hob

s. heben
Hitzschlag
Hobby
OBASTAN VİKİ
Hoba meteoriti
Hoba (ing. Hoba) dünyada tapılmış ən ağır meteoritdi (çəkisi 60 tondan çoxdu). O, Afrikanın cənub-qərbində Namibiyada "Hoba West" fermasında saxlanılır, həmçinin meteorit elə bu əraziyə düşmüşdü. Bu meteorit Yer üzündə ən böyük təbii mənşəli dəmir parçasıdır. 66 tonn ağırlığında və 9 m³ həcmində olan bu dəmir meteorit hələ ibtidai zamanlarda planetə düşüb. Onu 1920-ci ildə Namibiyanın Qrotfonteyn şəhərində tapmışdılar. Hoba adını elə aşkar olunduğu "Hoba West" fermasına görə aldı. Onu tapan fermerin sözlərinə görə, o, bu meteoritə sahəni şümlayanda rast gəlmişdir. Meteorit təxmini 80 min il öncə Yer üzünə düşmüşdü. Nə zərbə kraterinin, nə də başqa düşmə izləri olmadığından, bu meteoritin tapılması sırf təsadüf nəticəsində baş verib.
Hobart
Hobart — Avstraliyanın Tasmaniya adasının ən böyük şəhəri və paytaxtı. Dervent çayının və Vellinqton dağının (1270 m) yaxınlığındadır. Hobart şəhərində ilk yaşayış məntəqəsi Risdon körfəzində qurulmuşdur. YYaşayış məntəqəsi daim fransızlarla ingilislər arasında mübahisə yaratmışdır. 20 fevral 1804-cü ildə yaşayış məntəqələri daha uyğun olan Sullivan körfəzinə köçürülmüşdür. Yaşayış məntəqəsi uzun müddət buranı idarə edən Lord Hobartın adı ilə Hobart Taun və Hobarton adlandırılmışdır. Buranın əsl sakinləri yerli Mouhenener qəbiləsi olmuşdur. Uzun müharibələrdən sonra aboregenlərin sayı kəskin azalmışdır. Çarlz Darvin 1836-cı ilin fevralında bu şəhərdə olmuşdur. Hobar Darvent çayının yaxınlığında yerləşir.
Hobart Bey (Alyaska)
Hobart Bey — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatına məxsus yaşayış məntəqələrindən biridir. ABŞ siyahıyaalma bürosunun 2010-cu il məlumatına əsasən yaşayış məntəqəsində 1 nəfər sakin yaşayır. Yaşayış məntəqəsi 1889-cu ildə Hobart Bey olaraq adlandırılıb. Əhalisi son illərdə azalmağa doğru gedir. Hobart bey yaxınlığında Hunah-Angun Census bölgəsinin olduqca əhəmiyyətli bir hissəsi və iqtisadi mərkəzi sayılan Pitersburq şəhəri yerləşir. ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, yaşayış məntəqəsinin ümumi sahəsi 336 km² təşkil edir ki, bunun 304 km²-i quru sahəni, 32 km² isə su sahəsindən ibarətdir. Ümumi sahənin 9.54% hissəsi sudan ibarətdir. ABŞ Siyahıyaalma Bürosunun məlumatına əsasən 2000-ci ildə burada 3 nəfər sakin iki yaşayış evində yaşayırdı. Sakinlərdən biri ağdərili, digəri isə yerli amerikan idi. Əhali sıxlığı 0/km² olan bu yaşayış məntəqəsində 0.1/km² ortalama sıxlığda yeddi mənzil yerləşirdi.
Hobbi
Hobbi — insanın könüllü surətdə, məcbur edilmədən məşğul olduğu və böyük zövq aldığı fəaliyyəti. Hobbi insanın çox vaxt özünü tanımasına köməkçi olur. Aparılan bir çox araşdırmalar bədbəxt insanların 38%-nin heç bir hobbisinin olmadığını üzə çıxarmışdır. Hər hansı bir əşya — məsələn, marka, müasir dünya ölkələrinin və ya dövriyyədən çıxmış pul əskinasları, rəsm əsərləri və s. — yığmaq (kolleksiyaçılıq) da hobbidir. Hörgü, naxış, taxta oyma kimi əl bacarığı tələb edən işlər də hobbi ola bilər İdmanla məşğul olmaq, səyahətə çıxmaq, bağ-bağçaya qulluq etmək, heyvan bəsləmək də hobbi sayılır. Eyni hobbisi olanlar bəzən müəyyən dərnək və ya klublarda bir araya gəlirlər. Hobbi sayəsində maddi gəlir əldə etmək də mümkündür. Kolleksiyaçılar öz kolleksiyalarındakı bəzi nümunələri dəyişməklə və ya satmaqla gəlir əldə edə bilərlər 16-cı əsrdə "hobbi" termini "kiçik at və pony" mənasını daşıyırdı. "Hobbi atı" termini 1557-ci ildə İngiltərənin Redinq şəhərindən olan "Hobbi atı" üçün ödənişin təsdiqi zamanı sənədləşdirilmişdir.
