həlak
həll etmək
OBASTAN VİKİ
Hələb
Hələb (ərəb. حلب‎‎ ḥalab; q.yun. Βέροια Béroia; yun. Χαλέπι Chalépi; osman. حلب haleb; türk. Halep; ing. Aleppo) — Suriya Ərəb Respublikasının şimal-qərbində yerləşən şəhər. Hələb vilayətinin mərkəzi sayılan bu şəhər həm də Suriyanın əhali baxımından ən böyük şəhəridir. Ümumi ərazisi 16,000 km² olan Hələbdə 4,393,000 əhali yaşayır. Hələb dünyanın ən qədim insan məskənlərindən biridir.
Hələb (İcrud)
Hələb - İranın Zəncan ostanının İcrud şəhristanının Hələb bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 829 nəfər və ya 218 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Hələb Beynəlxalq Stadionu
Hələb Beynəlxalq Stadionu (ərəb. ملعب حلب الدولي‎) — Olimpik bir standartlara uyğun, çoxlu imkanlara malik, tamamilə üstü bağlı olan və Hələb şəhərindəki stadiondur. Suriyanın ən böyük stadionudur və hal-hazırda əksər futbol oyunları üçün istifadə edilir. Əl-ittihad Hələb klubu öz ev oyunlarını bu stadionda keçirir. Eyni zamanda Suriya Milli futbol komandasının bəzən ev sahibliyi etdiyi stadiondur. Stadion 2007-ci ildə açılmışdır və 75000 tamaşaçı tutumuna malikdir. Stadion Hələbin cənub bölgəsində, Əl-Həmədani İdman Şəhərciyinin yaxınlığında yerləşmişdir. == Tarixi == Stadiounun inşasına Polşalı inşaatçı-memar Stanislav Kus ilə memar Fevzi Xəlifənin köməyi ilə dizaynlara əsaslanaraq 1980-ci ildə başlanılmışdır. Aralıq Dənizi oyunları üçün 1987-ci ildə inşasının başa çatması planlaşdırılırdı. Suriya hökumətinin səlahiyyətliləri bütün çətinliklərin öhdəsindən gəlmək üçün ciddi bir proqramı tətbiq etdi, ancaq tikinti müddəti 2003-ci ilə qədər dayandı və maliyyə çətinliklər səbəbiylə 2 il gecikdi.
Hələb Universiteti
Hələb Universiteti (ərəb. جامعة حلب‎ Camiʿət Ḥələb) — Suriyanın Hələb şəhərində dövlət universiteti, əsası 1958-ci ildə qoyulub.
Hələb mühafazası
Hələb mühafəzəsi (ərəb. مُحافظة حلب‎: Muhāfazat Halab) - Suriyanın 14 mühafəzəsindən biridir. == Coğrafiyası == Mühafəzənin ərazisi 18,482 km², inzibati mərkəzi Hələb şəhəridir. == Əhalisi == 2011-ci ilin dekabrın 31-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 4,868,000 nəfərdir. Mühafaza ərazisində 350 türkmən kəndi vardır.
Hələb mühafazlığı
Hələb mühafəzəsi (ərəb. مُحافظة حلب‎: Muhāfazat Halab) - Suriyanın 14 mühafəzəsindən biridir. == Coğrafiyası == Mühafəzənin ərazisi 18,482 km², inzibati mərkəzi Hələb şəhəridir. == Əhalisi == 2011-ci ilin dekabrın 31-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 4,868,000 nəfərdir. Mühafaza ərazisində 350 türkmən kəndi vardır.
Hələb mühafəzəsi
Hələb mühafəzəsi (ərəb. مُحافظة حلب‎: Muhāfazat Halab) - Suriyanın 14 mühafəzəsindən biridir. == Coğrafiyası == Mühafəzənin ərazisi 18,482 km², inzibati mərkəzi Hələb şəhəridir. == Əhalisi == 2011-ci ilin dekabrın 31-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 4,868,000 nəfərdir. Mühafaza ərazisində 350 türkmən kəndi vardır.
Hələb qalası
Hələb qalası (ərəb. قلعة حلب‎‎) — Suriyanın Hələb şəhərində, möhkəmləndirilmiş böyük orta əsr sarayı. Dünyanın ən qədim və ən böyük qalalarından biri sayılır. Qala təpəsinin istifadəsi e.ə.3000-cü illərə əsaslanır. Sonradan Yunan, Bizans, Əyyubi, Məmlük və Osmanlı mədəniyyətləri tərəfindən zəbt edilmişdir. Tikilinin çoxu Əyyubi dövrünə əsaslandığı güman edilir. 2000-ci illərdə Aga Khan Trust for Culture ilə Aleppo Archeological Society tərəfindən hərtərəfli bərpa işi aparılmışdır. Şəhərə hakim olan qala, 1986-cı ildən YUNESKO-nun Dünya İrs Siyahısındadır.
