İNANMAQ
İNCƏ
OBASTAN VİKİ
İnayət Xan
Həzrət İnayət Xan (5 iyul 1882 – 5 fevral 1927, Yeni Dehli) — hind musiqiçi və filosof. Qərbdə sufiliyi tanıtması ilə məşhurdur, kitabları bir çox dillərə tərcümə edilmişdir. == Həyatı və təhsili == Ulu babası, babası və atası musiqiçi olan İnayət Xan Hindistanın Baroda şəhərində anadan olub. Uşaq yaşlarından musiqi və poeziya mühitində böyüyən İnayət Xan, daha sonra fəlsəfə və dinlə maraqlanıb. Hindistan boyu səfərlər etdiyi zaman sufilər, buddistlər və s. dərviş mistiklərlə görüşmüşdür. Onu ən çox sufilik maraqlandırmışdır. Daha sonra Heydərobadda şeyx Mədəninin müridi olmuşdur. == Sufi çağırışı == Sufilik yolunda uğurlu addımlar atan İnayət Xan, Çişti, Sühreverdi, Nəqşbəndi kimi təriqətlərdə olmuşdur. Bir müddət sonra şeyx Mədəni İnayət Xana "Sufi çağırışını" Qərbdə yaymağı tapşırır.
İnayət Gəray
İnayət Gəray (1597 – 1 iyul 1637) — XX Krım xanı. Krım xanı II Qazi Gərayın oğludur. Atasının ölümünün ardından qardaşı Toxtamış Gəray taxta çıxmış, ancaq Osmanlı sultanı tərəfindən səltənəti tanınmamışdır. Əmisi Səlamət Gərayın hakimiyyətə gəlişi və qardaşları Toxtamış Gərayla Səfər Gərayın qətlə yetirilməsinin ardından İnayət Gəray kiçik qardaşları Hüsam, Səadət və Eyvazla birlikdə İstanbula girov olaraq göndərildi. Canıbəy Gərayın İrəvan səfərinə qatılmaqdan imtina etməsi ilə İstanbulda olan İnayət Gəray xan elan edildi. Vəzifədən alınan Canıbəy Gəray isə Rodosa sürgün olundu. Vəzifəyə gəldikdən sonra qardaşları Hüsam və Səadət Gərayı varisi elan etdi. Bundan başqa Osmanlı ordusuna dəstək verməkdən imtina edən İnayət Gəray muzdlu kazak dəstələri toplayaraq Kəfədən Osmanlı birliklərini çıxardı. Osmanlı ordusunun İrəvan səfərini tamamlamasının ardından donanma 13 iyun 1637-ci ildə Kəfəyə yollandı. Burada əmisi oğlu Bahadur Gəray xan təyin edildi.
Nur İnayət Xan
Nur Nissa İnayət Xan və ya Nora Beyker kimi tanınan Nur İnayət Xan (1 yanvar 1914[…], Moskva, Rusiya imperiyası – 13 sentyabr 1944, Daxau həbs düşərgəsi, Bavariya, Almaniya Reyxi[d]) — II Dünya müharibəsində İngiltərə Xüsusi Əməliyyat Bürosunda xidmət edən ingilis casusu. Madlen kod adı altında İngiltərə Xüsusi Əməliyyat Bürosunun (ing. Special Operations Executive (SOE)) agenti olaraq, İkinci Dünya müharibəsi dövründə Fransa Müqavimət hərəkatına kömək məqsədilə İngiltərədən, işğal olunmuş Fransaya göndərilən ilk qadın operator olub. İnayət Xan ona edilən xəyanət nəticəsində tutularaq, Daxau həbs düşərgəsində edam edilib. Ölümündən sonra Birləşmiş Krallığın ali ordenlərindən biri olan SOE-dəki xidmətlərinə görə George Crossa layiq görülüb. == Erkən həyatı == Ailədki dörd övladdan böyüyü olan Nur İnayat Xan 1 yanvar 1914-cü ildə Moskvada anadan olub. Atası İnayət Xan Hind sultanlarının nəslindən olan müsəlman idi; valideynlərinin hər ikisi zadəgan nəslindən idilər və nəsillərində musiqiçilər var idi. Onun ulu babası Maysur əmirliyi hakimi Tipu Sultan idi. Avropada musiqiçi və sufizm müəllimi olaraq yaşadı. Anası Pirani Amina Bequm (Ora Rey Beyker), Nyu-Meksiko ştatının Albukerke şəhərindən olan və Amerikada gəzərkən İnayət Xan ilə tanış olan amerikalı idi.
Rüstəm İnayətov
Rüstəm Rəsuloviç İnayətov (22 iyun 1944, Şirabad, Özbəkistan SSR) — Özbəkistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin sədri (1995-ci ildən). == Tərcümeyi-halı == Özbəkistan SSR Surxandərya vilayətinin Şərabad şəhərində, nüfuzlu DTK polkovniki Rəsul İnayətovun ailəsində anadan olub. 1968-ci ildə Daşkənd Dövlət Universitetinin İran filologiyası fakültəsini bitirib. Universitetdən sonra ordu sıralarında qulluq edib, orada DTK xidmətinə qəbul olunub. Özbəkistan SSR DTK-sında, SSRİ DTK Baş Sərhəd İdarəsində müxtəlif vəzifələrdə qulluq edib. 1976—1981-ci illərdə SSRİ-nin Əfqanıstandakı rezidenturasında diplomatik vəzifə altında xidmət edib. 27 iyun 1995-ci ildən Özbəkistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin sədridir. 1996-cı ildə general-leytenant, 1999-cu ildən general-polkovnikdir.

Значение слова в других словарях