Hobbit
Hobbit və ya Oraya və Geriyə (ing. The Hobbit, or There and Back Again) - ingilis yazıçısı Con Tolkin tərəfindən fentezi janrında yazılmış povestdir və 1937-ci ildə nəşr olunmuşdur. Faktiki olaraq, “Üzüklərin hökmdarı” romanı bu kitabın ardıdır. Bir çox digər məşhur nağıl əsərləri kimi, "Hobbiti" də Con Tolkin uşaqları kiçik olanda onlar üçün qoşurdu. Yeni nağılı onların o qədər xoşuna gəlmişdi ki, o hətta öz uşaqları ilə bir yerdə öz uydurduqları dünyanın şəkillərini, xəritəsini də çəkirdi. Lakin, hekayə yarımçıq qaldı və Tolkin sadəcə əlyazmasının bir nüsxəsini çap etmişdi. Həmin nüsxəni o, hərdən dostlarına oxuması üçün verirdi. Tolkinin tələbələrindən biri bir gün "Allen & Unwin" nəşriyyat evinin redaktoru Süzanna Daqnellə söhbət edərkən, kitabın möhtəşəmliyindən ona danışır. Süzen öz növbəsində kitabı oxuyur və müəllifə məktubla müraciət edir ki, o, əsərin süjetini yekunlaşdırsın. Lakin, nəşriyyat evinin direktoru Stenli Anuin kitabın uğur qazanacağına o qədər də əmin deyildi.
Hobbit: Beş ordunun döyüşü (film, 2014)
Hobbit: Beş ordunun döyüşü (film, 2014) — Piter Ceksonun filmi.
Hobbit: Gözlənilməz səyahət (film, 2012)
Hobbit: Gözlənilməz səyahət — 2012-ci ildə rejissor Piter Cekronun çəkdiyi fantakstik janrda film. Film Hobbit film seriyasının ilk filmidir. Üzüklərin Hökmüdarı film seriyasının ilk filmi hesab olunur. Film 1937-ci ildə Con Tolkinin qələmə aldığı "Hobbit" əsəri əsasında çəkilmişdir. 111-ci doğum gününü qeyd etməyə hazırlaşan Bilbo Beqqins, 60 il öncəki hadisələri kitab halında qardaşı oğlu Frodo Beqqins üçün yazmağa başlayır. Uzun illər öncə, Dağ altı və Cırtdanlar kralı Kral Tror, Əjdaha Smauqun dağ altına hücum etdiyi zamana qədər xalqına və qohumlarına rifah dolu dövr yaşadır. Əjdaha Smauq əvvəlcə yaxınlıqda yerləşən Deyl şəhərini məhv edir. Daha sonra isə Tək Dağa, hücum edərək, cırtdan krallığını məhv edir. Cırtdanları öz yurdlarından qovur və onların sərvətinə hakim olur. Cırtdanlar qaçarkən Kral Trorun nəvəsi Torin, dağın təpəsində Elf Kralı Tranduili elf ordusu ilə birgə görür və onlardan kömək istəyir.
