İNCƏ

1. тонкий, утонченный; 2. нежный, изящный, изысканный; 3. мелкий, миниатюрный; 4. грамм. мягкий;
İNANMAZ
İNCƏBEL
OBASTAN VİKİ
İncə
== Yaşayış yerləri ==
Məhərrəm İncə
Məhərrəm İncə (türk. Muharrem İnce; 4 may 1964, Almalıq) — Türkiyə siyasətçisi. == Həyatı == 4 may 1964-cü ildə Yalova şəhərində anadan olub. Cümhuriyyət Xalq Partiyası millət vəkili olmuşdur. Evlidir və bir uşağı var.
İncə (Meşkinşəhr)
İncə (fars. اينچه‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 25 nəfər yaşayır (6 ailə).
İncə (Nir)
İncə (fars. اينچه‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 82 nəfər yaşayır (23 ailə).
İncə (Sayınqala)
İncə (fars. ‎اينچه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 218 nəfər yaşayır (41 ailə).
İncə (Çaharduli)
İncə (fars. اينچه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı, Çaharduli dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (22 ailə).
İncə (Şəki)
İnçə — Azərbaycan Respublikasının Şəki rayonunun İnçə kənd inzibati ərazi dairəsində kənd. == Əhalisi == Kənd Şəki-Qax-Zaqatala-Balakən yolu üzərində yerləşir.Kəndin əhalisi 1355 nəfər təşkil edir ki, onun da 692 nəfəri kişi, 663 nəfəri isə qadındır. Kəndin yuxarı hissəsində əhali daha sıx yerləşib. Kəndin əhalisi ikimillətlidir. Burda Rutul ləzgiləri məskunlaşmışdır (XX-XIX əsr). Rutul ləzgiləri bura 18-19-cu əsrlərdə Dağıstanın Rutul rayonu ərazisindəki Borç kəndindən Azərbaycanın şimal ərazilərinə köçmüşdür(Şəki- Şin, Şorsu, Daşüz, Göybulaq və s.). Əhalisi çox mehriban, qonaqpərvərdir. Kənd daxilində 2 şəhid bulağı var. Şəhid Əlibəyov Mahmud (ləzgi), Şəhid Piriyev İsmayıl. Əhalisi əsasən bağçılıq, əkinçilik, maldarlıq ilə məşğul olur.
İncə boşluq
İncə boşluq – thin space ~ минимальный интервал ~ ince boşluk ~ şriftin ölçüsünün dörddə birinə (bəzən altıda birinə) bərabər olan sözlərarası boşluq; məsələn, ölçüsü 12-punkt olan şriftdə incə boşluq 3 punkt olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İncə burun
İncə burun (türk. İnce burun) — Türkiyənin Qara dəniz sahillərində ən ucqar şimal nöqtəsi. Sinop şəhərindən 18 km aralıda yerləşir. Burunda mayak vardır. Burunun ətrafında yaşayış məntəqəsi yoxdur və bütünlüklə meşə ilə örtülüdür.
İncə bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İncə dərəsi
İncə dərəsi — Azərbaycan Respublikasının Qazax rayonunun qərbində, Gürcüstanla sərhəd hissəsində yerləşən vadi, dərə. Dərə Aslanbəyli (Əli bayramlı), Qaymaqlı və Kəmərli kəndlərini əhatə edir. Ən böyük kəndi Aslanbəyli kəndidir. Bu 3 kəndin əhalisi etnoxronim kimi, İncəlilər adlandırılır. İncə dərəsi Qazax rayonunun - tarixi bilən və haqqa qulluq göstərən hər kəsin etiraf etdiyi kimi mənəviyyatımızı, xüsusən, ədəbiyyatımızı qoruyan və indi də qorumağa can atan zəngin ənənələrə malik bu ulu bölgənin unikal bir elidi. Özünəməxsus təbiəti, yaşam tərzi olan, özü özunün içinə çəkilmiş bu məkandan olan böyük titullu xalq şairləri, yazıçı və publisistlər, məşhur aşıqlar vardır. Azərbaycan musiqi folklorunun nümunəsi olan "Qım-qıma" da incə dərəsiylə bağlıdır. == Etimologiya == İncə dərəsinin adı qədim türk tayfası olan "İncu" tayfasının adından yaranmışdır. == Tarixi == Qədimdə burada İncu (Aslanbəyli kəndi), Kimer (Kəmərli kəndi) və Qamak (Qaymaqlı kəndi) tayfaları yaşamışdır. Bunlardan ən qədimi "İncu" tayfasıdır.
İncə nahiyəsi
İncə nahiyəsi - XIV əsr-XIX əsrlər. İnzibati ərazi. 1593 cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Axıstabad sancağı inzibati–ərazi nahiyə == Kəndlər == 1728 Osmanlı İmperiyasının Tiflis əyalətində Qazax livası inzibati–ərazi nahiyə == Kəndlər == Qazman, Çələb, Bəzirxana, Çadır, Baranə, Qılıc, Quşçu, Qurumsu, Hacılıküm, Qarahəmzə, Vadink, Başxana, Xan, Andıryücəsi, Duvaq, Soyuqbulaq, Yanas, Güləmir, Qasımyücəsi, Dellycan, Zoğallıq, Qərib, Qarabulaq, Yerdod, Camalabad, Armudlu, Xaçkəndi, Aöcakəndi, Dəmirçi, Çavuşlar, Yayla, Ağabastı, Carçı, Maqari, Mirbad, Yarsu, Kiçik Qurumsu, Məsum, Çataqçı, Kəmərli, Çıraqlı, Şahqulu, Şabanlı, Mollalı, İslambəyli, Qaymaqlıq, Dəyirli, Yasavval, Göl, Şeyxi, Peykar, Qala. Qazax sultanlığı nın nahiyəsi == İstinadlar == “Tiflis əyalətinin müfəssəl dəftəri”ndə (1728) “Tiflis əyalətinin müfəssəl dəftəri” (Borçalı və Qazax).
