İqlim
İqlim (yun. κλίμα (klimatos) — havanın çoxillik rejimi. Hava şəraitinin bir-birini əvəz edən bütün müxtəlifliklərinin məcmusu. Planetar miqyasda, zonalar daxilində iqlim makroiqlim adlanır.
Müəyyən coğrafi landşaft üçün xarakterik olub bir və ya bir neçə meteoroloji stansiyanın məlumatı ilə səciyyələndirilə bilən iqlim -məhəlli iqlim (mezoiqlim də adlanır), kiçik sahələrdə (tarla, yamac, təbii və süni göllər, sahil, şəhər və s.) havanın
yer səthinə yaxın təbəqəsinin iqliminə isə mikroiqlim deyilir. İqlimyaradıcı amillər günəş radiasiyası, hava axınları, ərazinin mövqeyi, səth örtüyünün vəziyyəti və sairədir.
Əsas iqlimyaradıcı proseslər isə atmosferin ümumi dövranı və rütubət dövranıdır. İqlim təsir göstərən coğrafi amillər-coğrafi en dairələri, relyef, dəniz səviyyəsindən hündürlük, quru və su səthinin paylanması, dəniz və okean axınları, bitki və torpaq
örtüyünün xarakteri, qar örtüyü və havanın tərkibidir.
== İqlim amilləri ==
İqlimin əsas elementləri: günəş radiasiyası (işıq, istilik), atmosfer çöküntüləri və atmosfer təzyiqi, havanın rütubətliyi, torpağın rütubətliyi, havanın sirkulyasiyası (külək), atmosfer təzyiqi. İqlim amilləri biosenozun inkişafı üçün şərait yaradır.