Hobbit: Smauqun xarabalığı (film, 2013)
Hobbit: Smauqun xarabalığı (ing. The Hobbit: The Desolation of Smaug) — rejissor Piter Ceksonun çəkdiyi "Hobbit" kinotrilogiyasının ikinci hissəsi, yazıçı Con Tolkinin "Hobbit, və ya oraya və geriyə" nağıl hekayəsinin ekranlaşdırılmasıdır. Bu film, Gözlənilməz səyahət kimi saniyədə 48 kadr sürətlə RED Epic yüksək dəqiqlikli kameralarla çəkilib. Film cadugər Qandalf və Torin Palıd-sipər arasında Bri kəndindəki "Çapan Poni" mehmanxanasında görüşü ilə başlayır. Torin və onun dəstəsi əvvəlki filmdə baş verən hadisələrdən sonra Murdarlayan Azoq və onun orkları tərəfindən təqib edilir. Qandalf onları yaxınlıqdakı qulyabanı Beornun evinə aparır. Eyni zamanda, qnomlar, hobbit və cadugər ayı cismində Beornun özündən möcüzəvi şəkildə canlarını qurtarır. Gecə Nekromant Azoqu Dol Quldura çağırır və ona müharibə üçün qoşun toplamaq əmri verir. Buna görədə Azoq Torinin ovunu oğlu Bolqa tapşırır. Ertəsi gün Beornla Qandalf Bilbo və qnomlar tanış olurlar və səhər yeməyi zamanı Beorn onlara Moria orkları ilə Dol Quldurun qaranlıq qüvvələri arasında bağlanmış birlikdən danışır.
Hobs və Şou (film, 2019)
Forsaj: Hobs və Şou (ing. Fast & Furious Presents: Hobbs & Shaw) — Dueyn Conson, Ceyson Stethem, İdris Elba, Vanessa Kirbi və Helen Mirrenin baş rollarda oynadığı, Devid Leitçin rejissorluğu və Kris Morqan tərəfindən yazılmış, döyüş, komediya və macəra janrında 2019-cu il Amerika spin-off filmi. Bu seriyada Luk Hobbs və Dekard Şou obrazları üçün spin-off filminin çəkilməsinə qərar verildi. Baş rollarda Dueyn Conson və Ceyson Stethem, Dekard Şoun bacısını canlandıran Vanessa Kirbi isə "Hettie Şou" rolunu oynayır. İdris Elba isə cani obrazı canlandırır. Qanunsuz bir fərari olan Dekard Şou, sadiq qanunçu Luk Hobbsa sui-qəsd cəhdinə görə həbs edilir. Sonra bir yerdə vəzifə götürürlər. Onlar Brikston Lore adlı yaramazı dayandırmaq üçün birləşirlər və bunu qəbul etmələri onları çətinliyə salsa belə, bir-birlərinə hörmət edirlər. Bir-birlərinə güvənməsələr də, təəssüf ki, bəşəriyyəti əbədi olaraq dəyişdirə biləcək bioloji təhlükəni dayandırmaq üçün birlikdə işləməkdən başqa seçimləri yoxdur. Forsaj: Hobs və Şou — Internet Movie Database saytında.
Hobson seçimi
Hobson seçimi — yalnız bir təklifin verildiyi azad seçimdir. İnsan ona verilən təklifi rədd etmək bacarığına malik olduğundan cari vəziyyətdə iki seçim mövcuddur: Hər iki halda qəbul etmək. Hər iki halda rədd etmək. İfadə Kembricdə mehtər kimi fəaliyyət göstərən Tomas Hobsonun soyadından törəyib. Belə ki, o, öz müştərilərinə alış zamanı tövləsindəki qapıya ən yaxın olan atı seçməyi və ya ümumiyyətlə heç birini götürməmək təklifini irəli sürüb. Kembric Bələdiyyə binasına bağışlanan rəsm portretinin altındakı yazıya əsasən Hobsonun 40 atdan ibarət geniş tövləsi mövcud olub. Bu, içəri daxil olan müştərilərdə bir neçə şanslarının olduğu təsəvvürünü yaradıb, halbuki əslində alıcıların sadəcə bir seçim şansı var idi: Hobson müştərilərdən qapıya ən yaxın olan atı seçməyi tələb edirdi. Bu vasitə ilə ən yaxşı atların daha çox seçilməsinin və nəticədə həddən artıq istifadəsinin qarşısı alınırdı. Hobsona məxsus tövlənin yerləşdiyi ərazi hal-hazırda Müqəddəs Katerina Kolleci tərəfindən özəlləşdirilib. Henri Ford, həmçinin müştərilərinə Ford T Model avtomobilini eyni məşhur sitatla təqdim etdi : "Qara rəngdə olduğu müddətcə istənilən müştəri istənilən rəngdə avtomobilə sahib ola bilər." Əslində, ilk günlərdə avtomobillər müxtəlif rənglərdə təklif olunurdu.