Hələb sabunu
Hələb sabunu — əldəqayırma, sərt sabun qəlibidir ki, zeytun yağı və kül suyundan Suriyanın Hələb şəhərində hazırlanır. Hələb sabunu, zeytun və dəfnə ağaclarının meyvələrindən əldə edilən təbii yağlayardan hazırlanır və bioloji olaraq parçalanabilir.
Hələb vilayəti
Hələb vilayəti — Osmanlı İmperiyası tərkibində, 1864–1918–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Hələb şəhəri idi.
Hələb çınqılotu
Hələb çınqılotu (lat. Geum aleppicum) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü. == Yayılması == Orta Asiyada, Şimali Amerikada Rusiyanın Avropa hissəsində, Sibirdə, Uzaq Şərqdə yayılmışdır. == Sinonimləri == Geum aleppicum var. bipinnatum (Batalin) Hand.-Mazz. Geum aleppicum var. glabricaule (Juz.) Vorosch. Geum aleppicum subsp. strictum (Sol.) R.T.Clausen Geum aleppicum var. strictum (Sol.) Fernald Geum besserianum Fisch.
Hələb şamı
Pinus halepensis (lat. Pinus halepensis) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. == Yayılması == Aralıq dənizi ölkələri, İspaniya, Fransa, Almaniya, o cümlədən Şimali Afrika, Suriya, Fələstində yabanı halda bitir. Hündürlüyü 25 m-ə, diametri 50 sm-ə çatan, düz və ya əyrigövdəli ağacdır. Cavan ağacların çətiri sıx, oval-konusvarı və ya piramidaldır. Budaqları uzun elastik, iynəyarpaqlarla örtülmüşdür, zoğları nazikdir, tumurcuqların uzunluğu 5–10 mm-ə çatır. İynəyarpaqları cüt-cüt yerləşir, yumşaq və nazikdir, cavan iynəyarpaqlar açıq-yaşıl, yaşlı iynəyarpaqlar isə tünd yaşıl olub, kənarları hamar, ucları sivriləşmişdir. Yarpaq qını 5–8 mm uzunluqdadır. Qozaları meyvə saplaqlarından asılı halda yerləşir. 2-6 ədədi bir yerdə və ya tək-təkdir.
Hələb əmirliyi
Hələb (ərəb. حلب‎‎ ḥalab; q.yun. Βέροια Béroia; yun. Χαλέπι Chalépi; osman. حلب haleb; türk. Halep; ing. Aleppo) — Suriya Ərəb Respublikasının şimal-qərbində yerləşən şəhər. Hələb vilayətinin mərkəzi sayılan bu şəhər həm də Suriyanın əhali baxımından ən böyük şəhəridir. Ümumi ərazisi 16,000 km² olan Hələbdə 4,393,000 əhali yaşayır. Hələb dünyanın ən qədim insan məskənlərindən biridir.
Hələb əyaləti
Hələb əyaləti — Osmanlı imperiyasının əyalətlərindən biri.
Hələbcə
Hələbcə — İraqın Süleymaniyyə mühafəzəsində şəhər. Əhalisi 300,000 nəfərdir. Qədim şəhərdir. 1650-cı ildən tanınır.
Hələbcə mühafəzəsi
Hələbcə mühafəzəsi — İraq Respublikasında inzibati-ərazi vahidi. Sahəsi 888.915 km², əhalisi 1997–ci il siyahıya almasına əsasən 110.000 nəfərdir. Hələbcə mühafəzəsinin inzibati mərkəzi Hələbcə şəhəridir.