İncə (Duzluca)
İncə — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. == Tarixi == Kənd 1901-ci ildən eyni addadır.
Cumali İncə
Cumali İncə (1969, Niğdə ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Cumali İncə 1969-cu ildə Niğdə ilində anadan olub. Anadolu Universiteti Biznesin idarə edilməsi Bölməsindən məzun olub. Niğdə Bələdiyyə Məclisinin üzvü, Niğdə bələdiyyə sədrinin müavini vəzifələrində çalışıb. MHP Niğdə il şöbəsinin sədri olub. 2023-cü ildə MHP namizədi olaraq Niğdə ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. Evli və 2 uşaq atasıdır.
Aşağı İncə (Çaldıran)
Aşağı İncə (fars. اينچه سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 116 nəfər yaşayır (25 ailə).
Yuxarı İncə (Çaldıran)
Yuxarı İncə (fars. اينچه عليا‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 341 nəfər yaşayır (56 ailə).
İncə Minarəli Mədrəsə
İnce Minareli Mədrəsə, Konya ili, Selçuklu ilçesinde, Alaaddin Tepesi'nin batısındadır. Selçuklu Sultanı I İzzəddin Keykavus Devrinde Vəzir malik Ata Fahrettin Ali tarafından, hədis elmi öğretilmek olmaqla 663 H. (1264 M.)-ci ildə inşa etdirilmişdir.
İncə Məmməd (roman)
İncə Məmməd - Türkiyə yazıçısı Yaşar Kamalın 1953-cü ildə yazdığı romanı. Yaşar Kamalın ən tanınmış və əhəmiyyətli əsəri kimi qəbul edilən bu roman Çuxurova kəndlilərinin ağaların zülmünə qarşı mübarizəsindən bəhs edir. Yazıçının ilk romanıdır. 1953-1954-cü illərdə "Cümhuriyyət" qəzetində yayınlanmış, 1955-ci ildə Çağlayan nəşriyyatı tərəfindən iki cildlik kitab şəklində çap olunmuşdur Əsər 1956-cı ildə "Varlıq" jurnalının təsis etdiyi "Varlıq Roman mükafatı"na layiq görülmüşdür. 1957-ci ildə roman bolqar dilinə, 1959-cu ildə Nazim Hikmət tərəfindən rus dilinə tərcümə olundu. Daha sonra 1961-ci ildə Eduard Roditi və Tilda Kamal tərəfindən ingilis dilinə, Qüzin Dino tərəfindən fransız dilinə tərcümə olundu və İngiltərə, ABŞ, İtaliya və Fransada nəşr olundu. Növbəti il alman və ispan dilinə də tərcümə olunan roman indiyədək 40-dan çox dilə tərcümə olunmuşdur. Yaşar Kamal daha sonra romanın davamı olaraq 3 kitab daha yazmışdır və roman qəhrəmanını 1987-ci ilə qədər yaşatdırmışdır. Roman seriyanın ilkidir və 1923-1933-cü illərdən bəhs edir. == Mövzu == "İncə Məmməd"-də hadisələr Türkiyənin müstəqilliyinin ilk illərinə təsadüf edir.
İncə dərəsi (film)
İncə-i Nurullah (Maku)
İncə-i Nurullah (fars. اينچه نوراله‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 39 nəfər yaşayır (7 ailə).
İncə-i Qədim (Şot)
İnçəyi-Qədim (fars. اينچه قديم‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 459 nəfər yaşayır (93 ailə).
İncə-i Xudabəndəli (Xudabəndə)
İncə-i Xudabəndəli (fars. اينچه خدابنده لو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,526 nəfər yaşayır (365 ailə).
İncə-i Süfla (Mahnişan)
İncə-i Süfla (fars. اينچه سفلي‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (23 ailə).
İncə-i Səidnizam (Mahnişan)
İncə-i Səidnizam (fars. اينچه سعيدنظام‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 133 nəfər yaşayır (32 ailə).
İncə və Qalaburun toqquşmaları
İncə və Qalaburun toqquşmaları — 1946-cı ilin aprel ayında Tikantəpə və Sayınqala yolları arasındakı İncə və Qalaburun kəndlərində Məhəmməd Rza Şah Pəhləviyə yaxın qüvvələr ilə Azərbaycan Milli Hökuməti qüvvələri arasında baş vermiş hərbi toqquşmalar nəzərdə tutulur. == Zəmin == 1944-cü ilin sonlarında SSRİ ilə İranın münasibətləri pisləşdi. SSRİ-yə neft güzəştinin verilməsindən imtina edildikdən sonra SSRİ Cənubi Azərbaycanda olan etnik şikayətlərdən yararlanmaq qərarına gəldi. Nəticədə formalaşan Azərbaycan Demokrat Firqəsi 3 sentyabr 1945-ci ildə yaradıldığını elan etdi. 1945-ci il oktyabrın 2-dən 4-dək Təbrizdə ADF-nin I qurultayı keçirildi. Noyabr ayının sonların Cənubi Azərbaycan boyunca Azərbaycan Xalq Məclisinə seçkilər keçirildi. Eyni zamanda şah ordusuna qarşı da eyni anda tədbir görüldü və bu ordu birləşmələri zərərsizləşdirildi. 1-19 dekabr tarixlərində Cənubi Azərbaycanın böyük bir hissəsi faktiki olaraq ADF-nin əlinə keçdi. Dekabr ayında Xalq Konqresi özünü Qurucular Məclisi elan etmiş, o da Milli Heyət üzvlərini seçmişdi. 12 dekabrda Cənubi Azərbaycanın muxtariyyəti elan edildi.
