SQL inyeksiyası
SQL inyeksiyası (ing. SQL injection) — zərərli SQL ifadələrinin icra üçün giriş sahəsinə daxil edildiyi (məsələn, verilənlər bazasında olan məlumatları ələ keçirmək üçün) verilənlərə əsaslanan tətbiqlərə hücum etmək üçün istifadə edilən kod yeritmə texnikası. Bu hücum texnikasından istifadə edərək hakerlər SQL verilənlər bazasının məzmununu köçürə, dəyişdirə və silə bilərlər. SQL inyeksiyası əsasən veb saytlar üçün hücum vektoru kimi tanınır, lakin istənilən növ SQL verilənlər bazasına hücum etmək üçün istifadə edilə bilər.
SQL inyeksiya hücumları təcavüzkarlara şəxsiyyəti saxtalaşdırmağa, mövcud məlumatlara müdaxilə etməyə, əməliyyatları ləğv etmək və ya balansları dəyişdirmək, rədd etmə problemlərinə səbəb olmağa, sistemdəki bütün məlumatların tam açıqlanmasına, məlumatları məhv etməyə və ya başqa cür əlçatmaz hala gətirməyə imkan verir. Sənəd yönümlü NoSQL verilənlər bazaları da bu təhlükəsizlik zəifliyindən təsirlənə bilər.
2012-ci ildə aparılan bir araşdırmada, orta hesabla veb tətbiqinin ayda dörd hücum kampaniyası aldığı, pərakəndə satıcıların isə digər sənaye sahələrinə nisbətən iki dəfə çox hücum aldığı müşahidə edildi.
== Tarix ==
SQL inyeksiyasının ilk ictimai müzakirələri təxminən 1998-ci ildə görünməyə başladı; məsələn, Phrack Magazine-də 1998-ci il məqaləsi.
== Həmçinin bax ==
Saytlararası skript
Metasploit
OWASP
== İstinadlar ==
== Xarici keçidlər ==
OWASP SQL Injection Cheat Sheets, OWASP tərəfindən.
WASC Təhlükə Təsnifatı — Veb Tətbiq Təhlükəsizliyi Konsorsiumu tərəfindən SQL inyeksiyasına girişi.