Miranda Hobbs
Miranda Hobbs — Kendis Buşnellin “Böyük şəhərdə seks” romanının, eyni zamanda HBO telekanalının həmin roman əsasında çəkdiyi “Böyük şəhərdə seks” serialı, “Böyük şəhərdə seks”, “Böyük şəhərdə seks 2” filmlərinin əsas qəhrəmanlarından biridir. Filmlərdə və serialda Miranda obrazı aktrisa Sintiya Nikson tərəfindən canlandırılmışdır. Nikson bu roluna görə Emmi mükafatı və Ekran Aktyorları Gildiyası Mükafatına layiq görülmüşdür. Miranda Hobbs yalnız karyerası haqqında düşünən, kişilərə və onlarla münasibətə rişxəndlə yanaşan bir hüquqşünasdır. 1990-cı ildə Filadelfiyada Harvard Universitetinin hüquq fakultəsinin məzunu olduqdan sonra o, Kerrinin gevənilən dostu və vicdan səsi olub. Serialın erkən mövsümlərində o, insanlara güvənməyən, kişi xasiyyətli və tez inciyən biri kimi təsvir olunsa da, illər ərzində bu obraz tədricən dəyişir, xüsusilə hamilə qaldıqdan sonra bu daha çox hiss olunur və sonda o, Stiv Bredi ilə evlənir. Oğlu Bredi Hobbsun doğulması onun üçün yeni problemlərin meydana çıxmasına səbəb olur, işgüzar Miranda diqqətini istədiyi kimi işinə yönəldə bilmir, lakin bir müddət sonra işi ilə ailəsi arasında balans yarada bilir. Dörd rəfiqə arasında Miranda şəxsi evə malik olan ilk qadın olur (onun uğurunun göstəricisidir), lakin, serialın son mövsümündə genişlənən ailəsi üçün daha rahat şərait yaratmaq üçün Bruklin taunhausa köçür. Böyük şəhərdə seks filmində Miranda artıq Stivlə evlidir və beş yaşlı oğlu Bredi ilə birgə Bruklindəki evlərində yaşayırlar. Ailə hələ də Maqdanı xidmət üçün yanında saxlayır.
Psychotria hobdyi
Psychotria hobdyi (lat. Psychotria hobdyi) — boyaqotukimilər fəsiləsinin psixotriya cinsinə aid bitki növü.
Qarret Hobart
Qarret Hobart — ABŞ-lı siyasətçi. Amerika Birləşmiş Ştatlarının 24-cü vitse-prezidenti.
Tomas Hobbs
Tomas Hobbs (ing. Thomas Hobbes; 5 aprel 1588[…] – 4 dekabr 1679[…]) — məşhur ingilis filosofu və siyasi mütəfəkkiri, müasir siyasi fəlsəfənin banilərindən biri. XVII əsr İngiltərəsində dramatik hadisələrin fəal iştirakçılarından olmuşdur. Monarxist olan Hobbs parlament tərəfdarlarından canını qurtararaq Fransaya mühacirət edib orada gənc II Karlın (edam edilmiş I Karlın oğlu) tərbiyəçisi olur. O, 1651-ci ildə vətənə qayıdır və Kromvelin respublikaçı hökuməti ilə barışır. Hobbs özünün başlıca əsərlərində (Fəlsəfənin əsaslar (1642); Leviafan (1651); Begemot (1668)) İctimai müqavilənin yeni nəzəriyyəsini irəli sürür. Bu yeni nəzəriyyə onun rədd etdiyi İngiltərə inqilabı hadisələrinin təhlili nəticəsində meydana gəlmişdi. Hobbsun həll etməyə çalışdığı başlıca məsələ vətəndaş iğtişaşlarının səbəbi və onların qarşısının alınmasından ibarət idi. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. O, dövlət və siyasi hakimiyyəti problemlərini "Leviafan, və ya Materiya, kilsə və vətəndaş dövlətinin forma və hakimiyyəti" adlı əsərində araşdırmışdır.
İyuliana Hobinku
İyuliana Hobinku (29 may 1954) — 1976-cı il Olimpiya oyunlarında iştirak edən Rumuniyalı həndbollçudur. O, Olimpiya oyunlarını 4 cü tamamlayan Rumuniya Həndboll Yığmasının üzvü idi.O üç oyunda üç qol ilə fərqlənib.