Gürcüstan incəsənəti
Gürcüstan incəsənəti — Gürcüstan mədəniyyətinin bir hissəsi. 1801-ci ildə Gürcüstanla Rusiya arasında müqavilə bağlanması, və Şərqi Gürcüstanında Rusiyaya ilhaq olunması gürcülərin ümumilikdə rus mədəniyyət ilə tanışlıqlara gətirib çıxarmışdır. Bir çox rus memarlığına aid incəsənətə aid elementlər Gürcüstan sənətkarları tərəfindən mənimsənilmişdir. XIX əsrin əvvələrindən başlayaraq Gürcüstan incəsənətində və memarlığında klassik rus memarlıq üslubları hiss edilməyə başlamışdır. Memarıq baxımından fərqlənən Tiflis şəhəri idi. XIX əsrin I yarısında gürcü rəngkarlığında Qərbi Avaropa rus rəngkarlığının təsiri özünü göstərirdi. Bu dövrdə Gürcüstanda görkəmli rəssamlar, heykəltəraşlar fəaliyyət göstərirdi. Milli mövzulara müraciət etməklə realistcəsinə fəaliyyət göstərən rəssamların işləri göz oxşayırdı. Belə rəssamlardan biri Niko Pirosmanaşvili (1862-1918) idi. Gürcü xalq rəssamı olan N. Pirosmanişvili Pikassonun ən sevimli rəssamlardan biri idi.
Gürcüstan İncəsənət Muzeyi
Gürcüstan İncəsənət Muzeyi yaxud Gözəl Sənətlər Muzeyi — Gürcüstanın ən əhəmiyyətli muzeylərindən biridir. Tiflisdə Lado Qudiaşvili küçəsində, 1 -də yerləşir. Təxminən 140.000 ədəd Gürcüstana, Şərqə, Rusiyaya və Avropaya aid eksponat qorunub saхlanılır. == Tarixi == 1920-ci il fevralın 1-də Tiflisdə Qərbdə təhsilli gənc gürcüstanlı rəssamların səyləri nəticəsində, günümüzdəki muzeyinin sələfi, Milli İncəsənət Qalereyası açılmışdı. 1932-ci ilin sonunda muzey şəhərin mərkəzinə 13-cü əsrin abidəsi Metexi kilsəsinin ərazisinə köçürüldü. 1945-ci ildə Sovet və Fransa hökumətləri arasında xüsusi razılıq əsasında Gürcüstanın Milli Xəzinəsini təşkil edən çoxsaylı sənət əsərləri - 1921-ci ildəki Qırmızı Ordu işğalından sonra sürgün edilən Gürcüstan hökuməti tərəfindən götürülmüş əlyazmalar, metal məmulatlar, zərgərlik, emal, rəsm əsərləri, Tiflisə qaytarıldı və muzeyin kolleksiyasına əlavə edildi. 30 ildən çox muzeyə rəhbərlik edən görkəmli Gürcüstan sənətşünası Şalva Amiranaşvili (muzeyə onun adı verilmişdir) eksponat toplanmasında mühüm rol oynamışdır. Muzey rəsmi olaraq 1950-ci ildə Gürcüstanın İncəsənət Muzeyi olaraq tanınmışdı, eyni zamanda, o, indiki binasına köçdü. Bina 1838-ci ildə Neoklassik üslubda, Rusiya imperiyası dövründə tikilmiş əvvəllər seminariyaya aid olmuşdu. == Kolleksiya == Muzeyin binası geniş otaqlar və Gürcü, Şərq, Rusiya və Avropa bölmələrindən ibarət olan daimi kolleksiyaya malikdir.
Hiroşima Müasir İncəsənət Muzeyi
Hiroşima Müasir İncəsənət Muzeyi (yap. 広島市現代美術館) — Yaponiyada Hiroşima şəhərinin Minami rayonunda bədii muzey == Tarixi == Müasir İncəsənət Muzeyi Hiroşima şəhərində 3 may 1989-cu ildə açılmışdır. Muzeyin binası Yaponiya arxitektoru Kise Kurokava təfəfindən layihələşdirilmiş və Xidziyama parkında tikilmişdir. Muzeyin kolleksiyasına İkinci Dünya müharibəsindən sonra Avropa və Yaponiya rəssamlarının 280 əsəri daxil edilmişdir. Kolleksiya gənc rəssamların əsərləri hesabına ildən-ilə artırılır. Muzeyin ərazisində muzey mağazası, kafe, muzey studiyası, video-zal və kitabxana vardır. Muzey tamaşaçılar üçün bazar ertəsindən başqa hər gün saat 10:00-dan 17:00-dək (yay dövründə saat 19:00-dək) açıqdır.
