisəsi nəticəsində aşkar edilən xüsusiyyətlərə əsaslanır. Tarixən Hind-Avropa dilinin təxminən eramızdan əvvəl 3500-cü illərdə danışıldığı güman edilir. Ancaq tarixlə bağlı fikirlər müxtəlifdir. Ehtimal olunur ki, dilin ilkin danışanları Şimali Qara dənizdə, Şərqi Avropanın Xəzər çöllərində yaşamışlar. Proto-Hind-Avropa dilində danışanlar köç yolu ilə bir-birindən ayrıldıqda, bu dil müxtəlif alt qollara bölünmüşdür. Bu gün Hind-Avropa dil ailəsində təxminən 445 yaşayan dil mövcuddur. == Nəzəriyyənin inkişafı == Proto-Hind-Avropa dilinin linqvistik və fonetik xüsusiyyətlərinə dair birbaşa konkret sübut yoxdur. Bu hipotetik dil müasir linqvistikanın müqayisəli metodundan istifadə edilməklə hazırlanmışdır. Müqayisəli metod neoqrammatik məktəb tərəfindən əsası qoyulmuş səs qaydalarına əsaslanır.
Proto-hind-avropa xalqı
Proto-Hind-Avropalılar və ya birinci Hind-Avropalılar dil rekonstruksiyalarına görə Hind-Avropa dillərinin əcdadı olan proto-Hind-Avropa dilində (İngilis dilində: PIE) danışmış Avrasiyanın ibtidai icma quruluşu dövründəki xalqlarıdırlar. Bu xalq haqqında məlumatlar əsasən linqvistik rekonstruksiyalardan və arxeoloji və arxeogenetik sübutlardan ibarətdir. Proto-hind-avropalılar çox güman ki, son Neolit ​​dövründə, təxminən eramızdan əvvəl IV minillikdə yaşamışdırlar. Ümumiyyətlə, alimlər bu tayfanın Şərqi Avropanın çöl zonasında (indiki Ukrayna və Rusiya) yaşadığını güman edirlər. Bəzi arxeoloqlar PIE-nin hələ orta neolit ​​(e.ə. 5500-4500) və hətta erkən neolit ​​(e.ə. 7500-5500) dövrlərində yaşadığını dəstəkləyir və onun mənşəyi ilə bağlı alternativ fərziyyələr irəli sürürlər. Eramızdan əvvəl II minilliyin əvvəllərində proto-hind-avropalıların müxtəlif qolları Anadolu (Hitlər), Egey (Miken yunanlarının əcdadları), Şimali Avropa (İp çaplı keramika mədəniyyəti), Mərkəzi Asiya (Yamnaya mədəniyyəti) və Cənubi Sibirin də (Afanasievo mədəniyyəti) daxil olduğu Avrasiyanın çox uzaq və müxtəlif hissələrinə səpələnmişdirlər. == Mədəniyyət == Linqvistik rekonstruksiyadan istifadə edərək proto-Hind-Avropa dilinin hipotetik xüsusiyyətləri üzə çıxardılmışdır. Bu linqvistik xüsusiyyətlərin proto-hind-avropalıların mədəniyyətini və mühitini əks etdirdiyini fərz etsək, aşağıdakı mədəni və ekoloji xüsusiyyətlərin ümumi olduğu təklif olunur: Pastorallıq (çobanlıq), ev heyvanları, at və it yetişdirilməsi Kotandan istifadə, əkinçilik və taxıl becərilməsi Qışda qarlı iqlim Su ilə və ya su yolu ilə nəqliyyat Arabalarda təkərlərdən istifadə Göy ilahlarına sitayiş; “* Dyḗus Ph2tḗr” və “* dyeu ph2ter” (“göy atası”) köklərindən sanskrit dilində Dyáuṣ Pitṛ́, Qədim Yunan dilində Zeus patēr (Ζεύς πατήρ), latın dilində Iūpiter və İlliriya dilində Deipaturos sözləri meydana gəlmişdir.