Forsaj: Hobs və Şou (film, 2019)
Rene Hobua
uydurma aktyor. Georgi Daneliyanın rejissoru olduğu demək olar ki, bütün filmlərdə ənənəvi olaraq “epizodlar” bölməsindəki kreditlərdə qeyd olunan gürcü inşaatçıdır, baxmayaraq ki, nə o, nə də bu adda başqa aktyor bu filmlərdə heç vaxt çəkilməyib. Georgi Daneliya Rezo Qabriadze ilə birlikdə “Не Горюй!” filminin ssenarisi üzərində işləyib. Tiflisdəki mehmanxanaların birində Gürcüstanın paytaxtına ezamiyyətlə gəlmiş Zuqdidi şəhərindən inşaatçı Rene Hobua ilə rastlaşırlar.
Forsaj: Hobs və Şou
Forsaj: Hobs və Şou (ing. Fast & Furious Presents: Hobbs & Shaw) — Dueyn Conson, Ceyson Stethem, İdris Elba, Vanessa Kirbi və Helen Mirrenin baş rollarda oynadığı, Devid Leitçin rejissorluğu və Kris Morqan tərəfindən yazılmış, döyüş, komediya və macəra janrında 2019-cu il Amerika spin-off filmi. Bu seriyada Luk Hobbs və Dekard Şou obrazları üçün spin-off filminin çəkilməsinə qərar verildi. Baş rollarda Dueyn Conson və Ceyson Stethem, Dekard Şoun bacısını canlandıran Vanessa Kirbi isə "Hettie Şou" rolunu oynayır. İdris Elba isə cani obrazı canlandırır. Qanunsuz bir fərari olan Dekard Şou, sadiq qanunçu Luk Hobbsa sui-qəsd cəhdinə görə həbs edilir. Sonra bir yerdə vəzifə götürürlər. Onlar Brikston Lore adlı yaramazı dayandırmaq üçün birləşirlər və bunu qəbul etmələri onları çətinliyə salsa belə, bir-birlərinə hörmət edirlər. Bir-birlərinə güvənməsələr də, təəssüf ki, bəşəriyyəti əbədi olaraq dəyişdirə biləcək bioloji təhlükəni dayandırmaq üçün birlikdə işləməkdən başqa seçimləri yoxdur. Forsaj: Hobs və Şou — Internet Movie Database saytında.
Hobbit: Beş ordunun döyüşü
Hobbit: Beş ordunun döyüşü (film, 2014) — Piter Ceksonun filmi.
Hoboken (Nyu-Cersi)
Hoboken — ABŞ-nin Nyu-Cersi ştatının Hadson dairəsində yerləşən şəhər.
Hobbilər
Hobbi — insanın könüllü surətdə, məcbur edilmədən məşğul olduğu və böyük zövq aldığı fəaliyyəti. Hobbi insanın çox vaxt özünü tanımasına köməkçi olur. Aparılan bir çox araşdırmalar bədbəxt insanların 38%-nin heç bir hobbisinin olmadığını üzə çıxarmışdır. Hər hansı bir əşya — məsələn, marka, müasir dünya ölkələrinin və ya dövriyyədən çıxmış pul əskinasları, rəsm əsərləri və s. — yığmaq (kolleksiyaçılıq) da hobbidir. Hörgü, naxış, taxta oyma kimi əl bacarığı tələb edən işlər də hobbi ola bilər İdmanla məşğul olmaq, səyahətə çıxmaq, bağ-bağçaya qulluq etmək, heyvan bəsləmək də hobbi sayılır. Eyni hobbisi olanlar bəzən müəyyən dərnək və ya klublarda bir araya gəlirlər. Hobbi sayəsində maddi gəlir əldə etmək də mümkündür. Kolleksiyaçılar öz kolleksiyalarındakı bəzi nümunələri dəyişməklə və ya satmaqla gəlir əldə edə bilərlər 16-cı əsrdə "hobbi" termini "kiçik at və pony" mənasını daşıyırdı. "Hobbi atı" termini 1557-ci ildə İngiltərənin Redinq şəhərindən olan "Hobbi atı" üçün ödənişin təsdiqi zamanı sənədləşdirilmişdir.
