HİNDDARISI
HİNDLİ
OBASTAN VİKİ
Hindistan
Hindistan (hind. Bhārat, ing. India) və ya rəsmi adı ilə Hindistan Respublikası (hind Bhārat Gaṇarājya ing. Republic of India) — Cənubi Asiyada yerləşən dövlət. Hindistan qurudan 6 ölkə – Pakistan, Çin, Nepal, Butan, Banqladeş, Myanma, sudan isə Maldiv adaları, Şri-Lanka və İndoneziya ilə həmsərhəddir. Paytaxtı Yeni Dehli, ən böyük şəhəri Mumbay, ümumi sahəsi isə 3,287,263 kvadrat kilometrdir. Ərazisinə görə dünyada yeddinci, əhalisinin sayına görə isə birinci yeri tutur. Hindistan yarımadası Asiya qitəsinin cənubunda yerləşir. == Adın etimologiyası == Hindistan adı qədim fars dilində İndus adından əmələ gəlmişdir. Bu ad keçmişdən Hind çayı və ətrafı üçün istifadə olunan ad olmuşdur.
Heydərabad (Hindistan)
Heydərabad — Hindistanda şəhər.
Hindistan Parlamenti
Hindistan Parlamenti (Hindcə: भारत की संसद) 1919-cu ildə yaradılmışdır. Hindistanın rəsmi qanunverici orqanıdır. İki palatalı quruluşa malikdir. İki alt qrupa ayrılır: Rajya Sabha (Əyalətlər Şurası) və Lok Sabha (Xalq Məclisi). 790 üzvü vardır. Üzvləri 5 ildən bir seçkilər yolu ilə seçilirlər. Hindistan Parlamenti ölkədəki bütün siyasi orqanlar üzərində qanunverici səlahiyyətə malikdir. Beləliklə, ölkədə fövqəladə səlahiyyətlərə malik olan qüvvədir.
Hindistan Prezidenti
Hindistan Prezidenti və ya Raştrapati — Hindistan Respublikasının dövlət başçısı, Hindistanın birinci vətəndaşı, həmçinin Hindistan Silahlı Qüvvələrinin ali baş komandanı. == Prezidentin səlahiyyətləri == Hindistanın Prezidenti parlamentarlar və ştat nümayəndələrindən ibarət Elektoral Kollegiya tərəfindən 5 il müddətinə seçilir.. Hindistan Konstitusiyasına əsasən Prezident nəzəri cəhətdən mühüm əhəmiyyətli səlahiyyətlərə: ştatların qanunverici məclislərini buraxmaq, ştatların hökumətlərini ləğv etmək və onların yerinə Prezident üsul-idarəsi tətbiq etmək (ştatların idarəsi qubernatorların ixtiyarına keçir) səlahiyyətlərinə malikdir. Lakin əməli olaraq hakimiyyət başçısı səlahiyyətlərinin əksəriyyəti Baş nazirın başçılıq etdiyi Hindistan hökuməti tərəfindən həyata keçirilir. Prezidentin icra etdiyi vəzifələrin əsas hissəsini formal şəkildə hökumət qərarlarının təsdiq edilməsi təşkil edir. Bir sıra hallarda o, məhkumların bağışlanması hüququna da malikdir. == Hindistan prezidentlərinin siyahısı == Racendra Prasad — 1950–1962 Sarvepalli Radxakrişnan — 1962–1967 Zakir Hüseyn — 1967–1969 Baraxaqiri Venkata — 1969–1974 Faxruddin Əli Əhməd — 1974–1977 Hilam Sanciva Reddi — 1974–1977 Zail Sinqx — 1982–1987 Ramasvamı Venkataraman — 1987–1992 Şankar Şarma — 1992–1997 Koçeril Raman Narayanan — 1997–2002 Abdul Kalam — 2002–2007 Pratibha Patil — 2007–2012 Pranab Mukerci — 2012–2017 Ram Nath Kovind — 2018-indi == Hindistan Prezidenti vəzifəsini icra edənlər == Varaxaqiri Venkata Qiri — 3 may 1969 – 20 iyul 1969 Muxammad Xidayatulla — 20 iyul 1969 – 24 avqust 1969 Basappa Danappa Catti — 11 fevral 1977 – 25 iyul 1977 == İstinadlar == == Xarici keçidlər == Официальный сайт Президента Индии == Mənbə == Варахагири Венката Гири (Люди и события) // Новое время. — М., 1969. — № 20. Нилам Санджива Редди (Люди и события) // Новое время.