Hind
Hind (tib. སེང་གེ།་གཙང་པོ Sênggê Zangbo, çin. 印度河 Yìndù Hé, hind. सिन्धु नदी, q.pənc. دریاۓ سندھ Sindh, puşt. اباسين Abāsin, sindhi سنڌوندي Sindhu, urdu دریائے سندھ, q.türk Sindu Ögüz) — Cənubi Asiyada çay.
Hind-Çin
Hind-Çin — Asiyanın Cənub-Şərqində yerləşən yarımada, sahəsi 2 mln km² - dir. Yarımadanın ən böyük çayları: Mekonq, İravadi, Saluin, Menam-Çao-Praya. Yarımadada 7 ölkə: Banqladeş, Vyetnam, Kamboca, Laos, Malayziya, Myanma və Tailand vardır. == Etimologiya == Yarımadanın adı avropalıların (fransızların) bura verdiyi addan qaynaqlanır. Belə ki, avropalılar yarımadada həm Çinə, həm də Hindistana aid xüsusiyyətləri birlikdə görürdülər. == İqlimi == Yarımadanın iqlimi subekvatorial musson iqlimidir, yalnız Malakka yarımadasında iqlim ekvatorialdır. Yarımadanın düzənlik hissəsində temperatur ilboyu 20 dərəcədən aşağı düşmür, yazda və yayda temperatur 28-30 dərəcəyə çatır. Dağlarda temperatur 15 dərəcə və daha aşağı düşür. == Təbii sərvətləri == Malakka yarımadasında böyük həcmdə qiymətli metallar olan qalay və volframın ehtiyatları vardır.
Hind (çay)
Hind (tib. སེང་གེ།་གཙང་པོ Sênggê Zangbo, çin. 印度河 Yìndù Hé, hind. सिन्धु नदी, q.pənc. دریاۓ سندھ Sindh, puşt. اباسين Abāsin, sindhi سنڌوندي Sindhu, urdu دریائے سندھ, q.türk Sindu Ögüz) — Cənubi Asiyada çay.
Hind Okeanı
Hind Okeanı — dünyanın sahəsinə görə üçüncü okeanı. Yer səthinin təqribən 20%-ini tutur. Qərbdən Afrika və Ərəbistan yarımadası, şimaldan Asiya, şərqdən isə Hindçin yarımadası, Zond adaları və Avstraliya ilə əhatə olunur. Sahəsi Qırmızı dəniz və Fars körfəzi ilə birlikdə 70,560,000 km2-dir. Bu okean dünyada sahəsinə görə 3-cü yeri tutur. Ekvatora yaxın ərazilərdə sahəsi kiçikdir. Burada suyun orta temperaturu 17°C-dir. Bunun səbəbi, dalğaların Şimaldan gələn küləklərin qarşısını kəsməsidir. Ən dərin hissəsi Zond çökəkliyidir. == Ümumi təsviri == Dənizləri Andaman dənizi, Ərəbistan dənizi, Arafur dənizi, Qırmızı dəniz, Lakkadiv dənizi, Timor dənizi və Fars körfəzidir (dəniz hesab olunur).
Hind afalini
Hind afalini (lat. Tursiops aduncus) — Afalinlər cinsinə daxil olan üç növdən biridir. == Görünüşü == Hind afalini xariçi görünüş baxımından adi afalinə oxmayır. Digər delfinlərdən fərqi nazik bədən quruluşudur. Orta uzunluğu 2,6 metr, çəkiləri 230 kq təşkil edir. == Yayılması == Hind afalini Hindistan ətrafı sularda, Afrikanın şərqində, Qırmızı dəniz sularında, Avstraliyanın şimalı və Çinin cənubunda yayılmışlar.
Hind badamı
Katappa terminaliyası (lat. Terminalia catappa) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin kombretkimilər fəsiləsinin terminaliya cinsinə aid bitki növü. == Sinonimləri == Badamia commersonii Gaertn. Buceras catappa (L.) Hitchc. Juglans catappa (L.) Lour. Myrobalanus catappa (L.) Kuntze Terminalia badamia sensu Tul. Terminalia badamia DC. Terminalia catappa var. chlorocarpa Hassk. Terminalia catappa var. macrocarpa Hassk.
