islamofobiya

islamofobiya
islamofob
islampərəst
OBASTAN VİKİ
İslamofobiya
İslamofobiya — "İslam qorxusu" mənasını verən termin. Termin kimi İslamdan və müsəlmanlardan qorxmanı, çəkinməni ifadə edir. Bu gün İslamofobiya deyildiyi zaman iki məsələ ortaya çıxır. Bunlar İslam dinini anlamaq və öyrənməkdən qaynaqlanan bir qorxu ilə bərabər, müsəlmanlara qarşı ayrı-seçkilik və düşmənçilik edilməsilə bağlıdır. İslam dini əslindədə doğru dindir. Bu gün "İslamofobiya" dedikdə həm islam qorxusu, həm də bu qorxudan doğan və bütün müsəlmanlara qarşı olan nifrət hissi nəzərdə tutulur. Əslində isə İslamiyyətə qarşı olan bu nifrətin səbəbi İspaniyada Əndəlusun müsəlmanlar tərəfindən fəth edilməsi ilə əlaqədardır. Xaç yürüşlərinə əsgər toplamaq məqsədilə kilsə nümayəndələrinin aparmış olduğu təbliğat, haqqında danışdığımız həmin nifrət toxumlarının səpilməsinə zəmin rolunu oynamışdır. Müasir dövrdə isə 11 sentyabr 2001-ci ildə Nyu York şəhərində baş verən terror hadisəsi bu nifrət hissini daha da alovlandırmışdır. İslamafobiya əsassız mühakimə içində çırpınan insanların, aciz qalmış qara güruhların ortaya atmış olduğu bir düşüncə formasıdır.

Digər lüğətlərdə