Hindistan Respublikası
Hindistan (hind. Bhārat, ing. India) və ya rəsmi adı ilə Hindistan Respublikası (hind Bhārat Gaṇarājya ing. Republic of India) — Cənubi Asiyada yerləşən dövlət. Hindistan qurudan 6 ölkə – Pakistan, Çin, Nepal, Butan, Banqladeş, Myanma, sudan isə Maldiv adaları, Şri-Lanka və İndoneziya ilə həmsərhəddir. Paytaxtı Yeni Dehli, ən böyük şəhəri Mumbay, ümumi sahəsi isə 3,287,263 kvadrat kilometrdir. Ərazisinə görə dünyada yeddinci, əhalisinin sayına görə isə birinci yeri tutur. Hindistan yarımadası Asiya qitəsinin cənubunda yerləşir. == Adın etimologiyası == Hindistan adı qədim fars dilində İndus adından əmələ gəlmişdir. Bu ad keçmişdən Hind çayı və ətrafı üçün istifadə olunan ad olmuşdur.
Hindistan antilopları
Hindistan antilopu (lat. Boselaphus tragocamelus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin boselaphus cinsinə aid heyvan növü.
Hindistan antilopu
Hindistan antilopu (lat. Boselaphus tragocamelus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin boselaphus cinsinə aid heyvan növü.
Hindistan ardıcı
Hindistan ardıcı (lat. Juniperus indica) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin sərvlər dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Hindistan bayramları
Hindistan çoxmillətli və multikultural bir ölkə olduğundan burada müxtəlif dini bayramlar qeyd olunur. Dini bayramlarla yanaşı hazırda 3 rəsmi milli bayram: Hindistanın Müstəqilliyi Günü, Respublika Günü və Qandinin anadan olduğu gün qeyd olunur. Müxtəlif xalqların, etnosların, dinlərin, təriqət və məzhəblərin cəmləşdiyi Hindistanda bayramların çoxluğu tarixən burada bərqərar olmuş rəngarəngliyin nəticəsidir. Hətta ayrıca vilayətin, hər bir dini təriqətin, inancın bayramları vardır. Hindistanın saysız-hesabsız bayramları arasında "Pateti" (Zərdüştlərin Hindistana gəlmələrinin ildönümü) Zərdüştün ad günü, Caisalmerdə Çöl festivalı, Ahmedabadda Beynəlxalq Uçurtma Festivalı Keralada fillərin nümаyişi, Naqaurda dəvə nümayişi, Rishikeshdə beynəlxalq yoqa festivalı, Elephanta аdasında fil bayramı, Ladakhda "Hemis", Caypurda "Teej", Saharanpurda "Manqo" festivalı, Ellora festivalı, Qoa karnavalı, Koçində Beynəlxalq Ədviyyat festivalı (Koçin), Khajurahoda rəqs festivalı, Caypurda "Qanqaur" bаyrаmı, "Qovardhana" inək bayramı, Puşkar Dəvə Yarmarkası (Racəstan) və s. vardır. == Mövsümi bayramlar == Hindistanda əksər bayramlar fəsillərin dəyişməsi, əkinçilik, maldarlıq, sənətkarlıq və s. sahələrlə bağlı olsa da zaman keçdikcə dini motivlə zənginləşmiş, dini mahiyyət daşımağa başlamışdır. Sevgi tanrısı Kamanın şərəfinə keçirilən, indi "Holi" adı ilə tanınan yeni il bayramı (və ya məhsul bayramı) yaz gün bərabərləşməsi zamanı başlayır, həmin gün evdə təmizlik aparılır, evin ətrafı təmizlənir. Bütün kənd icmasının qoşulduğu bayram zamanı kasta fərqləri unudulur, insanlar küçələrə çıxaraq bir-birinin üstünə toz səpir, yaxud rəngli su tökürlər.
Hindistan bayrağı
Hindistan bayrağı — Hindistanın Dövlət bayrağı. 22 iyul 1947-ci ildə qəbul olunmuşdur. Narıncı rəng cəsarəti və fədakarlığı, ağ rəng sülh və dürüstlüyü, yaşıl rəng qəhrəmanlıq və sədaqəti təmsil edir. Bayrağın ortasındakı dairəvi simvol isə Buddizm inancındakı Çakra'dır.
