ilanbaşı

ilanbaşı
ilanbalığı
ilanbaşılar
OBASTAN VİKİ
İlanbaşı
İlanbaşı (lat. Dracocephalum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Cephaloma Neck. Dracontocephalium Hassk. Fedtschenkiella Kudr. Moldavica Fabr. Ruyschia Fabr. Ruyschiana Mill.
Avstriya ilanbaşı
Avstriya ilanbaşı (lat. Dracocephalum austriacum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin i̇lanbaşı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Gövdəsi bir və ya bir neçə, hündürlüyü 20–50 sm, tüklü, aşağı hissəsi bənövşəyi rənglidir. Qısa saplaqlı yarpaqları 3–7 xəttvari küt hissəyə bölünmüşdür, qısa yan budaqlarının yarpaqları ucları biz olan 3 hissəyə bölünmüşdür və ya bütövdür. Köbələri azçiçəklidir, bəziləri gövdənin təpəsində başcıqlı çiçəkqrupu şəklində yığılmışdır. Kasacığı 10–13 mm, uzuntüklü, bənövşəyidir. Tacı 3–4 sm, tünd bənövşəyi, xaricdən seyrək tüklüdür. Toxumcaları 3 mm uzunluqda, qabırğacıqları qanadabənzər şəkildə enlənmişdir. == Yayılması == BQ Quba sahəsinin rayonlarında subalp qurşağında yayılmışdır. Çəmənlərdə, dağ çəmənlərində bitir.
Bütövyarpaq ilanbaşı
Bütövyarpaq ilanbaşı (lat. Dracocephalum integrifolium) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin i̇lanbaşı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Dracontocephalum integrifolium (Bunge) St.-Lag. Ruyschiana integrifolia (Bunge) House === Heterotipik sinonimləri === Dracocephalum integrifolium var.
Moldaviya ilanbaşı
Müxtəlifyarpaq ilanbaşı
Müxtəlifyarpaq ilanbaşı (lat. Dracocephalum heterophyllum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin i̇lanbaşı cinsinə aid bitki növü.
Ruyş ilanbaşı
Ruyş ilanbaşı — (lat. Dracocephalum ruyschiana) Çoxillik bitkidir. Gövdəsi bir və ya bir neçə, nazik, sadə və ya budaqlı, hündürlüyü 20–45 sm, qısatüklü və ya demək olar ki çılpaqdır. Yarpaqları oturaq, xətti-lansetvari və ya xəttvari, üstdən tünd yaşıl, altdan daha açıq rəngdədir. Köbələri azçiçəklidir, gövdənin təpəsində uzunsov başcıqlı çiçəkbirliyi şəklində yığılmışdır, çiçəkləri demək olar ki, oturaqdır. Kasacıqları 7–12 mm, qısatüklü, çox vaxt bənövşəyidir. Tacı 2–2,5 sm, əlvan bənövşəyi və ya bənövşəyi-göy rəngdə, xaricdən qısa tüklüdür. Toxumcaları 3 mm uzunluqda, hamar yumurtavari, küt üçtinli, demək olar ki, qara rəngdədir. BQ Quba sahəsinin rayonlarında orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Dağ çəmənlərində bitir.
Moldova ilanbaşı
Moldova ilanbaşı (lat. Dracocephalum moldavica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin i̇lanbaşı cinsinə aid bitki növü. Moldova ilanbaşı bitkisi yabanı halda Ukraynada Krımda və Qafqazda bitir. Keçmiş SSRİ-nin Avropa hissəsində efiryağlı bitki kimi becərilməklə yanaşı, həm də arılar üçün qiymətli bal verən bitki hesab olunur. Bir çox arıçılar beçələri cəlb etmək üçün arı yeşiklərinə ilanbaşı yarpağını sürtürlər. Qərbi Sibirdə ilanbaşı yabanı halda rast gəlinir. Mədəni halda da az yayılmışdır. Novosibirski və Tomsk botanika bağında kiçik sahələrdə becərilir və ehtiyat sahələrdə səpilir.

Digər lüğətlərdə