Hind bağayarpağı
Hind bağayarpağı (lat. Plantago indica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bağayarpağı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik, ot bitkisi olub, hündürlüyü 40 sm, kökü qısa, möhkəm budaqlı iyəbənzər gövdəyə malikdir. Yarpaqları qarşı-qarşıya xətti olmaqla, bütövkənarlıdır. Çiçəkləri burulmuş, yumurtavari-şarşəkilli olur. Uzun başcıqlı çiçəkləri gövdə üzərindəki yarpaqların arasında yerləşir. Tumurcuqları çəhrayı-qəhvəyi, qonur meyvələri isə elliptik kapsul içərisində yerləşir. Bitkinin yerüstü hissələri şaxələnmiş, yarpaqları gövdə üzərində müxtəlif olmaqla yerləşir. Ölçüsü 0.6–4 sm-ə qədər olur. Yarpaqlarının uzunluğu 7 sm, xətti-bütövkənarlı və ya seyrəkdişlidir.
Hind lageströmiyası
Hind lotusu
Fındıqcalı şanagüllə və ya Hind lotusu(lat. Nelumbo nucifera) — şanagüllə cinsinə aid bitki növü.
Hind mifologiyası
Hind mifologiyası ― Sanskrit ədəbiyyatında mövcud olan hinduizmlə əlaqəli povestlər toplusu. Nepal və Hindistan mədəniyyətinin bir alt təbəqəsi kimi qəbul edilən hind mifologiyası vahid bir quruluşdan fərqli olaraq fərqli ənənələri, sinifləri, fəlsəfələri və coğrafiyaları olan insanların bir araya gətirdiyi hekayələri təmsil edir. Müqəddəs kitablar olan Vedalar ilə qidalanır.
Hind musiqisi
Hind musiqisi - Hindistanda məskən salmış fərqli mədəniyyət, din və dilə sahib insan birliklərinin mədəniyyət və incəsənətini özündə əks etdirir. Dini inanclar bayramlar, mərasimlər, adət-ənənələrdə olduğu kimi, hind musiqisinin, rəqslərinin yaranmasına, inkişafına əsaslı təsir göstərmişdir. Qədimdə dövrlərdə olduğu kimi, müasir dövrdə də hind musiqisi və rəqsləri dini rituallar, bayramlar, toy şənlikləri, oyun və əyləncələrlə vəhdət təşkil edir. "Sаnqitа" sözü əksər hind dillərində "musiqi" kimi bаşа düşülür, hərfi bахımdаn "hər şеyin birləşməsi və ifаdəsi" kimi tərcümə оlunur. "Hər şеy" dedikdə isə bədən, аğıl və ruh başa düşülür. Şimаli Hindistaın musiqisində “şаcаcа” və yа əsаs tоn əbədiliyi, tanrını simvоlizə еdir. "Şаcаcа" tеrmini hərfi mənаdа "6 nоtdаn ibаrət sırа" mənаsını vеrir. Musiqi sırаlаmаsının əsаsı, musiqinin mаhiyyətinin аçаrı qаmmаnın birinci nоtu "sа"dаn аsılı оlur, Аvrоpа musiqisində bu "dо" qаmmаsıdır. İfаçı üçün şаcаcа səsinin imkаn vеrdiyi tоndа və yа musiqi аlətinin imkаn vеrdiyi tоndа qоyulа bilər. == Hind musiqisinin xüsusiyyətləri == Ölkənin müxtəlif ştatlarında məskunlaşan "pulayana", "oraon", "santal", "savara", "çençu", "bhil" və s.
Hind müdafiəsi
Hind müdafiəsi — Şahmat termini. Bir qrup başlıanğıcı birləşdirir. Burada qaralar e7-e5-ə irəliləməkdən bilə-bilə imtina edirlər. == Qədim hind müdafiəsi == Bu debüt qədimdən məlumdur və K. Yanişin əsərlərində xatırlanır.
