İndoktrinasiya
İndoktrinasiya (aşılama) — uzun müddət bir təlimin, münasibət və ya metodun aşılanması hərəkatı və ya prosesi. Cəmiyyətin inkişafı ilə bu termin aşağılayıcı məna qazanmışdır. Bu anlayışdan xüsusən ağıl əvəzinə imana və ya təslimiyyətə üstünlük verildikdə və öyrənməyi, bilikləri qadağan edən və ya sadəcə başqa perspektivlərin olduğunu qəbul etməyən bir təlimi, doktrinanı təsvir etmək üçün istifadə edilir. Bu təlim adətən kənar insanlar tərəfindən yalan və ya təhlükəli hesab edilir.
İndoktrinasiyaya məruz qalan insan öz tənqidi düşüncə qabiliyyətini itirə bilir.
Kultlar və həmçinin siyasət iki vacib aşılama mərkəzi hesab olunur. ABŞ və Rusiyada hərbi tədrisin hazırlıq dövrü də bəzən "indoktrinasiya" adlandırılır.
İndoktrinasiyanın tərifi onunla əlaqəlindiriən doktrinadan asılı olaraq dəyişir. İdeal təlim məsuliyyətli, düşünən, hər bir halda faktlara hörmət edən və başqalarını dinləyə bilən insanlar formalaşdırır. Olivier Rebula görə bu məqsəddən üz döndərən istənilən təlim "əks-təlim" dir.