Hindistan bəbiri
Hindistan bəbiri (lat. Panthera pardus fusca) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Hindistan bəzəklicəsi
Hindistan bəzəklicəsi, Bəzəkli çökükburun (lat. Vanellus indicus) — bibikinə cinsinə aid quş növü.
Hindistan camışı
Asiya camışı, Hindistan camışı və ya Su camışı (lat. Bubalus bubalis - Boşbuynuzlular fəsiləsinin Öküzlər yarımfəsiləsinə aid heyvan növü.Hind vəhşi camışı – arni (Bos arnee) cənubi Asiyada Himalay dağlarından Benqaliyədək, Assam cınqıllarında, Birma və Siamda, habelə Seylon adasında yaşayır. Keçmişdə Beynəlnəhreyndə (Mesopatamiyada) və bəzi müəlliflərin yazdığına görə, şimali Afrikada da yaşayırmış. Hind camışı 200 sm hündürlükdə və 1500 kq ağırlığında olur. Assam ölkəsində olanlar Borneo və Seylon adalarında olanlara nisbətən uzunbuynuzludurlar. Vəhşi hind camışı ev camışına çox oxşayır, bu səbəbdən onu ev camışının mənşəyi hesab edirlər.
Hindistan coğrafiyası
== Sahəsi və sərhədləri == Hindistan ən qədim və böyük dövlətlərdən biridir. Hindistan Asiyanın qərbində Hindistan yarımadasında yerləşir. Sahəsi 3287,6 kv.km, 2001 - ci il siyahıya almasına əsasən əhalisi 1,028,737,436 nəfərdir. Ərazisinə görə dünyada yeddinci (Sahəsi 3,287,240 km² ), əhalisinə görə isə ikinci sıradadır. Paytaxtı Dehlidir. Böyük şəhərləri Kəlküttə, Mumbai, Çennai, Banqalor, Heydərabad və başqalarıdır. Hindistan federativ respublikadır. 25 ştatdan,7 muxtar ərazidən ibarətdir. 1950-ci ildən konstitutsiya fəaliyyət göstəir. Dövlət başçısı prezidentdir.
Hindistan dəlibəngi
Hindistan dəlibəngi (lat. Datura metel) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin dəlibəng cinsinə aid bitki növü. == Sinonimləri == Brugmansia waymanii Paxton Datura aegyptiaca Vis. Datura alba Rumph. ex Nees Datura alba F.Muell. Datura alba var. africana Mattei Datura bojeri Delile Datura chlorantha Hook. Datura cornucopia Pitcher & Manda Datura dubia Rich. Datura dubia Bianca ex Tod. Datura fastuosa L. Datura fastuosa var.
Hindistan erməniləri
Hindistan erməniləri - Hindistanda yaşayan etnik ermənilərə verilən ümumi ad. Hindistanda ermənilərin məskunlaşması XVII əsrin ortalarından başlamışdır. İlk vaxtlar ermənilər, Hindistana ticarət məqsədilə gəlmişdilər. Erməni mənbələrində, tacirlərin Hindistana ilk dəfə X əsrdə getmələri qeyd olunmuşdur. Tacirlər əsasən dəyərli daş-qaş və parça ticarəti ilə məşğul olurdular. 1956-cı ildə Yeni Dehli şəhərinin arxiv idarəsi, ermənilər haqqında bəzi sənədləri açıqlamışdır. Həmin sənədlərdə, ermənilərin Hindistana 780-cı ildə gəldikləri göstərilmişdir. Tarixi baxımdan təsdiqini tapmamış, məlumatlardan birində isə Vasko da Qamanın Hindistana 1498-ci ildə təşkil etdiyi səfər zamanı, erməni tacirləri ilə qarşılaşmışdır. Hindistanda ermənilərə məxsus ilk dini ibadətgah 1562-ci ildə inşa olunmuşdur. 1772-ci ildə Yakop Şahamiryan adlı erməni, Cenay şəhərində mətbəə yaratmışdır.
