İNSAN Daşı belə körpünün mehribanlıq, məhəbbət; Dirəkləri vəfadır, bir də insana hörmət (M.Rahim); ADAM Vaxtsız xoruz olub, çıxırsan dama; Səsin gülünc gəlir qanan adama (S.Vurğun); BƏNDƏ (köhn.) Bizim tək günahkar bəndələrə nə qulaq quşqunu! (Ə.Haqverdiyev); BƏNİ-ADƏM [Molla Həmid:] Bu üç gündə bəni-adəm ilə mülaqat və mükalimə etmək və bir tərəfə çıxmaq ona mümkün deyil (M.F.Axundzadə); BƏNİ-İNSAN Bir tərəf qurd edibdi bağrımı qan; Bir tərəfdən də xud bəni-insan (S.Ə.Şirvani); BƏŞƏR Şair: Qadın deyil, göydən enmiş bir pəri; Bu ruh, bu zövqdə bəşər tapılmaz (A.Şaiq); CAN Köç edib yaylağa ellər, obalar; Bulaqlar başına min bir can gəlir (Aşıq Şəmşir); KƏS (dan.) Əhməd: Aslan bəy hərgah bir kəsə bir qəpik versə, onu fors üçün verir (N.Vəzirov); VÜCUD (dan., isteh.) Məşədi Səttar: Bu da bir tühaf vücuddur... (Ə.Haqverdiyev).