Hələbcə şəhərinə zəhərli qaz hücumu
Hələbcə qətliamı — İran-İraq müharibəsi zamanı İrana dəstək verən kürdləri cəzalandırmaq məqsədilə İraq lideri Səddam Hüseynin əmrilə İraqın şimalında kürdlərin yaşadığı Hələbcə şəhərinin əhalisinə qarşı 1988-ci il 16-17 mart tarixlərində həyata keçirilmiş kimyəvi silah hücumu. Hücum zamanı iprit, zarin, tabun və VX qazından istifadə edilmişdir. Ölənlər barədə müxtəlif məlumatlarda bir neçə yüz nəfərdən 7 minədək insanın öldüyü, həmçinin 20 minə yaxın insanın isə müxtəlif xəsarətlər aldığı bildirilir. Daha çox 5 000 nəfərin öldüyü və 11 000 nəfərin xəsarət aldığı barədə məlumata üstünlük verilir. 1 mart 2010-cu il tarixində İraq Ali Cinayət Məhkəməsi Hələbcə qətliamını soyqırım kimi tanımışdır.
Hələbi
Hələbi — təxəllüs. Yaşayış məntəqələri Hələbi (Sulduz) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd.
Hələbi (Sulduz)
Hələbi (fars. حلبي‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 454 nəfər yaşayır (81 ailə).
Hələfələ (Urmiya)
Hələfələ (fars. حلفله‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 69 nəfər yaşayır (12 ailə).
Hələq (Culfa)
Hələq (fars. هلق‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 413 nəfər yaşayır (117 ailə).
Hələşi
Hələşi — İranın Kirmanşah ostanının Kirmanşah şəhristanının Firuzabad bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 457 nəfər və 114 ailədən ibarət idi.
Suran (Hələb)
Sövran (ərəb. صوران‎; türk. Savran) — Suriyanın Hələb mühafəzəsində şəhər, Əzaz məntəqəsində eyniadlı nahiyənin inzibati mərkəzidir. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 6.988 nəfərdir. Əhalini türkmanlar təşkil edir.
Hələb döyüşü (1400)
Hələb döyüşü — 1400-cü ildə Qaraqoyunlu və Cəlayiri ordusu ilə Məmlük ordusu arasında baş vermişdir. == Zəmin == Qara Yusif , Əmir Teymurun Sivasla bağlı planlarından xəbərdar olur . Qara Yusif , Əmir Teymurun Sivası aldıqdan sonra cənuba doğru hərəkət edəcəyini anladı .Eyni təhlükə Sultan Əhməd üçün də keçərli idi. Teymur təhlükəsi iki hökmdarın yolunu yenidən kəsişdirdi. Qara Yusif və Sultan Əhməd sığınacaq kimi gördükləri Məmlük sultanlığına sığınmağa qərar verdi. Sultan Əhməd Bağdadın idarəsini Ferec adlı bir əmirə həvalə etdi. O, tez bütün ailə üzvlərini götürüb Mosula gəldi və Qara Yusifə qoşuldu. iki sultan, Onlar Hitə gəldilər, orada körpü tikdilər və ətrafdakıların sayı yeddi minə çatdı. Onlar yaxınlaşan əsgərlərlə birlikdə Fərat çayını keçərək Hələbə doğru yol aldılar.Qara Yusif və Sultan Əhməd yolda olarkən Məmlük Sultanı Fərəcdən sığınacaq istədilər. Hesabat vermək üçün səfirlik heyəti göndərdilər.
Şimali Hələbdə döyüşlər (fevral, 2016)
2016-cı ilin fevralında şimali Hələbdə döyüşlər — Suriya Ərəb Ordusu və müttəfiqləri tərəfindən 2016-cı ilin fevral ayının əvvəlində Hələbin şimal-qərbində başlayan hərbi əməliyyat. Hücum Nübl və Əl-Zəhranın üç illik mühasirəsini uğurla qıraraq Suriya üsyançılarının Türkiyədən əsas tədarük yolunu kəsmişdir. == Zəmin == 2016-cı il yanvarın ikinci yarısında yeni hücuma hazırlıq üçün Dəməşqdən Hələbə Suriya hökumətinin əhəmiyyətli əlavə qüvvələrinin göndərilməsi barədə xəbərlər yayılmağa başlamışdır. Əraziyə təxminən 3,000 əlavə əsgər göndərilmişdir. == SDQ-nin rolu == İranın İnqilab Keşikçiləri Korpusu ilə bağlı "Fars Xəbər Agentliyi" xəbər vermişdir ki, kürdlərin rəhbərlik etdiyi Xalq Müdafiə Birlikləri (YPG) Suriya Ordusuna kömək edir, çünki SDQ-nin Əfrin birlikləri Şirava məntəqəsinin Ziyarə və Xarebə kəndlərini ələ keçirmişdi."Fars Xəbər Agentliyi" yaralı Suriya hökumət qüvvələrinin kürd bölgəsinə göndərildiyini iddia etmişdir.

Digər lüğətlərdə