Leviafan (Hobbs)
Leviafan, yaxud materiya, kilsə və vətəndaş dövlətinin forma və hakimiyyəti, ya da qısaca Leviafan — ingilis filosofu Tomas Hobbsun dövlət problemlərinə həsr olunmuş əsəri. Kitabın adı İncildə adı çəkilən Leviafan adlı bir məxluqdan ilhamlanıbdır. Əsər cəmiyyətin strukturu və qanuni hökumətdən bəhs edir və sosial müqavilə nəzəriyyəsinin ən erkən və ən təsirli nümunələrindən biri kimi görünür. Leviafan qərb fəlsəfəsinin klassik əsərlərindən biridir, və onu Makiavellinin dövlət idarəçiliyi sahəsində “Hökmdar” əsəri ilə müqayisə etmək olar. İngiltərə burjua inqilabı (1642-1651) zamanı yazılmış bu əsər sosial müqavilə və mütləq suverenitet qurulmasının vacibliyi barəsində yazır. Hobbs yazırdı ki, vətəndaş müharibəsi və təbiət vəziyyətinin qəddarlığından ("hamının hamıya qarşı müharibəsi") ancaq güclü, bölünməz hökumətin yaranmasıyla qarşısını almaq olar. Hobbsun traktatının adı Əyyubun kitabında qeyd olunan Leviafana eyham vurur. Con Lokkun “Dövlətin iki traktatı” və ya Hobbsun özünün “Hüququn elementləri” kimi erkən müasir siyasi fəlsəfə əsərlərində verilən bəsit informativ adlardan fərqli olaraq, Hobbs bu traktatı üçün daha poetik ad seçdi. Parisli Abraham Bosse Tomas Hobbs ilə uzun müzakirələrdən sonra kitabın məşhur üz qabığı üçün Bossenin özü tərəfindən hazırlanmış "géometrique" üslubunda oyma örtük dizaynı hazırladı. Üz qabığının dizaynı baxımından Jan Matheusun Hobbsun "De Cive (1642)" əsərinə hazırladığı üz qapağına bənzəyir.
Percy Hobart
Persi Hobart və ya Sir Percy Cleghorn Stanley Hobart (14 iyun 1885[…], Naynital[d], Britaniya Hindistanı – 19 fevral 1957[…], Farnem[d], Surrey) - İngilis mühəndisi və tank zabitidir. O, İkinci Dünya Müharibəsi zamanı Böyük Britaniyanın 79-cu Zirehli Diviziyasına komandanlıq etmişdir. Xüsusilədə Müasir Zirehli Müharibələr ilə bağlı olan nəzəriyyələri ilə tanınır. Tankların döyüş meydanlarında ilk dəfə olaraq müvəffəqiyyətlə istifadə edildiyi ilk döyüş olan Kembray döyüşündə tankların hərəkətini planlaşdırmışdır. O, məşhur komandir Bernard Montqomerinin qaynıdır.
Persi Hobart
Persi Hobart və ya Sir Percy Cleghorn Stanley Hobart (14 iyun 1885[…], Naynital[d], Britaniya Hindistanı – 19 fevral 1957[…], Farnem[d], Surrey) - İngilis mühəndisi və tank zabitidir. O, İkinci Dünya Müharibəsi zamanı Böyük Britaniyanın 79-cu Zirehli Diviziyasına komandanlıq etmişdir. Xüsusilədə Müasir Zirehli Müharibələr ilə bağlı olan nəzəriyyələri ilə tanınır. Tankların döyüş meydanlarında ilk dəfə olaraq müvəffəqiyyətlə istifadə edildiyi ilk döyüş olan Kembray döyüşündə tankların hərəkətini planlaşdırmışdır. O, məşhur komandir Bernard Montqomerinin qaynıdır.
Hobbitlər
Hobbitlər (ing. Hobbits ) — Con R. R. Tolkinin əsərlərində uydurma humanoid irqi, Orta Dünyanın görünməz və qədim xalqlarından biri. Hobbitlər "Üzüklərin hökmdarı" romanının və "Hobbit və ya oraya və geriyə" hekayəsinin əsas personajlarıdır. Oksford ingilis dili lüğətinə əlavəni tərtib edərkən Tolkindən lüğət girişini yazmağa kömək etməsi istənmişdi. Yazıçı belə bir tərif təklif etmişdir ki, ona görə hobbit "uydurma xalqın, qısa bir humanoid irqinin nümayəndəsi" olaraq verilsin. Hobbitlər, insanlar kimi, ortaq bir dildə və ya vestron dilində danışırdılar, lakin onların bəziləri, Bilbo və Frodo Beqgins kimi ən savadlıları, sindarin kimi digər dilləri bilirdilər.

Digər lüğətlərdə