Hindistan fili
Hindistan fili-(ing. elephant )Xortumlular dəstəsinə aid olan növ. AMEA Zoologiya İnstitutunun Zooloji Muzeyində 1 ədəd müqəvva sərgilənir. (Moskva Dövlət Sirki-1984) == Xarici görünüşü == Fillər quruda yaşayan ən iri heyvanlardan biri hesab edilir. Çəkiləri ağır olsa da, fillər çox cəld və sürətli hərəkət edirlər. Hindistan fili ölçüsünə görə Afrika savanna filindən fərqlənir. Yaşlı erkək fərdlərin çəkisi - 5,4 ton, hündürlüyü - 2,5 -3,5 metrə çatır. Dişilər erkəklərdən kiçik olur və orta çəkiləri 2,7 tona çatır. Afrika savanna filinin çəkisi isə 4-7 tona qədər olur. Hindistan filinin bədən uzunluğu 5,5 - 6,4 m, quyruğunun uzunluğu isə 1,2 - 1,5 m-dir.
Hindistan fiziki
Hindistan (hind. Bhārat, ing. India) və ya rəsmi adı ilə Hindistan Respublikası (hind Bhārat Gaṇarājya ing. Republic of India) — Cənubi Asiyada yerləşən dövlət. Hindistan qurudan 6 ölkə – Pakistan, Çin, Nepal, Butan, Banqladeş, Myanma, sudan isə Maldiv adaları, Şri-Lanka və İndoneziya ilə həmsərhəddir. Paytaxtı Yeni Dehli, ən böyük şəhəri Mumbay, ümumi sahəsi isə 3,287,263 kvadrat kilometrdir. Ərazisinə görə dünyada yeddinci, əhalisinin sayına görə isə birinci yeri tutur. Hindistan yarımadası Asiya qitəsinin cənubunda yerləşir. == Adın etimologiyası == Hindistan adı qədim fars dilində İndus adından əmələ gəlmişdir. Bu ad keçmişdən Hind çayı və ətrafı üçün istifadə olunan ad olmuşdur.
Hindistan gerbi
Hindistanın rəsmi gerbidir. Gerbdə məşhur olan Hind şirləri təsvir edilmişdir. Rəsmi olaraq 26 yanvar 1950-ci ildə qəbul edilmişdir. == Tarixi və təsviri == Sarnathdakı Aşoka sütununa yapışdırılan (taçlandırılan) "aslanlar paytaxtı (Aşokanın şir kapitalı"nın bir təsviridir. Eramızdan əvvəl III əsrin ortalarında İmperator Aşoka, Budda Qautamanın ilk öncə dharma öyrətdiyi və böyük bir Buddist sanghasının qurulduğu yeri qeyd etmək üçün, kapitallı bir sütun qurdurdu. Bir-birinə yaxın duran dörd şir, kənarlığı olan bir abakusa quraşdırılmışdır. Buddizmə rəğbət bəsləyən Cəvahirləl Nehrunun təkidi ilə, bu özəl heykəlin təsviri 26 yanvar 1950-ci ildə (Hindistanda respublikanın qurulduğu gün) Hindistanın dövlət gerbi elan edildi. Gerbdə dəyirmi abakus üzərində dörd Hindistan şiri təsvir edilmişdir. Dördüncü aslan arxada yerləşir və buna görə də görünüşdən gizlənir. Emblem "cəsarətli, bədəni güclü, məsləhətlərdə ehtiyatlı və müxalifləri qorxudan" bir milləti simvollaşdırır.
Hindistan himni
"Cənə Qənə Mənə" (hind. जन गण मन / benq. জন গণ মন) – Hindistanın dövlət himnidir. Bu himn Benqalca (Yüksək Sanskrit təsiri altında) yazılıb, sözlərinin müəllifi və bəstəkarı Nobel Ədəbiyyat Mükafatın qazanan və həm də Banqladeş himninin sözlərinin müəllifi və bəstəkarı Rabindranat Taqordur. == Mətni == == İstinadlar == == Qaynaqlar == Dutta, K; Robinson, A, Rabindranath Tagore, St. Martin's Press, 1995, ISBN 0-312-14030-4.
Hindistan ipomeyası
Hindistan ipomeyası (lat. Ipomoea indica) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin sarmaşıqkimilər fəsiləsinin i̇pomeya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Convolvulus indicus Burm. Pharbitis indica (Burm.) Hagiw.