Honkonq İncəsənət Muzeyi
Honqkonq İncəsənət Muzeyi (ing. The Hong Kong Museum of Art; çin. 香港藝術館香港藝術館) — 1962-ci ildə Honqkonq meriyasının binasında açılıb, 1991-ci ildə isə Çimsaçoy rayonunda onun üçün açılan xüsusi binaya köçüb. Honqkonq Mədəniyyət və İstirahət Nazirliyinin idarəsinə tabedir. Honqkonq parkında yerləşən Çay Qabları Muzeyi də İncəsənət Muzeyinin bir bölməsidir. == Muzey haqqında == Muzeyin əsas vəzifəsi çin mədəniyyətinin qorunub saxlanması və yerli ustaların əsərlərinin təşviqidir. Muzeyin kolleksiyasında 16 mindən çox incəsənət nümunəsi, onlar arasında Çin və Honqkonq rəssamları, heykəltaraş və xəttatlarının əsərləri və tarixi əhəmiyyət kəsb edən bir çox obyektlər saxlanılır. Daimi sərgilərdən başqa, beynəlxalq əməkdaşlıq çərçivəsində muzeydə xarici əsərlərin kolleksiyaları nümayiş olunur. Muzey çərşənbə axşamı və Çin Yeni İlinin ilk iki günü istisna olmaqla hər gün ziyarətçilərə açıqdır. İş qrafiki bazar ertəsindən cümə gününə qədər saat 10-dan 18-dək; şənbə, bazar və bayram günlərində saat 10-dan 19-dək; katoliklərin Milad ərəfəsində və Çin Yeni il ərəfəsində saat 10-dan 17-dək.
Honqkonq incəsənət muzeyi
Honqkonq İncəsənət Muzeyi (ing. The Hong Kong Museum of Art; çin. 香港藝術館香港藝術館) — 1962-ci ildə Honqkonq meriyasının binasında açılıb, 1991-ci ildə isə Çimsaçoy rayonunda onun üçün açılan xüsusi binaya köçüb. Honqkonq Mədəniyyət və İstirahət Nazirliyinin idarəsinə tabedir. Honqkonq parkında yerləşən Çay Qabları Muzeyi də İncəsənət Muzeyinin bir bölməsidir. == Muzey haqqında == Muzeyin əsas vəzifəsi çin mədəniyyətinin qorunub saxlanması və yerli ustaların əsərlərinin təşviqidir. Muzeyin kolleksiyasında 16 mindən çox incəsənət nümunəsi, onlar arasında Çin və Honqkonq rəssamları, heykəltaraş və xəttatlarının əsərləri və tarixi əhəmiyyət kəsb edən bir çox obyektlər saxlanılır. Daimi sərgilərdən başqa, beynəlxalq əməkdaşlıq çərçivəsində muzeydə xarici əsərlərin kolleksiyaları nümayiş olunur. Muzey çərşənbə axşamı və Çin Yeni İlinin ilk iki günü istisna olmaqla hər gün ziyarətçilərə açıqdır. İş qrafiki bazar ertəsindən cümə gününə qədər saat 10-dan 18-dək; şənbə, bazar və bayram günlərində saat 10-dan 19-dək; katoliklərin Milad ərəfəsində və Çin Yeni il ərəfəsində saat 10-dan 17-dək.
Hyuston Müasir İncəsənət Muzeyi
Hyuston Müasir İncəsənət Muzeyi - (CAMH / The Contemporary Arts Museum Houston) — ABŞ-nin Texas ştatında yerləşən Hyustonda müasir incəsənətə həsr olunmuş muzey. Muzeyin öz kolleksiyası yoxdur, onun fəaliyyətinin əsas məqsədi beynəlxalq, milli və regional müasir incəsənətin ən yaxşı əsərlərinin ictimaiyyətə tanıdılmasına xidmət etməkdir. == Tarixi == Hyuston Müasir İncəsənət Muzeyi Hyuston şəhərinin mərkəzində polad konstuksiyalı'«Museum District» binasında yerləşir. Müasir incəsənət muzeyləri üçün ən yaxşı bina kimi arxitektor Qunnars Birkerts tərəfindən layihələşdirilmiş bu muzey öz qapılarını tamaşçılar üçün 1970-ci ildə açmışdır. == Sərgi fəaliyyəti == 1980-cı illərin əvvəllərində Hyuston Müasir İncəsənət Muzeyinin fəaliyyəti nəticəsində Yeni Dünyanın (Amerika) keçmişini əks etdirən fotobiennalı (fotoqrafiya sərgisi) - «FotoFest» meydana gəldi .
Hərb incəsənəti
"Müharibə sənəti", "Hərb sənəti", "Savaş sənəti" (çin. 孫子兵法) — Çin hərb nəzəriyyəçisi və strateqi Sun Dzı (E.ə. 544 — E.ə. 496) tərəfindən yazılmış traktat. "Müharibə sənəti" hərbi strategiyaya və siyasətə aid məlum olan qədim çin traktatları arasında ən qədimisidir. Əsər on üç fəsildən ibarətdir. == Yaranma tarixi == Ənənəvi olaraq kitabın əfsanəvi sərkərdə və strateq Sun Dzı tərəfindən yazıldığı iddia edilir. Buna görə də tartktatın uzun müddət E.ə. VI əsrin axırı — E.ə. V əsrin əvvələrində yazıldığı güman edilirdi (E.ə.
Kazan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Kazan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (KazSUCA) Rusiyanın Tatarıstan bölgəsində Kazan şəhərində yerləşir. == Heyət == Kazan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qurucusu Rusiya Federasiyası Mədəniyyət Nazirliyidir. Universitetin rektoru Rivkat Yusupovdur. KazSUCA, 32 professor, 107 baş müəllim, 148 elmlər doktoru da daxil olmaqla 300-dən çox müəllim ilə təmsil olunur. Universitetin 70-ə yaxın professor və müəlliminə Tatarıstan Respublikasının və Rusiya Federasiyasının fəxri adları verilmişdir, bunların arasında Rusiya Federasiyası və Tatarıstan Respublikasının dövlət mükafatları laureatları da var. Kazan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təxminən 3000 tələbə var (əyani və qiyabi fakültələrdə təhsil alanlar). Universitet 9 fakültə, 30 bölmədən ibarətdir. KazSUKA 25 lisenziyalı proqramı, 3 magistr proqramını, 5 mütəxəssis proqramını yerinə yetirir. == Beynəlxalq fəaliyyət == Beynəlxalq fəaliyyət Universitetin inkişafı və modernləşdirilməsinin prioritet istiqamətlərindən biridir və təhsil məkanının genişləndirilməsinin, universitet elminin inkişafının, beynəlxalq təhsil müəssisələri ilə sosial və mədəni qarşılıqlı əlaqələrin strateji yollarından biri kimi qəbul edilir. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün Universitet xarici liseylər və universitetlərlə birbaşa ünsiyyət qurur.