Hind mədəniyyəti
Hindistan mədəniyyəti ― Hindistan yarımadasında yaranan və ya onunla əlaqəli olan ictimai normaların, etik dəyərlərin, ənənəvi adətlərin, inanc sistemlərinin, siyasi sistemlərin və əsərlərin toplu maddi və qeyri-maddi mirası.
Hind oroksilumu
Hind oroksilumu (lat. Oroxylum indicum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinin oroksilum cinsinə aid bitki növü.
Hind payızgülü
Hind payızgülü (lat. Chrysanthemum indicum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin payızgülü cinsinə aid bitki növü.
Hind qavialı
Hind qavialı (lat. Gavialis gangeticus) — Gavialidae fəsiləsinin yaşayan iki bioloji növündən biri. Digəri Malay qavialıdir. Bu timsahlara əsasən Hindistan, Banqladeş, Butan, Nepal, Pakistan və Myanma ərazisində rast gəlmək mümkündür. Yaşayış arealı Hind çayı, Brahmaputra, Qanq və Mahanadi çaylarıdır. Qavialın uzunluğu 3–5,5 metr (maksimum 7 metr), çəkisi 159–181 kq-dır.
Hind quşu
Hind quşu (lat. Meleagris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi. 2 növü var. Əhliləşdirilmişdir. Normal inkişaf etmiş fərdin kütləsi 12-16 kq, bədəninin uzunluğu isə 100-110 sm-ə qədər olur. Hind toyuğu Azərbaycana 1730-cu ildə İspaniyadan gətirilmişdir. Bu quşa İrandakı azərbaycanlılar və həmçinin qaşqaylar "Həştərxan quşu" da deyir. Ehtimal olunur ki, bu quş Cənubi Azərbaycana ilk dəfə Xəzər dənizinin şimalında olan Həştərxan şəhərindən gəldiyinə görə bu adla tanınmışdır. Bu quşa ingilis dilində "Turkey" deyilir. Ehtimal ki, bu quş ilk dəfə Türkiyədən qərb ölkələrinə getdiyinə görə bu adla tanınmışdır.
Hind rəqsləri
Hind rəqsləri хаlqın həyаtı, dini dünyagörüşü, yеrli аdət-ənənələri ilə sıх bаğlıdır. Cəmiyyətin mahiyyətində duran mühafizəkarlıq rəqslərə də sirayət etmişdir, belə ki, qədim və müasir hind rəqsləri ciddi şəkildə fərqlənməmişdir. Hind rəqslərinin qədimliyi bir sıra maddi mədəniyyət nümunələri ilə təsdiqlənir.. Mohenco-Daro arxeoloji qazıntıları zamanı tapılan rəqs edən qız heykəlinin e.ə.II minilliyə aid olduğu ehtimal edilir. Madhya-Pradeş ştatında Bhimabetaka mağaralarındakı qaya rəsmlərində rəqs edənlərin təsviri, Sanchinin girişində rəqs edən “Apsaralar”ın təsviri, Acanta və Ellora divar rəsmləri, Khacuraho daşişləmələrində rəqqasların heykəlləri, Hoysala sülaləsinə aid məbədlərdəki divar rəsmləri Hindistanda rəqslərin qədimdən populyar olduğunu göstərir. Hind rəqsləri daim qaynağını toplumun dini dünyagörüşündən almışdır. Məsələn, rəqs edən tanrı Şiva (Nataraca) heykəli hind rəqsinin ən məşhur simvoludur. Onun başının üstündəki ay duyğulara nəzarətin, bədəninə dolanmış ilanlar həyat verən yaşam gücləri üzərində hökmün, şeytanın üzərinə doğru qalxmış ayağı isə eqonu məhv etməsinin göstəricisidir. Hind rəqsləri bədən hərəkətlərinin dinamikliyi, dramatikliyi ilə diqqəti cəlb edir. Bu rəqslərin əksəriyyəti haqqında qədim “Bharatanatyaşastra” traktatında məlumat verilmiş, boyun, göz, baş, gövdə və s.
Hind rəqəmləri
Hind rəqəmləri — Hind-Ərəb rəqəm sistemində yer alır.
Hind samuru

Digər lüğətlərdə