Hindistan iqtisadiyyatı
Hindistan iqtisadiyyatı inkişaf etməkdə olan bazar iqtisadiyyatı kimi xarakterizə olunur. Bu, nominal ÜDM-ə görə dünyanın beşinci, alıcılıq qabiliyyəti paritetini görə (AQP) üçüncü ən böyük iqtisadiyyatdır. Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən, adambaşına düşən gəlir baxımından Hindistan 2018-ci ildə 142-ci ÜDM-yə malik ölkə, adambaşına düşən alıcılıq qabiliyyəti pariteti ÜDM-si üzrə 119-cu olmuşdur. 1947-ci ildəki müstəqilliyindən 1991-ci ilə qədər ardıcıl hökumətlər geniş dövlət müdaxiləsi və tənzimlənməsi ilə proteksionist iqtisadi siyasət yürütdü. Soyuq müharibənin sonu və 1991-ci ildə kəskin tədiyyə balansı böhranı geniş iqtisadi liberallaşdırma proqramının qəbul edilməsinə səbəb oldu. 21-ci əsrin əvvəllərindən ÜDM-in illik orta artımı 6% -dən 7% -ə qədər olmuşdur və 2014-cü ildən 2018-ci ilə qədər Hindistan Çini üstələyərək dünyanın ən sürətli böyüyən əsas iqtisadiyyatına çevrilmişdir. Tarixən Hindistan 1-ci əsrdən 19–cu əsrə qədər iki minillik tarix ərzində dünyanın ən böyük iqtisadiyyatlarından biri idi. Hindistan iqtisadiyyatının uzunmüddətli böyümə perspektivi gənc əhalisi və müvafiq asılılıq nisbəti, sağlam əmanət və investisiya nisbətləri səbəbindən müsbət olaraq qalır və qlobal iqtisadiyyata inteqrasiyanı artırır. 2016-cı ildə "demonetizasiya" zərbələri və 2017-ci ildə Mallar və Xidmətlər Vergisi tətbiq edilməsi səbəbiylə 2017-ci ildə iqtisadiyyatdakı artım yavaşladı. Hindistan ÜDM-nin təxminən 60% -i daxili fərdi istehlak hesabına idarə olunur və dünyanın altıncı ən böyük istehlak bazarı olaraq qalmaqdadır.
Hindistan keçidi
Hindistan keçidi — XX əsrdə Hindistanda, Mumbayda inşa edilən memarlıq abidəsidir. Bu abidə 1911-ci ildə kral V Georq və kraliça Mariya Tekin Apollo Bunderinindən Hindistanı ziyarət etmələrini əbədiləşdirmək məqsədilə inşa edilmişdir. Hind-Sarakenik üslubda tikilmiş Hindistan keçidinin təməl daşı 1911-ci il martın 31-də atılmışdır. Tağın strukturu bazalt daşındandır və hündürlüyü 26 metrdir. Corc Vittetin təqdim etdiyi son dizaynı 1914-cü ildə qəbul edilir və abidənin inşası 1924-cü ildə tamamlanır. Keçid sonralar Vitse krallıq və Mumbay rəhbərliyi üçün simvolik giriş mərasimi üçün istifadə edilir. Keçid Hindistana daxil olmaq üçün istifadəyə verilmişdir. Hindistan keçidi Mumbayın cənubundakı Çatrapati Şivaci Marqın sonunda yerləşən Apollo Bunderinin sahilindədir və Ərəbistan dənizinə tərəf baxır. Abidə həmçinin Mumbayın Tac Mahalı adlandırılır və şəhərin turistlər tərəfindən ən çox ziyarət edilən hissəsidir. == Tarix == Hindistan keçidinin tikilmə səbəbi 1911-ci ilin dekabrında kral V Georq və kraliça Mariya Tekin Dehli Darbardan öncə Mumbayı ziyarət etmələri idi.
Hindistan kinomatoqrafiyası
Hindistan yarımadasında istehsal olunan filmlərə hind kinosu deyilir. Amerika kino istehsalı ilə yanaşı, Hindistan kinosu rəqəmsal olaraq dünyada söz sahibidir. O, hətta 1980-ci illərdə gündə 3 film çəkməklə Amerika kinosunu da geridə qoymuşdur. == Yerli prodakşnlar == Hind kinosu müxtəlif yerli prodakşnlar üçün istifadə olunan bir anlayışdır. Bu prodakşnlarda adətən fərqli aktyorlar, mövzular və dillər olur. Bununla belə, fikir mübadiləsi həyata keçirilir. Bu prodakşnlardan ən önəmlisi və dünyada ən məşhuru Bollivuddur. Bundan əlavə, Kollywood, Tollywood və digər yerli prodakşnlar da mövcuddur.