Kelvinqrov İncəsənət Qalereyası və Muzeyi
Kelvinqrov İncəsənət Qalereyası və Muzeyi (ing. Kelvingrove Art Gallery and Museum) — Şotlandiyanın Qlazqo şəhərində yerləşən muzey. == Tarixi == == Dizayn və tikintisi == == Kolleksiyalar == 2006-cı ildən "Asılan başlar" muzeyin "Sophie Cave" salonunda sərgilənməkdədir. İnsani duyğuların üzümüzdə meydana gətirdiyi mimikalardan yola çıxılaraq düzəldilmiş başlar tamamilə ağ rəngə boyanaraq tavandan asılmışdır. Dörd fərqli üz ifadəsi ilə asılı olan cəmi 50 ədəd heykəlin olduğu muzey ilk görünüşdə hürküdücü kimi gəlsə də muzeyin ən çox ziyarət edilən hissələrindən biridir. Muzeyin incəsənət kolleksiyasına çox görkəmli Avropa rəsmləri, o cümlədən Qədim Ustalar, fransız impressionistlər, holland intibah dövrü, şotland koloristləri və Qlazqo Məktəbinin eksponentləri daxildir. Muzeydə Salvador Dalinin "Həvari İohann Məsihin Xaçı" yerləşir.
Kelvinqrov İncəsənət Qallereyası və Muzeyi
Kelvinqrov İncəsənət Qalereyası və Muzeyi (ing. Kelvingrove Art Gallery and Museum) — Şotlandiyanın Qlazqo şəhərində yerləşən muzey. == Tarixi == == Dizayn və tikintisi == == Kolleksiyalar == 2006-cı ildən "Asılan başlar" muzeyin "Sophie Cave" salonunda sərgilənməkdədir. İnsani duyğuların üzümüzdə meydana gətirdiyi mimikalardan yola çıxılaraq düzəldilmiş başlar tamamilə ağ rəngə boyanaraq tavandan asılmışdır. Dörd fərqli üz ifadəsi ilə asılı olan cəmi 50 ədəd heykəlin olduğu muzey ilk görünüşdə hürküdücü kimi gəlsə də muzeyin ən çox ziyarət edilən hissələrindən biridir. Muzeyin incəsənət kolleksiyasına çox görkəmli Avropa rəsmləri, o cümlədən Qədim Ustalar, fransız impressionistlər, holland intibah dövrü, şotland koloristləri və Qlazqo Məktəbinin eksponentləri daxildir. Muzeydə Salvador Dalinin "Həvari İohann Məsihin Xaçı" yerləşir.
Kiasma Müasir İncəsənət Muzeyi
Kiasma Müasir İncəsənət Muzeyi — Kiasma vizual mədəniyyət Mərkəzi - Finlandiyanın və Helsinkinin ən çox ziyarətçisi olan muzeylərindən biri. == Tarixi == Kiasma Müasir İncəsənət Muzeyinin əsası 1998-ci ildə qoyulmuşdur. Muzeyin binasının layihələşdirilməsi və planlaşdırılması 40 il ərzində davam etdirilmişdir. Muzey Helsinki şəhərinin mərkəzində, Mannerheyminaukino meydanında, marşal Mannerheymin abidəsinin yaxınlığında yerləşir. Kiasma Müasir İncəsənət Muzeyi Ateneum Bədii muzeyi, Sinebryuxov bədii muzeyi, Finlandiya mərkəzi Bədii Arxivi ilə birlikdə Finlandiya Milli Qalereyasının tərkibinə daxildir. == Muzeyin eksponatları == Muzeyin fondunda müasir incəsənətə aid 4 minə yaxın eksponat saxlanılır. Muzeyin eksponatlarından ibarət sərgilər hər il yenilənir, 4-cü və 5-ci mərtəbələrdəki müvəqqəti sərgilər il ərzində 3-4 dəfə dəyişdirilir. 2013-cü ildən muzeyə Rusiyadan gələn turistlərə eksponatlar haqqında məlumat rus dilində verilir . Muzeyə 4 №-li tramvay, 15 №-li avtobus və metronun Rautatientori stansiyası vasitəsilə getmək mümkündür. Muzey həftənin III-V günləri saat 10:00-dan 23:00-dək, II və bazar günləri saat 10:00-dan 17:00-dək işləyir.
