həlməl

həlməl
həllolunmuş 2021
həlməşik
OBASTAN VİKİ
Həlməl
Həlməl (lat. Zygophyllum) — bitkilər aləminin həlməlçiçəklilər dəstəsinin həlməlkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Hündürlüyü 40-60 (bəzən 80) sm olan çoxillik ot bitkisidir. Gövdələri yuxarı qalxdıqca dibi adətən odunlaşır. Tərs yumurtavari iki yarpaqcıqdan ibarət 1.5-3 sm uzunluqda, ətli, qeyri-bərabəryanlı yarpaqları qarşılıqlıdır. Çiçəklərinin acımtıl, aşağısı isə narıncı rəngdə olan ləçəkləri tərs yumurtaşəkillidir. Ətli, uzunluğu 15–40 mm, eni 3–5 mm olan uzunsov yuvarlaq beştərəfli prizma formalı qutucuqları qanadsız, çoxtoxumludur. Boz-mixəyi rəngli, uzunluğu 4–5 mm, eni 2.5-3.5 mm romba bənzər və ya oval formalı toxumları bozumtul, nahamar qabıqla örtülmüşdür. Aprel-iyun aylarında çiçəkləyir, iyul-oktyabr aylarında meyvə verir. == Mənşəyi və yayılması == Adi həlməl kserofil coğrafi tipinin aralıq dənizi sinfinin aralıq dənizi-iran-turan qrupuna aiddir.
Adi həlməl
Sirkanvari həlməl
Sirkanvari həlməl (lat. Zygophyllum atriplicoides) — bitkilər aləminin həlməlçiçəklilər dəstəsinin həlməlkimilər fəsiləsinin həlməl cinsinə aid bitki növü. Azərbaycan, Оrta Аsiya (Tyan-Şan, Pamir-Alay Kopetdağ), İran və Ermənistanda təbii arealları vardır. Naxçıvan düzənliyində, aşağı dağ qurşağından orta dağ qurşağına qədər olan sahələrdə yayılmışdır. Аzərbaycanın nadir, relikt bitki növüdür. VU A2c+3c. Naxçıvan MR-nın quru daşlı olan ərazilərində rast gəlinir. Azərbaycanda arealı geniş deyildir. Təbiətdə 80-100 sm hündürlüyündə dağınıq budaqlı, qabığı ağımtıl-boz rəngdə olan kolcuqdur. İkievli bitkidir.
Sirkаnvаri həlməl
Həlməlkimilər
Həlməlkimilər (lat. Zygophyllaceae) — bitkilər aləminin həlməlçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Həlməlçiçəklilər
Həlməlçiçəklilər (lat. Zygophyllales) — bitkilər aləminə aid bitki dəstəsi.