Hindistan kinosu
Hindistan yarımadasında istehsal olunan filmlərə hind kinosu deyilir. Amerika kino istehsalı ilə yanaşı, Hindistan kinosu rəqəmsal olaraq dünyada söz sahibidir. O, hətta 1980-ci illərdə gündə 3 film çəkməklə Amerika kinosunu da geridə qoymuşdur. == Yerli prodakşnlar == Hind kinosu müxtəlif yerli prodakşnlar üçün istifadə olunan bir anlayışdır. Bu prodakşnlarda adətən fərqli aktyorlar, mövzular və dillər olur. Bununla belə, fikir mübadiləsi həyata keçirilir. Bu prodakşnlardan ən önəmlisi və dünyada ən məşhuru Bollivuddur. Bundan əlavə, Kollywood, Tollywood və digər yerli prodakşnlar da mövcuddur.
Gürcüstan–Hindistan münasibətləri
Hindistan–Gürcüstan münasibətləri — Hindistan və Gürcüstan arasındakı ikitərəfli münasibətlər. Gürcüstan Nyu-Dehlidə səfirliyə sahibdir. Hindistanın İrəvanda yerləşən səfirliyi həm də gürcüstanda akreditə olunmuşdur. == Tarixi == Gürcü və hind xalqları arasında əlaqələr hələ qədim zamanlardan mövcud olmuşdur. Bunu gürcü xalq əfsanələrindən görmək mümkündüre. Əsasəndə Pançatantra təsiri böyükdür. Orta əsrlərdə gürcü missionerləri, səyyahları və tacirlərinin Hindistana səfəri məlumdur. Gürcülərin hətta Böyük Moğol İmperiyası saraylarında xidmət etmələri də məlumdur. Udaypuri Bequn Böyük Moğollar imperiyasının imperatoru Sultan Övrəngzebin həyat yoldaşı idi. gürcü kökləreə sahib idi.
Hindistan-Özbəkistan münasibətləri
Hindistan-Özbəkistan münasibətləri — Hindistan Respublikası və Özbəkistan Respublikası arasındakı beynəlxalq münasibətlərdir. Hindistanın Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində səfirliyi, Özbəkistanın isə Hindistan Respublikasının paytaxtı Yeni Dehli şəhərində səfirliyi vardır. == Arxa plan == Hindistan Sovet İttifaqı dövründə Özbəkistan Sovet Sosialist Respublikası ilə sıx əlaqədə idi. Hindistan liderləri tez-tez Daşkənddə və digər özbək şəhərlərində olurdular. Baş nazir Lal Bahadur Şastri Pakistanla Daşkənd bəyanatını imzaladıqdan sonra 1966-cı il yanvarın 11-də Daşkənddə vəfat etdi. 1991-ci ilin avqustunda, SSRİ-nin dağılmasına səbəb olan hadisələr görünəndə Özbəkistan prezidenti İslam Kərimov Hindistana səfər etmişdir. == Siyasi münasibətlər == Hindistanın Daşkənddəki Baş Konsulluğu 7 aprel 1987-ci ildə açılmışdır. Özbəkistan müstəqillik qazandıqdan sonra, 18 mart 1992-ci ildə diplomatik və konsulluq məsələlərinə dair protokol imzalanmışdır. Həmçinin 18 mart 1992-ci ildə Baş konsulluq səfirliyə yüksəldilmişdir. == Tarixi == Hər iki ölkənin Fars, Hind və Buddist imperiyalarının bir hissəsi olan İpək Yolu üzərində bir çox tarixi əlaqələri var.
Hindistan (film, 1959)
Hindistan (it. India Matri Bhumi) 1959-ci ildə Roberto Rossellini tərəfindən çəkilmiş neorealizm dramatik filmdir.
Hindistan 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Hindistan — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Hindistan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 1 idmançı ilə 1 idman növündə təmsil olundu.