Latviya Milli İncəsənət Muzeyi
Latviya Milli İncəsənət Muzeyi (Latviya dili: Latvijas Nacionālais mākslas muzejs – Qısaca LNMA) — 1869-cu ildə Riqada qurulan incəsənət muzeyidir. Latviyanın ən zəngin gözəl sənətlər kolleksiyasına ev sahibliyi etməkdədir. XVIII əsrin ortalarından etibarən Latviyada şəkil və heykəlin inkişafını nümayiş etdirən əsərlər daxildir. Riqa Şəhəri İncəsənət Qalereyasının qurulduğu 1869-cu ildə muzeyin quruluş tarixi olaraq qəbul edilir. Muzey binası 1903-cü ildə inşa edilməyə başlamış və 1905-ci ildə ziyarətə açılmışdır. Milli İncəsənət Muzeyi nəzdindəki digər muzeylərlə birlikdə beş ayrı binada xidmət göstərir. Qədim şəhər mərkəzindəki əsas bina müasir sənət kolleksiyasının sərgiləndiyi 19-cu əsrdə tikilən bir silah anbarı, rəssam Romans Suta ilə həyat yoldaşı rəssam Aleksandra Beļçovanın evi olan və onlara aid əsərlərinin sərgiləndiyi mənzil, tekstil, keramika, şüşə, dəri dizayn və bəzəmə sənəti əsərlərinin sərgiləndiyi tarixi Müqəddəs Corc kilsə binası, xarici sənət əsərlərinin sərgiləndiyi tarixi Riqa binasıdır. == Tarixi == Riqa Şəhər Şurasının 1866-cı ildə kolleksiyoner Domeniko de Robianidən aldığı 47 əsər 1869-cu ildə açılan Riqa Şəhər İncəsənət Qalereyasının və yaradılan İtalyan Şəkil Kolleksiyasının əsas hissəsidir. Qalereya 1879-1905-ci illər arasında indiki vaxtda Latviya Universiteti tərəfindən elm kitabxanası olaraq istifadə edilən binada idi. Muzey binası 1903-1905-ci illər arasında inşa edildi.
Lill Müasir İncəsənət Muzeyi
lill Müasir İncəsənət Muzeyi — modernizmə həsr olunmuş müasir incəsənət və ar bryut (kobud incəsənət) muzeyi. Muzey Fransanın Nor departamentinin Vilnev-d'Aska şəhər parkının mərkəzində yerləşir. Muzeyin kolleksiyasına 4800-dən çox eksponat daxildir. Muzeyin sahəsi 4 000 kv. metrdən çoxdur. lill Müasir İncəsənət Muzeyi Avropada XX və XXI əsrlərin mədəniyyətinin: müasir incəsənətin, modernizmin və ar bryut incəsənətinin əsas komponentlərinin qovuşduğu yeganə muzeydir. Muzeydə Pablo Pikassonun, Amedeo Modilyaninin. Xuan Mironun, Jorj Brakın, Fernan Lejenin, Aleksandr Kolderin və Artur Van Qekkenin əsərləri də nümayiş etdirilir. Muzeydə həmçinin Fransa ar bryut incəsənətinin zəngin kolleksiyası da vardır. lill Müasir İncəsənət Muzeyi heykəllərlə əhatə olunmuşdur, burada, həmçinin kitabxana da yerləşir.
M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və ya qısaca ADMİU – Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsidir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əsası 1923-cü ildə qoyulub. Təməlinin Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürüb. 1945-ci ildə Teatr Məktəbinin bazasında Teatr İnstitutu yaradılıb. Bu ali təhsil ocağı 1968-ci ildən Azərbaycan Dövlət İncəsənət İnstitutu adlandırılıb. 1991-ci ildə İncəsənət İnstitutuna Universitet statusu verilib. Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti kimi fəaliyyət göstərən bu ali məktəbdə 5 fakültə, 21 kafedra mövcuddur, bakalavr pilləsində 21, magistratura pilləsində isə 20 ixtisas üzrə mütəxəssis hazırlanır. Universitetin rektoru Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudovadır. == Tarixi == Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti öz əsasını 1923-cü ildə Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürüb. O dövrdə M. F. Axundov adına Bakı Teatr Məktəbi təkcə Azərbaycan üçün deyil, Özbəkistan, Türkmənistan, Dağıstan, Krım və digər regionlar üçün də aktyor və rejissor kadrları hazırlayırdı.
M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və ya qısaca ADMİU – Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsidir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əsası 1923-cü ildə qoyulub. Təməlinin Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürüb. 1945-ci ildə Teatr Məktəbinin bazasında Teatr İnstitutu yaradılıb. Bu ali təhsil ocağı 1968-ci ildən Azərbaycan Dövlət İncəsənət İnstitutu adlandırılıb. 1991-ci ildə İncəsənət İnstitutuna Universitet statusu verilib. Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti kimi fəaliyyət göstərən bu ali məktəbdə 5 fakültə, 21 kafedra mövcuddur, bakalavr pilləsində 21, magistratura pilləsində isə 20 ixtisas üzrə mütəxəssis hazırlanır. Universitetin rektoru Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudovadır. == Tarixi == Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti öz əsasını 1923-cü ildə Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürüb. O dövrdə M. F. Axundov adına Bakı Teatr Məktəbi təkcə Azərbaycan üçün deyil, Özbəkistan, Türkmənistan, Dağıstan, Krım və digər regionlar üçün də aktyor və rejissor kadrları hazırlayırdı.
Memar Sinan İncəsənət Universiteti
Mimar Sinan Güzel Sanatlar Universiteti (türk. Mimar Sinan Güzel Sanatlar Üniversitesi) — Türkiyənin İstanbul ilində universitet.
Memarlıq və İncəsənət İnstitutu
Memarlıq və İncəsənət İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. Direktor - Sənətşünaslıq üzrə elmlər doktoru, professor Ərtegin Əbdülvahab oğlu Salamzadə. == Tarixi == İnstitut 1945-ci ildə böyük Azərbaycan bəstəkarı, akademik Üzeyir Hacıbəyov tərəfindən yaradılıb və ilk dövrlər Azərbaycan İncəsənət Tarixi İnstitutu adlanırdı. 1948-ci ildən 40 il ərzində İnstituta məşhur memar, akademik Mikayıl Hüseynov rəhbərlik edib.