Hindistan 2018 Qış Olimpiya Oyunlarında
Hindistan 2018 Qış Olimpiya Oyunlarında — 9 fevral-25 fevral tarixləri arasında Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən 2018 Qış Olimpiya Oyunlarında Hindistan idmancısının iştirakı. Hindistan bu qış olimpiya oyunlarında cəmi 2 iştirakçı ilə təmsil olunur. Ölkə Xizək yarışları və Xizək idmanı olmaqla iki idman növündə yarışır. == Millinin tərkibi == Xizək yarışları (k)Candiş Sindx Xizək idmanı (k)Şiva Keçavan == Yarışmanın nəticələri == ==== Xizək yarışları ==== Yarışma qaydararına görə idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak hüququ əldə edir. İdmançı «A» kateqoriyalı lisenziya əldə etmək məqsədi ilə BXİF reytinqində 100 xal toplamalıdır. Bununla belə hər milli olimpiya komitəsi «B» kateqoriyasını təmin etmiş 1 kişi və 1 qadın idmançı ilə təmsoil oluna bilər. Qadınlar 10 km, kişilər isə 15 km xizək yarışlarında iştirak etmək hüququ əldə edir. Nəticəyə əsasən Hindistan kişilərin «B» kateqoriyalı 15 km-lik xizək yarışlarında Candiş Sindx təmsil edəcəkdir. Kişilər === Xizək idmanı === Olimpiya oyunlarında iştirak etmək üçün 2017/2018 il dünya kubokunda göstərdiyi performans 1 yanvar 2018-ci il reytinqinə əsasən kvota müəyyən edilir. Hindistanı təmsil etmək hüququ Şiva Keçavana məxsusdur.
Hindistan Federativ Respublikası
Hindistan (hind. Bhārat, ing. India) və ya rəsmi adı ilə Hindistan Respublikası (hind Bhārat Gaṇarājya ing. Republic of India) — Cənubi Asiyada yerləşən dövlət. Hindistan qurudan 6 ölkə – Pakistan, Çin, Nepal, Butan, Banqladeş, Myanma, sudan isə Maldiv adaları, Şri-Lanka və İndoneziya ilə həmsərhəddir. Paytaxtı Yeni Dehli, ən böyük şəhəri Mumbay, ümumi sahəsi isə 3,287,263 kvadrat kilometrdir. Ərazisinə görə dünyada yeddinci, əhalisinin sayına görə isə birinci yeri tutur. Hindistan yarımadası Asiya qitəsinin cənubunda yerləşir. == Adın etimologiyası == Hindistan adı qədim fars dilində İndus adından əmələ gəlmişdir. Bu ad keçmişdən Hind çayı və ətrafı üçün istifadə olunan ad olmuşdur.
Hindistan Həmkarlar İttifaqları Mərkəzi
Hindistan Həmkarlar İttifaqları Mərkəzi və ya qısaca HHİM — Hindistanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı. Mərkəzin baş qərargahı Yeni Dehlidə yerləşir. == Tarixi == 1947-1948-ci illərdə Hindistanda 2 aparıcı həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərirdi. Bunlar Hindistan Kommunist Partiyasının nəzarəti altında olan Ümumhind Həmkarlar İttifaqları Konqresi və millətçilərin təşəbbüsü ilə yaradılan Hindistan Milli Həmkarlar İttifaqları Konqresi idi. Göründüyü kimi, hər iki təşkilat müxtəlif siyasi partiyaların himayəsinə və ideologiyasına söykənmişdi. Bu isə işçilərin hüquqlarını qoruyan bir qurum üçün çox da arzuolunan hal deyildi. Məhz bu səbəbdən 1948-ci ildə tam müstəqil fəaliyyət göstərən, heç bir siyasi partiyadan asılılığı olmayan Hindistan Həmkarlar İttifaqları Mərkəzi yaradıldı. Təşkilatın yaranmasını təsdiq edən konqresdə Hindistan Əmək Federasiyası, Hind Mazdoor Paçayat və digər müstəqil həmkarlar ittifaqları iştirak ediblər. Konqresdə 427 təşkilat 600 nəfər nümayəndə ilə təmsil olunurdu. == Fəaliyyəti == Mərkəz əməkçi insanların əmək və sosial hüquqlarının müdafiəsini demokratik prinsiplərə əsaslanmaqla özünun prioritet vəzifəsi hesab edir.
Hindistan Hərbi Dəniz Qüvvələri
Hindistan Hərbi Dəniz Qüvvələri Hindistanı dənizdən gözlənilməsi ehtimal edilən istənilən hücuma qarşı müdafiə etmək vəzifəsini daşıyan hərbi dəniz qüvvəsidir. Hindistan Silahlı Qüvvələrinin komandanlığı altında olan IV ən böyük qüvvədir.
Hindistan Memarlıq Şurası
Hindistan Memarlıq Şurası — Hindistanda memarlıq sahəsi ilə bağlı əsas qurum. == Tarixi == 1972-ci ildə Hindistan Federativ Respublikasının Parlamenti tərəfindən təsis edilmişdir. == Fəaliyyəti == Ölkədəki bütün memarların Memarlıq Şurasında qeydiyyatdan keçməsi nəzərdə tutulur. Memarların qeydiyyatını aparmaqla yanaşı, bu Şura, ekspertlər komitəsi vasitəsilə memarlıq sahəsi üzrə ixtisaslaşmış təhsil müəssisələrində müvafiq standartlara riayət olunmasına da nəzarət edir.
Hindistan Milli Futbol Çempionatı
Hindistan Milli Konqresi
Hindistan Milli Konqresi (ing. Indian National Congress) Hindistanda mövcud olan siyasi partiyalardan biridir. Partiya, 1885-ci ildə Allan Octavian Hume tərəfindən yaradılmışdır. Partiyanın rəhbərliyində 2006-cı ildən etibarən Sonia Gandhi əyləşmişdir. Partiyanın “Congress Sandesh” adlı mətbuat orqanı mövcuddur. Hindistan Gənclik Konqresi (ing. Indian Youth Congress) isə partiyanın gənclik qolu hesab olunur.
Hindistan Premyer Liqası
Indian Premier League (IPL) Hindistanın on şəhərindən yerləşən on komandanın mübarizə apardığı peşəkar kişi kriket liqasıdır. Liqa 2007-ci ildə Hindistanda Kriketə Nəzarət Şurası (BCCI) tərəfindən təsis edilmişdir. IPL dünyanın ən çox iştirak edən kriket liqasıdır və 2014-cü ildə bütün idman liqaları arasında orta tamaşaçı sayına görə altıncı yerdə qərarlaşıb. 2010-cu ildə IPL YouTube -da canlı yayımlanan dünyada ilk idman tədbiri oldu. 2019-cu ildə IPL brendinin dəyəri 6,3 milyard ABŞ dollarına çatıb. IPL turnirinin on dörd mövsümü olub. Cari IPL titulunun sahibləri 2021 mövsümünü qazanan Chennai Super Kings komandasıdır.
Hindistan Qırmızı Xaç Cəmiyyəti
Hindistan Qırmızı Xaç Cəmiyyəti (ing. Indian Red Cross Society, IRCS) — insan həyatını və sağlamlığını qorumaq üçün Hindistanda yerləşən könüllü bir humanitar təşkilatdır. Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının bir hissəsidir və Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının əsas prinsipləri əsasında fəaliyyət göstərir. Cəmiyyətin missiyası fəlakətlərə / fövqəladə hallara və həssas insanların və icmaların sağlamlığına və qayğılarına yardım etməkdir. Hindistanda 700-dən çox filial şəbəkəsi var. Cəmiyyət Qırmızı Xaç emblemini digər beynəlxalq Qırmızı Xaç cəmiyyətləri ilə vahid bir emblem kimi istifadə edir. Könüllülük, 1920-ci ildə qurulduğu gündən etibarən, Hindistan Qırmızı Xaç Cəmiyyətinin əsas diqqət mərkəzində olmuşdur, cəmiyyətin "Gənclik" və "Yeniyetmələr" adlı könüllülük proqramları mövcuddur. Cəmiyyət, Hindistandakı Müqəddəs Con Ambulansı ilə yaxından əlaqələndirilir. == Tarixi == Birinci dünya müharibəsi dövründə Hindistanda yaralanan əsgərlər üçün yardım xidmətləri qurumları, Birgə Müharibə Komitəsinin şöbəsi tərəfindən, Müqəddəs Con Ambulans Assosiasiyası ilə Britaniya Qırmızı Xaç Cəmiyyəti arasında əməkdaşlıq etdi. 3 mart 1920-ci ildə Sir Klod Hill tərəfindən Hindistan Qanunvericilik Şurasına Britaniya Qırmızı Xaç Cəmiyyətindən müstəqil olaraq fəaliyyət göstərən Hindistan Qırmızı Xaç Cəmiyyəti yaratmaq üçün bir layihə təqdim edildi.
Hindistan Silahlı Qüvvələri
Hindistan Silahlı Qüvvələri (Hindi (in IAST): Bhāratīya Saśastra Senāeṃ) Bu üç peşəkar güc strukturlarının ibarətdir: Hindistan Ordusu, Hindistan Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri.Bundan əlavə, Hindistan Silahlı Qüvvələri Hindistan Sahil Mühafizəsi və Paramilitariya Təşkilatları tərəfindən dəstəklənir
Hindistan Xalq Partiyası
Hindistan adi susüpürəni

Digər lüğətlərdə