Merovinq incəsənəti
Merovinq incəsənti — frankların kralı Xlodvisin xristianlığı qəbul etməsindən tutmuş Merovinqlər sülaləsinin sonuncu nümayəndəsi Çilderix İlin taxtdan endirilərək yerinə Karolinq sülaləsininilk hökümdarı Qısa Pepin gətirilməsinə qədər Qaulda inkişaf etmiş sənət və memarlığı ifadə edən termin == Memarlıq == Merovinqlər sülaləsindən günümüzə çox az struktur qalmışdır, lakin arxeoloji qazıntılarda xristianlığın ilk dövrü kilsələrindəki memarlıq üslubunun əksər kilsələrdə davam etdirildiyi anlaşılırdı. == Heykəl == Merovinqlər sülaləsi dövründə klassik üsluba uyğun mərmər sarkofaqları Akvitaniyadakı emalatxanalarda istehsal olunmağa davam etdi. Bu əsərlərin ən gözəlini özündə əks etdirən, Paris yaxınlığındakı Jouarre monastırındakı sarkofaqdan olan abbat Teodechildenin sarkofaqı nəfis şəkildə işlənmiş dəniz qabığı formaları ilə bəzədilib. Arxiyepiskop Aqilbertin (ö. 680) sarkofaqında "son hökm" səhnələri yenidən canlandırıldı. Bəzi sarkofaqlarda bir tərəfdən xristianlıqla bağlı səhnələr, digər tərəfdən isə alman mifologiyasından səhnələr yer alırdı. == Dekorativ sənətlər == Merovinq ornamental sənətinin ən uğurlu nümunələri arasında kral ailəsi üçün qızıldan düzəldilib daş-qaşla bəzədilmiş, daha əhəmiyyətli şəxslər üçün bürünc və ya dəmir büstqalterlər, tokalar, qılınc sapları və s. (hamısı ölülərlə birlikdə dəfn edildi), kilsələrdə qurbangahı bəzəmək üçün hazırlanmış xaçlar, qalıqlar, kitab qutuları, müxtəlif fincanlar və s. sayıla bilər. İrlandiya rahibləri tərəfindən qurulan bir çox monastırlarda (Fransada Lükseuil və Korbi monastırları; İsveçrədəki Sankt Qailen monastırı və s.) işıqlandırma sənətinin çox uğurlu nümunələri verilmişdir.
Milan Müasir İncəsənət Pavilyonu
Milan Müasir İncəsənət Pavilyonu (italyan dilində:Padiglione di Arte Contemporanea, PAC) — İtaliyanın Milan şəhərində müasir incəsənət əsərlərinin nümayiş etdirildiyi pavilyon. == Tarixi == Milan Müasir İncəsənət Pavilyonu arxitektor İqnatsio Qardellanın 1949-cu ildə hazırladığı layihə əsasında 1951–1953-cü illərdə tikilmişdir. 1993-cü ildə pavilyonun yaxınlığında bomba partladılması nəticəsində 5 nəfər həlak olmuş, binaya xeyli ziyan dəymişdir. 1996-cı ildə Cakopo Qardellanın başçılığı ilə muzeyin binasında yenidənqurma işləri aparılmışdır. == Mənbə == Ignazio Gardella, progetti e architetture dal 1933 al 1990. Catalogo della mostra al PAC di Milano dal 22 gennaio al 18 marzo 1992, a cura di Franco Buzzi Cerini; M. Rebecchini, Architetti italiani 1930–1960 : Gardella, Libera, Michelucci, Ridolfi. Roma, 1990; A. Monestiroli, L’architettura secondo Gardella. Roma, 1997. S. Ciarcia, Ignazio Gardella: il padiglione d’arte contemporanea di Milano. Napoli, 2001; S. Guidarini, Ignazio Gardella nell’architettura italiana opere 1929–1999.
Milli İncəsənət, Memarlıq və Dizayn Muzeyi
Milli İncəsənət, Memarlıq və Dizayn Muzeyi (norv. Nasjonalmuseet for kunst, arkitektur og design) — Norveçin paytaxtı olan Oslo şəhərində muzey. Muzey 1 iyul 2003-cü il tarixində təsis olunmuşdur. Muzey Memarlıq Muzeyi, İncəsənət Sənayesi Muzeyi, Milli Sərgilər, Dekorativ İncəsənət və Dizayn Muzeyi, Müasir İncəsənət Muzeyi və Norveç Milli Qalereyasının birləşməsindən ibarətdir. Üç əsas sərgi İncəsənət Muzeyi, Müasir İncəsənət Muzeyi və Milli Qalereyanın binalarında keçirilir. Milli Qalereya 2019-cu ildə bərpa işlərinə görə bağlanılmışdır. Binanın açılışı 2020-ci il üçün nəzərdə tutulmuşdur. Milli Muzey ölkənin ən geniş incəsənət, memarlıq və dizayn kolleksiyasını yığır, qoruyur və nümayiş etdirir. Muzeyin kolleksiyasına təxminən 400.000 əsər aiddir. == Kolleksiyalar == === Milli Qalereya === Milli Qalereya (norv.
Milli İncəsənət Muzeyi (Buenos-Ayres)
Milli təsviri sənət muzeyi (isp. Museo Nacional de Bellas Artes, MNBA) — Buenos-Ayres şəhərinin Rekoleta rayonunda yerləşən incəsənət muzeyi. 2004-cü ildə muzey Neuken şəhərində öz filialını açdı. == Tarixi == İlk muzeyin direktoru argentinalı şərhçi və rəssam Eduardo Şiaffino olmuşdur. Muzey 23 dekabr 1895-ci ildə Florida küçəsində aşılmışdır. 1909-ci ildə muzay San-Martina meydanına köçmüşdür, əsaslı restavrasiyadan sonra Buenos-Ayres yerləşmişdir. 1955—1964-ci illərdə Xorxe Romero Bresta direktorun başçılığı altinda muzey, həm interyer həm də dizayn baxımından modernləşmişdir. 1961-ci ildə müvəqqəti bir pavilyon açıldı, muzey müasir sənət əsərlərini əldə etdi. Müasir Argentina sənət pavilyonu 1980-ci ildə açılmışdır. Bu otaqda ümumi sahəsi 1536 kvadratmetr olan və 34 muzey binasının ən böyük sahəsi olan sərgi salonunun ümumi sahəsi 4,610 kvadrat metrdir.
Milli İncəsənət Muzeyi (Santyaqo)
Milli təsviri sənət muzeyi (isp. Museo Nacional de Bellas Artes ) — Santyaqo şəhərində yerləşən bədii təsviri sənət muzeyi. == Tarixi == Muzey 1880-ci il 18 sentyabr tarixində "Milli İncəsənət Muzeyi" adı altında yaradılıb və Cənubi Amerikanın ən qədim muzeyi kimi tanınır. 1910-cu ildən, Forestal parkında xüsusi möhkəm binada yerləşib. Muzeyin binası Çili arxitekturası Emiliya Jekura memarlığı üzərində qurulmuşdur. Muzeydə 1976-cı ilin aprel ayında tarixi Çili abidəsi aşkar edilmişdir. 1985-ci ildə meydana gələn zəlzələ nəticəsində binaya ziyan dəymişdi. Yenidənqurma işləri üç il davam etdi.
Monreal Müasir İncəsənət Muzeyi
Monreal Müasir İncəsənət Muzeyi (fransız dilində: Musée d'art contemporain de Montréal) — Kanadanın Kvebek vilayətinin ən böyük şəhəri olan Monrealda muzey. == Tarixi == 1964-cü ildə Kvebek hökuməti tərəfindən əsası qoyulan Monreal Müasir İncəsənət Muzeyi Kanadada müasir incəsənət əsərlərinin nümayişinə əsaslanan ilk muzey olmuşdur. Muzey 1965-ci ildə Fransa ekspressionizminin tanınmış nümayəndəsi, rəssam və qrafik Jorj Ruonun əsərlərindən ibarət sərgi ilə açılmışdır. 1983-cü ildə muzey öz statusunu dəyişərək direktorlar şurası tərəfindən idarə olunan müstəqil korporasiyaya çevrildi. Monreal Müasir İncəsənət Muzeyi müasir binası istifadəyə verilənədək 3 müxtəlif yerdə fəaliyyət göstərmişdir: 1964–1965-ci illərdə Vil-Mari meydanındakı ticarət kompleksində, 1965–1968-ci illərdə Dyufren muzeyində, 1968–1992-ci illərdə Beynəlxalq Ekspo-67 bədii qalareyasında və Site-de-Qavrda. 1992-ci ildə muzey şəhərin mərkəzindəki İncəsənət Sarayına (Place des Arts) köçürülmüşdür. Muzey Kanadada və Kvebekdə təsviri incəsənət, musiqi əsərlərinin, müasir rəqslərin və ekspremental teatrın cəmləşdiyi mədəniyyət kompleksidir. == Kolleksiyası == Muzeyin eksponatları və müvəqqəti sərgilər ümumi sahəsi 2500 kv. metr olan 8 qalereyada yerləşdirilmişdir. Muzeyin kolleksiyasına Kvebekdən olan 1500 müəllifin (onlardan 1 200 nəhəri hazırda yaşayır) 7 000-dən çox əsərləri (Muzeydəki bütün eksponatların 60 faizi), həmçinin Kanadanın digər əyalətlərdən olan və xarici ölkələrdən olan müəlliflərin əsərləri daxildir.
Monsoro qəsri-Müasir incəsənət Muzeyi
Monsoro qəsri-Müasir incəsənət Muzeyi (fr. Château de Montsoreau-Musée d'art contemporain) — Fransanın müasir incəsənət muzeyidir. Muzey, Men və Luara departamentinin Luar vadisində Monsoro şəhərində yerləşir. Monsoro qəsri-Müasir incəsənət Muzeyi xeyriyyəçi Filipp Meaille tərəfindən 2016-cı ildə qurulmuşdur. == Muzeyin tarixi == Muzey Monsoro qəsrinda əsası qoyulmuşdur. Luara çay yatağında tikilmiş yeganə Luar Vadisi qəsri. İki çayının, Luar və Vyananın birləşməsində yerləşir. == Kolleksiyası == Muzeyin kolleksiyasinda XX əsrin ikinci yarısının konseptual əsərlərindən ibarətdir. Hal-hazırda kolleksiyası sənətkarların Art & Language qrupunun dünyanın ən böyük kolleksiyasıdır. Muzeyin eksponatları hər 3-4 aydan bir dəyişdirilir.
Moskva İncəsənət Teatrı
MXAT, Qorki adına Moskva Akademik Bədaye Teatrı — 1898-ci ildə K.Stanislavski və B.Nemiroviç – Dançenko tərəfindən yaradılmışdır. MXAT milli rus və dünya teatr sənətinin inkişafına mühüm təsir göstərmişdir. MXAT-ın ictimai-siyasi simasının müəyyənləşməsində M.Qorki və A.P. Çexov pyeslərinin tamaşaları xüsusi əhəmiyyət kəsb edir. Dünya teatr səhnəsi tarixində rejissorun rolu ilk dəfə MXAT-da yüksək səviyyəyə qaldırılmışdır. 1987-ci ildən kollektiv iki sərbəst truppaya ayrılmışdır.

Digər lüğətlərdə